62
Migel qonaqları salamlayaraq onları içəri dəvət etdi. O,
biləndə ki, onlar ər-arvaddırlar təəccüblələ Xuana nəzər
saldı. İş ondadır ki, Filipp Mursiyadan ən azı iyirmi yaş
böyük idi, qız ərinin yanında uşağı kimi görünürdü. Ancaq
Migel bu hissiyyatını büruzə vermədi.
Mursiya arıq, uzun, incəbel, on səkkiz yaşlı bir qızdır.
Onun sifəti uzunsov, burununun ucuşiş, dodaqları nazik,
gözləri balaca yaşıl rəngdə, lap sarı olmayan saçları
kürəyindən aşağı tökülmüşdü. Əynində ağ rəngli enli paltar
vardı, paltarının boynu və qollarının qırağı krujevalı idi.
Onun boyunundan qızıl boyunbağının üstündən qızıl
medalyon asılmışdı. Şəhadət (sağ əlinin) barmağında o
qədər də yekə olmayan brilyant qaşlı qızıl üzük vardı. Bir
sözlə, Mursiya üç bacının içərisində ən qəşəngi idi və onu
vaxtı ilə çox zadəganlar istəyirdi, axırda isə kapitan Filipp
Odovaldoya qismət oldu.
63
VI fəsil. Müdrik insanın məsləhətlərinə
ehtiyacı olan zadəganlar
Qoça Rodriges qonaqları elə qonaq zalında qarşıladı.
Gələnlərlə tanış (o, konkistador Xuan ilə bir neçə il idi ki,
tanış idi) olub, onlarla üzbəüz divanda əyləşdi. Uzun sorğu-
sualdan sonra Rodriges bilmək istədi ki, Xuan uzun müddət
harada olub və Barselonaya haçan gəlib. Kapitan Xuan
hörmətlə baş əyib ehtiramla dedi:
- Sinyor Kartahena, artıq on gündür ki, biz Barselonaya
gəlmişik və artıq dərəcədə sizdən üzr istəyirəm ki, bu
günlər ərzində gəlib sizi yoxlamamışam. İnanırsınız, başımı
qaşımağa heç vaxtım olmayıb. Özünüz çox yaxşı bilirsiniz
ki, mən altı ilə yaxındır ki, Barselonaya gəlmirəm. O, ki,
qaldı Mexikoya, bu illər
ərzində mən Yukatan yarım-
adasında və ona yaxın ərazilərdə hərbi xidmət olmuş və
yerli əhali ilə amansız döyüşlərdə iştirak etmişəm. Onlar
bizə tabe olmaqdan boyun qaçırıblar. Bizim neçə-neçə
həmvətənlərimizi və əsgərlərimizi yolda öldürür və onların
evlərinə basqın edirlər.
- Nə qədər olmasa, bəzi qəbilələr bizim hökmranlığı-
mıza baş əyməkdən boyun qaçıracaqlar. - deyə qoca səyyah
məyus halda dilləndi və başını təəssüflə yellədərək laqeyd
halda sözünə davam etdi. - Bunun nəticələri isə yalnız qanlı
64
və amansız döyüşlər ilə həll olunacaq. Bizim qılınclar o
qədər hindu cəsədi paralayıb ki, onları qandan təmizləyib
qınına qoymağa macal tapmırıq. Nə qədər də olmasa,
mənim onlara yazığım gəlir.
- Siz nəyi nəzərdə tutursunuz ki? - deyə kapitan Filipp
maraqla soruşdu və müəmmalı tərzdə qardaşına nəzər saldı.
- Mənim dediyim odur ki, biz gərək aborigenlərlə
amansız rəftar etməyəydik. - deyə qoca səyyah qeyri-müəy-
yən tərzdə dilləndi. - Necə olsa da, onlar da bizim kimi
insanlardır. Gərək onları qırmaq yox, öz xeyrimiz üçün
istifadə etməli idik. Elə hallar olurdu ki, onlar bizə kömək
edirdilər: ərzağımız tükənəndə ərzaqla, gəmi, fort, bastion,
qala və inzbati binalar tikəndə işçi qüvvəsi çatmayanda, işçi
qüvvəsi ilə, kömək edirdilər hər hansı bir müharibə olanda
bizə hətta əsgər də verirdilər. Əksəriyyət hallarda bizə
kömək olurdular.
- Lakin unutmaq lazım deyil ki, bizimkilər orada dara
düşəndə, hindular onların üstünə hücum çəkib məhv edir,
gəmilərimiz fəlakətə uğrayanda, sağ qalan heyəti əsir alıb
işgəncələrlə öldürürdülər. - heç bir şeydə sərhəd gözləmə-
yən kapitan Xuan sərt halda söhbətə qarışır və göynəyinin
üst düymələrini açıb səbirsizliklə sözünə davam edir. -
Onlar artıq bizi özlərinə düşmən sayır və heç bir məsələ-
65
lərdə bizimlə razılaşmaq istəmirlər. İmkanları olsa, hamı-
mızı qılıncdan keçirərlər.
- Sinyor Kartahena, yaddan çıxırmayın ki, onlar abori-
genlərdir. - deyə qocanın sözlərindən narazı olan kapitan
Filipp üzrxahlıqla söhbətə qarışaraq, kiçik qardaşının
sözlərinə qüvvət verir və izahat üçün qürurla əlavə etdi. -
Aborigenlər isə bizim üçün insan sayılmırlar. Onları hey-
van kimi alıb-satmaq və başlarını kəsib, qurd-quşlara yem
etmək lazımdır. Bir sözlə, onlar sivilizasiyadan kənar bir
məxluqdur və onların bizimlə bərabər yaşamağa hüquqları
yoxdur.
- Artıq dərəcədə sizdən üzr istəyirəm, bu heç də belə
deyil. - qoca səyyah sağ əlini yuxarı qaldırıb kapitan
Filippin sözünü yarımçıq qoydu. - Biz oraya getməmişdən
əvvəl Meksikada asteklərin, Peruda isə inklərin yüksək
mədəniyyətə məxsus olan sivilizasiyalı dövlətləri vardı.
Vaxt gələr, inklər haqqında sizinlə ətraflı danışaram. İndi
isə Tenoçtitlan (Mexiko) haqqında bəzi xatirələri yada
salmaq istəyirəm. Sonradan Kortes özü etiraf edirdi ki,
Tenoçtitlan şəhəri o qədər nəhəng idi ki, indiyə qədər o
irilikdə şəhər görməmişdi. Şəhərin kənarındakı evlər o
qədər iri və gözəl olmasa da, mərkəzdə və mərkəzə bitişik
rayonlarda evlərin hamısı hündür, gözəl və həyətyanı bağ-
larla əhatə olunmuşdu. Şəhərdə çoxlu kanallar və onların
Dostları ilə paylaş: |