[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə113/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   109   110   111   112   113   114   115   116   ...   282

203 

 

1918



 

il  noyabrın  16-da  Sulkeviçin  başçılıq  etdiyi  Krım  höku məti  istefa  verdi.  Keçmiş  duma  üzvü  S.S.Krım 

yeni  höku mət  yaratdı.  Kadetlerdən  təşkil  o lun muş  bu  hökumət  1919  ilin  əvvəlində  Den ikin  o rdusu  Krıma  daxil 

olduqdan sonra yerli  müsəlman lara  - türk-tatar əhalisinə qarşı  repressiyaları gücləndirdi.  Krım türkləri ö z hüquqların ı 

qorumaq  üçün  bu  hökumətə  daxil  olmayaraq,  ayrıca  milli  höku mət-d irektoriya  və  parlament  yaratdılar.  A zərbaycan 

Höku mətin in  elçisi  M.Y.Vəzirov  1919  ilin  yanvarında  Simferopolda  Krım  türk  parlamentinin   s ədri  Sey id  Camal 

Xəttatovla və  milli direktoriyanın başçısı S.Mis xa rlı ilə görüşdü və Cü mhuriyyətin Krım türklə rin in  milli  müstəqillik 

uğrunda mübarizəsini  müdafiə etdiy ini bildirdi. A zərbaycan Höku mətinin  başçısı Fətəli  xan  Xoyski 1919  il yanvarın  

14-də  Krım  türk  milli  d ire ktoriyasının  başçısı  S.Mis xa rlıya  gön dərdiyi  məktubda  onun  Hökumətinin  Krımı  müstəqil 

dövlət kimi görməyi arzu etdiyini və Paris sülh konfransında Krım nümayəndəsinin Azərbaycan nümayəndəliy i ilə sıx 

əlaqədə fəaliyyət göstərməsinin zəruriliyin i bildirdi. 

1919


 

il  martın 19-da doktor Cəfər bəy Rüstəmbəyov Azərbaycan Cümhuriyyətinin Krımda və Kubanda diplo-

matik  nümayəndəsi  və  ticarət  agenti  təyin  edild i.  Lakin  1919  il  aprelin  9-da  Krımın  Qırmızı  ordu  tərəfindən  işğalı, 

iyulun 1-də  isə yenidən Denikin ordusunun əlinə keç məsi onun müstəqilliyinə qəti ola raq son qoyduğu üçün C.Rüstə-

mbəyovun bu missiyanı ic ra et məsi mü mkün o lmadı. Ona görə də, Azə rbaycan Xarici İşlə r Na zirliy i bölgədə baş verən 

prosesləri ya xından izlə mə k üçün 1919  il sentyabrın 22-də iqt isadçı alim Şey x Əli  Hüseynovu Azərbaycanın Krımda  

konsul agenti təyin etdi. 

Azərbaycan Xalq  Cü mhuriyyətinin  Krıma göndərdiyi nü mayəndələr bölgədə fəaliyyət göstərən hökumətlə rlə , 

xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədi daşıyırdılar. 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998; 

Возгрин В. Е.  Историчиские судьбы крымских татар, М.. 1992.  Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-

1920-ci illər), B., 1993. 

 

AZƏRBAYCANIN  KUBANDA  VƏ  DONDA  DĠP LOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  Kuban  hökuməti  və  Şimali  Qafqaz  xalqları  ilə  əlaqə  saxlamaq  üçün  təyin  etdiyi  diplo matik  nüma -

yəndəlik.  Rusiyada bolşeviklə r hakimiyyəti ələ  keç irəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yara-

dılmışdı.  Mərkəzi  Yekaterinodar  (indiki  Krasnodar)  ş əhəri  idi.  A zərbaycan  Höku məti  1919  il  martın  19-dan  doktor 

Cəfə r bəy Rüstəmbəyovu Kuban hökuməti yanında diplo matik nü mayəndə təyin etdi. 

C.Rüstəmbəyov  Azərbaycan  Xarici  İşlər  Nazirliyinə  ünvanladığı  raportda  1919  il  iyunun  1-də 

Yekaterinodarda  ingilis  hərbi  missiyasının  rə isi  general  Briqqslə  görüşməsi,  ingilis  ko mandanlığının  Azərbaycanla 

Cənubi  Rusiya  Silahlı  qüvvələri  (Könüllü  ordu)  baş  komandanı  general  Den ikin  arasında  norma l  münasibət 

qurulmasında  maraqlı  o lması,  iyunun  3-də  Briqqsin  vasitəçiliyi  ilə  Denikin lə  görüşməsi  və  onun  Azərbaycanla 

diplo matik  nü mayəndəlik  mübadiləsinə  hazır  olması  haqqında  məlu mat  vermişdi.  A zərbaycanın  dip lo matik 

nümayəndəsinin 1919 il iyunun 11-də göndərdiyi raportda  Kuban Radasında federasiya və  müstəqillk tərəfdarları ilə 

Denikin  arasında  münasibətlərin  gərgin  olması,  Kuban  hökumətin in  Denikinə  qarşı  mübarizə  məsələlərini  mü zakirə 

etmə k  üçün  Rusiyanın  cənubunda  yeni  yaranmış  dövlətlərin,  o  cü mlədən  Cənubi  Qafqa z  res publika ları 

nümayəndələrin in  iştirakı  ilə  konfrans  çağırmaq  haqqında  xəbər  verilirdi.  Raportda  kubanlıların  Denikinə 

inanmamaları,  kazakları ö z tərəflərinə çəkməklə  müstəqilliklərini qorumağa çalış maları, yaln ız  Ukrayna hüdudlarında 

bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 

1919 il  iyunun 26-da Azərbaycan Xarici  İşlər Na zirliyin in C.Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan 

Höku mətin in  Denikinlə  dip lo matik  nü mayəndəlik  mübadiləsinə  razılıq  vermədiy i,  Denikin  ordusu  hissələrinin  Da-

ğıstandan  çıxarılması  tələbi  əks  olunmuşdu.  Eyni  zamanda,  C.Rüstəmbəyova  Azərbaycan  Xalq  Cü mhuriyyətini  Don 

hökuməti yanında da təmsil etmək  mandatı verildi. Azərbaycan Höku məti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa 

çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı p lanlaşdırırdı. Həm də, bu zaman bütün Şimali Qafqazda 

real  hakimiyyətin  Denikinin  əlində  cə mlən məsi  də  nəzərdən  qaçırılmırd ı.  Ona  görə  də,  Azərbaycan  Xalq  Cü m-

huriyyəti  ilə  Şima li  Qafqa z  arasında  rabitə  və  nəqliyyat  əlaqələrinin  bərpası  məsələsini  Hö ku mət  başçısı  Nəsib  bəy 

Yusifbəyli  məh z Denikinin  nümayəndəsi general N.Ba ratovla  mü za kirə et miş və  1919  il sentyabrın 11-də ilkin saziş 

imzalan mışdı. Bu sənəddə Bakı ilə Rostov arasında teleqraf və radio  rabitəsi yaradılması, poçt mübadiləsinin və dəmir 

yolu əlaqəsinin niza ma salın ması nə zərdə tutulurdu. 

1919 il sentyabrın 24-də Azərbaycanın Kubanda və Donda nümayəndəsi C.Rüstəmbəyova Cənubi Rusiya Si-

lahlı Qüvvələri baş ko mandanlığ ı yanında Azərbaycan Xalq  Cü mhuriyyətinin mənafeyini müdafiə etmək səlahiyyəti də 

verild i.  Elə  hə min  gün  Azərbaycan  Höku məti  Paşa  bəy  Sultanovu  Rostova  konsul-agenti  təyin  etdi.  Hö ku mət  bu 

təyinatla  həmin  dövrdə  ingilis  ko mandanlığın ın  Xəzə r  Hərbi-Dəniz  Donanmasının  b ir  h issəsini  Den ikinə  verməsinə  

qarşı  Azərbaycanın  etirazları,  d igər  tərəfdən  isə  Denikin in  Azərbaycan  hərbi-dəniz  qüvvələrinin  yaradılmasına  qarşı 

çıxması ilə bağlı münasibətlərin gərg inləşdiyi bir şəraitdə C.Rüstəmbəyovun işini qis mən yüngülləşdirmək istəyirdi. 

Paris  sülh  konfransında  (1919-20)  iştirak  edən  Kuban  nümayəndəsi  L.Bıç  Azərbaycan,  Gürcüstan,  Ukrayna, 

Şimali Qafqaz və Baltikyanı respublikaların  nümayəndələri ilə birlikdə 1919 il oktyabrın  8-də bəyannamə imzalayaraq, 

Antantanın Rusiya bolşeviklərinə qarşı mübarizə  məqsədilə  Ko lçaka , Denikinə göndərdiyi böyük maddi yardımın təyi-

natı üzrə deyil,  keçmiş imperiya hüdudlarında yeni yaranmış dövlətlərə qarşı yönəldildiy ini b ild irmişdi.  Lakin Antanta 

bu bəyannaməni nə zərə a lma mış, o dövrdəki hərbi uğurlarına görə Den ikinə yardımı daha da artırmışdı. 

 

 

 



 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə