1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

qanunvericiliyinin  konkret norması ilə ziddiyyət, təşkil etməsində özünü  göstərir. İctimai-təhlükəli 
əməl  yalnız  o  zaman  cinayət  sayılır  ki,  Cinayət  Məcəlləsinin  bu  və  ya  digər  maddə-sində  nəzərdə 
tutulmuş olsun. 
Təqsirlilik-cinayətin  növbəti  mühüm  əlamətidir.  Əməlin  cinayət  hesab  edilməsi  təkcə 
ictimai-təhlükəli  və  qeyri-hüquqi  olması  ilə  deyil,  həm  də  onun  təqsirə,  yəni  qəsd  və  yaxud 
ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. 
Cinayət  cəzalanmalı  olan  əməldir.  Əməli  cinayət  kimi  xarakterizə  edən  əlamət  ondan 
ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların törədilməsinə görə qanun cinayət cəzası 
nəzərdə tutur. 
Cinayətin  qeyri-əxlaqiliyi  isə,  onun  cəmiyyətdə  mövcud  olan  əxlaq  normalarına  və  hakim 
mənəvi təsəvvürlərə zidd olmasıdır. 
Beləliklə,  cinayət  -  cinayət  qanunu  ilə  mühafizə  edilən  ictimai  münasibətlərə  mühüm  ziyan 
yetirən  və  yaxud  ziyan  yetirməsi  təhlükəsi  yaradan,  cinayət  qanunu  ilə  nəzərdə  tutulan  ictimai-
təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməldir. 
Xarakterindən  və  ictimai  təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  cinayətlər  böyük  ictimai 
təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 
Qüvvədə  olan  cinayət  qanunvericiliyinə  əsasən  (2001-ci  il  iyulun  2-də  Cinayət  Məcəlləsinə 
edilmiş  dəyişiklik  və  əlavələr  nəzərə  alınmaqla)  qəsdən  və  ya  azadlıqdan  məhrum  etmə  ilə  bağlı 
olmayan  cəza  nəzərdə  tutulmuş  əməllər,  yaxud  qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə 
cinayət qanunu ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq 
olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 
Cinayət  qanunu  ilə  qəsdən  və  ya  ehtiyatsızlıqla  törədilən  və  barəsində  yeddi  ildən  artıq 
olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan əməllər az ağır cinayətlər sayılır. 
Cinayət  qanunu  ilə  qəsdən  və  ya  ehtiyatsızlıqla  törədilən  və  barəsində  on  iki  ilə  qədər 
müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur. 
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlərə aid edilir. 
 
3.  Cinayət məsuliyyətinin anlayışı və əsasları. 
 
Hüquq  normalarının  pozulmasında  təqsirli  olan  şəxslərə  tətbiq  edilən  dövlət  məcburiyyəti 
hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan biri də cinayət məsuliyyətidir. 
Hüquqi  məsuliyyətin  digər  formalarından  o,  yüksək  ağırlığı  ilə  fərqlənir  ki,  bu  da  cinayət 
işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə cəzanın tətbiqi ilə başa çatır. 
 
Cinayət məsuliyyəti cinayət - hüquq münasibətləri çərçivəsində həyata keçirilir (əmələ gəlir, 
reallaşır,  xitam  olunur).  Cinayət  hüquq  münasibətləri  -  cinayət  törətmiş  şəxslərlə  dövlət  arasında 
qanunla tənzim olunan münasibətlərdir. Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından 
əmələ  gəlir.  Məhz  bu  andan  cinayət  törətmiş  şəxslərin  və  dövləti  təmsil  edən  ədalət  mühakiməsi 
orqanlarının  hüquq  və  vəzifələri  meydana  çıxır:  dövlətin  təqsirli  şəxslərə  cinayət  məsuliyyətini 
təşkil  edən  məcburetmə  tədbirlərini  tətbiq  etmək  hüququ  yaranır.  Bununla  belə,  təqsirli  şəxslərə 
cinayət  qanunu  ilə  müəyyən  edilmiş  hədlərdə  konkret  təyin  edilməsi  onun  vəzifəsidir.  Öz 
növbəsində, təqsirli şəxslərin məsuliyyət daşımaq vəzifəsi yaranır. 
Ancaq bu şəxslər cəzanın, törətdikləri cinayətlərin xarakterinə  və dərəcəsinə  müvafiq olaraq 
təyin  edilməsində  hüquqa  malikdirlər.  Cinayət  məsuliyyətinin  müəyyən  fəaliyyət  hüdudları  var. 
Cinayət  hüquq  münasibətləri,  şəxslərin  cinayət  törətdikləri  andan  dərhal,  geniş  miqyasda  cinayət 
məsuliyyətinin  əmələ  gəlməsi  ilə  əlamətdar  olan  və  ancaq  tədricən  realizə  olunan  hüquq 
münasibətləridir.  Cinayət  məsuliyyətinin  faktiki  olaraq  reallaşdırılması  şəxslərin  ibtidai  istintaq 
mərhələsində müttəhim qismində cəlb edilməsi anından başlayır. Cinayət məsuliyyəti işə məhkəmə 
baxışı ittiham hökmünün çıxarılması  mərhələsində davam edir, o həm də təyin olunmuş  məhkəmə 
cəzasının  real  icrası  mərhələsində  də  mövcud  olur.  Cinayət  məsuliyyəti,  cinayət  hüquq 
münasibətlərinin  aradan  qaldırılmasının  aşağıda  göstərilmiş  hallarında  xitam  olunur:  Cəzanı  çəkib 


qurtarma, cinayət məsuliyyətindən azad etmə, amnistiya və yaxud əfv etmə haqqında akta görə. 
Cinayət  məsuliyyətinin  əsaslarının  müəyyən  edilməsinə  qanunvericilik  və  cinayət  hüquq 
nəzəriyyəsi  iki  aspektdən  yanaşır:  hüquqi  və  faktiki  əsaslar.  Cinayət  Məcəlləsinin  3-cü  maddəsinə 
əsasən,  yalnız  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  cinayət  tərkibinin  bütün  əlamətlərinin  mövcud 
olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Buradan belə 
nəticə  çıxır  ki,  cinayət  məsuliyyətinin  vacib  və  yeganə  əsasları  törədilmiş  əməldə  qanunda 
göstərilmiş  cinayət  tərkibinin  mövcud  olmasıdır.  Belə  ki,  şəxsi  əqidə,  niyyət  və  baxışlarına 
(sonuncular əgər törədilmiş əməldə ifadə olunmursa) görə cinayət məsuliyyətinə cəlb etmək olmaz. 
Bununla  belə,  əməl  ictimai-təhlükəli  olmalı,  yeni  ictimai  münasibətlərə  ziyan  vurmalıdır.  Əgər 
subyektin  davranışının  müəyyən  forması  cinayət  məsuliyyətinin  faktiki  əsasları  hesab  olunursa, 
onda  törədilmiş  əməldə  qanunda  nəzərdə  tutulan  konkret  cinayət  tərkibinin  mövcud  olması  onun 
hüquqi əsaslarını təşkil edir. 
Cinayət  tərkibi  -  konkret  ictimai-təhlükəli  əməli  cinayət  kimi  xarakterizə  edən  əlamətlərin 
cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur. 
 
Cinayət  hüquq  nəzəriyyəsində  cinayət  tərkibini  xarakterizə  edən  əlamətlər  dörd  qrupa 
bölünür:  obyekt  və  obyektiv  cəhəti  xarakterizə,  edən  əlamətlər  (bunlar  cinayət  tərkibinin  obyektiv 
əlamətləri adlanır) və subyekt və subyektiv cəhəti xarakterizə edən əlamətlər (subyektiv əlamətlər). 
Cinayətin obyektini cinayət qanunu ilə mühafizə edilən o ictimai münasibətlər təşkil edir ki, 
onlara cinayət nəticəsində mühüm ziyan yetirilir və yaxud yetirilə bilər. 
Cinayətin  obyektiv  cəhətinə  törədilmiş  əməlin  (hərəkət  və  yaxud  hərəkətsizliyin) 
xüsusiyyətləri,  bu  əməlin  nəticələri,  yəni  vurulmuş  ziyan  və  cinayətin  zahiri  tərəfini  xarakterizə 
edən digər əlamətlər, məsələn: yeri, vaxtı, üsulu, vasitəsi, şəraiti və s. aiddir. 
Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar hərəkət və cinayətkar 
hərəkətsizlik. 
Cinayətkar  hərəkət  -  cinayət  qanunu  ilə  qadağan  olunan,  fəal  ictimai  -  təhlükəli  davranış 
aktıdır. Məsələn, qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 120 maddəsi), qəsdən sağlamlığa ağu 
zərər vurma (maddə 126) və s. 
Cinayətkar  hərəkətsizlik  –  cinayət  qanunu  ilə  qadağan  olunan,  passiv  ictimai-təhlükəli 
davranış aktıdır, yəni ziyanlı nəticələrin qarşısının alınması üçün şəxsin, müəyyən hərəkətləri etməli 
olduğu  halda  onu  etməməsidir.  Cinayətkar  hərəkətsizlik  şəraitində  hər  şeydən  əvvəl  müəyyən 
qaydada hərəkət etmək vəzifəsini təyin etmək lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan 
irəli  gəlir:  bilavasitə  qanundan,  məsələn,  qanunvericiliyə  və  ya  xüsusi  qaydalara  müvafiq  olaraq 
xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım 
göstərilməməsi  (maddə  142);  təqsirli  şəxsin  xidməti  mövqeyindən,  məsələn,  vəzifəli  şəxsin  öz 
vəzifəsini  yerinə  yetirməməsi;  qohumluq  münasibətindən,  məsələn,  uşaqlara  və  ya  valideynlərə 
kömək göstərməkdən qərəzli boyun qaçırma (maddə 176). 
Cinayətkar  hərəkət  və  yaxud  hərəkətsizlik  -  insan  davranışının  iradəvi  aktıdır,  buna  görə  də 
hərəkətsizlik  zamanı  məsuliyyətin  təyin edilməsi  üçün  həmçinin  bu  və  ya  digər  şəxsin  tələb  olunan 
hərəkətləri  etməsinin  real  imkanlarını,  yəni  konkret  şəraitdə  göstərilən  hərəkətlərin  edilməsinin 
faktiki  imkanlarını  müəyyən  etmək  lazımdır.  Belə  ki,  fiziki  məcburiyyət,  lazımi  ixtisasın,  istehsal 
təcrübəsinin olmaması, qarşısı alınmaz qüvvə (təbii hadisələr, məsələn, zəlzələ, sel, daşqın və s.) və 
s-nin təsiri altında şəxsin hərəkətsizlik etməsi cinayət məsuliyyətini istisna edən hallardır. 
Obyektiv  cəhətin  əlamətlərinə  ictimai-təhlükəli  əməl  ilə  baş  verən  ictimai  -  təhlükəli  nəticə 
arasında səbəbli əlaqə aiddir. 
 
Cinayətin  subyektiv  cəhəti  -  əqli,  iradi  və  motivasiya  (motivlərin  formalaşması  və  inkişaf 
prosesi) proseslərinin üzvü vəhdətindən ibarət olub, cinayətin törədilməsi ilə bilavasitə əlaqədar olan 
şəxsin  psixi  fəaliyyətidir.  Təqsir,  motiv  və  məqsəd  cinayətin  subyektiv  cəhətini  xarakterizə  edən 
hüquqi əlamətlərdir. 
Təqsir  -  şəxsin  törətmiş  olduğu  ictimai-təhlükəli  əmələ  qəsd  və  yaxud  ehtiyatsızlıq 
formasında ifadə olunan psixi  münasibətidir.  Təqsir – cinayətin subyektiv cəhətinin  vacib  əlaməti, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə