18
oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir, onlar
İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onların əlamətləri başlarını
qırxmaq olacaqdır. Onlar həmişə mövcud olacaqlar. Onların axırıncısı Dəccəllə
bərabər çıxacaqdır. Onlar məxluqatın ən şərlisi və ya məxluqatın ən şər
təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»
39
. İbn Teymiyyə –
rahmətullahi aleyhi – deyir ki: «Hədislərdə xəbər verilmişdir ki, onlar Dəccəlin
çıxdığı dövürə qədər çıxmaqda davam edəcəklər»
40
. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda
olacaqlar və onlar Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından
aşağı enməyəcəkdir. Onlar hər yüzillikdə peyda olacaqlar və darmadağın
ediləcəklər, hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər və
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sözləri iyirmi dəfədən çox təkrar
etdi: Bu Dəccəl onların qoşunundan çıxanadək davam edəcəkdir»
41
.
Peyğəmbər buyurdu: “Ümmətimdə ayrılıq və parçalanma olacaqdır. Sonra pis
işlər görən, lakin gözəl sözlər söyləyən bir qrup insanlar çıxacaqdır. Onlar
Quran oxuyacaqlar, lakin (Quran) onların boğazlarından aşağı enməyəcəkdir.
onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onlar məxluqatın ən
şərliləridir, onları öldürənə və ya onların öldürdüyünə Tuba olsun. Onlar
Allahın kitabına çağırar, lakin özlərinin onunla heç bir əlaqəsi olmayacaqdır.
Onları öldürən kimsə onlardan daha çox Allaha yaxındır”. Biz: “Ey Allahın
Rəsulu! Onların əlaməti nədir?” dedik. Peyğəmbər: “Saçlarını daz qırxmaları”
deyə buyurdu
42
. Alimlər deyirlər ki, başı üç halda qırxmaq olar: “Həcc və ya
Ümrə, körpənin doğumunun yeddinci günü, kafirin İslamı qəbul etməsi. Digər
vaxtlarda saçın qırxılması caiz deyildir”
43
.
Bu hədislər Xəvariclər ancaq səhabələrin dövründə olub, bu günlərdə
Xəvaric yoxdur deyənlərin sözlərini təkzib edir. Çünki onlar o, zaman da
mövcud olublar, bu gündə mövcuddurlar və Qiyamətə qədər də olacaqlar.
Xəvariclərə heç vaxt hakimiyyət verilməyəcəkdir və onlar haqq tərəfdarlarının
üzərində qələbə çala bilməyəcəklər. Onlar hər dəfə çıxdıqda haqq tərəfdarları
tərəfindən darmadağın ediləcəklər
44
.
Bu günkü Təkfirçi, ixvanlara Xəvaric deyildikdə özündən çıxır, coşur və
deyir ki: Mən Xəvaric deyiləm, mənə nə üçün Xəvaric deyirsiniz? Bir tərəfdən
baxdıqda bu sözlərdə həqiqət vardır. Çünki Xəvariclər daha imanlı və ağıllı
idilər. Sizlər isə cahil və onların quyruqlarısınız. Təkfirçi, ixvansınız.
39
Musnəd 4/421, Nəsəi 7/119-121, Bəzzar «Musnəd» 9/294, Həkim «Mustədrək» 2647, əl-Albani zəif.
40
Məcmuu Fətava 28/496.
41
Əhməd 2/174, İbn Məcə 173, Nəsəi 4103, əl-Albani «Səhihul Cəmi» 8171, “Cəmius Səğir” 8027.
42
Əhməd 3/224, Əbu Davud 4765, əl-Albani “Səhih”.
43
İbn Teymiyyə “İstiqamə” 1/256.
44
İmam Suyuti «Şərh İbn Məcə» 1/233.
19
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – dən gələn hədislər, səhabələrin və
alimlərin onlar haqqında dedikləri sözləri və irəlidə onların vəsflərini,
sifətlərini qeyd edəcəyik. Əgər səndə bu vəsflər yoxdursa qəzəb etməyə
dəyməz, əksinə Allaha həmd et! Yox əgər səndə bu vəsflər olarsa onda tövbə
etməyə tələs! Əbul Aliyə – rahmətullahi aleyhi - deyir ki: «Allah mənə iki nemət
(xeyir) bəxş etmişdir. Mən bilmirəm ki, bunlardan hansı daha yaxşıdır. Allahın
məni İslam dininə hidayət etdiyinəmi, yoxsa Allahın məni Həruri (Xəvaric)
etməməsinə görəmi?».
XƏVARİCLƏR HAQQINDA SƏLƏFLƏRDƏN GƏLƏN
SÖZLƏR
İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər, İslamdan çıxmış bir
firqədir və onlar bidətçidirlər. İslam dininə və ən xeyirli müsəlmanlara qarşı
çıxdıqları üçün onlara Xəvariclər deyilir»
45
. İbn Teymiyyə – rahmətullahi aleyhi –
deyir ki: «İlk əvvəl müsəlmanları kafir sayan Xəvariclər olmuşlar. Xəvariclər
günah edənləri, onlara müxalif olan digər müsəlmanları kafir adlandırır,
qanlarını və mallarını halal sayırlar». «Qiblə əhlinə ilk kafir deyənlər
Xəvariclər olmuşlar. Günahlara görə qiblə əhlini kafir saymışlar»
46
. əl-Əcuri –
rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər murdar nəcasətdirlər»
47
. İmam Nəvəvi
– rahmətullahi aleyhi – deyir ki: «Xəvariclər İslama yenilik gətirən firqələrdən
olub, böyük günah sahibinin kafir olduğunu və əbədi Cəhənnəmdə qalacağını
etiqad edirlər. Buna görə rəhbərlərə tənə edir və onlarla cəmaat və cümə
namazlarını qılmazlar»
48
. əl-Mənəvi – rahmətullahi aleyhi – deyir ki: «Köpəklərin
hürdüyü kimi Xəvariclər də Cəhənnəmdə hürəcəklər. Köpəyin digər
heyvanlara nisbətdə ən aşağı heyvan olduğu kimi, onlar da Cəhənnəm əhlinin
ən alçağıdırlar»
49
. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bu iki firqənin
Xəvaric və Mötəzilə sözləri İrcə əhlinin sözlərindən pisdir. Həqiqətən İrca əhli
içərisində Allaha ibadət edən alimlər olmuşdur ki, imamlar onlardan xeyirlə
söz açmışlar. Lakin Xəvarc və Mötəziləyə gəldikdə Əhli Sünnə onları və əhlini
daima pisləmişlər”
50
. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Xəvaricləri
öldürmək əmri müsəlman rəhbərlərə aiddir. İmam Buxari öz “Səhih” əsərində
başlıqlardan birini: “Xaricinin ona dəlil (burhan) çatdırılandan sonra
öldürülməsi” və ayəni zikr edir: “Allah bir qövmü doğru yola yönəltdikdən
45
Fəthul Bəri 12/296.
46
Məcmuu Fətava 3/279, 7/481.
47
Şəriət Kitabı səh 24.
48
Rovdatul Talibin 10/51.
49
Feydul Qadir 4148-ci hədisi izah edərkən demişdir.
50
“İman” 209.