Suda–quruda yaşayanlar və ya Amfibilər sinfi.
Çoxalması və inkişafı suda gedir. Bir qayda olaraq yaşadıqları müddətdə metamorfoz keçirirlər: qəlsəmə ilə tənəffüs edən cüt ətrafdan məhrum əsl suda yaşayan süfrə halından (çömçəquyruqlar) ciyərlərə və beşbarmaqlı ətraflara malik, sudan kənarda yaşayan yaşlı formaya çevrilirlər. Yetkin yaşda quru həyatına uyğunlaşır, ağciyərləri və dəri ilə tənəffüs edir. 4 barmaqlı ön, beş barmaqlı arxa ətrafları vardır. Döş sümüyü yoxdur. Kürülərin mayalanması suda gedir. Ürək üç kameralıdır (2-qulaqcıq, 1-mədəcik). Ağciyər və iki qan dövranı əmələ gəlmiєdir. Başa təmiz arterial qan, bədənə qarışıq qan gedir. Bədən temperaturu sabit deyildir. Soyuqqanlı heyvanlardır.
Suda-quruda yaşayanlar gecələr ova çıxır, həşəratların, yumşaqbədənlilərin və b. tələf olmasında fəaliyyət göstərirlər. Onlar balıqların, sürünənlərin, quşların və digər xırda heyvanların qidasını təєkil edir. Çin, Vyetnam, Koreya, Yaponiya və b. dövlətlərin insanları qurbağa ətini зox ləzzətlə yeyirlər.
Dostları ilə paylaş: |