  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   2   3   4   5   6   7   8   9   10   ...   135

                                                     

 

  



                                                                            

                                                    

24 

Türkiyəsi  tərəfindən  darmadağın  edilərək,  bir  neçə  hissəyə 



bölünür. 

-  Hə,  mənə  həmin  şah  haqqında  bir  tanış  coqrafiyaşünas 

müəyyən  məlumatlar  vermişdir.  -  Alonso  təqdiredici  tərzdə 

dilləndi. – Səhv etmirəmsə, o, cəmisi 37 il ömür sürmüşdü. 

-  Maraqlıdır,  nəyə  görə  müsəlman  aləmində  belə  aqil  və 

müdrik  hökmdarlar,  istedadlı  sərkərdələr  və  fenomenal  siyasi 

xadimlər yetişir? Halbuki siyasi biliyə, iqtisadi inkişafa görə biz 

onlardan üstünük. Bəlkə, onlarda olan mədəniyyət və milli adət-

ənənə buna təkan verir? Mən heç cürə bunu anlaya bilmirəm. 

-  Üzr  istəyirəm  sizdən,  əlahəzrət.  -  deyə  Alonso  təkzib 

verməyə  cürət  etdi.  -  Müsəlmanlarda  aqil  və  müdrik  hökm-

darların  olmasına  dair  məndə  böyük  şübhə  var.  Əzəldən 

müsəlmanlar düşünmədən bir-birilərinin qanını axıdıblar. 

Buna  bariz  nümunə  səlçuq  türklərinin  ərəb  xilafətinə  qarşı 

aparılan  daimi  müharibələri,  Çingiz  xanın  Məhəmməd  şaha 

qarşı,  Teymurləngin  I  Bəyazidə  qarşı,  Səlimin  Yavuzun  şah 

İsmayıla  qarşı  apardığı  müharibələr  bilavasitə  xristian 

dünyasının  xeyrinə  olub.  Onlar  daimi  bir-birilərinin  qanını 

axıtmaqla məşğul olublar. 

Lakin buna baxmayaraq, onlar nəhəng imperiyaların yaradıl-

masına nail olublar. Onların qarşısını alan olmasa, müsəlmanlar 

bütün dünyaya hakim ola bilərlər. Avropaya yaxın olan Osmanlı 

Türkiyəsidir,  onlar  da  ki,  daimi  Avstriya  Habsburqlarına  qarşı 



                                                     

 

  



                                                                            

                                                    

25 

müharibə  aparıblar.  Ümumiyyətlə,  Avropada  Habsburqlar 



sülaləsi  olmasaydı,  indiyə  xristian  dünyasında  müstəqil  dövlət 

tapmaq mümkün olmayacaqdı. Lepanto (1571) döyüşündə mən 

onların dərsini verməsəydim, türklər İtaliyanı da ələ keçirərdilər. 

Bizdən  başqa  bütün  Avropa  Osmanlı  Türkiyəsi  ilə  müharibə 

aparmağa  çəkinir.  Qorxuram  ki,  oğlum  hakimiyyətə  gələndən 

sonra müsəlmanların təzyiqinə tab gətirməsin. 

-  Əlahəzrət,  siz  İspaniyanın  müdrik  və  qüdrətli  hökm-

darısınız.  Əminəm  ki,  oğlunuz  da  sizin  kimi  müdrik  və 

qüdrətlidir.  O,  vaxt  gələcək  İspaniyanı  lazımi  səviyyədə  idarə 

edəcək.  Lakin  ilk  növbədə  İspaniyaya  sizin  kimi  hökmdar 

lazımdır.  İspaniyanın  çiçəklənməsi  və  inkişafı  üçün,  ispan 

xalqının  rifahı  naminə  Allah  sizin  ömrünüzü  yüz  ildən  çox 

uzatsın.  Siz  İspaniyanın  müqəddəs  simvolu  sayılırsınız.  Xalq 

hər an öz kralının arxasınca getməyə hazırdır. 

Alonsonun  fikrini  başa  düşmək  çətin  deyildi.  Kral  II  Filipp 

xoşlayırdı ki, həmişə onu tərifləsinlər. Gördüyü işlərə görə daim 

ona  təşəkkürlərini  bildirsinlər.  İspaniyanın  və  onun  xalqının 

ziyanına gördüyü iş heç vaxt üzə vurulmamalıdır. Əks təqdirdə 

həmin adam məhkəməyə laməzhəb və ya cadugar kimi təqdim 

olunacaq  və  cəsarətinə  görə  o,  inkvizisiyanın  hökmü  ilə 

tonqalda  yandırılmalıdır.  Heç  kimin  mənsubiyyəti  nəzərə 

alınmırdı. İstər qrand, idalqo, istərsə də tanınmış yüksək rütbəli 

zabit  olsun,  kralı  adi  kəlmələrlə  təhqir  etdiyinə  görə  sərt 



                                                     

 

  



                                                                            

                                                    

26 

üsullarla cəzalandırılmalı idi. Kral ölkədə yaratdığı mütləqiyyəti 



bütün  vasitələrlə  qorumağa  çalışırdı.  Alonso  təcrübəli  və 

tanınmış sərkərdə olduğuna baxmayaraq, söhbət zamanı burax-

dığı cüzi səhvə görə hər an kralın qəzəbinə düçar ola bilərdi. 

Birdən-birə  kral  başını  dik  qaldıraraq  polkovnikə  tərəf 

addımladı və düz onun qarşısında dayanıb hökmlə dedi: 

- Qulaq as Alonso. Sən Barselonaya qayıdıb yeni ekspedisiya 

təşkil  etməlisən  və  vaxt  itirmədən  Mərkəzi  Çili  sahillərinə 

yollanmalısan.  Orayda  yaşayan  aborigenlərin  cinayət  əməlləri 

məni  bərk  narahat  edir.  Sən  yeni  ekspedisiyaya  qardaşının 

ekspedisiyasını  daxil  etməlisən  və  oradakı  aborigenlərin 

hamısını  sərt  üsullarla  cəzalandırmalısan.  Əgər,  onlar  əvvəlki 

kimi  inadkarlıq  edərək  kəskin  müqavimət  göstərsələr,  onda 

onların hamısını qılıncdan keçirməyi sənə həvalə edirəm. 

-  Sizin  göstərişiniz  yerinə  yetiriləcək.  -  Alonso  itaətlə 

dilləndi. 

-  Həmin  ölkəni  fəth  edəndən  sonra  səni  oranın  qubernatoru 

təyin edəcəyəm. Orada inzibati orqanlar, idarələr yaradılmalı və 

İspaniyanın  qayda-qanunları  dərhal  işlənməlidir.  Sən  mənim 

etimadımı doğrultmalısan. 

-  Əlahəzrət,  əmin  ola  bilərsiniz,  hər  şey  siz  istədiyiniz  kimi 

olacaq. Tə ki, biz sağ-salamat gedib Yeni Dünya sahillərinin bir 

limanına  çıxaq.  Mən  bu  məsələni  birdəfəlik  həll  edəcəyəm. 

Düşmən öz cəzasına çatacaq.  



                                                     

 

  



                                                                            

                                                    

27 

-  Sən  hər  hansı  bir  ticarət  gəmisində  yollanmayacaqsan  ki, 



Yeni Dünya sahillərinə çatmağa şübhən olsun. Okean keçidində 

sən  Barselona  limanında  lövbər  salmış  hərbi  gəmilərin  hər 

birindən istifadə edə bilərsən. Barselona limanının rəisinə lazımi 

göstərişlər  veriləcək.  İşdir,  həmin  ölkə  fəth  edilməsə,  səndən 

bərk narazı olacağam. Mən sənə İspaniyaya qayıtmağı məsləhət 

bilmirəm. 

Bəli,  bu  kral  tərəfindən  söylənilən  ciddi  xəbərdarlıq  idi. 

Alonso  başa  düşdü  ki,  o,  necə  bir  ağır  məngənəyə  düşüb. 

Məğrur idalqo hökmən məğrur araukanları dizi üstə çökdürməli 

və Araukaniyanı qısa  müddətə fəth etməli idi. Əks təqdirdə o, 

tamamilə kral sarayında hamının gözü qarşısında nüfuzdan düşə 

bilərdi. Alonso başını dik tutub qürurla dedi: 

-  Əlahəzrət,  sizin  hər  bir  göstərişinizi  canla-başla  yerinə 

yetirmək  mənim  mənəvi  borcumdur.  Araukaniya  bir  aya  fəth 

ediləcək. 

-  Lakin  sənin  işin  bununla  tamamlanmır  -  deyə  kralın 

qorxunc qığılçımlar ilə yayılan baxışları Alonsonun baxışları ilə 

toqquşdu. - Eldorado ölkəsinin axtarışında heç bir müsbət nəticə 

əldə  edilməyib.  Qonsalo  Kesadanın  və  Antonio  Berrionun 

başçılıq etdikləri ekspedisiyalar həmin ölkənin heç sərhədlərinə 

gedib  çıxmayıblar.  Onların  axtarışından  tamamilə  narazıyam. 

Araukaniyanı  fəth  edəndən  sonra  sən  Eldoradonun  axtarışı  ilə 

məşğul olub, bu məsələyə birdəfəlik son qoymalısan. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə