1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə3/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   2   3   4   5   6   7   8   9   ...   128

 

 



həm də dinləyənlər üçün həzz mənbəyinə çevrilir. Beləliklə, bu 

tədris  fənninin  məqsədi  tələbələrə  müasir  Azərbaycan  ədəbi 

dilinin  fonetik  sistemi,  lüğət  tərkibi  və  qrammatik  quruluşu, 

orfoepiya və orfoqrafiyası, dilin normaları və üslubları haqqın-

da müəyyən elmi-nəzəri biliklə yanaşı  əməli işə yardımçı ola-

caq praktik fəaliyyət vərdişləri də aşılayır. Axı dilimizin yazılı 

və  şifahi  normalarına  yiyələnmək  nitq  mədəniyyəti  üçün  əsas 

şərt sayılır. 

Dilimizdəki  milli  sözlər  iltisaqilik  prinsipinə  uyğun  dəyi-

şir. Lakin dilimizdə milli sözlərlə yanaşı alınma sözlər – ərəb, 

fars, rus və başqa dillərdən alınmış sözlər də vardır. Həmin dil-

lərin morfoloji quruluşu başqa tipdən olduğu üçün alınma söz-

lər  bəzən  iltisaqilik  prinsiplərinə  uyğun  gəlmir.  Məs:  laqeyd, 

natəmiz, bivəfa, baməzə, antifaşist, anormal və s. kimi sözlər 

dilimizə ön şəkilçilərlə birlikdə keçmişdir.  

Tipoloji  bölgüdə  dillərin  morfoloji  quruluşu  əsas  götürü-

lür.  Elə  tip  dillər  var  ki,  onlarda  şəkilçilər  yoxdur,  sözlərin 

kökü də dəyişmir. Belə dillərə kök dillər deyilir. Çin və Vyet-

nam dilləri bu qrupa aiddir.  

Sözün kökü dəyişən dillər də vardır. Məsələn, ərəb və rus 

dilləri belə dillərdəndir. Bu dillərdə sözün kökü dəyişir. Şəkil-

çilər söz kökünün əvvəlinə, ortasına və sonuna artırılır. Prefiks, 

infiks və siffikslər sözün mənasını dəyişdirir. Məsələn, ərəb di-

lində l, m – elm, alim, üləma; n, s, r – nəsr, nasir, mənsur; n, z, 

m  –  nəzm,  nazim,  nizam  sözlərini  bildirir.  Rus  dilində  çitat, 

uçest, proçitat və s. sözlərini misal gətirmək olar. 

Tələbələrdən  “Dil  nədir?”  soruşulanda  onlar  orta  məktəb-

dən əzbər bildikləri “Dil insanlar arasında ünsiyyət vasitəsidir” 

cümləsini  təkrar  edirlər.  Amma  dilin  insanlar  arasında  zəruri 

fəaliyyət  və  qabiliyyət  sırasına  daxil  olub  “düşündüklərimizi 

başqalarına  bildirmək,  söyləmək  üçündür”  fikri  yada  düşmür. 

Biz dilin insanların dinmək, danışıb demək, söyləmək və anlaş-

maq  üçün,  başqalarına  fikri  anlatmaq  üçün  vasitə  olduğunu 

izah etməliyik. Deməli, 1) bir-biri ilə anlaşa bilən insanlar milli 



 

 



mədəniyyət forması olan dil vasitəsilə fikirlərini bir-birinə söy-

ləyir  və  bir-birini  başa  düşürlər;  2)  bir-birinə  təsir  göstərirlər; 

3) öz hiss və həyəcanlarını ifadə edirlər; 4) düşünüb dərk etdik-

lərini  həyatda  yerinə  yetirirlər.  Amma  biz  təkcə  “Dil  nədir?”, 

“Dil nə üçündür?” suallarına deyil, “Ədəbi dil nədir?”, “Ədəbi 

dil  nə  üçündür?”  suallarına  da  aydınlıq  gətirməliyik.  “Ədəbi 



dil ümumxalq danışıq dili əsasında seçmə və əvəzetmə əməliy-

yatı  aparmaqla  normaya  salınmış,  yüksək  duyğuları,  dərin  fi-

kirləri,  geniş  anlayışları  ifadə  edən  bədii,  elmi,  publisistik,  ic-

timai-siyasi, rəsmi-əməli və s. üslubları özündə birləşdirən ha-

disədir” – fikrinə gəlməliyik. Ümumiyyətlə, dil sözü ilə əlaqəli 

onlarla  ifadə,  atalar  sözləri,  xalq  məsəlləri  vardır.  Amma  tələ-

bələrə frazeoloji ifadələr haqqında sual verildikdə onlar çətinlik 

çəkir,  müəllimin  əvvəlcə  bir-iki  nümunə  deməsini  istəyirlər. 

Biz daha sonralar ədəbi dilimizin leksik-semantik və frazeoloji 

normalarından danışarkən, təbii ki, belə nümunələri çox səslən-

diririk. “Dil” sözü ilə bağlı tələbələrə çatdırmalıyıq ki, bu sözlə 

yaranan  ifadə  və  tərkiblərin  çoxluğunun  bir  səbəbi  də  vardır. 

Bu da onunla bağlıdır ki, söz dilimizdə omonim sayılır. Məna-

ca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə oxşar ol-

ması məsələsi leksikologiyanın omonimləri öyrənən bölməsin-

də verilir və tələbələrimiz eyni cür səslənən, lakin mənaca fərq-

li sözlərin omonim olmasına dair fikirlərlə bir daha tanış olur-

lar.  


Biz  “Ədəbi  dilimizin  leksik  normaları”  mövzusunu  tədris 

edərkən də bu məsələyə bir daha aydınlıq gətirməli və ilk misa-

lı da elə “Dil” sözü ilə başlamağı məqsədəuyğun hesab edirik. 

“Dil”  sözünün  aşağıdakı  mənaları  məlumdur:  1)  Ağız  boşlu-

ğunda  danışıq  səslərinin  əmələ  gəlməsində  iştirak  edən  fəal 

nitq  orqanı  (Bu,  sözün  həqiqi  mənasıdır);  2)  insanlar  arasında 

ünsiyyət  vasitəsi  olub  onların  bir-birini  başa  düşmələrinə  və 

bir-biri ilə fikir mübadiləsi aparmasına imkan verən səs, söz və 

qrammatik  vasitələr  sistemi  (Azərbaycan  dili,  ingilis  dili,  qə-

dim dil və s.); 3) Danışıq və ya ifadə tərzi, üslub (ədəbi dil, da-




 

 

10 



nışıq  dili,  yazıçının  dili,  qəzet  dili);  4)  Danışmaq  qabiliyyəti, 

nitq (Dili olmasa, qarğalar gözünü didər); 5) Danışmaq, danışıq 

tərzi  (onun  çox  acı  dili  var;  Dil  var  bal  gətirir,  dil  var  bəla);    

6) Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey 

(Rəqəmlərin dili, quşların dili) (Dəmirçizadə Ə. Azərbaycan di-

linin üslubiyyatı. Bakı, Azərtədrisnəşr, 1962, səh.19); 7) müxtə-

lif alətlərdə uzanan mütəhərrik hissə (toqqanın dili, qarmonun, 

pianonun  dilləri);  8)  Dənizin  içərisinə  girmiş  uzun  quru  hissə; 

9) Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına bi-

ləcək  əsir  (dil  almaq,  dil  tutmaq)  və  s.  (Azərbaycan  dilinin 

izahlı  lüğəti,  Bakı,  “Elm  nəşriyyatı,  1980,  səh.  98-101).  Belə 

nümunələrdə nitq və dil sözləri mənaca sinonimlik təşkil etdi-

yindən  onlar  danışıqda  bir-birini  əvəz  edə  bilir.  Amma  nitqi 

batmaq,  yaxud  nitq  söyləmək  (söz  danışmaq,  söz  söyləmək) 

ifadələrindəki nitq sözünü dil sözü ilə əvəz etmək mümkün ol-

mur. Deməli, nitq və dil sözləri nə qədər bir-birinə  yaxın olsa 

da, onların arasında bərabərlik işarəsi qoymaq düzgün deyildir. 

Ərəb  dilindən  alınmış  nitq  sözünün  mənasını  tələbələrlə 

araşdırdıqda belə qənaət hasil olur ki, nitq danışıq, fikri sözlər-

lə  ifadə  etmə  qabiliyyəti,  danışma  və  yazma,  yazışma  tərzidir. 

Dilimizdə  nitqdən  düşmək,  nitqdən  qalmaq  “danışa  bilmə-

mək”, “dili tutulmaq”, nitqə gəlmək, nitqi açılmaq “danışmağa 

başlamaq”, nitqi tutulmaq, batmaq, bağlanmaq, kəsilmək, quru-

maq və s. kimi ifadələrdən anlaşılır ki, nitq dinləyicilərə “xitab 

olunan  cümlələr  toplusu”,  kütləvi  yerlərdə,  yığıncaqlarda,  ic-

laslarda və s. müəyyən məsələ ətrafında danışmaq, fikir söylə-

mək,  çıxış  etmək  mənalarındadır.  Deməli,  nitq  mədəniyyətinə 

dərindən yiyələnmək üçün dilimizin fonetika və leksikologiya-

sına hərtərəfli bələdlik, işlətdiyimiz söz və ifadələrin mənasını 

aydın bilmək tələb olunur.  

Nitq mədəniyyəti geniş  anlayış olub insan mədəniyyətinin 

çox mühüm tərkib hissəsi kimi başa düşülür. “Mədəniyyət” sö-

zü  dilimizə  ərəb  dilindən  keçmişdir,  “şəhər”  mənasında  olan 



“mədinə” sözündəndir. “Mədəni” sözü də “şəhərli” mənasın-


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə