[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə21/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

61 
 
ilə  gedir.  Erkən  inkişaf  dövründə  qan  hüceyrələri  rüşeym 
kənarında  yumurta  sarısı  kisəsinin  divarında  mezenximada 
qan adacıqları şəklində formalaşır.  
Qan  adacığının  mərkəzi  hüceyrələri  çıxıntılarını  itirir, 
yumrulanır  və  gövdə  hüceyrələrə  çecrilir.  Adacığın  kənar 
hüceyrələri  dartılır,  yastılaşır  qan  damarlarının  endoteli 
örtüyünü əmələ gətirir.  
Gövdə  hüceyrələrinin  bir  qismi  iri  bazofil  blast 
hüceyrələrə çevrilir. Bunlar ilkin qan hüceyrələri adlanır. Bu 
hüceyrələr  damar  daxilində  intensiv  çoxalır,  bunların  çox 
hissəsi  tədricən  bazofil  boyanmanı  itirir,  turş  boyalarla 
intensiv  boyanır.  Bu  proses  hüceyrə  sitoplazmasında 
hemoqlobinin  sintezi  və  toplanması  ilə  əlaqədardır.  Eyni 
vaxtda  bu  hüceyrələrin  nüvəsində  kondensasiya  olunmuş 
xromatinin miqdarı artır.  
Bu  hüceyrələr  bircinsli  eritroblastlar  adlanır.  Bunların 
bəzilərində  nüvə  parçalanır  və  itir.  Əmələ  gəlmiş  nüvəli  və 
nüvəsiz  bircinsli  eritrositlər  ölçülərinə  görə  fərqlənir. 
Əksərən  iri  meqaloblastlar  və  meqalositlər  müşahidə  edilir. 
Meqaloblastik  tipdə  qanyaranma  embrional  dövr  üçün 
xarakterdir. 
Anemilyaların 
bəzi 
formalarında 
yaşlı 
heyvanların  qanında  ilkin  megalositlərə  oxşar  hüceyrələr 
görünür.  
İlkin qan hüceyrələrinin  bir qismi  embrional  damarlarda 
uzun  inkişaf  yolu  keçəcək,  yaşlı  heyvanların  eritrositlərinə 
oxşayır.  
İlkin qan hüceyrələrinin digər qismindən damar xaricində 
az miqdarda neytrofillər və eozinofillər də inkişaf edir,  yəni 
mielopoez başlanır.  
Yumurta sarısı kisəsində yaranan gövdə hüceyrələr qanla 
formalaşmaqda  olan  qan  yaradan  müxtəlif  orqanlara  gedib 
məskunlaşır,  inkişaf  edəcək,  qanın  müxtəlif  hüceyrələrinə 
çevrilir.  Embrionda  qaraciyərin  əsası  qoyulan  kimi  onda 
ekstravaskulyar  olaraq  ikincili  eritrositlər,  dənəli  leykositlər 
və  meqakariositlər  inkişaf  edir.  Ana  bətni  dövrün  axırında 


62 
 
qaraciyərdə qan yaranma dayanır.  
Timusda  (davarların  embrionunun  7-8-ci  həftəsində) 
inkişaf  etməkdə  olan  gövdə  hüceyrələrindən  vəzin  T 
limfositləri  və  bunlardan  miqrasiya  edən  T  limfositləri 
differensasiya  olunur.  Axırıncılar  dalaqda  və  limfa 
düyünlərində  məskunlaşır.  Dalaqda  inkişafın  başlanğıcında 
qanın  bütün  formalı  elementləri  yaranır.  Əksər  heyvanlarda 
embrional 
inkişafın 
axırında 
mərkəzi 
qan 
yaradan 
orqanlardan  T  və  V  limfositləri  dalaq  və  limfa  düyünlərinə 
kütləvi  şəkildə  köçür. Nəticədə  həmin orqanlarda limfopoez 
güclənir.  
 Embrional inkişafın son mərhələlərində heyvanlarda qan 
yaratmaq  funksiyasını  əsasən  qırmızı  sümük  iliyi  yerinə 
yetirir.  Qırmızı  sümük  iliyində  eritrositlər,  qranulistlər,  qan 
lövhəcikləri  və  V  limfositləri  əmələ  gəlir.  Qırmızı  sümük 
iliyində  gövdə  hüceyrələrin  əsas  kütləsi  postembrional 
dövrdə  universal  hemopez  orqanı  kimi  qalır.  Beləliklə, 
mezenximya  məxsus  olan  qan  yaranma  dalaq,  qaraciyər, 
timus,  qırmızı  sümük  iliyi  və  limfa  düyünlərinin  spesifik 
funksiyasına çevrilir.  
Embrional eritopoez zamanı eritrositlərin əmələ gətirdiyi 
hemoqlobinin  tipinə  və  morfologiyasına  görə  fərqlənən 
generasiyaların  əvəz  olunması  prosesi  baş  verir.  İlkin 
eritrosit  populyasiyalarında  hemoqlobinin  embrional  tipi 
(Hb-F)  əmələ  gəlir.  Axırıncı  mərhələlərdə  qaraciyər  və 
dalaqda  eritrositlərdə  fetal  (Hb-Q)  tipi-  keçirici  hemoqlobin 
olur.  Axırda  bunu  definitiv  eritrositlər  əvəz  edir.  Bu 
eritrositlər  qırmızı  sümük  iliyində  əmələ  gəlir  və  tərkibində 
üçüncü 
tip 
hemoqlobin 
(Hb-A 
və 
Hb-A
2

olur. 
Hemoqlobinin  müxtəlif  tipləri  aminturşularının  tərkibinə 
görə fərqlənir. 
 
Postembrional qan yaranma 
Qan  yaranma  mürəkkəb  proses  olub,  ardıcıl  olaraq 
hüceyrələrin  dəyişirilməsi  və  yetişmiş  qan  hüceyrələrinin 


63 
 
periferik  damar  qanına  keçməsi  ilə  nəticələnir.  Heyvanlarda 
postembrional  dövrdə  qan  hüceyrələrinin  inkişafı  intensiv 
olaraq  yeniləşən mieoloid  və limfoid toxumalarda gedir.  Bu 
toxumalarda daim qan hüceyrələrinin yenidən əmələ gəlməsi 
və məhv olması prosesləri başa çatır.  
Qırmızı sümük iliyinin mieloid toxumasında qanın bütün 
formalı elementlərinin gövdə hüceyrələri inkişaf edir.  
Timus, dalaq, limfa düyünlərində və boşluqlu orqanların 
selikli  qişalarında  olan  limfoid  toxumadan  limfositlər  eyni 
zamanda  T  və  V  limfositlərinin  differensasiya  olunmuş 
axırıncı hüceyrələri də yaranır.  
Qanın  hüceyrələri  polipotent  gövdə  hüceyrələrindən 
yaranır.  Bu  hüceyrələr  orqanizmin  bütün  ömrü  boyu 
proliferasiya 
qabiliyyətinə 
malikdir 
və 
müxtəlif 
dəyişikliklərə  yğrayır.  Qan  yaranma  sxemində  gövdə 
hüceyrələrinin  populyasiyası  1-ci  sinif  hüceyrələr  adlanır. 
Yaşlı  orqanizmdə  ən  çox  gövdə  hüceyrələri  qırmızı  sümük 
iliyində olur yəni 100000 qırmızı sümük iliyi hüceyrəsinə 50 
gövdə  hüceyrəsi  düşür.  Bu  hüceyrələr  timusa,  dalağa, 
quşlarda isə fabritsi kisəsinə miqrasiya edir.  
Retikulyar toxumanın (qırmızı sümük iliyi, dalaq) yaxud 
retikulu-epitelial  əsasının  (timus)  təşkil  etdiyi  mikromühitin 
təsiri  ilə  gövdə  hüceyrələrinin  bu,  ya  digər  istiqamətdə 
çoxalması  və  inkişafı  gedir.  Baxmayaraq  ki,  qanyaradan 
gövdə  hüceyrəsi  100  dəfə  mitoz  bölünmə  qabiliyyətinə 
malikdir,  amma  normal  fizioloji  cəhətdən  cəhətdən  şəraitdə 
bu  proses  baş  vermir.  Gövdə  hüceyrələrinin  mitotik 
fəallığının  güclənməsi  kəskin  qan  itirmələrdə  və  şüa 
enerjisinin  təsirindən  baş  verir.  Çünki  bu  proseslər  zamanı 
qan  elementləri  kəskin  azalır.  Elektron  mikroskopiki 
tədqiqatlar  əsasında  müəyyən  edilmişdir  ki,  gövdə 
hüceyrələrinin  tam  təmizlənmiş  fraksiyasına  görə  onlar 
morfoloji cəhətdən kiçik limfositlərə oxşardır. Qan  yaranma 
prosesində əmələ gələn II sinif gövdə hüceyrələri mielopoez 
və  limfopoezin  müjdə  hüceyrələridir.  Bu  hüceyrələr  yarım 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə