Sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava,
dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən
konteynerlər və digər nəqliyyat avadanlığı
Sual: Gömrük tənzimlənməsi nədir?
Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan
istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən
olunması
Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan
istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması
Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək
hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən
olunması
Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək
hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların
müəyyən olunması
Gömrük sərhədindən malları keçirmək hüququndan istifadə edən şəxslərin
riayət etməli olduğu norma və qaydaların müəyyən olunması
Sual: Azərbaycan Respublikasının hansı qismi gömrük ərazisidir?
Azərbaycan
Respublikasının ərazisi
Azərbaycan Respublikasının sərbəst zonalarının ərazisi
Azərbaycan Respublikasının gömrük nəzarət zonalarının ərazisi
Sərbəst zonalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisi
Müvəqqəti saxlanclar
Sual: Gömrük sərhədi necə müəyyənləşdirilir?
Gömrük ərazisinin hüdudları
Sərbəst zonaların perimetrləri
Gömrük nəzarət zonalarının perimetrləri
Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri
Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və
sərbəst zonaların perimetrləri
Sual: Azərbaycan Respublikasının gömrük qanunvericiliyi hansı normativ
sənədlərlə tənzimlənir?
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının
Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanunu və onlara uyğun olaraq qəbul edilmiş digər
normativ hüquqi aktlar
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər
normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr
Sual: Azərbaycan Respublikasının Konstitutsiyasının 151-ci maddəsinə uyğun
olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin
müddəaları gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş
müddəalardan fərqləndikdə, hansı müddəalar tətbiq edilir? Gömrük işi üzrə
normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalar
Beynəlxalq müqavilələrin müddəaları
Gömrük məmurunun subyektiv əsaslandırmasına görə
Bəyannaməçi və gömrük məmurunun qarşılıqlı razılaşması ilə
Hər ikisi
Sual: Gömrük işinin təşkili fənni nəyi öyrənir?
Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin
məyyənlişdirilməsi
Mövcud reallıqda ölkənin xarici ticarət siyasətinin gömrük orqanları vasitəsi
ilə ən effektiv tətbiqi yollarını
Ölkənin xarici ticarət siyasətini
Mövcud reallıqda ölkənin optimal xarici ticarət siyasətinin
məyyənlişdirilməsi və bu siyasətin gömrük orqanları vasitəsi ilə ən effektiv
tətbiqi yollarını
Doğru cavab yoxdur
Sual: Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi haqqında Əsasnamə”-ni nə zaman təsdiq etmişdir?
27.10.1995-ci il
27.10.2008-ci il
17.10.1998-ci il
27.10.1998-ci il
17.10.1991-ci il
Sual: Gömrük ərazisi nədir?
Ölkənin dövlət sərhədləri ilə əhatələnmiş ərazi;
Ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi ərazi;
Ölkədə qömrük terminallarının yerləşdiyi ərazilər;
Gömrükxana;
Sərbəst gömrük zonaları.
Sual: Azərbaycandakı sərbəst zonaların əraziləri:
Azərbaycan Respublikasının gömrük ərazisinə daxildirlər;
Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən
ə
razilərdir;
Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildirlər;
Qanunla müəyyən olunmamışdır;
Gonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
Sual: Azərbaycandakı xüsusi iqtisadi zonaların əraziləri:
Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir
Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən
ə
razilərdir;
Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;
Qanunla müəyyən olunmamışdır;
Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.
Sual: Azərbaycan Respublikasının gömrük sərhəddi:
Azərbaycan Respublikasının dövlət sərhəddi ilə eynidir;
Qömrükxana ərazilərinin sərhədləridir;
Sərbəst zonaların perimetrləridir;
Xüsusi iqtisadi zonaların perimetrləridir;
Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudları, həmçinin
sərbəst zonaların perimetrləridir.
Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsinə görə, “bir
pəncərə” prinsipi nə üçün tətbiq olunur?
Mallara nəzarəti asanlaşdırmaq
Mallara nəzarəti avtomatlaşdırmaq
Mallara nəzarəti mümkün qədər dəqiqləşdirmək
Mallara və nəqliyyat vasitələrinə nəzarəti mümkün qədər qısa vaxtda
həyata keçirmək
Mallara nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək
Dostları ilə paylaş: |