[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə132/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   128   129   130   131   132   133   134   135   ...   282

234 

 

 



edilmiş  İkinci p iyada diviziyasının ko mandiri  general-mayor İbrahim ağa Usubov yenidən qarnizon rəisi o ldu.  

BAKI  XALQ  KOMĠSSARLARI SOVETĠ (BXKS)  -Cənubi Qafqazda sovet hakimiyyətinin ilk səlahiyyətli 

hakimiyyət orqanı. S.Şau myanın başçılığı ilə e rməni-daşnak quldur dəstələrin in türk-müsəlman əhaliyə qarşı törətdiyi 

1918  il  mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin  xey rinə dəyişdi. Soyqırımından sonra şəhərdə, 

demə k  ola r  ki,  azə rbaycanlı  qalma mışdı.  Şəhərin  türk-müsəlman  əhalisinin   bir  hiss əsi  silahlı  bolşevik-daşnak 

dəstələrin in  qırğ ın  və  talanlarından  qurtulmaq  üçün  Mərkəzi  Asiya  və  İrana  qaçmış,  qalan  hiss əsi  isə  ətraf  kəndlərə  

dağılış mışdı.  "Daşnaksutyun"  rəhbərləri  yüksək  vəzifəli  ermən i  "bolşeviklərin in"  himayəsi  ilə  özlərini  Bakının  əsl 

sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar 

bağlanmışdı.  Yeni  yaradılan  əmək  ko missarlığı,  ərzaq  direktoriyası,  bütün  nəqliyyat  bolşeviklərin  sərəncamına 

keçmişdi.  Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də Ermən i Milli  Şurası fəaliyyətini davam etdirirdi. Aprelin  

25-də hakimiyyət orqanı kimi Ba kı Xa lq Ko mis sarları Soveti yaradıldı. 

BXKS-nin sədri və zifəsinə S.Şau myan "seçildi".  O, eyni  za manda,  xarici  işlər ko missarı id i.  Xalq da xili işlə r 

ko missarı  P.A.Çaparidze,  əd liyyə  ko missarı  A.B.Karinyan,  nəqliyyat  ko missarı  Markaryan,  fövqəladə  ko missiyanın 

sədri Ter-Qabre lyan, Dövlət nə zarəti ko missarı A.S.Boqdanov, əmə k  ko missarı  Y.D.Zevin seçild ilə r.  BXKS qatı  mil-

lətçi ermən ilə rdən və onla rla  sıx ə mə kdaşlıq  edən rus bolşeviklərindən ibarət  id i. Azə rbaycanlı  ko missarlara, əsasən, 

təsərrüfatla  bağlı  sahələr  "həvalə"  olunmuşdu.  Nəriman  Nə rimanov  şəhər  təsərrüfatı,  M ir  Həsən  Və zirov  isə  torpaq 

işləri  üzrə  xalq  ko missarları  id ilər.  Beləliklə,  yerli  azərbaycanlı  əhalin in  nümayəndələri,  demək  o lar  ki,  hakimiyyətə 

yaxın buraxılmadı. Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik  münasibəti 

bəslənilirdi. S.Şau myan qarşısına  "demokratiya" və " xa lq  hakimiyyəti" pərdəsi alt ında Azə rbaycanı a zərbaycanlıla rdan 

təmizlə mək,  onun  yeraltı,  yerüstü  sərvətlərini  çap ıb-tala maq,  torpaqla rın ı  qəsb  edib  "Böyük  Ermən istan"  dövləti 

yaratmaq  xü lyasını  reallaşdırmaq  vəzifəsi  qoymuşdu.  O,  BXKS-nin  fəaliyyətini  də  bu  məqsədə  yönəltmişdi.  BXKS 

Moskvanın birbaşa göstərişi  ilə neft sənayesini  milliləşdirdi və  Bakı nefti  Rusiyaya nəql olun mağa başladı. Təsadüfi 

deyil  ki,  Leninin   göstərişi  ilə  BXKS-nə  neftin  hasilatı  və  daşınmasın ı  sürətləndirmək  üçün  yüz  milyon  rubl  pul 

ayrılmışdı.  1917  ilin noyabrından 1918 ilin  martınadək  Rusiyaya 4  milyon  313  min  pud neft daşındığı halda,  1918  il 

aprelin  əvvəllərindən  iyulun  a xırla rınadək  80  milyon  25  min  pud  neft  aparılmışdı.  Bundan  başqa,  Bakıdan  v ə 

Azərbaycanın qəza larından Rusiyaya "qardaşlıq yardımı" adı altında 700 min pud pambıq, 100  min pud qura balıq, xeyli 

miqdarda düyü, duz və s. göndərilmişdi. 

Bakı  Soveti  Fətəli  xan  Xoyskinin  başçıllıq  etdiy i  Bakı  şəhər  dumasını  buraxaraq,  Zaqafqaziya  seymini 

əksinqilab i  quru m  elan  etdi.  Moskva  bütün  vasitələrlə  BXKS-ni  hərbi-siyasi  cəhətdən  qüvvətləndirməyə  çalışırd ı. 

Lenin   hərbi  ko missarlığa  və  inqilab i  mübarizə  şurasına  Ba kıdakı  sovet  qoşunların ı  təcili  surətdə  bütün  zəruri  hərb i 

sursatla təmin et mək göstərişi vermişdi. Hə min göstəriş yerinə yetirilərə k q ısa müddətdə Bakıya 5 min tüfəng, 2 milyon 

patron, 35 



235 

 

pulemyot,  4  zirehli  avtomobil,  13  təyyarə  göndərildi.  Ba kıda  isə  BXKS  o rdusunun  erməniləşdirilməsi  prosesi  başa 



çatdırıldı. Moskvaya göndərdiyi  məktubda Q.Korqanov yazırdı: "Ko mmuna ordusunun sayı 18  mindir, əsgərlərin bö-

yük hissəsi, yəni 13  minə qədəri,  zab itlərin isə demək olar ki, hamısı ermənilərdir". BXKS ordusuna komandanlıq edən 

Z.Avetisyan, N.Qararyan, Ha ma zasp və b. azərbaycanlılara  qarşı ifrat vəhşiliyi ilə ad ç ıxa rmış qaniçənlər idilə r. 

BXKS-ni  istər  milli  tərkibi,  istər  yerli  a zərbaycanlılara   qarşı  yeritdiyi  milli  düşmənçilik  və  dözü msüzlü k 

siyasəti  Moskvanı  tam  qane  edird i.  Be lə   ki,  Moskva  neft  Ba kısını,  bütövlükdə  Cənubi  Qafqa zı  ö z  ə lində  və  nüfuz 

dairəsində saxla maq üçün bu antiazərbaycan hakimiyyət re jiminə ö zünün təsir me xanizmi kimi ba xırdı. 

BXKS-nin qa rşısına qoyduğu ən böyük vəzifələ rdən biri də Gəncəyə hücum edib  Azərbaycan Xa lq Cü mhuriy -

yətini devirmə k id i. La kin iyunun 27-si ilə  iyulun 1-i a rasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyin i həll etdi. 

Bu döyüşdə xalq  könüllüləri, A zərbaycan və türk hərb i h issələrindən ibarət  Qafqaz İslam  Ordusu BXKS qoşunlarını 

darmadağın  edərək,  Bakı  istiqamətində  hərəkətə  başladı.  Tezliklə,  BXKS  A zərbaycan  mühitinə  yad  bir  quru m  kimi 

tarix  səhnəsindən  çıxd ı.  Ba kıda  hakimiyyəti  zorakı  yolla  zəbt  edən  Bakı  Soveti  dövlət  "əmla kın ı  mən imsədiyi  üçün 

Sentrokaspi" hökuməti tərəfindən həbs edildi.  Qafqaz İslam  Ordusu sentyabrın 15-də  Bakın ı azad edən zaman həbsdə 

olan  Bakı  Soveti  rəhbərliy i  Bakını  tərk  etməyə  cəhd  etdi.  Eserlər  tərəfindən  həbs  edilən  Bakı  Soveti  rəhbərliy i 

sentyabrın 20-də Türkmənistanda güllələndi. 



 

Əd

.: Azərbaycan tarixi, 7cilddə, c. 5, B., 2001; Насиров Т., Борьба за власть большевиков Азербайджана, Б., 1983.  

 

BAKI  XALQ  KOMĠSSARLARI  SOVETĠNĠN  1 MAY  BƏ YANNAMƏS Ġ  -  1918  il  may ın  1-də  "Ba kı 

Sovetinin  Xəbərlə ri"  qəzetinin  81  sayında  dərc  edilmişdir.  Bəyannamədə  apre lin  25-də  yaradılmış  Bak ı  Xalq k omis-



sarları Sovetinin (BXKS) Ümu mrusiya Xalq Ko missarları Sovetinin bütün dekret və sərəncamların ı yerli şəraitə uyğun 

həyata  keçirəcəyi  və  BXKS-n in  fəh lə,  əsgər,  matros  deputatları  soveti  qarşısında  cavabdeh  olacağı  göst ərilird i. 

Ümu mrusiya mərkəzi hakimiyyəti ilə möhkəm əlaqə yaratmaq  BXKS-nin əsas vəzifələrindən biri kimi açıq lanır, sovet 

hakimiyyətinin qarşısında duran vəzifə lər müəyyən edilird i. Onla rın həyata keçirilməsi üçün güclü ordunun yaradılması 

vacib sayılırdı. Azərbaycanın Şamaxı, Lənkəran, Quba və b. yaşayış məntəqələrində türk-müsəlman  əhaliyə qarşı həyata 

keçirilmiş  kütləv i  qırğın lar  bəyənilir,  "qalibiyyətlə  başlan mış  vətəndaş  müharibəsini  (yəni,  soyqırımlarını  —  red.)  

davam etdirmək" nə zərdə tutulurdu.  BXKS  Ba kı fəh lələ rin i "fəa l və  mütəşəkkil  kö mək" göstərməye çağırırdı.  BXKS 

məsuliyyəti  hə m  də   fəhlə   sinfinin  ü zərinə  qoyur,  "səhvlərin  və  müvəffəqiyyətsizliklərin  ta ma milə   təbii  və  labüd" 

olduğunu  bəyan  edərək,  fəhlələrin  hakimiyyətlə  b irlikdə  "ümu mi  məsuliyyət"  daşıdığını  vurğulay ırdı.  S.Şau myan 

tərəfindən yazılmış, bəyannaməni özü və d igər ko missarlar imza la mışlar. 

1 May bəyannaməsi Azərbaycan xalqına qarşı  1918  ilin  ma rtında S.Şau myanın başçılığı  ilə həyata keçirilmiş  

soyqırımların ın qabaqcadan düşünülmüş cinayətkarlıq aktı olduğunu bir daha təsdiq edir. 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə