2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Canlı  haqqında  müasir  baxışlara



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə30/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   26   27   28   29   30   31   32   33   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Canlı  haqqında  müasir  baxışlara
  nəzər  salmaq  məqsədəuyğundur.  İnsanlara  bizim 
planetin çərçivəsi ilə məhdudlaşan yalnız Yer həyatı məlumdur. Artıq bu gün qətiyyətlə bildirməyə 
cəhd edirlər ki, Yer kürəsindən başqa Günəş sisteminin planetlərindən heç birində həyat yoxdur. 
Doğrudur  yerdənkənar  həyat  və  sivilizasiyanın  axtarışı  davam  edir  (məsələn,  kosmik  məkanda 
olduqca mürəkkəb üzvi birləşmə aşkar olunmuşdur - bu molekulların olduqca sadə  formaları və 
Yerdə həyatın kimyəvi bünövrəsidir), ancaq belə  bir ehtimalla razılaşmamaq olmur ki, Kainatın 
bizim öyrənməyimiz üçün  mümkün olan heç  bir yerində, Yerdən başqa həyat  yoxdur. Bəlkə  də 
çılğın təxəyyüllə bu fikirlə razılaşmamaq da olar: ancaq bu ehtimalı nəzərə alaraq bəşəriyyət Yerdə 
həyatın  saxlanmasına  daha  çox  qayğı  göstərməlidir.  Canlı  və  cansız  təbiət  arasında  olan  həddi 
dəqiqləşdirməyə cəhd edən insan labüdən həyatın mənşəyi haqqında məsələ ilə toqquşur. Cansız 
təbiətin,  ümumiyyətlə  təbiətin  mənşəyi  haqqında  məsələ  ilə  canlı  təbiətin  mənşəyi  haqqında 
məsələ  arasındakı  əsaslı  fərqə  diqqət  yetirmək  lazımdır.  Birincidən  fərqli  olaraq  ikinci  məsələ 


 
30 
yalnız mücərrəd məna kəsb etmir (biz ondan çıxış edirik ki, təbiət bu və ya digər formada əbədi 
olaraq mövcuddur), həm də ciddi təbii elmi məzmuna malikdir. Bu məsələ bəşəriyyəti onun bütün 
tarixi  boyu  narahat etmişdir;  lakin uzun  illər o, yalnız  mifin, dinin  və  ya  naturfəlsəfənin dili  ilə 
müzakirə  olunmuşdur.  Dini  dünyagörüş  üçün  həyatın  əmələ  gəlməsi  İlahinin  düşüncələrinə 
müvafiq  olaraq  yaranmışdır.  Həyatın  mənşəyi  haqqında  təbii  elmi  biliklərin  dünyagörüşü 
əhəmiyyəti  müəyyən  mənada  bununla  müəyyən  olunur;  bu  biliklər  XX  əsrdə  daha  çox 
toplanmışdır.  Bununla  bağlı  təbiətşünaslığın  qarşısında  dayanan  vəzifə  ondan  ibarətdir  ki,  o, 
göstərir ki, Yerdə həyatın yaranması bizim planetin əvvəlki təkamülünün qanunauyğun nəticəsidir, 
o,  xarici  iradənin  işə  qarışmasını  və  zəruri  və  kifayət  qədər  olan  şəraiti  müəyyən  etməyi,  eyni 
zamanda cansız təbiətdən həyatın ilkin formasına dialektik sıçrayışın ardıcıl mərhələlərini tələb 
etmir.  
Yerdə həyatın ilk əlamətləri təqribən 3,8 milyard il  əvvəl yaranmışdır. Ondan xeyli sonra, 
təqribən  2  milyard  il  əvvəl  fotosintezə,  yəni  Günəş  işığının  enerjisinin  kimyəvi  reaksiya  üçün 
istifadə edilməsinə qadir olan ilk hüceyrələr meydana gəlmişdir, bu prosesdə oksigen ayrılır. Bu 
Yerdəki atmosferi, onun kimyəvi tərkibinin xarakterini əsaslı şəkildə dəyişmişdir və həyatın Yer 
səthində sürətlə yayılmasına imkan vermişdir yəni bütöv sistem, məhz biosfera əmələ gəlmişdir.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə