35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

 
89 
Lakin  Bentonun  coşqun  keçən  səfəri  bir  adamdan  və  ya  bir  ayrıca 
ştatınkından çox böyük olan axını dayandıra bilməzdi. Kalhoun yayın sonunda ört-
basdır edilməyən bir şənliklə dostuna yazırdı ki: 
“Deyirlər  ki,  Benton  Missuridə  dayanmağa  qadir  ola  bilməyəcəkdir. 
Kolleqası  general  Atçison...  deyir  ki,  Senator  seçilməyə  nisbətən  onun  Papa 
seçilməyə daha yaxşı şansı vardır”. 
Bentonun dostu, başqa şəkildə yazırdı: 
“Mən üzr istəyirəm, mister Benton o qədər asiliyə yol vermişdir ki, hələ də 
onun opponentlərinə bu hörməti... ağıla arxalanmır, ştatdakı iyirmi iki Demokratik 
qəzetdən  doqquzu  onu  satqın,  dönük,  davakar,  lampa odluğu anbarı, abolitsionist 
və  azad-torpaqçı  epitetinə  layiq  görür.  Mən  qorxuram  ki,  Benton  məğlub 
olacaqdır”. 
Onun  turu  başa  çatanda  ən  azı  özünün  şəhərdə  açıq  meydana  çıxmağına 
əmin olaraq, Benton Missuri xalqına məktub göndərdi: 
“Bilirəm  ki,  mənə  qarşı  bu  qəsd  üçün  heç  bir  səbəb  yoxdur,  bircə  ondan 
başqa  ki,  mən  bütün  çürük  siyasətçilərin  təbii  düşməniyəm.  Mən  Birliyin  olduğu 
kimi tərəfdarıyam və həmin səbəbə görə mister Kalhoun məni Cənuba qarşı xain 
kimi pisləyir... Onun Massaçusetsdəki bütün adrıcıllarına verdiyi siqnal mənə qarşı 
işləməlidir....  Qəsd  indi  qurulmuşdur...  Qətnamələrin  yalanla  ləğv  edilməsi 
keçmişdir, bilirdilər ki, mən buna tabe olmayacağam... Mənə hücum etməyə ştatın 
bütün  hissələrindən  adamlar  təyin  edilmişdir...  Adamlarla  dolu  mitinqlər  məni 
məhkum etmək üçün təşkil olunur... Qəzetlər onların xidmətindədir... və çox sayda 
yaxşı vətəndaşlar aldadılmışdır”. 
Lakin  o,  öz  düşmənlərini  itaətliliklərinə  görə  biabır  edə  bilmirdi.  1849-cu 
ilin dekabrında anti-Benton liderləri bəyanat verib, veteran Senatora “ehtiyatlılığı 
olmayan,  şərəfsiz  və  prinsipsiz,  əxlaqsız,  qərəzli  və  söyüşcül  yalançı”  yarlığını 
vurdular,  guya  o,  eqoist  niyyətlərinə  görə  öz  partiyasını  satmağa  cəhd  göstərir”. 
Konqress  yenidən  yığıldıqda  Kalhoun  Demokratik  partiya  müşavirəsində  uğur 
qazanmaqla,  təkcə  xarici  işlər  komitəsi  istisna  olmaqla,  Bentonu  bütün 


 
90 
komitələrdən çıxartdırdı, adı çəkilən komitədə isə o, yalnız bir vacib əhvalat üçün 
saxlanmışdı ki, orada Atçison onu yaxşı bir qaydada əvəz etsin. 
Hətta  onun  nəhəng  eqosu  Tomas  Hart  Bentondan  gizlədə  bilməzdi  ki,  bu 
axırıncı müddətin olması səhvsiz bir faktdır. Əgər ki, heç nə baş verməsə o, bütün  
Missuri  Demokratlarının  qurultayını,  onunla  quldarlıq  tərəfdarı  olan  düşərgə 
arasındakı  fərqləri  həll  etməyə,  çağırmağa  təşəbbüs  göstərə  bilərdimi?  “Mən 
tezliklə” – o, şimşək çaxdırırdı, “Sent-Lyuisdə xoleradan ölmüş altı min ölü ilə bir 
şurada  oturacağam,  nəinki  belə  əclaflar  dəstəsi  olan  qurultaya  gedəcəyəm”.  Kley 
Kompromissi barədə 1850-ci ilin böyük debatında o, bir söz deyəcəkdimi və ya ən 
azı, gələcək döyüşlər üçün sevdiyi yeri xilas etmək üçün dinməz qalacaqdımı? O, 
bunu  etməyəcəkdir.  Missuri  assosiasiyası  onu  geri  çağırmışdı:  “...özünün 
mövcudluğunun  erkən  dövründə  Plutarxı  oxuyanda,  o,  qərara  gəlmişdi  ki,  öz 
ölkəsinin xeyrinə lazım olsa, o, öz siyasi mövcudluğunu da qurban verəcəkdir”. 
Ştat  Qanunvericiliyi  üçün  mübahisə  gedəndə  onun  varisinin  adı  Missuridə 
qəzəb  doğuracaqdı,  Senator  Benton  Vaşinqtonda  tələsik  öz  vəzifəsini  qorumağa 
çalışdı,  özünə  nifrət  bəslənməsinin  sonunda  öz  seçicilərinin  baxışlarını  bu  vaxt 
səmimi  qaydada  qəbul  etdiyini  bildirdi.  Öz  prinsipləri  ilə  kompromissə 
getməkdənsə, məhvedici məğlubiyyəti qarşılamağa hazır olmaqla (buna görə Kley 
demişdi ki, bunun alçaldılmalı olması niyyəti ilə Benton “begemotdan gizlənmək” 
şansına malik idi, mənəvi igidlikdən yayınmaq şərti ilə öz məşhur kolleqalarından 
yuxarı  qalxırdı.  Bu  vaxt  Qərbdəki  və  Cənubdakı  siyasi  dostlarından  izolyasiya 
olunmaq,  həm  də  abolitsionistlərdən  onun  zəhləsi  qaçmasını  davam  etdirməklə, 
axırıncıları  isə  o,  Birliyin  parçalanmasına  görə  bərabər  qaydada  məsuliyyət 
daşıyanlar hesab edirdi) Benton Kley Kompromissinə özünün söyüşcül hücumları 
ilə qeyri-adi müstəsna qaydada kurs aparırdı. “Böyük Kompromissi” formalaşdıran 
tədbirlər  toplumuna  sərt  şəkildə  hücum  edərək  və  onun  sponsorlarını  söyüşlə  ələ 
salaraq, o, sədrlik edən vəzifəli şəxs tərəfindən daim qaydaya əməl etməyə dəvət 
edilən  vaxt  isə  şikayətlənirdi.  Bentonun  rəyinə  görə  belə  adlanan  kompromiss 
parçalanma tərəfdarlarına əliaçıq güzəşti və bu, onun ürəyinə əziz olan bir subyekt 
kimi Kaliforniyanı da buna ehtiyac olmadan cəlb edilməsini əhatə edən və içi boş 


 
91 
əldə qayırma bir şey idi. Missuri Kompromissinin quldarlıq xəttinin Kaliforniyaya 
da  genişlənməsi  və  ştatın  parçalanması  və  ya  onun  Omnibus  qanunu  ilə  qəbul 
edilməsinin ləngidilməsi Kaliforniyanın tədqiq və inkişaf etdirilməsinin qəhrəmanı 
olan  polkovnik  Con  Frimontun  qayınatası  Benton  üçün  məzəmmətə  layiq  bir 
məsələ  idi.  Əgər  Kaliforniyanın  qəbul  edilməsini  qarşısı  kompromissin 
uğursuzluğu ilə alınsaydı, onda necə olacaqdır, deyə o, soruşurdu. 
“Mister  Benton:  ...Onda  kim  məzəmmət  olunmalıdır?  Mən  bu  sualı 
Kentakkidən olan Senatora (mister Kleyə) vermirəm. Belə etmək qanunsuz bir iş 
olardı;  çünki,  torpaq  qanununa  görə  heç  kəs  özünü  məzəmmət  etməyə  bağlı 
deyildir. 
Mister Kley (yerindən): Mən qanunun xeyirini iddia etmirəm. 
Mister Benton: Qanuna boyun əyən və alicənab adam kimi qanunun xeyrini 
mən  ona  verərəm,  istər  o,  buna  iddia  etsin,  ya  da  etməsin.  Bu  onun  üçün 
Kaliforniyanın  həmin  camaata  qarışmasına  səbəb  olduğu  üçün  məsuliyyət 
daşımağı  gözləməsinin  başlanğıc  vaxtıdır,  haradakı  ştat  öz  ölümünü  qarşılamağa 
əmindir.  Mister  Prezident,  səhvlər  komediyası  ilə  nəsə  edilməli  olan  bir  vaxtdır. 
Kaliforniya qəbul edilməni istədiyinə görə əziyyət çəkir. Nyu-Meksiko himayəçilik 
axtardığına  görə  əziyyət  çəkir.  İctimai  iş  diqqəti  cəlb  etməyi  axtardığına  görə 
əziyyət çəkir. Bu elə bir vaxtdır ki, bu qədər çox sayda şər işlərə son qoyulmalıdır; 
və  mən  yersiz  qanun  layihələrinin  idarə  olunmayan  kütləsini  qeyri-müəyyən 
müddətə təxirə salınmasını hərəkətə gətirmək barədə qeydimi edirəm, onların hər 
biri digərlərinə maneədir, onlar bir-bir qəbul olunmaq üçün götürülməlidir, necə ki, 
onların ehtiram bəslənən ləyaqətləri bunu tələb edir”. 
İlin  kursu  ərzində  “Senatın  nə  vaxtsa  əzab  çəkdiyi  ən  böyük  hörmətsizlik” 
kimi terminlə digər bir melodramatik hadisə hələ də - Cənubun Bentona qarşı acı 
hissini göstərməyə xidmət edir. Missisipidən olan acı dilli Senator Henri Fut heç də 
Kalhounun  kor-koranə  ardıcılı  deyildi,  ancaq  Benton  özünün  Missuridəki 
məğlubiyyəti  üçün  olan  qəsdə  kömək  edən  adam  kimi  ondan  şübhələnirdi, 
Senatdakı  bir  sıra  çıxışlarında  Bentonun  mövqeyini,  hətta  missurilinin  ritorika 
izafiliyini  də  ötüb  keçən  qaydada  təhqir  edirdi.  Missuridəki  yaxınlaşan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə