 ŞURƏDDİn məMMƏDLİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix21.03.2018
ölçüsü0,7 Mb.
#32696
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 60 

Bəylərdə  74  nəfər;  1926’da  Böyük  Bəylərdə  36  ailədə  106 

nəfər,  Bala  Bəylərdə  29  ailədə  89  nəfər;  2002’də  Böyük 

Bəylərdə 200 nəfər,  Bala  Bəylərdə  395 nəfər. Vahid Mirzəyev 

adına  təməl  məktəb  (2005’də  90  şagird)  var.  Məşhurları: 

Sultan  qarı,  şair  Qul  Qərani,  qlava  Sədrəddin,  ictimaiyətçilər 

Vahid  Mirzəyev,  Rafael  Mirzəyev,  Tahir  Nazıyev,  veteran 

müəllimər  Mikayıl  Mustafayev,  Fərman  Məmmədov,  foto 

ustadı Fərman Şərifov vb. 

 

  BÖYÜK  MUĞANLI  kəndi  –  Xram  çayının  sol  sahilində, 

yarğanın  qaşında,  rayon  mərkəzindən  18  km  gündoğarda, 

dəniz  səviyəsindən  310  m  yüksəklikdə.  Qədim  Muğ,  Muğan 

tayfalarıyla ilgilidir. El arasında Qaş-Muğanlı deyilir. Yaxınlıqda 

Damğaçı düzü deyilən tarixi məskən var. Məxəzlər göstərir ki, 

bu  yerlər  vaxtilə  ticarət  mərkəzi  olub.  Qədim  Çələbli-

Xaccaoğlu qəbiristanlığı da buradadır. Əhalisi: 1803-cü ildə 30 

ailədə  120  nəfər;  1870’də  72  ailədə  483  nəfər;  1918’də  492 

nəfər;  1926’da  133  ailədə  617  nəfər;  2002’də  rəsmi 

siyahıyaalmaya  görə,  684  ailədə  1815  nəfər  (887  kişi,  928 

qadın). Dünyəvi məktəbin tarixi 1922-ci ildən başlanır, hazırda 

orta məktəb (268 şagird) fəaliyətdədir. Məşhurları: şair Qasım 

ağa,  ustad  aşıq  Xındı  Məmməd,  ağsaqqallar  Seyid  Bağıri, 

Molla  Səttar,  Paşa  ağa,  Molla  Qurban,  Musa  Hüseynoğlu, 

Qəhrəman  Şabanov,  Ordenli  Qərib,  Seyid  Əsədulla,  Seyid 

Möhsün,  Səyad  Kərimov,  Salman  İmamverdioğlu,  partizan 

Musa  Orucov,  ağbirçək  Minə  qarı,  el  loğmanı  Gövhər  nənə, 

profesorlar  Lətif  Vəliyev,  Xalid  Tanrıverdiyev,  veteran 

müəllimlər  Muxtar  Hacıyev,  aşıqlar  Rza,  Sefi,  Gülabı,  şairlər 

Əli  Faxralı,  Əli  Borçalı  (Ələkbərov),  Mahal  Vəliyev,  İsa  Sadiq, 

İsa  Yusifoğlu,  Elmira  Mahalqızı,  "Şərəf"  ordenlilər  jurnalist-

tərcüməçi  Nəsib  Yusifoğlu,  müəllim-şair  Yusif  Yusifli,  dövlət 

xadimi  Hüseyn  Yusifov,  jurnalist  Binnət  Əlioğlu,  incəsənət 

təşkilatçısı Həsən Qəniyev b. 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 61 

 

  BUDYONOVKA  kəndi  –  Qullar  səmtdədir.  Əhalisi: 

2002’də 163 nəfər (55 nəfər azərbaycanlı).  



 

  BURMA  (Burma  Təzəkəndi)  kəndi  –  Yerli  əhali 

Qazaxlar  deyir.  Dəvədöy  çayının  sol  sahilində,  rayon 

mərkəzindən  40  km  güneydə,  Sadaxlı  kəndindən  9  km 

günbatarda, Qaradaş adlanan dağətəyi sahədə, Ermənistan'la 

sınırdadır.  19-cu  yüzildə  yaranıb.  Əvvəllər  Sadaxlının  binə 

yerləri olub. Əhalisi: 1979-cu ildə 345 nəfər; 1989-cu ildə 530 

nəfər; 2002’də 40 evdə 433 nəfər. İbtidai məktəb (15 şagird) 

fəaliyətdədir.  Məşhurları:  ağsaqqal  Əli  Nəcəfov,  maarifçilər 

Ələddin  Yusifov,  Laləzar  Nəsibova,  müğənni  Nəsib  Cəfərov 

vb. 


 

  CANDAR  kəndi  – Borçalı çökəyinin quzey sınırında, Alget 

çayının  sol  sahilində,  rayon  mərkəzindən  3  km  quzeydə, 

avtomobil  yolunun,  Bakı–Tbilisi–Ceyhan  kəməri  yaxınlığında, 

dəniz  səviyəsindən  460  m  yüksəklikdə.  Hazırda  Marneuli 

şəhərinə  daxildir,  əsas  küçə  Candar  küçəsi  adlanır.  Candar 

türk tayfasının adındandır. Ərazisində Çinar ağac piri var. Hər 

il  Novruz  bayramında  Borçalı  mahalının  camaatı  burada 

bayram  şadyanalığı  keçirir,  əhd-peyman  bağlayır.  Çinarlı  da 

deyilir.  Əhalisi:  1870’də  27  ailədə  177  nəfər;  1926’da  93 

ailədə  366  nəfər;  2002’də  təxminən  400  ailədə  1900  nəfər. 

Budaqlı,  Kərəmli,  Mansıruşağı,  Nəbiuşağı,  Namazöyü,  Dəllər, 

Məşədilər,  Sağamoylar  tayfaları  yaşayırlar.  Məktəb  1922-ci 

ildə  yaradılıb,  orta  məktəb  (2005’də  224  şagird,  25  müəllim) 

fəaliyətdədir.  Məşhurları:  ağsaqqallar  Budaq  baba,  Məşədi 

Hüseyn,  Qara  Həsənoğlu,  Kazım  kişi,  Bəxtiyar  baba,  Molla 

Məhəmməd,  dilçi  alim  profesör  Həsrət  Həsənov,  zurnaçı  Na-

maz  Dədə,  şairlər  Mahmud  Gürcüstanlı,  Sərxan  Candarlı, 

veteran müəllimlər Məşədi Ələkbər, Fərrux Novruzov, Əlipaşa 




============================================= 

Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 62 

Qasımov,  Bayram  Bayramov,  Nayət  Əliyeva,  Zərifə  Xəlilova, 

Paşa Bayramov, Vahid Namazov. 

 

  CANXOŞ  kəndi  –  Serakvi  (Zirək)  dağ  yamaclarında  kiçik 

kənddir.  2002’də  cəmi  20  nəfər  sakini  olub  (gürcülər  və 

azərbaycanlılar). 

 

  DAŞTƏPƏ  kəndi  – Borçalı çökəyində, rayon mərkəzindən 

16  km  güneydədir.  Əhalisi:  1926’da  20  ailədə  37  nəfər; 

2002’də  340  ailədə  1462  nəfər  (690  kişi,  772  qadın).  Orta 

məktəb  (2005’də  162  şagird,  17  müəllim)  var.  Məşhurları: 

veteran 

müəllimlər 

Sayadxan 

Mahmudov, 

Qəhrəman 

Qəhrəmanov,  ictimaiyətçi  Zahid  Həsənov,  aşıqlar  Məhəmməd 

Süleymanov, Şəmil Alıoğlu, din xadimi Məşədi Eldəniz vb. 

 

  DƏMYƏ-GÖRARXI  kəndi  –  Lök  sıra  dağlarının  şimal 

yamaclarında,  rayon  mərkəzindən  30  km  güneydə,  Sadaxlı 

kəndindən 7 km aralıda, Marneuli–Sadaxlı avtomobil yolunun, 

Tbilisi–Sadaxlı  dəmiryolunun  kənarında,  dəniz  səviyəsindən 

420  m  yüksəklikdə.  Dəmyə  su  çıxmayan  yer  anlamındadır, 

Görarxı  toponiminin  açımı  barədə  müxtəlif  mülahizələr 

mövcuddur. Əhalisi: 1870’də 17 ailədə 114 nəfər; 1926’da 56 

ailədə  340  nəfər;  2002’də  480  ailədə  1815  nəfər  (900  kişi, 

915 qadın). Məktəbin tarixi 1923-cü ildən götürülür,  indi  orta 

məktəb  (243  şagird,  26  müəllim)  fəaliyətdədir.  Məşhurları: 

aşıq  Oruc,  ağsaqqallar  Seyid  Miri,  Hacı  Həsən,  Hacı  Piri, 

profesorlar Mikayıl Cəfərov, Həsən Əliyev, "Qeyrət" xalq hərə-

katının  sədri  Seyid  Əlibala  Əsgərov,  ictimaiyətçi  Heydər 

Musayev vb. 



 

  ƏZİZKƏND  kəndi  –  Görarxı  elatına  aiddir.  Alget  çayının 

sol  sahilində,  rayon  mərkəzindən  12  km  cənub-şərqdə,  dəniz 

səviyəsindən  330  m  yüksəklikdə.  Məxəzlərdə  İvanbəyli 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə