Müasir dövr 207
Tarix və onun problemləri,
№ 3 2013
AYBƏNİZ PAŞAYEVA
Bakı Dövlət Universitetinin dissertantı
Email: modernhistory901@gmail.com
HEYDƏR ƏLIYEVIN SIYASI IRSININ ÖYRƏNILMƏSI ÜÇÜN
H.ƏLIYEV FONDUNUN YARADILMASI ZƏRURƏTI
Açar sözlər: H.Əliyev, siyasi irs, qloballaşma, dövlətçilik, neft siyasəti
Ключевые слова: Г.Алиев, политическое наследие, глобализация, государственность,
нефтяная политика
Key words: H.Aliyev, politikal heritaqe, qlobalization, statehood, oil politikal
Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, faktiki
və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs dövlətin mövcud imkanlarından cəmiyyə-
tin iqtisadi, siyasi, mədəni, elmi-texniki və digər sahələrdə inkişafına istiqamətlənib. İlk növ-
bədə, Heydər Əliyevin dövlətçilik irsi 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşən
dövlət –h akimiyyət vəhdətinin həqiqi simasını özünə qaytarıb.
Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə
zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atmış və çox ciddi
nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq
işlərini dövlət müstəqilliyimizə təminat verən əsas amillər kimi nəzərdən keçirmək lazımdır.
Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanın müstəqilliyə gələn yolu 1970-ci illərin əvvəllərin-
dən başlanıb. Çox sonra Heydər Əliyev 1992-ci ildə Türkiyənin «Zaman» qəzetinə verdiyi
müsahibədə bununla bağlı demişdir: «Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə
edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim.
Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanması-
nın qarşısını almaq idi» (1; s.3-4).
1993-cü ildə Heydər Əliyevin xalqın təkidi nəticəsində hakimiyyətə gəlişi ilə Azərbay-
can cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə
başladı. Eyni zamanda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev
Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas edə bildi. 1994-cü ilin oktyabr hadisə-
ləri zamanı televiziya və radio ilə xalqa müraciətində milli təhlükəsizliyimizə qarşı yaranmış
vəziyyətlə əlaqədar hamını həmrəy olmağa çağıran Heydər Əliyev deyirdi: «Əziz həmvətən-
lər, Azərbaycan vətəndaşları! Bu ağır dəqiqələrdə bir daha sizə müraciət edirəm. Sizi əmin
edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma
qədəröz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağım.
Bundan ötrü lazımi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, sizə
güvənirəm, sizə inanıram» (1; s.5).
Ümummilli liderimiz Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik
dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Həmin illərdə Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəalmübarizə insanı riqqətə gətirir.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də döv-
lət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya
Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik,
hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət
208 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevinmüəllifliyi ilə hazırlanmış
və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konsti-
tusiyası kimi tarixə yazıldı.
Bu istiqamətdə Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri müstəqil Azərbaycanın
uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. Azərbaycanın neft strategiyası-
nın əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə
daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Və bu strategiyanın həyata keçirilməsi iqtisadi
maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına söykənir. Heydər Əliye-
vin həyata keçirdiyi uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olun-
masına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin
yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasfına xidmət edir. Məhz bu strategiya
nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə
bilmiş və zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevril-
məyə nail olmuşdur. Yeni dünya düzənində güc mərkəzləri arasında gedən mübarizənin məğ-
zinə uyğun strategiya müəyyənləşdirməyə nail olmuş Heydər Əliyev son nəticədə Azərbayca-
nın hegemon supergüclərdən asılı vəziyyəətə düşməsinin qarşısını nəinki ala bilmiş, eyni
zamanda Azərbaycanın bu subyektlər arasında mübarizənin xarakterini müəyyənləşdirməyə
yönələn dövlət statusu qazanmasına nail olmuşdur.
1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış «Əsrin müqa-
viləsi» bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol
oynadı . Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas
işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Heydər Əliyevin
uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq
təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə
çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir.
Ulu öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin
2001-ci ilin yanvarın 25-də Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasıdır. Bu nüfuzlu
qurumla hərtərəfli əməkdaşlıq edən ölkəmizin qazandığı ən mühüm nailiyyətlərdən biri
müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsinin Avropa Şurasının rəhbərli-
yində təmsil olunmasıdır.
Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükə-
sizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir.
Əslində, ölkənin hərbiqüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab
olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələkeçirməyə
müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil, əslində dövlətçilik üçün
təhlükəyə çevrilmişdi. Ordu quruculuğundan və ölkənin milli təhlükəsizlik sisteminin forma-
laşdırılmasında yol verilən kobud sərvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu.
Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən
formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə apardı və
son nəticədə dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını
yerinə yetirən sabit, güclü silahlı qüvvələrin yaradılmasına nail oldu.
Bu gün Azərbaycan öz texniki və maddi təchizatına görəbaşqa dövlətlərin silahlı
qüvvələrindən geri qalmayan hərbi qüvvələrə sahibdir. Bu da Heydər Əliyevin müstəqilliyin
dövlətləşdirilməsi istiqamətində yürütdüyü ardıcıl siyasətin əsas nəticələrindən biridir.
Müasir dövr 209
Tarix və onun problemləri,
№ 3 2013
Azərbaycan Silahlı Qüvvələri dövlətin ərazi bütövlüyünün təminatçısı olmaqla yanaşı, həm də
beynəlxalq hərbi qurumlarla bərabərtərəfli əməkdaşlıq edir. Heydər Əliyevin səyləri nəticəsin-
də Azərbaycan Silahlı Qüvvələri üçün milli kadr potensialının yaradılması istiqamətində ciddi
işlər görülmüşdür. Dünyanın ən nüfuzlu hərbi məktəblərəinə təhsil almağa göndərilən gənclə-
rimiz Azərbaycanın müstəqilliyinin əsas qarantlarından biri olan ordunun güclənməsində mü-
hüm rol oynayacaqdır. Bu gün Azərbaycanın əsgər və zabitləri dünyanın bir çox qaynar nöqtə-
lərində fəaliyyət göstərən beynəlxalq sülhməramlı qüvvələrin tərkibində fəaliyyət göstərir və
münaqişə zonalarında sülh və əmin-amanlığın bərqərar olunmasında aktiv iştirak edirlər.
Azərbaycan Silahlı Qüvvələrin NATO kimi nüfuzlu qurumla əməkdaşlıq edir, bu hərbi alyan-
sın «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində həyata keçirdiyi təlim proqramlarında
aktiv fəaliyyət göstərir.
Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunma-
sını özünün əsas strateji vəzifəsi hesab edir. Heydər Əliyev dövlətçilik irsinə görə, demokra-
tiya üçün vacib olan başlıca şərt siyasi sabitlik və güclü dövlət hakimiyyətidir.
Ulu öndərimiz həyatı boyu həmişə xalqa arxalanmışdı: «Mənim həyat amalını bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mə-
nəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımda almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma
arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib» (1; s.17).
Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin
göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyev Azərbaycan
dövlətçiliyini iflasdan, Azərbaycan xalqını fəlakətdən qurtardı. Dövlətçiliyi möhkəmlətdi, onu
xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cə-
miyyətdə özünə inam hissini bərpa etdi, sabitlik və firavanlığatəminat yaratdı. Onun Azər-
baycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, məhz bu arzu ilə o, dövlətimizin gələ-
cəyi üçün misilsiz əhəmiyyəti olan böyük layihələrin, nəhəng işlərin təməlini qoymuşdu.
Həmin layihələr, Heydər Əliyev xeyir-duası ilə başlanmış işlər hələ uzun illər Azərbaycanın
inkişafını, güclənməsini, rifah və firavanlığını təmin edəcəkdir. Heydər Əliyev fəaliyyəti və
əməlləri ilə bütöv bir siyasət məktəbinin qurucusu oldu, onunsayəsində müasir dünyanın
politoloji leksikonuna «Heydər Əliyev siyasəti» istilahı daxil oldu. (5; s.6).
Bu tarazlı, bütün cəhətləri ölçülüb-biçilmiş və ən əsası, dövlətin təməl maraqlarını,
onun perspektivini, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ehtiva edən, cəmiyyətdə
ahəngdarlıq yaradan siyasətidir. Orta statistik azərbaycanlı ümummilli liderində müdriklik,
qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluq kimi bütün zəruri keyfiyyətləri görürdü.
Heydər Əliyev elə bir lider idi ki, Azərbaycanın bundan sonrakı bütün rəhbərləri üçün etalon
rolunu oynayacaq, xalq, cəmiyyət seçdiyi bütün liderləri məhz onunla müqayisə edəcək.
Heydər Əliyevin siyasətinin bundan sonra illər və yüzillər boyu davam etməsi Azərbaycan
dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.
Beləliklə də, Heydər Əliyevin 1993-cü ildən başlayaraq həyata keçirdiyi qətiyyətli və
məqsədyönlü tədbirlər nəticəsində ölkədə özbaşınalığa, xaosa son qoyuldu. İctimai-siyasi sa-
bitlik təmin edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normaları və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində
danışıqların başlanması vəcəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını
aldı. Xarici dövlətlər, xüsusilə Rusiya və İranla əvvəlki hakimiyyətlərin dövründə pozulmuş
münasibətlər qaydaya salındı. Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı,
respublikanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli zəmin yarandı.
210 Müasir dövr
Tarix və onun problemləri,
№ 3 2013
Eyni zamanda Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehti-
va etməklə məhdudlaşmır, həm də Azərbaycan Respublikasındakı bu günün inkişaf proseslə-
rini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir.
Tarixi təcrübə sübuta yetirir ki, cahanşümül faliyyəti nəticəsində zamanın mənzərəsini dəyiş-
məyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin
onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar
formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmli-
dir. Əsrlər ərzində qazanılmış dövlətçilik ənənələri tarixin varislik məntiqinə istinad etməsi
faktını çoxəsrlik bəşəri təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqətlər sırasına daxil etmişdir.
İnkişafın zəruri şərtlərindən olan sağlam və rasional varislik əsrlərdir ki, bütün dünyada
alternativsiz yol kimi qəbul edilir (2; s.17).
Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva da Heydər
Əliyev siyasi irsinin fundamental prinsiplərinə sadiq qalaraq Azərbaycan mədəniyyətinin
mühafizəsi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səmərəli fəaliyyət göstər-
məkdədir Mehriban xanım Əliyeva bu gün Heydər Əliyev Fondunun Prezidenti kimi döv-
lətçilik tariximizdə müstəsna xidmətlər göstərmiş böyük bir şəxsiyyətin – Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin irsinin qorunması və təbliği kimi ali bir missiyanı yerinə
yetirir. Heydər Əliyev irsinin qorunması və gələcək nəsillərə ötürülməsi isə Azərbaycan
xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik
ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir.
Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində nümayiş et-
dirdiyi fəallıq, humanist fəaliyyəti Mehriban xanım Əliyevanın qısa vaxt ərzində yüksək nüfuz
qazanmasını təmin etmişdir. (1; s.20).
Heydər Əliyev fondu Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yara-
dılmışdır. Bu fərmanda Fondun yaradılma məqsədləri əsaslandırılmış və diqqətə çatdırılmışdır
(AzərTAc“Azərbaycan”, 14 oktyabr 2004-cu il).
Fondun yaradılma səbəbləriqəbul olunan proqramda öz geniş əksini tapmışdır:
- Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə
etmək arzu və istəyi;
- Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti;
- Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün
əhəmiyyətini vurğulamaq niyyəti;
- Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq
məqsədi (3; www/heydar-aliyev foundation/org).
Göründüyü kimi, Heydər Əliyev Fondu öz fəaliyyətində dahi liderin arzu və ideyalarını
əsas tutaraq ölkənin bütün sahələrini əhatə etmişdir. Bütün bunlar göstərir ki, Fondun yaradıl-
ması zərurətdən doğmuşdur.
Ədəbiyyat siyahısı:
1.Xoşməramlı səfir. Bakı, Şəms nəşriyyatı, 2005. 192 s+24 rəngli şəkil.
2.Sevinc Budaqova. Ümid qapısı, mərhəmət ünvanı. Bakı, Elm və Təhsil, 2011,260 s.
3.www/heydar-aliyev foundation/org.
4Azər TAc“Azərbaycan”, 14 oktyabr 2004-cu il
5. “Azərbaycan”.-2012.-4 may.-N 97, s.6.
Müasir dövr 211
Tarix və onun problemləri,
№ 3 2013
АЙБЕНИЗ ПАШАЕВА
Диссертант Исторического факультета БГУ
НЕОБХОДИМОСТЬ СОЗДАНИЯ ФОНДА ИМЕНИ Г.АЛИЕВА
ДЛЯ ИЗУЧЕНИЯ ПОЛИТИЧЕСКОГО НАСЛЕДИЯ Г.А.АЛИЕВА
В статье говорится о роли политического наследия Г.А.Алиева в истории Азер-
байджанской государственности. Благодаря правильной внутренней и внешней полити-
ческой стратегии Г.А.Алиева, сегодня Азербайджан укрепила свои геополитические
позиции в регионе.
AYBENIZ PASHAYEVA
Candidate for a degree of BSU
NEED OF CREATION OF FUND OF A NAME OF H. ALIYEV
FOR STUDYING OF POLITICAL HERITAGE OF H.A.ALIYEV
In article it is spoken about a role of political heritage of H.A.Aliyev in the history of
the Azerbaijani statehood. Thanks to H.A.Aliyev's correct internal and external political
strategy today Azerbaijan strengthened the geopolitical positions in the region.
Rəyçilər: t.e.d.M.B.Fətəliyev, t.e.d.R.C.Süleymanov
Bakı Dövlət Universiteti “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” ka-
fedrasının25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07).
Dostları ilə paylaş: |