|
2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri-Varlıq və onun formalarıFəlsəfə imtahan sualları konspekti4-Varlıq və onun formaları
Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insanın qarşısında bütöv bir hadisə,
ümumi vəhdət, özünə çoxsaylı müxtəlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət
hadisələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümumi varlıqdır. Həmin
sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda
təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– mümkündür. Başqa sözlə
desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında
qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bit-
kiləri, fiziki prosesləri və s. aid etmək olar. Lakin ən ümumidən və təkcədən çıxış etsək, onda
insan şüuru üçün çətinliklər mövcud olacaqdır. Daha dəqiq desək, bu rəngarəng dünyada
istiqamət (oriyentir) götürmək mümkün olmayacaqdır. Bununla yanaşı, bu rəngarənglikdə elə
təkcələr də vardır ki, bir–birindən fərqlənərək, eyni zamanda ümumi cəhətlərə (bəzən hətta
mahiyyət baxımından) malik olurlar. Bu isə daha ümumi və bütöv ümumiləşdirməyə, birləşdir-
məyə imkan verir. Ona görə də bunu çox vaxt xüsusi kimi ifadə edirlər.
Göründüyü kimi,
Dostları ilə paylaş: |
|
|