~~~~~~~~~~ Qarabağın Tutusu ~~~~~~~~~~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26234
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
31 
 
aldığım  zaman  Tutunu  gördüm.  Lakin  buna  inana  bilmir-
dim.  Çünki  mən  onu  tapmaq  üçün  çox  yerə  soraq  salmış-
dım. Hətta qardaşım oğlunu Tutugilin rayonuna-Zaqatalaya 
göndərmişdim  ki,  onu  tapsın.  Tapa  bilməmişdi.  Tutunu 
səsindən  tanıdım.  Artıq  dörd  ildir  ki,  mən  canım  bacımı, 
həyatımı  xilas  edən  Tutu  bacımı  tapmışam.  Mən  fədakar 
tibb  bacısı  Rüxsarə  xanıma  təşəkkür  edirəm.  Onun  yolunu 
Zəngişalı kəndində gözləyirəm.  
Rüxsarə  xanım  bildirdi  ki,  onun  əməliyyatına  kömək 
məqsədi  üçün  keçirilən  tədbirdə  Binəqədi  rayon  Əlil  və 
Veteranlar birliyinin sədri Şahin Ağayev 1992-ci ildə Fərrux 
dağı  ətrafında  gedən  döyüşlərdə  yaralanan  zaman  Rüxsa-
rənin  onun  yarasını  sarımasını,  ilk  tibbi  yardım  göstərmə-
sini söyləmişdir.  
Bir  saylı  Hərbi  Səhra  Cərrahiyyə  Hospitalının  rəisi, 
hərbi həkim, cərrah Alı Qurbanlının dediklərindən: 
-Müharibə  başlayandan  mənRüxsarə  Cumayevanı  tanı-
yıram.  Onun  cəsur,  mərd  olduğunu,  1992-ci  ildən  1994-cü 
ilin  əvvəlinə  qədər  tibb  bacısı  kimi  ön  cəbhədən  yaralıları 
necə  gətirdiyini  gözlərimlə  görmüşəm.  Yaralılara  ilk  tibbi 
yardımı elə göstərirdi ki, onlar hospitala gələn zaman hiss 
olunurdu  ki,  bu  sarğını  tibbi  savadı  olan  bir  tibb  işçisi 
sarıyıb.  Rüxsarə  xanım  özü  əlil  olsa  da  o,  şəfalı  əlləri  ilə 
yaralı  döyüşçülərin  yaralarına  məlhəm  verirdi.  Mən  Azər-
baycanın  torpaqları  uğrunda  şücaət  göstərmiş  cəsur  Tutu 
ləqəbli Rüxsarə xanımın qarşısında baş əyirəm.  
Döyüş yoldaşı Şirxanın dediklərindən:  
 -Mən  Tutunu  1993–cü  ildə  Ağdamın  Şelli  kəndində 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
32 
 
olan  döyüşlərdən  tanıyıram.  Tutu  əsil  bacı  qayğısı,  mehri-
bançılığı  ilə  hər  bir  əsgər  yoldaşımızın  qəlbində  böyük bir 
iz  qoymuşdu.  Mən  yaralandığım  zaman,  yaramı  sarıyıb, 
Gəncədə  olan  Abbas  Səhhət  adına  uşaq  xəstəxanasına 
aparmışdı. O, çox qayğıkeş xanım idi.  
Döyüş  yoldaşı,  I  qrup  əlil  Vəliyev  Nazimin 
dediklərindən:  
-  Mən  bu  yay  Şağanda  Əlil  və  Veteranlar  üçün  pon-
sionatda  müalicə  alırdım.  Axşam  tərəfi  idi.  Uşaqlar  bir 
xanımın  başına  yığışıb,  söhbət  edirdilər.  Söhbətə  mən  də 
qoşuldum.  Söhbətimiz  mübahisəyə  çevrildi.  Amma  səs 
mənə o qədər doğma idi ki. Hər ikimiz sağollaşdıq, öz otaq-
larımıza  getdik.  Səhəri  gün  yenə  bu  xanımın  başına  topla-
şıb, söhbət edirdilər. Yaxına gəldim. Axşam səsi mənə şirin 
gələn bu xanımı tanıdım. Həmin xanım Ağdərənin Canyataq 
kəndində  bir  postda  yaralı  döyüş  yoldaşlarımı  çıxardan 
Tutu Cumayeva idi. Allah bizi yenidən görüşdürdü. İndi biz 
artıq bir ailə kimi çox yaxınıq.  
Xocalı  rayon  sakini  Ağdam  rayonunda  məskunlaşmış 
Araz Aslanov  Tutu  haqqında  belə  deyir:  -Mən  1992-ci  ildə 
Ağdam  istiqamətində  gedən  döyüşlərdə  Rüxsarə  Cuma-
yevanı tanımışam. Yadıma gəlir Fərrux dağda atışma oldu. 
Dəstədən  uzaq  düşdük  və  Tutu  ilə  4  saat  mühasirədə  qal-
dıq.  Heç  qorxu  bilmirdi.  İndiki  kimi  yadımdadır.  Onun  ba-
laca  avtomatı  var  idi,  bir  tərəfində  tibbi  ləvazimat  çantası, 
bir tərəfində avtomat. 1993-cü ildə Fərrux dağı uğrunda ge-
dən  döyüşdə  ayağımdan  yaralandım.  Rüxsarə  ilk  tibbi 
yardım  edib,  məni  Ağdamın  Dovşanlı  kəndində  yerləşən 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
33 
 
Hərbi Səhra Hospitalına gətirdi və orda da həkimlərin rəyi 
belə  oldu  ki,  tibbi  yardımı  yaxşı  edib  artıq  hospitalda 
qalmağa ehtiyac yoxdur və Rüxsarə xanım bu yaranı hərbi 
hissədə  özü  müalicə  edə  bilər.  Biz  ön  cəbhəyə  döndük. 
Xatirələrim  çoxdur,  amma  birini  də  danışmaq  istərdim  ki, 
1993-cü ildə Mehmanə döyüşlərində Tutu cəbhə yoldaşları 
ilə  döyüş  meydanından  yaralıları  çıxartmağa  kömək  etdi. 
Və  vaxt  itirmədən  Nəsimiyə,  Amilə,  Şıxəliyə  və  digər 
döyüşçü yoldaşlarına ilk tibbi yardım göstərdi. Biz Tutunu 
anamız,  bacımız  kimi  sevirdik,  o  da  bizə  ürəklə  yanaşırdı. 
Hər birimizə qayğı göstərirdi.  
Almaz Zeynalova Rüxsarə xanımı neçə illərdi ki, tanıyır. 
Onun  Qarabağ  müharibəsi  zamanı  şücaətini  görməsə  də 
Tutunun necə mərd və cəsur, vətənpərvər olduğunu, Vətən 
üçün  necə  canıyla,  qanıyla  necə  yandığını  söylədi.  “Belə 
qəhrəman  qadınlar  Azərbaycan  üçün  mərdlik  və  cəsarət 
simvoludurlar”- dedi.  
Radə  Abbas  Rüxsarə  Cumayevanın  ön  cəbhədən  necə 
yaralıları  gətirməsini  və  döyüşkən  cəsur  bir  xanım 
olduğunu söylədi.  
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
34 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
35 
 
 
 
 
RÜXSARƏ  
XANIMIN  
XATİRƏLƏRİ. . . 
 
 
 
 
 
 
 
 
 


~~~~~~~~~~
 
Qarabağın Tutusu 
~~~~~~~~~~ 
 
36 
 
 
RÜXSARƏ XANIMIN XATİRƏLƏRİ: 
 
 
-1992-ci  ildə  Ağdamda  yerləşən  hospitalda  18  əsgərə 
qan vermişəm.  
-1988-  ci  il  noyabr  ayının  20-dən  dekabr  ayının  5-nə 
kimi  hal-hazırda  Azadlıq  meydanı  adlanan  yerdə  aclıq 
aksiyasına qoşuldum. Topxana meşəsinin qırılmasına etiraz 
əlaməti olaraq.  
-Mən  dörd  dəfə  əmrim  olmadan  döyüşə  girmişdim. 
Rəhmətlik  milli  qəhrəmanımız  Şirin  Mirzəyev  Fərrux  dağı 
ətrafında gedən döyüşlərdə artıq mənim döyüşdə iştirakım 
üçün əmrimi reallaşdırdı. “Tutu” ləqəbini də Şirin Mirzəyev 
vermişdi  mənə.  “Qaraca  qız”  filimində  Qaraca  qıza 
bənzədiyim üçün.  
-Mehmanə  döyüşü  zamanı  yolu  azmışdıq.  Komandirim 
Qələndar  İsmayılov  xalamın  oğlu  Cavanşir  Qurbanova 
müraciətlə dedi: 
 -  Deyəsən  mühasirəyə  düşmüşük.  Tutunun  əsir 
düşməsinə mane olmalıyıq. Tutuya kim güllə atacaq?!  
 Cavanşir əlindəki avtomatı yerə ataraq söylədi:  
 -Komandir, mənim əlim gəlməz vurmağa.  
 Dayım oğlu Hacıbəy isə dedi:  
 - Mən vuraram! Erməniyə diri getməyə qoymaram!  
 Mühasirədən  çıxdıq.  Biz  meşənin  içi  ilə  Mehmanəyə 
doğru qalxdıq. 2-3 gün ağır döyüşlər getdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə