“Ümumi dilçilik” fənninin xarakterik cəhətlərindən
biri onun orta məktəblə əlaqəsidir. Məlum olduğu üzrə,
orta məktəbin yeni proqramında ümumi dilçiliyin bəzi
problemlərindən (dilin əmələ gəlməsi, dilçiliyin şöbələri,
yazının inkişafı...) şagirdlərə bilik verilməsi nəzərdə tutul-
muşdur. Həmin problemlərin əksəriyyəti dərslikdə geniş
şərh olunur ki, bu da tələbələrin – gənc filoloq müəllimlə-
rin orta məktəblər üçün daha yüksək ixtisaslı mütəxəssis
kimi hazırlanmasına xidmət edir.
“Ümumi dilçilik” fənnində hansı problemlərin seçilib
öyrədilməsi ilə yanaşı, problem ardıcıllığı, fənnin qurulu-
şu da çox vacib hesab edilən məsələlərdəndir. Buna görə
də “Ümumi dilçilik”də əvvəlcə dilçiliyin ümumi problem-
lərindən, dilin xüsusiyyətlərindən, sonra dillə əlaqədar
məsələlərin nəzəri əsaslarından və daha sonra dilçiliyin
metodlarından bəhs olunur.
|