|
1. Rəsmi sənədlərReferat: struktur, funksiyalar, yazılış stiliaz dili imtahan sualları (1)
4.Referat: struktur, funksiyalar, yazılış stili
Referat» (latınca referrer - məruzə etmək, məlumat vermək) hər hansı məsələ ilə bağlı, bir və ya bir
neçə kitab, monoqrafiya, yaxud da ilkin mənbələr əsasında qısa və dəqiq icmal məzmunu əks etdirir
Referat bir sıra funksiyaları özündə əks etdirir ki, bunlar da aşağıdakılardır:
informativ;
axtarış;
siqnalverici;
indikativ;
kommunikativ ünvanlı.
Bu struktur aşağıdakı ardıcıllıqdan ibarətdir:
Titul vərəqi;
Mündəricat;
Giriş
Fəsillər;
Paraqraflar, yarımbaşlıqlar və bəndlər;
Nəticələr;
Əlavələr;
Ədəbiyyat siyahısı
5.Buraxılış işinin tərtibi qaydaları
Buraxılış işinin tərtib qaydaları: 1. Titul vərəqi 2. Mündəricat 3. Giriş 7. Əsas hissə (ən azı iki fəsildən
ibarət olmalıdır): a) şəkillər və cədvəllər fəsillərə uyğun olaraq nömrələnməlidir. (Məsələn. fəsil 1 –
cədvəl 1.1 , şəkil 1.1 . və s.). b) nömrələr şəkillərin altında, ortada , cədvəllərin isə üstündə olmalıdır
(sağ tərəfdə) 8. Nəticə və təkliflər 9. İstifadə olunan ədəbiyyat Əlavə məlumat : Səhifələnmə “Giriş” –
dən başlanır. Əsas hissə 40-45 səhifədən ibarət olmalıdır (“Giriş”, "Nəticə və təkliflər" və "İstifadə
olunan ədəbiyyat" səhifələri daxil olmaqla). Şriftin ölçüsü – 14. Mətn "Times New Roman" şifri ilə
yazılmalıdır. Sətrlər arası interval – 1,5. Səhifələrin nömrələnməsi yuxardan sağ künc.
6. Plagiat və annotasiya
Plagiat (latınca “plagium” sözündən götürülmüş, mənası “oğurlanmış” deməkdir) başqasının əsərini
öz əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etməkdir. Plagiatçılıq –
özgə əsərin müəllifliyinin qəsdən mənimsənilməsi və ya öz əsərində digərinin əsərindən istinadsız
istifadəsi deməkdir.
Annotasiya planlanan tədqiqat işinin, dərslik, monoqrafiyanın kim tərəfindən, harada, nə vaxt
aparılacağı və qısa məzmunu barədə məlumatları əhatə edən rəsmi sənəddir. Annotasiyanın strukturu:
•
Müəllifin adı və soyadı, haqqında qısa məlumat
•
Kitabın, nəşriyyatın adı, çap olunduğu şəhər, tarixi
və həcmi
•
Kitabın rəyçisi, məsləhətçisi, ön sözün redaktorun adı və elmi dərəcəsi
•
Kitabın çapına
tövsiyə verən orqan, iclasın protokolunun tarixi və nömrəsi
•
Kitabın nə haqqında yazıldığı bildirilir
•
Kitabın yazılma məqsədi
•
oxucu dairəsinin ünvanı
Dostları ilə paylaş: |
|
|