44
döndərərək ağır xəyala daldı. Yeni Dünya sahillərində onun
atasından başqa, ürəyini tapşırdığı sevgilisi də vardı. Söhbət
sözsüz ki, Migeldən gedirdi. Demək olar ki, bu 7 ayda onun
kövrək qəlbi hər gün sevgilisinin həsrəti ilə döyünür və
iztirab içində çırpınaraq qıza rahatlıq vermirdi. Bu müddət
ərzində Florida çəkdiyi dərddən xeyli arıqlamış və daxilində
ətalət qüvvəsi yaranmışdı. Onun cəlbediçi qaşları fikirdən
gözlərinin üstünə düşmüşdür, ancaq buna baxmayaraq,
qəşəngliyi ilə bir çox qızlardan fərqlənən Floridanın simasın-
dakı gözəllik hələ də öz hegemonluğunu qoruyub saxlamış-
dır. Migel Barselonanı tərk etdiyi gündən qız həmişə öz
aləminə qapanaraq, başqaları ilə ünsiyyətdə olmaqdan yan
keçirdi. Ümumiyyətlə, Seviliyada olarkən o, anası və bacısı
İlonadan başqa heç kimlə kəlmə kəsmirdi. Florida sanki
matəm günlərinə qərq olmuşdu. Ekspedisiya Barselonanı
tərk edəndə o, düz bir həftə öz otağından bayıra çıxmayıb və
bütün günlərini ağlamaqla keçirib. Sevgilisindən ayrılmaq
qızın daxilində böyük dəyişiklik etmişdir. Floridanın iradəsi
zəif olduğundan o, bu ağır iztiraba tab gətirə bilmirdi.
Anası başa düşürdü qızı hansı bəlaya düşüb, ancaq dəqiq
bilmirdi ki, onu bu hala salan kimdir - Migel, yoxsa Karlos?
Florida öz dərdini anasına açıb söyləyəndən sonra yavaş-
yavaş özünü ələ almağa başlamışdı. Kiçik bacısı İlona
ürəyini cəngavər Osvaldoya tapşırsa da, sonradan bu ayrılığa
45
tab gətirməyib, başqa cavanlarla tez-tez ünsiyyətdə olmağa
başladı. Düzdür o, heç də Osvaldonu yaddan çıxartmaq
fikrində deyildi. Özünün dediyi kimi, əlacsızlığından o,
vaxtını müəyyən bir məclisdə keçirirdi. Lakin həm anası,
həm də bacısı Florida İlonanın qeyri-ciddi hərəkətlərindən
narazı idilər və verilən vədə sadiq qalmasını tələb edirdilər.
İlona isə şıltaqlığından əl çəkmir və yaxınlarının iradına heç
bir əhəmiyyət vermirdi. Bu hərəkətlərə görə anası, hətta onu
bir neçə dəfə cəzalandırmalı da olmuşdur. İndi bu dəfə də
İlona cəzalandırılaraq evdə saxlanılmışdır.
Florida Mərkəzi Çili sahillərinə hazırlanan ekspedisiya
barəsindəki xəbəri eşidən kimi onun ürəyi sevinc hissi ilə
döyünməyə başladı. Necə olsa da, məktub yazıb göndərmək-
lə o, sevgilisi ilə əlaqə yaratmaq imkanı əldə edirdi. Qız
aylardan bəri dolmuş sinəsini boşalda bilərdi. Ürək sözlərini
ağ kağızın üzərinə boşaltmaqla, o, müvəqqəti olaraq ağır
iztirabdan, qəmli xatirələrdən yaxa qurtarardı. Bir tərəfdən
sual verilə bilərdi ki, Florida həmin məktubu Migelə hansı
adla göndərəcək. Axı, necə olsa da, onların arasında yaranan
məhəbbət əlaqəsindən hamı xəbərsiz idi. Bu məktub təsadüf
nəticəsində də başqasının əlinə keçsə, qız həm atasının, həm
də başqa tanışlarının yanında biabır olacaq. Florida yaxşı
bilirdi ki, onu həm Seviliyada, həm də Barselonada daim
izləyən Karlos da Araukaniyadadır. Çox güman ki, Karlos
46
bir oğul kimi atasını orada birinci qarşılayacaq. Elə bir
vəziyyətdə hər bir şeyə burnunu soxan Karlos təsadüf nəticə-
sində məktubdan xəbər tuta bilər. Necə olsa da Floridadan
başqa anası və bacısı da həmin yerə əzizlərinin yanına
məktub göndərmək fikrindəydilər. Ekspedisiyaya gedənlərin
əksəriyyəti Barselonadan olduqlarını nəzərə alaraq, sözsüz
ki, Araukaniyaya göndərilən məktubların sayı xeyli çox
olacaq. Lakin Florida məktubu başqa adla və ya hansısa
rəfiqəsinin vasitəsi ilə göndərə bilərdi. Bir sözlə, belə bir
vəziyyətdən çıxış yolu tapmaq onun üçün çətin deyildi.
Daxilində böyük yüngüllük hiss edən Florida rahat nəfəs
almaq üçün evə bitişik olan bağa yollandı. Həmin bağa
girəndə o, müəyyən dərəcə təsəlli tapırdı. Çünki qız vaxtı ilə
məxfi surətdə öz sevgilisi ilə bu bağda görüşmüş və sevinc
hissi ilə keçirilən həmin görüşlər onun qəlbində xoş
təəssüratlar yaratmışdır. Bağdakı əyləşdiyi skamya, ətir
qoxulu güllər, enliyarpaqlı, geniş budaqlı ağaclar və bu
ərazidə məskən salmış quşların şən nəğmələri bütövlüklə
Floridaya tanış gəlir və bütün bunlar səadət dolu keçmiş
günlərini, yenidən onun gözləri qarşısında canlandırdı. Sanki
o, Migelin varlığını burada duyur və onun ətrini duurdu.
Buranı özü üçün doğma bilən məhəbbətin çaynaqlarına
düşən qız vaxtilə öz sevgilisi ilə əyrəşdiyi skamyada oturdu
47
və Migelə yazacağı məktubun məzmunu haqqında fikirləş-
məyə başladı.
Ertəsi günü Florida, keçən il Barselonada tanış olduğu
rəfiqəsi Seviliyanın evinə yollandı. Sebastyan Solinosun yeganə
bacısı olan Seviliya bir çox adamlar kimi Kataloniyanın bu iri
şəhərində ayrılıq günlərini yaşayırdı. Bir çox yaşıdları kimi o,
İspaniyanın hüdudlarından kənara çıxmış sevgilisi haqqında
yox, öz doğma qardaşı haqqında fikirləşir və səbirsizliklə onun
yolunu gözləyirdi. Allah-təalanın ona bəxş etdiyi gözəllik
həmişə bağlı qapılar arxasında gizlədilirdi. Öz gözəlliyinə heç
bir əhəmiyyət verməyən Seviliya da bu yaşa qədər özünü heç
kimin gözünə soxmamış və heç bir cavan oğlana da göz
salmamışdır. Ümumiyyətlə, o, başqa qızlara nisbətən qapalı
həyat tərzi keçirməyi xoşlayır və həmişə də günlərini qəm-kədər
içində keçirirdi. Bu dünyada özünə böyük dayaq saydığı qardaşı
Sebastyan Yeni Dünya sahillərindən qayıdandan sonra qızın xoş
və şən günləri başlayacaq.
Florida kasıbsayağı olan cəngavər evinə ayaq basanda
Seviliyanın sönmüş bənizinin sevinc çırağı alışıb yandı. Çünki
Florida onun ən yaxın və ən etibarlı rəfiqələrindən biri sayılır və
hər an öz dərdini onunla bölüşdürməyi xoşlayırdı. Həmişə onlar
görüşəndə aralarında gedən söhbət səmimi və xoş şəraitdə
keçirdi. Ümumiyyətlə, onlar heç vaxt bir-birindən sirr
gizlətmirdilər.
Dostları ilə paylaş: |