A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

yaradıcılıq  sərbəstliyinə,  təmiz  hümanist  azadlığına  haqq 
qazandırır.  Məgər  ehtiyac  varmı  püxtələşmiş  yazıçılara: 
S.Rəhimov,  Əbülhəsən,  M.İbrahimov,  M.Hüseyn,  Mir  Cə­
lal  və  digərlərinə  rəylərdə,  qurultaylarda,  hesabatlarda  və 
şairədə  yol  göstərəsən.  Məsələnin  paradoksallığı  bir  də 
ondadır,  hətta  Mehdi  Hüseyn,  Mirzə  İbrahimov,  Süleyman 
Rəhimovun  özləri  bir-birinə  "dərs"  verirdi!  Belə  yanaşma 
şübhəsiz,  bizimkilərin  ruslardan  kor-koranə əxz etmələrin­
dən  gəlirdi.  Maksim  Qorki  böyük  yazıçıdır,  sənətkardır, 
amma  bu,  imkan  vermir  onun  yaradıcılıq  fərdiyyətinə  qa­
rışmağa,  öyüd-nəsihət verməyə.  Yazıçının  ədəbiyyat  haq­
qında  bu  gün  də  maraq  doğuran  fikirləri  faydalıdır.  Amma 
mütləq  mənada  deyəsən  ki,  roman  yazmaq  istəyən  ədib, 
qələm  sahibi  hekayələr qələmə  almalıdır.  Onsuz  da  ilk  il­
lərdə  yazı-pozular  olur,  istedad  varsa,  roman  da,  lap  epo­
peya  da  qələmə  alınır.  Mir  Cəlalın  ilk  tədqiqatçısı  Yaqub 
İsmayılov  da  dolayısı  ilə  Qorki  nəsihətinə  çağırır.  M.Cəla- 
la  belə bir sitat gətirir:  "Yazıçılığa  böyük  romanlarla  başla­
maq  çox  pis  vərdişdir...Yazmağı  Qərbdə  də,  bizdə  də  bü­
tün  böyük  yazıçıların  etdiyi  kimi,  kiçik  hekayələr  üzərində 
işləməyi  öyrənmək  lazımdır.  Hekayə  adama  sözlərə  qə­
naət etməyi,  materialı  məntiqi  surətdə yerləşdirməyi,  süje­
tin  aydın  olmağını  və  məzmunun  əyani  şəklə  salınmasını 
öyrədir"” .
Mən  roman  nəzəriyyəsi  haqqında mübahisə etmək fik­
rində  deyiləm  və  bu,  məqsədim  də  deyildir.  Mir Cəlal  "Bir 
gəncin  manifesti"  romanına  qədər  necə  hekayə  yazıb,  o 
qədər də  dərin  məna  daşımır,  amma  əsəri  30  yaşında  qə
11.  Bax. İsmayılov  Yaqub,  göstərilən  əsəri, səh.  67.
_____________________  
3 4
______________
ləmə  almışdır.  Bu  məqamda  mənə  irad  tutan  tapılar  ki, 
əsər povestdirmi,  yoxsa  romandırmı?  Bəri  başdan  israrımı 
əsaslandırmaq  istərdim:  Romanın  nəzəri-strukturundan 
danışanlar  (yazanlar)  bir  sıra  məsələləri,  məqamları  əsas 
götürürlər.  M.Kuznetstov.  R.Foks,  V.Dneprov,  A.Adamo- 
viç,  M.Verli,  Q.Xəlilov  və  digər  çağdaş  ədəbiyyatşünaslar 
roman janrına  ətraflı  aydınlıq  gətirmişlər.  M.Kuznetsov  ro­
manı:  realizmlə  bağlamış,  R.Foks  burjua  və  kapitalist  mə­
dəniyyətinin  dünya  bədii  mədəniyyətinə  verdiyi  nailiyyət­
lə,  V.Dneprov  cəmiyyətin  ailə-məişət,  məhəbbət,  siyasət, 
din,  əxlaq  və  sairi  əhatə  etməklə,  A.Adamoviç  ictimai  əla­
qə,  səbəb  və  nəticələrlə  birlikdə  bütün  mürəkkəbliyilə  bə­
dii  dərketmə tələbilə:  M.Verli  zəruri  və əsas  bir forma  kimi 
haqq  verməklə,  Qulu  Xəlilov  lirik,  dramatik və s.  element­
ləri  özündə  birləşdirməklə  böyük  bədii  nailiyyətlər,  zəngin 
ifadə  vasitələri  qazanan,  faciəvi,  komik,  dramatik  vəziy­
yətlərin  epik  genişliyilə  sıx  bağlılığının  verilməsilə  əlaqə- 
ləndirmişdir'2.
Roman  bütün  yozumlarda  "dövrünün  eposu”dur,  epik 
sənətdir.  Roman  o  zaman  yazılır:  bəşəriyyətin  mənəvi- 
maddi  mədəniyyəti  nailiyyətlərə  gəlib  çıxır,  ailə-məişət 
problemləri  özünü  büruzə  verir,  mövcud  cəmiyyətin  idarə 
olunmasında  əksliklər,  uçurumlar  yaranır,  fərdlər,  şəxsiy­
yətlər  arasında  konfliktlər  meydana  gəlir.  Azad  insanın 
sərbəstliyi  pozulur və  sair  proseslər yazıçını  narahat  edir, 
düşündürür.  Və hər bir əsər dövrün öz mövzularını, öz müəl­
liflərini  tapır,  lakin  konkret bir mövzu  yazıldıqda belə,  qada- 1
2
12. 
Bax.  M.Kuznetsov,  Ədəbiyyat nəzəriyyəsi problemləri,  M., 
1958,  R.Foks,  Roman  i  narod,  M .,1957,  V.Dneprov,  Problemə 
realizmə,  L .1961,  A.Adamoviç  stanovleniye  janra,  M.,  1964. 
M.Verli  Obşaya  literavidenie,  M .1957.  Qulu  Xəlilov. 
Həyat 
yaradıcılıq çeşməsidir,  B.,  1974.
----------------------------------  
35
  _________________________


ğa  qoymur,  məsələ  ona  (mövzuya)  necə yanaşılmasından 
gedir.  Orta  əsr,  kapitalist,  burjua,  sosialist  addımında  ro­
manların  tipologiyasını  müəyyənləşdirməyi  şərti  hesab 
edirəm.  Təbii  ki,  cəngavərlik,  məişət,  inqilabi,  məhəbbət 
və s.  mövzulu  romanlar yazılmışdır.
Fikrimcə,  mövzudan irəli gələrək: obrazların səciyyəsi­
ni,  fikrini,  davranışını,  küll halında qarşıya qoyulan  məqsə­
din  qlobal  şəkildə  həllinə  qatlaşması,  yaxud  naildirsə  ro­
mandır. Janra verilən  geniş təsvir,  obrazların çoxluğu, təs­
virlərin  baş  alıb  getməsi,  çarpışmaların  zaman-zaman, 
məqam-məqam  davam  etməsi  və  ilaxırlar  yalnız  həcmə 
xidmət göstərir.  Bu məsələdə yazıçının da şəxsi  ədəbi  ma­
raq  dairəsi  rol  oynayır
'B ir  gəncin  manifesti"nə  gələnə  qədər  maraqlıdır,  bi­
zim  romançılarımız  da  bu  janra  münasibətlərini  bildirmiş­
lər.  Ə.Əbülhəsən,  İ.Əfəndiyev,  M.İbrahimov "Ədəbiyyat və 
incəsənət"  qəzetində  fikirlərini  ifadə  etmişlər.  Hərçənd, 
M.Arif,  Y.Qarayev  də  kənarda  qalmamışlar.  Mən  "Azər­
baycan  romanının  yaradıcılıq  problemləri"  mövzusunda 
keçirilən simlpoizumun  materialları  ilə tanışlıqdan belə qə­
naətə gəldim  ki,  ən  real,  təbii  sözü  yazıçılarımız söyləmiş­
lər.  Axı,  kənardan  baxmaq  ayrı  şeydir,  stol  arxasında  otu­
rub  obrazlarla  yaşamaq  özgə!
Sovet hakimiyyəti  uğrunda mübarizə tarixi  epoxadır və 
dünyanı  lərzəyə  salan,  dünyanı  qoparan  bir  eradır.  Çar 
üsul-idarəsinin  laxlaması,  beynəlxalq  həlqədən  qopması, 
ucqar  xalqları  bir-birindən  ayırması,  ağalığa  son  qoymaq 
və  sair  siyasi-mənəvi  proseslər  yetişmişdi.  Birinci  dünya 
müharibəsi  vəziyyəti  açdı,  ortaya  qoydu.  ADR-in  ikiillik 
dövrü,  şübhəsiz  bu  proseslərin  məntiqi  nəticəsiydi.  Lakin 
Şərqdə  ilk  demokratik  quruluş  yaşamaq  imkanını  itirdi  və 
Sovet  quruluşu  qələbə  çaldı.  Maarifçilik-demokratik  ruhlu 
və  təhsilli  yazıçılarmız  10-15  ildə  özlərini  nisbətən  azad
_________________________  
36
  _________________________
hiss  edirdi.  Yusif  Vəzir,  M.S.Ordubadi,  Seyid  Hüseyn, 
H.B.Nəzərli,  A.Şaiq  və  başqaları  romanlar,  povestlər,  he­
kayələr  qələmə  aldılar.  İlk  romanlar  sosialist  ictimai  varlı­
ğı,  gözlənilən  idelları,  yeni  quruluşun  sosial  və  məişət 
problemlərini  əks etdirirdi.  Yeni  nəsil:  Əbülhəsən,  S.Rəhi­
mov,  M.Hüseyn,  Mir  Cəlal,  M.İbrahimov,  Əli  Vəliyev  yeni 
epik  romanlarını  artıq  arxada  qalmış  tarixi  hadisələrdən, 
yeni  azad  həyatın  bərqərarlığından,  ümid  dolu  ovqatdan 
yazdılar.  Həmən  tematika  samballı  yazıçılardan  da  yan 
keçmədi.  D.Furmanov,  A.Serafimoviç,  A.Fadeyev,  M.Şo- 
loxov  maraqlı  romanları  ilə  dünya  ədəbiyyatına  çıxdılar. 
"Şamo",  "Daşqın",  "Bir  gəncin  manifesti",  "Dirilən  adam” 
romanlarının  yaranması  müsbət  hadisə  kimi  qarşılanmış­
dı.  Məhz  elə  30-cu  illərdə  Hidayət  Əfəndiyev,  Məmməd 
Arif,  Cəfər Cəfərov,  Mehdi  Hüseyn və başqaları  müsbət fi­
kir söylədilər.  Məsələn,  H.Əfəndiyev:  "Dirilən  adam”  bizim 
ədəbi  inikişafımızın  son  dövrü  üçün  olduqca  maraqlı  hadi­
sələrdən  bəhs  edən  əsərlərdəndir"  -  deyə  qiymətləndir­
mişdir.  Yaqub  İsmayılov  monoqrafiyasında  məsələyə  to­
xunaraq  "Dirilən  adam"  romanının  böyük  mübahisələr do­
ğurduğunu  (1939)  vurğulamış,  M.Arifin.  C.Cəfərovun.  Rə­
sul  Rzanın  fikirlərini  xatırlatmışdır.  Mənim  "Dirilən  adam" 
romanının  poetikasından  bəhs  etmək  niyyətim  olmadığı 
üçün  bəzi  fikirlərə qayıtmağı  lazım  bilirəm;  əlbəttə,  zaman 
və  zövq  müxtəlifliyi  baxımından.
Mərhum  şairimiz  Rəsul  Rza  "Dirilən  adanrV'da  kompo­
zisiya  dağınıqlığını,  eləcə  də  C.Cəfərov,  M.Arif  qüsur  sa­
yır.  Nəzəri  cəhətdən  "kompozisiya-əsərin  quruluşu,  onun 
tərkib  hissələrinin  düzülüşü  əsərdə  göstərilən  həyat  pro­
sesini  səciyyələndirən  sürətləndirmədin  onların  əlaqə  və 
münasibətlərinin  təşkili,  hadisələrin  təsviri  qaydası"dır,?. 1
3
13. 
Ədəbiyyatşünaslıq  terminləri  lüğəti  (tərtibçi  M.Əziz), 
B.1988,  səh.  110.
_________________________  
37
  _________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə