[]


Bölmə I:   Milli dəyərlərimizi qoruyaq və yaşadaq



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.11.2017
ölçüsü0,51 Mb.
#7802
1   2   3   4   5   6   7   8   9   ...   12

 

Bölmə I: 



 Milli dəyərlərimizi qoruyaq və yaşadaq. 

Milli-mənəvi  dəyərlərimizin  kökü  əməli-salehlik    və  əxlaqi  saflıqdır;  mənəvi 

təmizlik 

və 


büllurluqdur;  halallıq  və  gözütoxluqdur;  xeyirxahlıq  və 

mərdanəlikdir...Bunların hamısının zirvəsində isə adi vicdan dayanır.  

Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi 

sevgi  nümunəsini  xatırlayanda  düşünürük:  ta  qədim  dövrlərdən  saf  çeşmə  tək 

süzülüb  gələn,  milli  kimlik  meyarına  çevrilən  ali  mənəvi  keyfiyyətləri,  bəşər 

sivilizasiyasını  zənginləşdirən  dəyərli  mədəni  irsi,  özünəməxsusluğu  şərtləndirən 

bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Nədən ki, mövcudluq tarixi şərəfli 

mübarizə  yolu  ilə  zəngin  olan  müdrik  xalqımızın  tarixində  ona  utanc  gətirəcək 

hansısa  hadisə  olmayıb.  Taleyin  sərt  üzündən  əsrlər  boyu  müxtəlif  sarsıntılara, 

ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən 

çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Qloballaşan 

dünyanın  yeni  nizamı  həqiqi  mahiyyətindən  çox-çox  uzaqlaşmış  “qərbləşmə”, 

“avropalaşma” kimi kütləvi kulturoloyi baxışları, kosmopolit dəyərləri zorən kiçik 

millətlərə  sırımağa  çalışsa  da,  Azərbaycan  xalqı  bu  qarşısıalınmaz  prosesə 

oturuşmuş mənəvi-əxlaqi dəyərlər sistemi ilə layiqli müqavimət gücündə olduğunu 

təsdiqləyib. 

Bütün bunlara rəğmən, nədənsə biz bir həqiqəti etiraf etməyə özümüzdə hələ 

ki,  mənəvi  güc  tapmırıq.  Etiraf  etməliyik  ki,  yaşadığımız  təbəddüatlarla  dolu 

cəmiyyətin sosial çətinlikləri qarşısında bəzən özümüzdən  milli- kimlik kartımıza 

çevrilmiş  munis    dəyərlərimizdən  uzaqlaşır,  hardan  gəlib,  haraya  getdiyimizi 

unuduruq.  Müstəqilliyi,  azadlığı  al  qanla  yoğrulan  bu  xalqın  tarixən  Cananşir, 

Babək, Şah İsmayıl, Cavad xan misalındakı şanlı qəhrəmanlıq salnaməsinə, Kitabi 

Dədə  qorqud”  eposunda  parlaq  təcəssümünü  tapan  zəngin  mənəvi  irsinə,  yetkin 

mənəviyyat  örnəyinə  çevrilən  adət-ənənələrinə  belə  skeptik  ruhda  yanaşanlar 

tapılır.  Gəlin  unutmayaq  ki,  mənəvi  deqredasiya  təzahürlərini  tarixən  hər  bir 

cəmiyyət öz taleyində çətin sınaq mərhələsi kimi yaşayıb. Bunu əldə dəstəvuz  edib 

çətin  və  şərəfli  yol  keçən  azərbaycanlılarda  “natamamlıq  kompleksi”  axtarmağa 

mənəvi haqqımız çatırmı? 

Xalqımızın  milli-mənəvi  dəyərlərini  həm  müdafiə  etməyi,  həm  də  qoruyub 

saxlamağı,  bacaran,  dövlətlə  vətəndaşların  mənafeyini  üzvi  şəkildə  birləşdirən 

azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi  və vahid  sosium  üçün uğurlu 

təməldir.  Bu  mənada,  azərbaycançılıq  millətindən  asılı  olmayaraq  özünü 

azərbaycanlı  sayan  vətəndaşların  həmrəyliyi  üçün  möhkəm  istinad  mənbəyi, 

ideoloyi  bünövrədir.  Bu  ideologiyanın  pozitiv  xarakteri  həm  də  bütün  dünyaya 




 

səpələnmiş  50  milyondan  artıq  azərbaycanlını  vahid  ideallar  naminə  səfərbər 



etmək qüdrəti ilə müəyyən olunur.  

Azərbaycançılıq  dilindən,  millətindən,  irqindən,  sosial  mənsubiyyətindən 

asılı  olmayaraq  bütün  ölkə vətəndaşlarını  ümumi  vətən naminə  həmrəyliyə  dəvət 

edir.  Milli-dini  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  vətəndaşın  bu  torpaq 

üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürüdür. Əslində, dini 

və  etnik  tolerantlıq  Azərbaycan  xalqının  qanında,  canında,  kökündə  var.  Milli 

ənənələrimizdə,  mentalitetimizdə,  habelə  sosial,  mənəvi  və  dini  düşüncə  layla- 

larımızı  özündə  yaşadan  folklorumuzda  başqa  dinlərə,  millətlərə  dözümlü 

münasibət özünü yaşadır.  

 

Mədəni  irsin  mənimsənilməsi  prosesi  müəyyən  xüsusiyyətlərə  malikdir. 



Mədəni irsin rol və əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları 

təkcə olduqları formada, ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin 

müasir 

həyatda 


onlardan 

istifadə 

etməyi 

bacarmaq 



təşkil 

edir.  


Mədəni  irs  müasir  mədəni  hadisələrin  funksiyalarını  özündə  cəmləşdirir.  Bütün 

bunlarla yanaşı mədəni irs, bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. 

Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri mədəni irsin qorunması 

və  müdafiəsinin  təminidir.  Bütün  cəmiyyətlərdə  bu  prosesə  diqqətlə  yanaşılır. 

Bütün  başqa  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  mədəni  irsin  qorunması 

beynəlxalq  təşkilatlarla  qarşılıqlı  əlaqə,  əməkdaşlıq  nəticəsində  həyata  keçirilir. 

Belə  ki, 1972-ci ilə Yuneskonun  tərkibindəki  ümumdünya  mədəni  və  təbii irsinin 

qorunması  haqqında  Konvensiya  (1972-ci  il)  və  Tarixi  ansambılların  qorunması 

üzrə tövsiyələr (1976) hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni 

əməkdaşlıq sisteminin yaradılması oldu.  

Komitənin  ümumdünya  mədəni  irsinin  siyahısına  Azərbaycan  memarlığının  bir 

neçə  abidə  ansamblı  və  abidəsi  daxil  edilmişdir.  Bunlar  aşağıdakılardır: 

Naxçıvanda  Əcəmi  yaradıcılığının  şah  əsəri  Mömünə  xatun  və  Yusif  ibn  Küseyr 

türbələri,  Bakıda  Qız  qalası,  Şirvanşahlar  sarayı  ansamblı,  Şəki  Xan  sarayı.  Bu 

abidələrin  dünya  mədəni  irsinin  siyahısına  daxil  olması  həmin  abidələrin 

sivilizasiyaların  təsiri  ilə  əlaqələndirilərək  onların  beynəlxalq  səviyyədə 

müdafiəsini 

təmin 


edir.  

Tarixi  və  mədəni  sərvətlərin  qorunması  və  müdafiəsi  bir  çox  digər  beynəlxalq 

aktların  hazırlanmasını  da  həyata  keçirir.  Bu  mənada  YUNESKO-nun  sıx 

əməkdaşlıq apardığı təşkilatlardan biri də tarixi yer və tarixi abidələrin qorunması 

üzrə  Beynəlxalq  şurası  –  İKOMOS-dur.  Bu  təşkilat  1965-ci  ildə  88  ölkənin 

mütəxəssislərinin səyi ilə yaradılaraq əsas məqsədi tarixi mədəni abidələrin bərpası 

və konservasiyasıdır. İKOMOS-un təşəbbüsü ilə dünyada mühafizə işi ilə bağlı bir 

sıra  təkmilləşdirici  əhəmiyyət  kəsb  edən  sənədlər  qəbul  edilmişdir.  Bunların 

arasında  tarixi  park  və  bağların  qorunması  üzrə  Florenti  Beynəlxalq  Xartiya 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə