№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
1   2   3   4   5   6   7   8

7

19-25 oktyabr 2017-ci il



l

Azərbaycanın  aparıcı  korpo-

rativ  bankı  –  PAŞA  Bank    5-ci  

“İnvestorlar  yarmarkası  2017”-

nin baş sponsoru qismində çıxış 

edib.  Oktyabrın  6-da Azərbay-

can Mikromaliyyə Assosiasiya-

sı  (AMFA)  tərəfindən  keçirilən 

tədbirin  əsas  məqsədi  ölkənin 

regionlarında kiçik və orta biz-

nesin inkişafının dəstəklənməsi 

üçün  xarici  investorların  cəlb 

edilməsi olmuşdur. 

Bu  il  “Mikromaliyyənin  gələ-

cəyi:  çətinliklər  və  imkanlar” 

adlı  konfransda  iştirak  etmək 

üçün həm özəl, həm də dövlət 

sektorundan  100-dən  artıq  nü-

mayəndə  dəvət  olunmuşdur. 

Tədbirə  dəvət  olunanlar  ara-

sına  Azərbaycan  Respublika-

sının  Maliyyə  Bazarlarına  Nə-

zarət  Palatasının,  Azərbaycan 

Respublikası  Sahibkarlar  (işə-

götürənlər)  Təşkilatları  Milli 

Konfederasiyasının, Beynəlxalq 

maliyyə  korporasiyasının,  özəl 

bankların,  bank  olmayan  kre-

dit  təşkilatlarının,  investisiya 

şirkətlərinin  və  digər  yerli  və 

beynəlxalq təşkilat və struktur-

ların nümayəndələri daxil idi. 

“Mikromaliyyələşdirmə  sekto-

runun  gələcəyi”  və  “Maliyyə 

texnologiyaları  erası”  adlı  işçi 

sessiyaları  çərçivəsində  kon-

frans  iştirakçıları,  həmçinin 

dəvət  olunmuş  mütəxəssislər 

hal-hazırda  bazarın  oyunçula-

rının üzləşdiyi aktual problem-

ləri  və  çağırışları,  habelə  döv-

lətin  tənzimləyici  orqanlarının 

sektorun  inkişafındakı  rolunu 

müzakirə  etmişlər.  Ekspert-

lər  fəallığın  stimullaşdırılması 

üçün zəruri olan bir sıra tədbir-

lərin, o cümlədən iqtisadiyyatın 

qeyri-neft  sektorunun  inkişafı 

kontekstində bazar oyunçuları-

nın fəaliyyətində innovativ təc-

rübələrin  tətbiqinin  müzakirə-

sinə xüsusi diqqət yetirmişlər. 

Tədbir  çərçivəsində  həmçinin 

AMFA-nın  təsis  etdiyi  xüsusi 

mükafatların  sahiblərinin  ad-

ları  çəkilmiş  və  laureatların 

təntənəli  təltif  etmə  mərasimi 

keçirilmişdir. 

“İlin  peşəkarı”  nominasiyasın-

da mükafatın sahibi AMFA-nın 

İdarə  Heyətinin  üzvü,    PAŞA 

Bankın  Baş  kommersiya  inzi-

batçısı  Melih  Mengü  seçilmiş-

dir. 


Azercell  Telekom  idmanın  in-

kişafına, eləcə də sağlam həyat 

tərzinin  təbliğinə  hər  zaman 

böyük  önəm  verərək,  həm  öz 

müştəriləri və əməkdaşları ara-

sında, həm də şirkətin korpora-

tiv  sosial  məsuliyyət  layihələ-

rində  bu  istiqaməti  inkişaf 

etdirib.

Öz müştəriləri arasında həm iş-

güzar, həm də dost münasibət-

lərini  möhkəmlətmək,  onların 

idmana qarşı həvəsini artırmaq 

və asudə vaxtlarını təşkil etmək 

üçün Azercell Telekom daha bir 

maraqlı təşəbbüslə çıxış edib və 

korporativ abunəçiləri arasında 

təşkil  etdiyi  I  Futbol  Turnirini 

uğurla başa vurub. Turnirin ok-

tyabrın  11-də  keçirilən  üçüncü 

yer uğrunda oyununda və elə-

cə  də  final  turunda  azarkeşlər 

maraqlı  və  gərgin  mübarizə-

nin  şahidi  olublar.  “Gilan”  və 

“Kapital  Bank”  komandaları 

uçüncü  yer  uğrunda  mübarizə 

aparıblar.  Nəticədə,  “Kapital 

Bank”  komandası  qalib  gəlib. 

Hər  kəs  tərəfindən  maraqla 

gözlənilən  final  oyununda  isə 

STP  (Sumqayıt  Texnologiyalar 

Parkı)    və  Azeri  M-İ  koman-

daları  yarışıblar.  Qızğın  oyun 

nəticəsində  6:2  hesabla  STP-ni 

təmsil  edən  komanda  yarışın 

qalibi olub. Qaliblər Azercell-in 

prezidenti  Vahid  Mürsəliyev 

tərəfindən  turnirin  kuboku  və 

medallarla təltif olunub, dəyər-

li hədiyyələr alıblar. 

Məlumat  üçün  bildirək  ki, 

sentyabrın  8-dən  başlayan  fut-

bol  turnirində  12  komanda 

öz  gücünü  sınayıb.  Turnirdə 

“Kapital  Bank”,  “North  West 

Construction”,  “Xəzər  Me-

dia”,  “Unibank”,  “Sumqayıt 

Texnologiyalar  Parkı”,  “Gilan 

Holding”,  “TOPAZ”,  “Azər-

texnolayn”,  “Azeri  M-İ”,  “AA 

Services”,  “Coca-Cola”  kimi 

nüfuzlu  şirkətlərin  nümayən-

dələri iştirak ediblər. 

Vahid  Mürsəliyev  “Ən  yaxşı 

vətənpərvər  müəssisə  rəhbəri” 

kimi mükafatlandırıldı.

Azercell  Telekom  MMC-nin 

prezidenti  Vahid  Mürsəliyev 

ölkədə  fəaliyyət  göstərən  ən 

aparıcı  şirkətlərdən  birində 

səmərəli rəhbərlik fəaliyyətinin 

nəticəsi kimi daha bir mükafata 

layiq görülüb. Şirkət preziden-

ti  “Avropa  Nəşr  Mətbuat  Evi” 

tərəfindən “Ən yaxşı vətənpər-

vər  müəssisə  rəhbəri”  kimi 

qızıl  medal  və  diplomla  təltif 

olunub.  Mükafatı Vahid Mür-

səliyevə “Avropa Nəşr Mətbuat 

Evi”-nin  rəhbəri,  Əlyazmalar 

İnstitutunun  elmi  işçisi,  Qara-

bağ  Müharibəsi  veteranı,  jur-

nalist  və  yazıçı  Şöhrət  Səlim-

bəyli təqdim edib.  Ş.Səlimbəyli 

Azercell-in Azərbaycanın rabitə 

sektorunun  inkişafına  verdiyi 

töhfələrdən,  həyata  keçirdiyi 

uğurlu  layihələrin  əhəmiyyə-

tindən söz açıb. Vahid Mürsəli-

yev də öz növbəsində mükafata 

layiq görüldüyünə görə Şöhrət 

Səlimbəyliyə öz minnətdarlığı-

nı bildirib: “Azercell fəaliyyətə 

başladığı  gündən  abunəçilə-

rinə yüksək keyfiyyətli xidmət 

göstərməyi  qarşısına  məqsəd 

qoyub. Bu 21 il ərzində biz hər 

zaman müştəri məmnuniyyəti-

ni  üstün  tutduq  və  bu  keyfiy-

yətimiz bizi Azərbaycan rabitə 

bazarının lider mobil operatoru 

etdi.  Təqdim  etdiyiniz  bu  mü-

kafatda  4,5  milyonluq  abunə-

çiyə  xidmət  göstərən  bütün 

Azercell ailəsinin payı var”. 

Məlumat üçün bildirək ki, “Av-

ropa Nəşr Mətbuat Evi”nin mü-

kafatçıları  sırasında    Azərbay-

can  Milli  İncəsənət  Muzeyinin 

direktoru,  əməkdar  incəsənət 

xadimi, professor Çingiz Fərzə-

liyev; Azərbaycan Milli Elmlər 

Akademiyası    Genetik  Ehti-

yatlar  İnstitutunun  elmi  işçisi, 

biologiya  üzrə  fəlsəfə  doktoru 

Gövhər Rasizadə, “Respublika” 

qəzetinin  baş  redaktoru,  filo-

logiya elmləri doktoru, profes-

sor  Teymur  Əhmədov,  AMEA 

akademik  H.Ə.Əliyev  adına 

Coğrafiya  İnstitutunun  İqlim 

və  Aqroiqlimşünaslıq  şöbəsi-

nin  müdiri,  Coğrafiya  elmləri 

üzrə  fəlsəfə  doktoru  Xəyyam 

Rəhimov,  AMEA  Respublika 

Seysmoloji Xidmət Mərkəzinin 

direktoru,  AMEA-nın  müxbir 

üzvü  Qurban  Yetirmişli,  Nax-

çıvan  Dövlət  Universitetinin 

Memarlıq  və  Mühəndislik  fa-

kültəsinin dekanı, texnika üzrə 

elmlər  doktoru  Cavanşir  Zey-

nalov və digər tanınmış elm və 

mədəniyyət xadimləri var. 

Azercell Telekom MMC Tələbə 

Təqaüdü  2017  proqramı  çər-

çivəsində    Bakı  və  bölgələrdə 

yerləşən  ali  təhsil  ocaqlarında 

təhsil  alan  tələbələrlə  görüş 

keçiriblər.  Şirkətin  İnsan  Qay-

naqları Departamentinin əmək-

daşları tələbələrə Təqaüd proq-

ramı  haqqında  məlumat  verib, 

onların  suallarını  cavablandı-

rıblar.  Bakıdakı  təhsil  ocaqla-

rı  ilə  yanaşı,  Naxçıvan  Dövlət 

Universiteti,  Lənkəran  Dövlət 

Universiteti, Azərbaycan Aqrar 

Universiteti, Gəncə Dövlət Uni-

versiteti,  Azərbaycan  Texno-

logiyalar  Universiteti  və  Min-

gəçevir  Dövlət  Universitetinin 

1000-ə  yaxın  tələbəsi  ilə  görüş 

onlar üçün səmərəli olub.

Məlumat üçün bildirək ki, Azer-

cell Telekom sentyabrın 15-dən 

bütün  tələbələr  üçün  növbəti 

Təqaüd Proqramına start verib. 

Öz  sahəsində  peşəkar  olmaq, 

gələcək  karyerası  üçün  təməl 

yaratmaq istəyən gənclər Təqa-

üd  Proqramına  müraciət  edə 

bilərlər.    Proqramın  məqsədi 

müvəffəqiyyətlə  təhsil  alan  və 

fərqlənməyi  bacaran  tələbələrə 

xüsusi  qayğı  nümayiş  etdir-

mək,  yüksək  potensiala  malik 

gənclərin  peşəkar  kimi  forma-

laşmasına  dəstək  olmaqdan 

ibarətdir. 

Proqrama  qəbul  edilən  iste-

dadlı tələbələr cari təhsil müd-

dətinin  sonuna  qədər  Azercell 

şirkəti  tərəfindən  müəyyənləş-

dirilmiş təqaüd alacaqlar. 

Bununla  yanaşı,  bu  tələbələrin 

karyera  baxımından  inkişafı 

üçün şərait yaradılacaq. Belə ki, 

onlar telekommunikasiya sahə-

si haqqında biliklərini artırmaq, 

şirkətin  korporativ  tədbirlərin-

də  və  sosial  fəaliyyətində  işti-

rak  etmək,  müxtəlif  təlimlərə 

qatılmaq  və  şirkətdə  təcrübə 

keçmək imkanı əldə edəcəklər.  

Müraciət etmək üçün tələbələr 

şirkətin  rəsmi  veb  səhifəsinə 

(www.azercell.jobs)  daxil  olub 

qeydiyyatdan 

keçməlidirlər. 

Ərizələr yalnız onlayn formada 

qəbul edilir. 

Azercell  Telekom  MMC  növbəti 

dəfə tələbələrə dəstək olub. Şirkə-

tin İnsan Qaynaqları Departamen-

tinin  əməkdaşları  oktyabrın  14-də 

Təhsil  Nazirliyinin  dəstəyi,  Gənc-

lər  və  İdman  Nazirliyinin,  Azər-

baycan Dövlət İqtisad Universiteti-

nin birgə təşkilatçılığı ilə keçirilən 

ənənəvi  “Məzun-2017  əmək  yar-

markasında iştirak ediblər. 

Yarmarkada  öz  fəallığı  ilə  seçilən 

Azercell-in stendi tələbələrin  bö-

yük  marağına  səbəb  olub.  Şirkət 

təmsilçiləri  tələbələri  maraqlan-

dıran  sualları  cavablandıraraq, 

Azercell-in  Tələbə  Təqaüdü  və 

Təcrübə Proqramı haqqında onla-

ra məlumat veriblər. Eyni zaman-

da,  Azercell-də  karyera  qurmaq 

istəyən  gənclərə  məsləhətlər  ve-

rilib və onların müraciətləri üçün 

xüsusi elektron ünvan yaradılıb. 

Qeyd  edək  ki,  Azercell  Telekom 

daim  istedadlı  gənclərə  karyera 

qurmaqda yardımçı olur. Son illər 

ərzində  mütəmadi  olaraq  Azer-

cell-in təşəbbüsü ilə şirkət tərəfin-

dən Karyera Günləri təşkil edilir. 

Hər  il  baş  tutan  bu  cür  tədbirlər 

zamanı  şirkətdə  işləmək  istəyən 

istedadlı  gənclərlə  görüşlər  keçi-

rilir, Azercell-in fəaliyyəti, iş prin-

sipləri barədə ətraflı məlumat ve-

rilir.


Məlumat  üçün  bildirək  ki,  əmək 

yarmarkasının keçirilməsində əsas 

məqsəd tələbə-məzunlara aldıqla-

rı  ixtisaslar  üzrə  əmək  bazarında 

olan  tələbat  haqqında  məlumat 

vermək,  işəgötürənlərlə  onların 

bilavasitə  qarşılıqlı  ünsiyyətini 

təşkil etmək və bununla da işəgö-

türənlərin qısa vaxt ərzində müa-

sir  tələblərə  cavab  verən  ixtisaslı 

kadrların  seçiminin  aparılmasına 

imkan  yaratmaq,  eyni  zamanda, 

iş axtaran vətəndaşların da layiqli 

işlə təmin olunmalarına köməklik 

göstərməkdir. 

Oktyabrın  19-da  Bakıda 

keçiriləcək 

“Azərbay-

canın  Rəqəmsal  Ticarət 

Qovşağı  –  inkişaf  pers-

pektivləri”  adlı  birinci 

beynəlxalq  konfransda 

Azərbaycanın  Rəqəm-

sal  Ticarət  Qovşağının 

inkişafı  üzrə  konsepsiya 

dövlət  və  özəl  sektorun 

partnyorluq  prinsiplə-

rinə əsaslanan innovativ 

dövlət startapı kimi icti-

maiyyətə  təqdim  oluna-

caq.

Azərbaycan Respublikası-



nın Prezidenti yanında İqtisadi İsla-

hatların  Təhlili  və  Kommunika siya 

Mərkəzinin  təşkil  etdiyi  bey nəlxalq 

konfransın işində Avro pa İttifaqı və 

Beynəlxalq  Bankın,  BMT-in  İnkişaf 

Proqramı, Rusiya, Estoniya, İngiltərə, 

Polşa, İsveçrə, Çin və digər ölkələrin 

nümayəndələri iştirak edəcək.

“B.EST  Solutions”  şirkətindən 

AZƏRTAC-a  bil dirilib  ki,  konf-

ransda  elektron  imzanın  tətbiqi 

və  qarşılıqlı  tanınması,  ixrac  pro-

sedurlarının 

sa dələşdirilməsi, 

qeyri-rezidentlə rə  elektron  imza-

nın  verilməsi,  şirkətin  distant  ya-

radılması və idarə edilməsi, eləcə 

də  elektron  kommersiya  sahəsin-

də yeni həllər mövzusu müzakirə 

olunacaq.

Qeyd  edək  ki,  Azərbaycanın 

Rəqəmsal Ticarət Qovşağı – elekt-

ron  tranzaksiyaların  hüquqi  qüv-

və daşıyacağı və elektron ticarətin 

iştirakçılarının portalda qeydiyya-

tı prosedurunun hüquqi şəxslərin 

reyestri  vasitəsilə  dövlət  tərəfin-

dən təsdiqlənəcəyi elektron ticarə-

tin innovativ platformasıdır.

Konfrans  işini  “Rəqəmsal  Ti-

carət  Qovşağı  beynəlxalq  ticarət 

və  Azərbaycanın  iqtisadi  inkişa-

fının  drayveri  kimi  və  transsər-

həd  ticarətin  innovativ  həlləri” 

və  “Rəqəmsal  Ticarət  Qovşağı  - 

dövlət  və  özəl  sektorlar  arasında 

əməkdaşlıqda  maksimum  siner-

jinin  təmin  edilməsi  üçün  vasitə 

kimi” mövzularında müzakirə pa-

nellərində işini davam etdirəcək.

“Asan  İmza”  mobil  elektron  im-

zanın  operatoru  və  Azərbayca-

nın  Rəqəmsal  Ticarət  Qovşağının 

partnyoru  hesab  edilən  “B.EST 

Solutions”  Azərbaycan  şirkətinin 

rəhbəri  Yana  Krimpe  birinci  mü-

zakirə panelinin moderatoru kimi 

çıxış  edəcək.  İkinci  müzakirə  pa-

nelinin moderatoru isə “Azexport.

az” portalının rəhbəri 

Zaur  Qardaşov  ola-

caq.


Azərbaycan  Respub-

likasının  Prezidenti 

İlham Əliyevin Sərən-

camı  əsasında  xarici 

ticarət  əməliyyatları-

nın  genişləndirilməsi 

və  Rəqəmsal  Ticarət 

Qovşağı  (Digital  Tra-

de Hub of Azerbaijan) 

qismində  “Azexport.

az”  portalının  güc-

ləndirilməsi  ilə  bağlı 

əlavə  tədbirlər  görü-

lür.  Bu  Sərəncama  əsasən,  “Asan 

İmza”  dünya  üzrə  Azərbayca-

nın  bütün  diplomatik  nümayən-

dəliklərində  xarici  vətəndaşlara 

təqdim  olunacaq.  Bu  Sərəncamın 

davamı  olaraq,  Azərbaycan  Res-

publikası  Prezidentinin  2017-ci 

il  12  sentyabr  tarixli  Fərmanı  ilə 

“www.azexport.az”  internet  por-

talı  haqqında  “Əsasnamə”  təs-

diqlənib.  Əsasnaməyə  görə,  por-

taldan  gücləndirilmiş  elektron 

imza  olan  “Asan  İmza”  vasitəsilə 

qeydiyyatdan keçmiş istifadəçilər, 

Azərbaycan Respublikasında ver-

gi  ödəyicisi  kimi  qeydiyyatda 

olan şəxslərlə onların xarici biznes 

tərəfdaşları arasında sənədlərin, o 

cümlədən  müqavilələrin  elektron 

formada  tərtibi  və  imzalanması, 

eləcə  də  xidmətlərdən  istifadə, 

ümumiyyətlə portalda həyata ke-

çirilən  bütün  digər  prosedurlar 

gücləndirilmiş elektron imza olan 

“Asan İmza” vasitəsilə reallaşdırılır. 




Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə