13
sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən
burada – FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma”.
Doğurdan da, bütün sonrakı illər ərzində Əlibəy Zizikski ailəsi ilə birlikdə Bakıda
yaşadı”.
Müəyyənləşdirilmişdir ki, üzə çıxandan sonra Zizikski uzun illər ərzində Bakıda Aşağı
qəbiristanlıq küçəsi, 73 №-li evdə yerləşən şəxsi mülkündə yaşamağı və həmin evin kirayə pulu
ilə dolanmışdır.
Şahid - Qasımov Qəni Hüseyn oğlu göstərir ki, 1924-cü ildə o, Zizikskini Bağırovun
evində görüb, Zizikski orada saat yarıma qədər olub. Onun Bağıroun yanına gəlməsinin səbəbi
isə ona məlum deyil.
Beləliklə. Məlum olmuşdur ki .Zizikski üzə çıxandan sonra Bağırov onunla əlaqələrini
üzməmişdir. Bağırov cəzadan yaxa qurtara bilmişdir.
1926-cı ildə Azərbaycan BSİ-nə Zizikskinin fəal əksinqilabi fəaliyyəti barədə məlumatlar
daxil olmağa bağladı. 1928-ci ilin 6 avqustunda (yəni Bağırov Azərbaycanda işləmədiyi vaxt)
Zizikski Azərbaycan BSİ-nin kolleksiyasının qərarı ilə güllələnməyə məhkum edildi. Evi isə
müsadirə edildi.
Müttəhim Bağırov ilk əvvəl bildirdi ki, Əlibəy Zizikski ona görə üzə çıxarılıb ki, sonra
repressiyaya uğradılsın. Bağırov sonra elan edib ki, Zizikskinin repressiya olunmaq əvəzinə üzə
çıxarılması səhv olub və guya Zizikskinin hansı şəraitdə üzə çıxarılmasını xatırlamır.
Yuxarıda göstərilən dəlillərdən, Ş.M.Musaxanovun, Ş.Məçdovun, A.İ.Mileşkinin,
S.K.Qafarlının, İ.D.Ağayevin, Q.Ağaxanovun ifadələrindən, eləcə də müttəhim Borşevin
ifadələrindən tamamilə müəyyən edilmişdir ki, Bağırov Əlibəy Zizikskiyə himayədarlıq etmişdir.
Göründüyü kimi, Əlibəy Zizikski Bağırovun iştirakı olmadan məsuliyyətə cəlb olunub və
cəzalandırılıb, Zizikskinin qohumları – keçmiş Quba mülkədarı, Şıxlarski bəylərinin qohumu
Bəybala bəy Alpanski, eləcə də Quba alverçisi və Əlibəy Zizikskinn ögey qardaşı Hacıbala
Məmmədyarov heç bir repressiyaya uğradılmamışdır. Şahidlərdən A.N.Orucovun,
Q.X.Ağaxanovun və H.Şahverdiyevin ifadələrində Alpanski və Məmmədyarov Bağırovun
dostları kimi göstərilir.
Bu barədə istintaq olunan Bağırov Alpanski və Məmmədyarovla tanış olduğunu, ancaq
həmin əksinqilabçıların nə üçün repressiya olunmadığını heç cür ağlına sığışdıra bilmədiyini
söylədi.
Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizikskinin Bağırovdan başqa
köməkçisi iri mülkədar ailəsindən olan əksinqilabçı, müsavat parlamentinin üzvü Qazı Əhməd
bəy Məhəmmədbəyov idi.
Azərbaycan sovetləşəndən sonra Məhəmmədbəyov heç bir repressiyaya uğramayıb,
Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş, Bağırov bundan xəbərdar olmaya
bilməzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov Triniçin işi üzrə şəhid sifətilə
dindirilmiş. O vaxt öz ifadələrində Məhəmmədbəyov göstərirdi ki, Bağırovla birlikdə o, qəza
komissarı Əlibəy Zizikskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov Zizikskinin birinci
müavini olduğundan o, Əhməd Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı fəaliyyəti
barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məhəmmədbəyovun bu ifadələrindən xəbərsiz
ola bilməzdi.
Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına
baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil və
Şamilə himayədarlıq etmişdir.
Bağırovun antisovet ünsürləri qorumağına və onlara himayədarlıq etməsinə daha bir
nümunə keçmiş müsavat pristavı və siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy cahandar
14
bəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxartdı, hətta Qazax qəzasında
milis rəisi vəzifəsinə də təyin etdi.
O illərdə Azərbaycan VSİ işçiləri arasında Şıxlinski daima Bağırovla yaxınlığını qeyd
edirdi.
1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı, orada türk kəşfiyyatı ilə
əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi.
Istintaq zamanı Bağırov təsdiq etdi ki, Şıxlinskini o, üzə çıxarıb. Ancaq ona himayədarlıq
etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 avqustunda
dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi:
“Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin
edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı
Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski
sovet hökümətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.
Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli
sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.
Təqribən 1930-cu ildə yerli hökümət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda
Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.
Bu ifadələri istintaq zamani müttəhim Borşev də təsdiq etdi:
“Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar
Şıxlinski bununla fəxr edirdi.
Indi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri
arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı”.
Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sübut olunur.
Gəncə vilayət şöbəsi rəisi Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə o,
məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova
şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətdə şübhələndiklərindən
şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:
“Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun.
Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin”.
Bu məktubdan sonra 1930-cu ilin 29 iyununda həmin Şıxlinskiyə i vaxtlar Azərbaycan
BSİ Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 №-li arayış verildi. Həmin
arayışda Şıxlinskinin 7 nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və
ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.
Çox çəkmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə Şıxlinski Türkiyəyə qaçdı.
Beriya və Bağırovun antisovet elementləri qorumasına bir nümunə də Əlipənah bəy
Şəfibəyovdur. Bəy nəslindən olan Şəfibəyov sovet hökümətinin düşməni idi. Müsavat zamanı
Qubada müsavat partiyası qəza komitəsi sədrini müavini idi. Şəfibəyov ilk dəfə 1927-ci ilin
aprelində həbs olunmuşdur, lakin Beriyanın təsdiq etdiyi qərara əsasın, istintaq aparılmadan
həbsdən azad edilmişdir. Şəfibəyovun hansı sənədlərə əsasən həbs olunması barədə materiallara
rast gəlmədik.
Ikinci dəfə Şəfibəyov 1930-cu ildə həbs olunub. Bu dəfə Şəfibəyov antisovet fəaliyyətdə
ittiham olunurdu. Həbsə alınarkən ondan türk nümunəli tüfəng və ona müvafiq 30 patron
alınmışdır.
Lakin cinayət dəlilləri olmasına baxmayaraq Bağırovun sədrliyi ilə 1930-cu ilin 16
martında keçirilmiş Azərbaycan BSİ-nin kollegiyası Şəfibəyovun işinə xitam verdi.