1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

54
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
əldə etməklə mümkün olur. 
Sovet İttifaqının dağılması nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asi-
yada yeni müstəqillik əldə etmiş dövlətlər ərazi bütövlüyü və təhlükəsizliyin 
təmini, habelə siyasi-iqtisadi-sosial problemlərin həllini beynəlxalq aləmə 
inteqrasiyada  gördüyündən  ikitərəfli  və  çoxtərəfli  əməkdaşlığa  üstünlük 
veriblər. Bu ölkələr dövlət müstəqilliklərini bərpa etdikləri ilk illərdə BMT, 
ATƏT, MDB kimi universal və regional təşkilatlara üzv olub və ya namizəd 
statusu əldə edib. Zaman keçdikcə bu dövlətlər yerləşdikləri regionda inteq-
rasiya prosesini sürətləndirmək və milli maraqlarının daha yüksək səviyyədə 
təmin  olunması  məqsədi  ilə  sadəcə  mövcud  olan  müəyyən  təşkilatlara 
üzvlüklə kifayətlənməyiblər. Daha böyük təcrübəyə və Qərblə sıx əlaqələrə 
malik olan dövlətlə müəyyən regional təşəbbüs və ideya ətrafında birləşərək, 
bu  mexanizm  çərçivəsində  qarşılıqlı  problemlərinin  bərabərhüquqlu 
əsaslarda  həlli  və  mövcud  əməkdaşlıq  meyillərinin  gücləndirilməsinə 
zərurət yaranıb. Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradıl-
masını bu zərurətin təzahürü saymaq olar. Türkdilli ölkələrin bu addımı ta-
rixi, mədəni, dini və dil birliyinə əsaslanan əlaqələrinin müasir mərhələdə 
daha  da  inkişaf  etdirilməsi,  dövlətlərin  mənafelərinə  uyğun  çoxtərəfli 
əməkdaşlığın genişləndirilməsi istəyi ilə izah edilə bilər.
Əlbəttə, türkdilli ölkələrin qanunvericilik orqanlarının müəyyən mexa-
nizm çərçivəsində və müxtəlif istiqamətlər üzrə birgə fəaliyyət təşəbbüsü 
regional  kontekstdə  kifayət  qədər  əhəmiyyətli  və  uğurlu  addımdır.  Digər 
tərəfdən bu təşəbbüsə və onun reallaşmasına şərait yaratmış və daha əvvəl 
baş vermiş proseslərin nəzərdən keçirilməsinə ehtiyac var.
Əvvəl də qeyd olunduğu kimi, Azərbaycan, Qazaxıstan, Türkmənistan, 
Özbəkistan və Qırğızıstan xarici siyasətlərində beynəlxalq aləmə inteqra-
siyanı prioritet vəzifələrdən biri kimi görüb və bu çərçivədə eyni etnik və 
tarixi köklərə malik olduqları Türkiyə ilə əməkdaşlığa əhəmiyyət veriblər. 
Xüsusilə  vurğulanmalıdır  ki,  Türkiyə  bu  dövlətlərin  müstəqilliyini  tanı-
yan ilk ölkələrdən biri olub və onlarla əlaqələrin inkişaf etdirilməsinə səy 
göstərib. Belə bir məqamda, Türkiyənin 1992-ci ildə irəli sürdüyü Türk-
dilli Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü 
və  onun  reallaşması  yeni  müstəqillik  qazanmış  ölkələrə  həm Türkiyə  ilə 
əməkdaşlığın genişləndirilməsi, həm də öz aralarında sovet dövründə möv-
cud olan siyasi-iqtisadi əlaqələrin bərpası məqsədilə alternativ mexanizmin 
formalaşdırılması baxımından əhəmiyyətli olub. Bu mənada, Azərbaycanın 
ümummilli lideri Heydər Əliyevin 1995-ci il avqustun 28-də Bişkekdə ke-


55
Parlamentlərarasi  əlaqələr:  nailiyyətlər  və  perspektivlər
çirilmiş Türk Dövlət Başçılarının III Zirvə Görüşündə söylədiyi aşağıdakı 
fikirlər  diqqəti  cəlb  edir:  “Bizim  respublikalarımız  Sovet  İttifaqına  daxil 
olarkən  həm  iqtisadi  baxımdan,  həm  də  mədəni  dəyərlərlə  mübadilə  ba-
xımından görüşlər keçirilməsi, bir-birinə nümayəndə heyəti göndərilməsi 
baxımından daha sıx bağlı idilər. İndi bu əlaqələr zəifləmişdir. Amma biz 
istəyirik ki, bu əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi, 
bizi bu görüşə toplayan zəmini əsas tutaraq Azərbaycan dövləti istəyir ki, 
Mərkəzi  Asiyanın  bütün  ölkələri  daha  sıx  iqtisadi,  mədəni,  elmi-texniki 
əməkdaşlıq yaratsın və bu inteqrasiyaya daxil olsun”.
     Yeni mexanizmin formalaşdırılmasında Türkiyənin də rolu danılmaz-
dır. Türkiyə Prezidenti Turqut Özalın da qeyd etdiyi kimi, soyuq müharibənin 
başa çatması və SSRİ-nin dağılması Türkiyəyə regionda lider ölkə olmaq 
imkanı  qazandırıb.  “XXI  əsr  türk  əsri  olacaq”,  “Adriatik  dənizindən  Çin 
səddinə uzanan Türk Dünyası” kimi idealların müəyyən formada reallaşma-
sına çalışan Türkiyə regionda təsir imkanlarını genişləndirməyə, türkdilli 
dövlətlərlə eyni dəyərlərə əsaslanan əməkdaşlığını sürətləndirməyə, digər 
tərəfdən də bu dövlətlərin beynəlxalq aləmə inteqrasiyasında “birləşdirici 
həlqə” rolunu oynamağa səy göstərib.
1992-2001-ci  illər  arasında  təşkil  olunmuş  yeddi  zirvə  görüşü  türk-
dilli  ölkələr  arasında  və  ümumən  regionda  mövcud  olan  problemlərin, 
əməkdaşlıq  perspektivlərinin  müzakirəsi  baxımından  əhəmiyyətli  olub. 
Lakin  bu  dövrdən  etibarən  zirvə  görüşlərində  fasilə  yarandığı  müşahidə 
edilirdi. Bu da ölkələrin daha çox ikitərəfli əməkdaşlığı ön plana çıxarma-
sı, Qərbin regiona olan marağının artması və Rusiyanın əvvəlki nüfuzunu 
bərpa etmək istəyi ilə izah edilə bilər.  
Türkdilli  ölkələrin  dövlət  başçılarının  zirvə  toplantılarının  5  illik 
fasilədən sonra bərpa edilməsi təşəbbüsü tarix, din və mədəniyyət birliyinə 
sahib olan dövlətlərin sadəcə siyasi deyil, dövrün reallıqlarına və tələblərinə 
uyğun şəkildə iqtisadi və ticarət əlaqələrinin də genişləndirilməsi istəyindən 
və daha praqmatik əsaslara söykənən əməkdaşlıq perspektivlərinin müəyyən 
edilməsi səylərindən irəli gəlir. Türkdilli ölkələrin daimi fəaliyyət göstərən 
təşkilatının yaradılması niyyəti də bu səylərin təzahürüdür. Xüsusilə qeyd 
etmək lazımdır ki, 2009-cu il oktyabrın 2-3-də Naxçıvanda keçirilmiş Türk-
dilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə türkdilli ölkələrin 
Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul olunub ki, bu, türk-
dilli ölkələr arasındakı əməkdaşlıq mexanizminin işlək strukturunun forma-
laşdırılması istiqamətində atılmış addımdır.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə