26
rəsm o lunmaq la yanaşı, onun mühüm məntəqə olduğunu göstərən ikiqat dairəyə
alın mışdır. Mətnə görə, bu şəhər dəniz sahilində olmuşdur və bir sıra alimlərin
(To maşek, Marşall fon Biberşteyn, D'Anvil və b.) fikrincə Bakının yerində o la b ilərdi.
Ptole mey Qaytaradan cənubda, yenə də dəniz sahilinə ya xın olan "Baru ka" ş əhərini
yerləşdirir. Bə zi a limlər (Tsella ri, Barbye və b.) Bakını Baruka ilə eyniləşdirirlər.
Q.Qeybullayevin fikrincə Ptole meyin xat ırladığ ı Ba ruka Dərbənd bölgəsində olmuşdur.
Sonralar ərəb coğrafiyaşünasları (İbn Xordadbeh, IX əsr və b.) burada Bab Barika
qalasının adını çəkmişlər. Ehtimal ki, bu ad İran dillərindəki "baru" - "qala divarı"
sözündən və "ka" şəkilçisindəndir.
70
Ba kı haqqında 1618-ci ildə yazmış italyan səyyahı
Pyetro della Va lle Ba kın ı Ptole meyə görə Kaysi çayının mənsəbində olan Albana ilə
eyniləşdirir.
71
Hə min yaşayış məntəqələrini qədim Ba kı ilə eyniləşdirmə k ço x çətindir. Baru ka
səslənməsinə görə qədim Ba kıya uyğun gələ bilər. La kin Qaytaranın dəniz sahilin in
şərqə döndüyü yerin lap yaxınlığında olması Abşeron yarımadasın ın görünüşünü
xatırladır və ehtimal ki, Bakı şəhərinə müvafiq gəlir.
Başqa alimlərin fikrincə, Qanqara Bakıdan cənubda, "Tiflisdən gələn
dəmiryolunun Xə zər dənizinə ya xın laşdığı Ələt in yerində", yəni Pirsaat çayının
mənsəbində olmuşdur.
72
Duvannı dəmir yo l stansiyasının 8 kilo metrliy ində, Ələtdən azacıq aralı, dəniz
sahilinin yaxınlığında qu m altında qalmış qədim şəhər yeri tapılmışdır. Küləy in
süpürüb apardığı qumun altından IX-XIV əsrlərə aid edilən çoxlu şirli qablar və digər
mə işət əşyaları aşkara ç ıxmışdır.
73
Bu şəhər yerin in tapılması böyük maraq doğurur.
Yu xarıda göstərilən bütün mü lahizələr Xəzər dənizin in Bakı şəhərinə yaxın qərb
sahillərində arxeolo ji tədqiqat və qazıntı işlə ri aparılana qədər fərziyyə olaraq
qalacaqdır. Ptolemeyin xəbər verd iyi kimi, eramızın ilk əsrlərində şəhərlərin mövcud
olması ehtimalına gəldikdə isə, V.V.Bartold aşağıdakıları deyir: "Po mpeyin
yürüşündən bir neçə əsr sonra burada mədəniyyətin artıq eramızın I və II əsrlərində
şəhərlərin meydana gələ biləcəyi qədər güclənəcəyini söyləmək çətindir".
74
La kin Qəbələ və Gəncə şəhər yerlərində, M ingəçevir yaşayış məskənlərində,
Gilgilçayda, Beşbarmaqda, Zaqatala yaxın lığında və başqa rayonlarda müdafiə
divarların ın, sədlərinin, istehkamların xarabalıqlarında aparılan arxeoloji qazıntılar
Bartoldun şübhələrin i dağıdır və erkən orta əsrlər dövründə Azərbaycan ərazisinin sıx
məskunlaşdığını və burada şəhərlərin mövcudluğunun labüdlüyü s əviyyəsində yüksək
mədəniyyətin olduğunu göstərir.
27
1. BAKININ SALINMA (YARANMA) TARĠXĠ VƏ ADI
HAQQINDA
Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizin in sahilində, külək
və fırt ınala rdan yaxşı qorunan buxtadadır. Köhnə Ba kı qalası a mfiteatr şəklində Ba kı
platosunun cənub yamac ında, Abşeron yarımadası üçün s əciyyəvi o lan isti iqlimə ma lik
yarımsəhra zonasında yerləşir. Onun şimal hissəsi qumlu sahillər, kəndlər, bağ
yerləridir. Şima l sahillərinin qənşərində Abşeron arxipe laqına da xil o lan Pira llahı,
Çilov, cənub sahillərinin qənşərində isə Böyük Zirə, Daş Zirə, Qu m Zirə, yaxud Təzə
Zirə adaları yerləşir.
Abşeronun təki neft və qaz yataqları ilə zəngindir. Yarımadanın səthində bollu
əhəngdaşı və ağardıcı gil vard ır. Abşeronun şimal hissəsi palçıq vulkanları və şor
göllərlə - Böyükşor, Bülbülə, Masazır - örtülmüşdür. Cənubi Qafqaz ölkələrindən
şimala - Rusiyaya, şərqə - Orta Asiyaya və Hindistana və cənuba - İrana gedən karvan
və dəniz yollarının üstündə yerləşən şəhərin son dərəcə əlverişli coğrafi mövqeyi, rahat
buxtanın mövcudluğu onun liman və qala kimi inkişafına təkan verən amillər olmuşdur.
Bakı təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərq in qədim
şəhərlərindən, iqtisadi və mədəni mərkəzlərindəndir. Bakın ın yaşayış məntəqəsi və
şəhər kimi nə vaxt meydana gəlməsi onun arxeolo ji baxımdan az öyrənilməsi və erkən
tarixinə dair mənbələ rin kasadlığ ı ü zündən indiyədək dəqiqləşdirilmə mişdir.
Məlu mdur ki, məhsuldar qüvvələrin (sənətkarlığ ın) in kişafı və ticarət in
yüksəlişi şəhərin sosial-iqtisadi kateqoriya kimi təşəkkülünün həlledici amilləridir. Bu
zə mində orta əsr Azə rbaycan şəhərləri, adətən, qədim yaşayış yerlərində və qala ların
ətrafında meydana gəlirdi. Bəzi şəhərlər təbii sərvətlərin - mis və dəmir filizi, neft, duz
və digər faydalı qa zınt ıla rın istis marı ilə ə laqədar yaran ırdı. Ehtima l ki, qədim yaşayış
məskənin in yerində meydana gəlmiş Ba kı da belə şəhərlərdəndir.
Bakı ətraf torpaqların təkindəki neft və duzu, ticarət üçün gözəi təbii limanı olan
əlverişli coğrafi mövqeyi ilə qədim zamanlardan insanları özünə cəlb ed irdi.
Gö rünür, hələ u zaq keçmişlərdə şimaldan, Dərbənd keçidindən və cənubdan,
ehtimal ki, Qobustandan keçərək Abşeron ərazisinə gələn qəbilələr buranın aborigen
əhalisi ilə qaynayıb-qarışaraq, onun bir sıra kəndlərinin və Bakın ın ö zünün adında iz
buraxmışlar.
Azərbaycanın bir sıra ş əhərlərinin salın masını Sasani şahların ın adına çıxan ərəb
və fars coğrafiyaşünasları Ba kını xatırlayarkən onun meydana gəlməsi haqqında heç nə
demirlər. Lakin məlu mdur ki, Sasani hökmdarla rı, əksər hallarda şəhərlər salmır,
şimaldan onların torpaqlarına basqın edən xəzərlərin və d igər xalq ların hücum
təhlükəsinin qarşısını almaq üçün dövlətlərin in şimal sərhəddindəki mövcud yaşayış
məskəni və şəhərlərin i qala divarları və bürclə rlə möhkə mləndirirdilər. Daha sonrakı
müəlliflər - XVII əsr türk səyyahı Övliya Çələbi
75
heç bir mənbəyə isnad etmədən Ba kı
şəhə-rinin təməlin in qoyulmasını Əhəməni şahı Daranın
76
, XIX əsrin əvvəli
Azərbaycan səyyahı Zeynalabdin Şirvani
77
isə Sasani şahı Ənuşirəvanın (VI əsr) ad ına
çıxmışlar.
78
Dostları ilə paylaş: |