1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq kosmos hüququnun prinsipləri



Yüklə 391,8 Kb.
səhifə149/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   145   146   147   148   149   150   151   152   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq kosmos hüququnun prinsipləri. Beynəlxalq kosmos hüququnun prinsipləri Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında Müqavilədə təsbit olunmuşdur. Bu prinsiplər aşağıdakılardır:

  • kosmik fəzanın və səma cisimlərinin tədqiqi və istifadəsi azadlığı;

  • kosmik fəzanın və səma cisimlərinin mənimsənilməsinə yol verilməməsi;

  • kosmik fəaliyyətin beynəlxalq hüququn prinsiplərinə üyğun olaraqhəyata kemirilməsi;

  • dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti;

  • kosmik obyektlərlə vurulmuş zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti;

  • Ayın və digər səma cisimlərinin müstəsna olaraq dinc məqsədlərlə istifadə olunması;

  • kosmosun tədqiqi və istifadəsi zamanı dövlətlərin əməkdaşlığı və qarşılıqlı yardımı;

  • dövlətlərin öz kosmik obyektləri üzərində suveren hüquqlarının və nəzarətin saxlanılması.

  • Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi. Kosmos iki ərazidən – kosmik fəzadan və səma cisimlərindən ibarətdir. “Kosmik fəza” anlayışı hava fəzasının xarici sərhədindən ay orbitinin hüdudlarına qədər uzanan geniş ərazini (yaxın kosmos) və bu hüdudlardan kənarda yəni, 384 km-dən o tərəfə yerləşən ərazini (uzaq kosmos) bildirir. Təbii səma cisimləri öz daimi orbiti üzrə hərəkət edən, istifadə üçün yararlı olan, üzərində insan yaşamayan kosmik cisimlərdir. Ay haqqında Sazişə görə, Yer səthinə təbii yolla çatan asteroid, metoroid və s. kimi materiallar bu anlayışa daxil deyildir; təbii səma cisimləri bəşəriyyətin ümumi irsi

    olduğu halda, bu materiallar, hansı dövlətin ərazisinə düşərsə, həmin dövlətin mülkiyyəti hesab edilir.
    Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi, əsas etibarilə, 1967-ci il Müqaviləsi ilə və Ay haqqında Sazişlə müəyyən olunmuşdur. Bu müqavilələrə görə, kosmik fəza və səma cisimləri bütün dövlətlər tərəfindən bərabər əsasda, ayrı-seçkilik olmadan tədqiq edilə və istifadə oluna bilər. Heç bir dövlət öz suverenliyini bu və ya digər şəkildə bu ərazilərə şamil edə bilməz. Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimində müəyyən fərqlər mövcuddur. Kosmosdan fərqli olaraq, Ay və digər səma cisimləri müstəsna olaraq dinc məqsədlərlə istifadə olunmalıdır; onların üzərində hərbi bazalar və qurğular yaratmaq, istənilən tip silahlı sınaqdan çıxmaq, hərbi manevrlər həyata keçirmək, güclə hədələmək və ya güc tətbiq etmək, istənilən digər düşmən hərəkətləri törətmək və ya belə hərəkətlərin törədilməsi ilə hədələmək qadağan olunmuşdur.
    Ay və onun təbii ehtiyatları bəşəriyyətin ümumi irsi elan olunmuşdur.


    1. Yüklə 391,8 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   145   146   147   148   149   150   151   152   ...   159




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə