101
məməciklərlə örtülüdür. Selikli qişanın əzələ qatı vərəqlərin
daxilinə keçib, uzununa düzülür, kitabçanın vərəqləri iri, orta
və kiçik ölçüdə olub, bir-birinin arxasınca düzülür.
Vərəqlərin daxilində əzələ toxuması 3 qat təşkil edir.
Bunlarda 2 qat yanlarda, bir qat isə mərkəzdə yerləşir.
Yanlardakı əzələ qatı başlanğıcını selikli qişanın əzələ
qatından, mərkəzdə yerləşən qalın əzələ qatı isə başlanğıcını
əzələ qişasının dairəvi qatından götürür, vərəqlərin əsas
hissəsində orta əzələ qatı qalın olur və vərəqlərin hərəkətində
əsas rol oynayır. Kitabçanın əzələ qişası xarici nazik
boylama və daxili dairəvi qalın əzələ qatlarından təşkil
olunmuşdur, seroz qişa isə digər mədə önlərində olduğu
kimidir.
Şırdanın quruluşu vəzili mədənin quruluşuna uyğun
gəlir. Şırdanda da kardial, fundal və pilorik vəzilər olur.
Fundal vəzilərin cismi qısa, boynu uzundur. Pilorik vəzilər
nisbətən uzun olur, əzələ qişası pilorik istiqamətdə
nazikləşir, şırdanın əzələ qişasında daxili dairəvi, xarici
boylama əzələ qatları olur, çəp əzələ qatı isə olmur.
Quşların mədəsi
Quşların mədəsi vəzili və əzələli şöbədən ibarətdir.
Bunlar bir-birindən qısa aralıq vasitəsilə ayrılır.
Vəzili mədə həzm borusunun genişlənmiş hissəsidir.
Onun sekret ifraz edən səthi selikli qişanın büküşləri və
çuxurları hesabına artır. Vəzili mədədə yem fermentlərlə
islanır, sonra əzələli mədəyə ötürülür.
Əzləli mədədə yemin sürtülüb üyüdülməsi və kimyəvi
həzm prosesi gedir. Vəzili mədənin divarı selikli, əzələ və
seroz qişalardan təşkil olunmuşdur. Selikli qişanın səthi bir
qatlı, prizmatik, selik hasil edən epitel hüceyrələri ilə
örtülüdür. Quşların mədəsində mədə çuxuru xüsusi
qabarmalara açılır. Bu qabarmalar 4 mm dərinliyə malik vəz
kisəcikləridir. Selikli qişanın epiteli qatı əlavə boru şəkilli
vəzilər əmələ gətirir. Bu vəzilərin bir qismi vəz kisəciyinin
102
ağzında yerləşir və bunlar səthi vəzilər adlanır, kisəciyin
dərinliyində birləşdirici toxuma daxilinə uzanan epiteli
toxuması boru şəkilli dərin vəzilər əmələ gətirir. Selikli
qişanın xüsusi qatı birləşdirici toxumadan olub, qan
damarları ilə zəngindir və limfositlərə malikdir.
Xüsusi qatda boylama əzələ dəstələri olur, vəz
kisəciklərinin arasında xüsusi qat paycıqara toxuma kimi
yerləşir. Əzələ qişası daxili boylama və xarici dairəvi qat
şəklində yerləşərək, saya əzələ toxumasından təşkil
olunmuşdur. Seroz qişa digər həzm orqanlarında olduğu
kimidir.
Əzələli mədənin divarı selikli, əzələ və seroz qişalardan
təşkil olunmuşdur. Selikli qişanın səthi kubşəkilli epitel ilə
örtülüdür. Epiteli qatı sadə borulu vəzilər şəklində basıqlıqlar
əmələ gətirir. Bu vəzilərin dib hissəsi geniş olur, ifraz etdiyi
sekresiya selikli qişanın səthində bərkiyərək buynuz qata
çevrilir. Buynuz qat zülal təbiətli olub, dərinin epitelisindəki
buynuz maddədən fərqlənir. Mədənin selikli qişasının üstünü
örtən buynuz qatın səthi hamar deyil və yemin sürtülüb
üyüdülməsini təmin edir. Selikli qişanın xüsusi qatı
birləşdirici toxumadan olub, mədə vəziləri arasında yerləşir.
Selikli qişada əzələ qatı olmur, selikaltı qat sıx
birləşdirici toxumadan olub, əzələ qişasının daxili vətərini
təşkil edir. Əzələ qişası möhkəm və güclü inkişaf edib, saya
əzələ dəstələrindən ibarətdir. Əzələ lifləri arasında selikli
qişanın vətər qatına çevrilmiş ara birləşdirici toxuma qatı
yerləşir. Seroz qişa başqa həzm orqanlarında olduğu kimi
eyni quruluşa malikdir.
Nazik bağırsaq
Nazik bağırsaqda həzm prosesi başa çatır, qida
maddələri qan və limfa yatağına sorulur. Bu funksiyanın
yerinə yetirilməsi üçün nazik bağırsaq həzm fermentləri ifraz
edən vəzilərə, sorucu orqan olan xovlara və möhtəviyyatı
növbəti şöbəyə ötürən əzələ qişasına malikdir.
103
Rüşeymdə ilk bağırsaq borusu ventrala doğru bükülərək
V rəqəmi şəklini alıb bağırsaq ilgəyinə çevrilir, gələcəkdə
mədənin dönməsi zamanı yerini dəyişərək onun sağ
tərəfindəki çıxış hissəsindən nazik bağırsaq başlanır.
Nazik bağırsağın başlanğıc hissəsindən 12 barmaq
bağırsaq əmələ gəlir, inkişaf etdikcə qalxan dirsəkdən
gələcəkdə kor bağırsaq, enən dirsəkdən isə yoğun bağırsaq
inkişaf edir. Nazik bağırsağın divarı selikli, əzələ və seroz
qişalardan təşkil olunmuşdur. Selikli qişada onun səthini iki
dəfə artıran dairəvi qırışlar olur. Bunlardan başqa, selikli
qişanın üzərində məxməri xatırladan xovlar olur. Selikli qişa
epiteli, selikaltı, xüsusi və əzələ qatlarından təşkil
olunmuşdur. Epiteli qatı aralarda tək-tək selik ifraz edən
qədəhvari hüceyrələrin yerləşdiyi prizmatik hüceyrələrdən
ibarətdir. Hər bir prizmatik epitelin apikal səthində 3000
qədər mikroxov olur. Mikroxovlar selikli qişanın sorucu
səthini 30 dəfə artırır. Mikroxovlarda mukopolisaxaridlərə
təsir edən fermentlər olur. Bu saxaridlər bağırsaqdan
orqanizmə mikrobların keçməsinə imkan vermir. Bağırsaqda
yağ damlası lipaza fermentinin təsiri ilə qliserin və yağ
turşusuna parçalanır. Bunlar xolesterin və xolinesterazanın
təsirilə həll olunaraq, epiteli hüceyrələrinə keçir. Hüceyrə
daxilində lövhəli kompleks və mitoxondrilərin iştirakı ilə
parçalanmış yağın aralıq məhsullarından yenidən neytral yağ
sintez olunur.
Selikli qişanın epiteli hüceyrələri xovların arası ilə
bağırsaq divarına uzanaraq sadə, bəzən də şaxələnmiş
bağırsaq vəziləri əmələ gətirir. Bu vəzlər xovların altında
selikli qişanın xüsusi qatında yerləşir. Yırtıcılarda həmin
vəzlər düz, at və gövşəyənlərdə qıvrımlı, donuzda isə güclü
qıvrımlı olur. Vəzin dib hissəsində iri ölçülü enterosit –
pannet hüceyrələri yerləşir. Belə hüceyrələr donuz və
gəmiricilərdə olur, enterositlərin hasil etdiyi erepsin fermenti
polipeptidləri
amin
turşularına parçalayır, bağırsaq
vəzilərində yerləşən argentofil hüceyrələr isə mərkəzi sinir
Dostları ilə paylaş: |