1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

73
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
ölkənin gömrük nümayəndələrinin iş adamları ilə  mütəmadi görüşüb cari 
vəziyyəti müzakirə etmələri vacibdir. Gömrük rüsumları ilə yanaşı, gömrük 
rəsmiləşdirməsi,  gömrük  rejimlərinin  seçimi  və  gömrük  anbarlaşmasında 
da güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı. 
Yuxarıda  istinad  edilən  ortaq  icra  planına  əsasən  Azərbaycanın  və 
Türkiyənin  aidiyyəti  qurumları  tərəfindən  iki  ölkə  arasında  Preferensial 
Ticarət  Sazişinin  imzalanması  imkanları  araşdırılacaq.  İki  ölkənin  özəl 
sektora aid qurumları və firmaları arasındakı iqtisadi və ticarət fəaliyyətindən 
irəli  gələ  biləcək  problemlərin  mümkün  qədər  tez  və  ədalətli  həlli  üçün 
İşçi  Qrupu  yaradılacaq. Azərbaycan-Türkiyə  İş  Şurasının  yığıncaqlarının 
mütəmadi  olaraq  ildə  bir  dəfə  keçirilməsi  məqsədilə  hər  iki  ölkənin 
müvafiq  qurumları  təşviq  ediləcək,  Azərbaycanda  və  Türkiyədə  təşkil 
olunan beynəlxalq sərgilərdə hər iki ölkənin firmalarının intensiv iştirakı 
dəstəklənəcək, ildə bir dəfə ticarət heyətləri arasında qarşılıqlı tədbirlərin 
təşkili təmin ediləcək.
19
Naxçıvan-İqdır sərhəd bölgəsində azad iqtisadi zonanın formalaşdırılması 
istiqamətində iki ölkənin müvafiq qurumları arasında dialoq başlanmalıdır. 
Bu, Naxçıvanın inkişafı ilə yanaşı, Türkiyənin depressiv iqtisadi rayonları 
hesab  edilən  Qars  və  İqdır  şəhərlərinin  də  inkişafına  dəstək  verər.  Yeri 
gəlmişkən,  Ermənistanla  sərhədlərin  açılmasının  tərəfdarlarının  əsas 
arqumentlərindən  biri  budur  ki,  bu  proses  Türkiyənin  şərq  rayonlarının 
inkişafına  gətirib  çıxaracaq.  Məhz  buna  görə  Ermənistanla  həmsərhəd 
olan Türkiyənin Qars və İqdır şəhərlərinin iqtisadi problemlərinin həllində 
Azərbaycan qardaş ölkəyə dəstək verməlidir.
 
Ɔ
Sənaye, kənd təərrüfatı və turizm sahəsində əməkdaşlıq
Birgə  iqtisadi  əməkdaşlıq  proqramı  və  onun  icra  planına  əsasən 
Azərbaycan  və  Türkiyənin  qurum  və  firmalarının  hər  iki  ölkədəki 
investisiya, sənaye istehsalı və modernləşdirmə fəaliyyətlərində iştirakları 
təşviq ediləcək. Bu çərçivədə, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri 
arasındakı  əməkdaşlığın  inkişafını  təmin  etmək  məqsədilə  kiçik  və  orta 
sahibkarlıq üçün məlumat bazalarının qarşılıqlı tətbiqi, məlumat və təcrübə 
mübadiləsinin aparılması, mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi 
tədbirlər  həyata  keçiriləcək.  Sənaye  sahəsindəki  əməkdaşlığın  inkişafını 
19   Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli iqtisadi əməkdaşlıq 
Proqramı və İcra Planı (1 fevral 2008-ci il) http://www.e-qanun.az (2008)


74
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
təmin  etmək  üçün  hər  iki  ölkənin  investisiya  proqramları  və  prioritet 
sektorları  haqqında  mütəmadi  qaydada  məlumat  mübadiləsi  aparılacaq.
20
 
Kənd  təsərrüfatı  sahəsində  əməkdaşlığın  inkişafı  istiqamətində  isə  işlər 
Azərbaycan-Türkiyə  Kənd  Təsərrüfatı  İcra  Komitəsinin  fəaliyyətləri 
çərçivəsində  həyata  keçiriləcək,  mövcud  saziş  və  protokollarda  nəzərdə 
tutulan əməkdaşlıq sahələri ilə yanaşı, yeni əməkdaşlıq sahələrinin müəyyən 
edilməsinə  dair  fikir  mübadiləsi  aparılacaq. Azərbaycanın  və  Türkiyənin 
turizm  potensialının  hər  iki  ölkə  vətəndaşlarına  yüksək  səviyyədə 
tanıdılması  məqsədilə  əməkdaşlıq  davam  etdiriləcək,  hər  iki  ölkənin 
dövlət  qurumları  və  özəl  şirkətləri  arasında  əlaqələr  genişləndiriləcək, 
Azərbaycandakı  turizm  infrastrukturunun  yenilənməsi  və  ya  inkişafı 
istiqamətindəki işlərdə əməkdaşlıq imkanları müzakirə ediləcək. Bununla 
əlaqədar,  bu  Proqramın  və  İcra  Planının  qüvvəyə  minmə  tarixindən 
etibarən  altı  ay  ərzində  bir  tədqiqat  tipli  hesabat  hazırlanacaq  və  hər  iki 
ölkənin müvafiq qurum və təşkilatlarına təqdim olunacaq. Müştərək turizm 
layihələrinin  həyata  keçirilməsi  sahəsində  hər  iki  ölkənin  investorlarının 
təşviq  edilməsi  istiqamətində  işlər  görüləcək.  Türkiyənin  müvafiq  təhsil 
qurumları ilə Azərbaycanda yeni yaradılmış Azərbaycan Turizm İnstitutu 
arasında əlaqələr yaradılacaq və Türkiyədən mütəxəssislər dəvət ediləcək.
 
Ɔ
Nəqliyyat və rabitə sahəsində əməkdaşlıq
Tikintisinə 2008-ci ildə start verilən və 2012-ci ildə başa çatdırılması 
planlaşdırılan  Bakı-Tbilisi-Qars  dəmiryolu  xəttinin  işə  düşməsi  ilə 
Azərbaycanla  Türkiyə  arasında  qurulması  nəzərdə  tutulan  strateji 
infrastruktur  xətləri  böyük  ölçüdə  başa  çatacaq  ki,  bu  da  hər  iki  ölkənin 
regiondakı  strateji,  geosiyasi  və  geoiqtisadi  nüfuzunun  daha  da 
güclənməsini  şərtləndirəcək.  Azərbaycan,  həmçinin,  Qarsdan  Naxçıvana 
dəmiryolunun  tikintisi  ilə  Naxçıvanla  birbaşa  dəmiryolu  əlaqəsinin 
qurulmasına  nail  olacaq.  Qars-Axalkalaki  (Gürcüstan)  arasında  98 
kilometrlik yeni bir dəmiryolunun tikintisi, Gürcüstanda isə 160 kilometrlik 
mövcud dəmiryolunun modernləşdirilməsi ilə birlikdə Türkiyə-Gürcüstan-
Azərbaycan dəmiryolu şəbəkələrinin birbaşa birləşdirilməsini nəzərdə tutan 
“Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsinin 2012-ci ildə tam reallaşdırılması 
da planlaşdırılır
21
. Bundan başqa, Türkiyə Dövlət Dəmiryolları İşlətməsi ilə 
20   http://e-qanun.az/print.php?internal=view&target=1&docid=13851&doctype=0 (2011)
21   http://www.mfa.gov.tr/turkiye-azerbaycan-ekonomik-iliskileri.tr.mfa


75
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər 
Azərbaycan Dövlət Dəmiryolu İdarəsi arasındakı institusional əməkdaşlığın 
inkişaf etdirilməsi, strateji əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə 
Xəzər  və  Qara  dəniz  hövzələrində  multimodal  yükdaşımaların  inkişafı 
nəzərdə tutulur.
Rabitə  sahəsində  isə  Azərbaycan  ilə  Türkiyə  arasında  Trans-Asiya-
Avropa fıber-optik kabel xətti bağlantısının Gürcüstan üzərindən çəkilməsi, 
Türkiyə  ilə  Naxçıvan  arasında  fıber-optik  kabel  xəttinin  çəkilməsi, 
Azərbaycanın  Türksat  A.Ş.  peyklərinin  rabitə  və  yayım  həcmlərindən 
faydalanması, Azərbaycanda informasiya texnologiyaları ilə əlaqədar Azad 
İqtisadi Zonanın - İT Texnoparkının yaradılmasında Türkiyə ilə əməkdaşlıq 
məsələləri gündəmdədir.
 
Ɔ
İnsan resurslarının sərbəst hərəkəti
Yuxarıda  adını  çəkdiyimiz  “Azərbaycan  Respublikası  ilə  Türkiyə 
Respublikası  arasında  strateji  tərəfdaşlıq  və  qarşılıqlı  yardım 
haqqında”  Müqavilənin  18-ci  maddəsində  qeyd  olunur  ki,  tərəflər  milli 
qanunvericiliklərinə  uyğun  olaraq  vətəndaşlarının  bir-birinin  ölkələrinə 
gediş-gəlişinin  asanlaşdırılması,  bir  tərəfin  vətəndaşının  digər  tərəfin 
ölkəsində  yaşamasının,  daşınmaz  əmlak  əldə  etməsinin,  əmək  fəaliyyəti 
ilə  məşğul  olması  və  sosial  müdafiəsinin  təmin  olunması  üçün  tədbirlər 
görəcək.
Əslində, məsələ daha geniş qoyulub və fikrimizcə, məsələyə daha geniş 
prizmadan yanaşsaq, ölkələrimiz arasında əmək (işçi) resurslarının sərbəst 
hərəkəti barədə  anlaşmanın imzalanmasına ehtiyac var.  Başa  düşürük  ki, 
hazırkı  məqamda  bunun  reallaşması  olduqca  çətin  məsələdir,  lakin  artıq 
bu barədə düşünməyə və çalışmağa başlamaq lazımdır. Bu baş verərsə, hər 
iki ölkənin vətəndaşları qarşılıqlı olaraq ixtisaslarına uyğun və əməkhaqqı 
gözləntilərinə cavab verən işlər üzrə həm Azərbaycanda, həm də Türkiyədə 
rahat şəkildə işləyə bilərlər. Əslində, bu zaman Azərbaycanın əldə etdikləri 
Türkiyənin  əldə  etdiklərindən  daha  çox  olacaq.  Türkiyə  iqtisadiyyatı 
miqyasına görə Azərbaycan iqtisadiyyatından dəfələrlə böyükdür. Nəticədə 
işçi  axınında  balansın  Azərbaycanın  xeyrinə  müsbət  olacağı  aydındır. 
Digər  tərəfdən,  bu,  Azərbaycana  qısa  müddət  ərzində  xidmət,  turizm, 
telekommunikasiya, səhiyyə, sənayenin müxtəlif sahələri və kənd təsərrüfatı 
üzrə peşəkar kadrlar əldə etməyə imkan verəcək.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə