A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

24 
 
M.C.    Bağırov  Azərbaycan  Xalq  Komissarları  ġurasının  ixtiyarına  göndərilir.  O, 
əvvəlcə  Azərbaycan  Fövqaladə  Komissiyasının  sədri  və  iki  aydan  sonra  əlavə 
vəzifə kimi Daxili ĠĢlər Xalq Komissarı, Quldurlarla Mübarizə Mərkəzi üçlüyünün  
sədri    təyin    edilir.  Beləliklə,  M.C.Bağırov  eyni  vaxtda  dörd  vəzifəni  icra  edir. 
Azərbaycanda  Sovet  Hakimiyyəti  qurulandan  sonra  Mircəfər  Bağırov  böyük 
xidməti  isə  bundan  ibarət  olur  ki,  Azərbaycanda  milli  qoĢun  hissələri  yaratmaq 
kimi  mühüm  iĢ  üzərində  çalıĢır.  1921-ci  ilin  fevralında  o,  Xalq  Daxili  ĠĢlər 
Komissarlığının  BaĢ  Siyasi  Ġdarəsinə  təyin  olunur  və  təxminən  on  ilə  qədər  bu 
sahədə  fəaliyyət  göstərir.  Mircəfər  Bağırov  ÇEKA-nın  sədri  təyin  olunanda  onun 
cəmi  25  yaĢı  vardı  və  həmin  vəzifə  ilə  yanaĢı,  xalq  daxili  iĢlər  komissarı,  Xalq 
Yollar  Komissarlığının  müvəkkili,  Azərbaycan  SSR  Xalq  Komissarları  Soveti 
sədrinin müavini vəzifələrini də tutmuĢdu. 
Siyasi  partiyalar  və  ictimai  hərəkatlar  dövlət  arxivində  tədqiqat  apararkən 
M.C.  Bağırovun  Ģəxsi  iĢlərində  onun  ailə  tərkibi  haqqında  heç  bir  sənədə  rast 
gəlmədim.  Ancaq  mənim  və  eləcə  də  jurnalist-tədqiqatçı  Teyyub  Qurbanın 
tədqiqatlarına  əsasən  bizə  məlum  oldu  ki,  Bakının  yuxarı  hissəsində,  Badamdara 
gedən  yolun  sağındakı  beynəlmiləl  qəbristanlıqda  bir-biri  ilə  yanaĢı  üç  məzar 
vardır: ana, oğul və əmiqızı. 
Mir Cəfər Bağırovun ömür-gün rəfiqəsinin qəbr evi sadə görünüĢü ilə nəzəri 
cəlb  edir. Üstündə  adi  baĢdaĢı  qoyulmuĢdur.  Bir  fərqi  də  vardır,  yalnız  bu qəbrin 
üstündəki  yazılar  əski  əlifbamızla  yazılmıĢdır.  Həndəvərindəkilərin  yazısı  kiril 
əlifbası  ilədir.  Bu  yazıda  mərhum  arvadı  ilə  doqquz  il  birgə  həyat  keçirmiĢ 
Mircəfər Bağırovun ürək çırpıntısı yaĢamaqdadır: «Rahat yat, rəfiqəm...». Yazıdan 
bəlli  olur  ki,  Mariya  Alekseyevna  Bağırova  1894-cü  il  iyul  ayının  7-də  dünyaya 
gəlmiĢ və 1926-cı il martın 1-də dünyasını dəyiĢmiĢdər. Otuz iki yaĢına çatmamıĢ 
Mariya xanımı amansız xəstəliyin pəncəsindən qoparmaq mümkün olmamıĢdır. Ġlk 
ailəsindən  Mir  Cəfərin  Cahangir  oğlu  dünyaya  gəlir.  Anasını  erkən  itirmiĢ 
Cahangir bibilərinin tərbiyəsi ilə böyümüĢdür. Uzun müddətdən sonra yenidən ailə 
quran  M.C.Bağırovun  ikinci həyat yoldaĢı Evgeniy  Mixaylovnadan  Cen adlı oğlu 
dünyaya gəlir. 
 
 
 


25 
 
I HĠSSƏ 
 
M.C.BAĞIROVLA  L.P.BERĠYANIN 
SĠYASĠ FƏALĠYYƏTĠNĠN ĠLK ĠLLƏRĠ 
 
1919-cu  ildən  L.P.  Beriya  ilə  M.C.Bağırovun  ümumi  tarixi  keçmiĢə 
əsaslanan birliyinin əsası qoyulur. Onlar illər boyu bir-biri ilə sıx əlaqə saxlamıĢ və 
biri-birilərinə  köməklik  göstərmiĢdilər.  1953-cü  ildə  L.P.  Beriyanın  həbsi  zamanı 
onun  Ģəxsi  arxivindən  müsavat  hökumətinə  qulluq  edən  Ģəxslərin  siyahısı 
tapılmıĢdı.  Həmin  siyahıda  L.  Beriyanın  da  adı  vardı.  Bu  siyahının  üzərində 
M.C.Bağırovun  dərkənarı  vardı:  «Baqirov  otdal».  Beləliklə  M.C.Bağırov 
L.Beriyanı  müsavat  əks  kəĢfiyyatının  agenti  kimi  göstərən  sənədləri  Azərbaycan 
SSR Daxili ĠĢlər Nazirliyinin arxivdən çıxarıb ona göndərmiĢdi. 
Bu hal onların hər ikisinin həm biri-birilərindən ehtiyat etməyə və həmçinin 
biri-birilərinə arxa durmağa vadar edirdi. 
L.P.Beriya  29  mart  1899-cu  ildə  Suxumi  yaxınlığında  Merxeyli  kəndində 
kasıb  kəndli  ailəsində  anadan  olub.  1917-ci  ildə  Bakıda  Mexanika-tikinti 
texnikumuna  qəbul  olur.  1918-ci  ildə  Rumıniya  cəbhəsinə  göndərilir.  Sonradan 
Beriya  yenidən  Bakıya  qayıdaraq  təhsilini  davam  etdirir.  O,  1918-ci  ildə  Bakı 
Fəhlə-əsgər-matros  Ģurasına  daxil  olur.  1919-ci  ildə  Azərbaycanda  milli 
hökumətinin görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə o, 
müsavat  kəĢfiyyatına  iĢə  götürülür.  (L.P.Beriya  özünün  sonrakı  tərcümeyi-
hallarında  müsavat  kəĢfiyyatına  guya  bolĢeviklərin  tapĢırığı  ilə  soxulduğunu 
bildirirdi  -  A.M.).  Burada  L.P.Beriyanın  M.C.Bağırova  ilk  tanıĢlığı  baĢ  verir. 
Azərbaycanda milli hökuməti devrildikdən sonra 1920-ci ildə Beriya, hələ müstəqil 
olan  Gürcüstana  gedir.  Bir  müddət  aktiv  siyasi  fəaliyyətdən  kənarda  qalan 
L.P.Beriya yenidən Bakıya qayıdır. 
Artıq  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Nəriman 
Nərimanov  milli  kadrları  məsul  vəzifələrə  yerləĢdirilməyə  çalıĢırdı.  Belə  məsul 
vəzifələrdən biri də M.C.Bağırova qismət olur. Belə ki, M.C.Bağırov əks inqilabla 
mübarizə aparan Azərbaycan fövqaladə Komissiyasına daxil olur və bir müddətdən 
sonra  bu  təĢkilatda  sədr  olur.  Bakıya  qayıdan  L.P.Beriya  burada  həbs  olunur. 
M.C.Bağırovun köməkliyi ilə həbsdən azad olunaraq əks inqilabla mübarizə aparan 
Azərbaycan  fövqaladə  Komissiyasına  daxil  olur.  Bu  hadisənin  necə  baĢ  verdiyini 
1956-ci il ona qarĢı qurulmuĢ məhkəmədə aĢağıdakı Ģəkildə izah edir: 
«Prokuror: Səninlə Beriya arasında nə cür münasibətlər formalaĢmıĢdı? 
Bağırov:  1920-ci  ildə  mən  ona  böyük  köməklik  etdim  və  həbsdən  azad 
edərək AzÇK-da iĢə düzəltdim. Sonra o, vəzifə pilləsində get-gedə artaraq məni də 
keçdi. O, mənə bir neçə dəfə ağır situasiyalardan çıxmaqda köməklik edib. O, lap 
yüksəkliyə qalxaraq Mosvada fəaliyyətə baĢladıqda da məni yaddan çıxarmayıb. 
Prokuror: Beriyanın keçmiĢindən sizə nə məlumdur? 


26 
 
Bağırov: Məndə onun Müsavat kəĢfiyyatında xidmətinə aid sənədlər vardı. 
Prokuror:  Siz  sənədləri  harada  saxlayırdınız?  Siz  ehtiyat  etmirdiniz  ki, 
Beriya sənədləri oğurlatdıra bilər? 
Bağırov:  Məndə  bu  sənədlərin  digər  nüsxələri  vardı  və  mən  bu  nüsxələri 
çox etibarlı yerdə gizlətmiĢdim». 
1921-ci  ildə  M.C.Bağırov  əks-inqilabla  mübarizə  aparan  Azərbaycan 
fövqalədə  komissiyasının  sədri  təyin  edildikdə  L.  Beriya  bu  komissiyanın  sədr 
müavini  vəzifəsinə  yüksəlir.  Bu  andan  etibarən  Zaqfederasiyanın  vəzifə 
pillələrində  Beriyanın  qətiyyətlə  irəliyə  doğru  addımlamasının  startı  verildi. 
Bağırovun  Beriya  barədə  hədəfi  tam  yerinə  düĢmüĢdü.  Belə  ki,  Ġttifaq  fövqalədə 
komissiyasının kolleqiyasının üzvü Mixail Kedrovun 1921- ci ilin yazında Bakıya 
səfərindən  sonra  hazırladığı  hesabatı  ilə  tanıĢ  olduqda  bu  hədəf  Bizə  aydın 
olacaqdır: 
«…  Сильный  национализм  по  вопросам  организационным.  Все 
граждане РСФСР щзаменяются местными, даже в партийных органах… Что 
касается  Органов  ЧК,  то  и  сюда  проник  дух  «нацпатриотизма»,  стремление 
полного  отделения.  Враждебныс  отношения  к  Органам  ЧК  выражаются  не 
только со стороны азербайджанских учреждений, но и со стороны АзЧК». 
M.  Kedrov  Bağırovla  Beriyanı  Moskvanı  təmin  etməyən  milli 
təəssübkeĢlikdən  çıxıĢ  edən  AzÇK-da  apardıqları  kadr  siyasətlərinə  görə 
hesabatında onları ittiham edir: 
«Багиров  и  Берия  выживают  из  Органов  ЧК  русских  и  армян, 
потворствуют  преступникам  из  местных,  а  представителей  других 
национальностей часто арестовывают без всякой вины». 
Zaman  keçəcək  1939-cu  ilin  may  ayında  M.C.Kedrov  həbs  olunaraq  bu 
«donosuna» görə SSRĠ daxili iĢlər komissarı L.P.Beriya qarĢısında cavab verməli 
olacaqdı.  Bu  həbsə  qədər  isə  onun  erməni  dayısı  Artuzov  1937-ci  ildə 
güllələnmisdi. 
Artıq  1922-ci  ildən  L.P.Beriya  Gürcüstan  F.K.-nın  məxfi-operativ 
hissəsinin rəisi təyin edilir. 1922-ci ilin sonundan fövqalədə komissiya bütün ittifaq 
respublikalarında BaĢ siyasi idarə adlanır. Çox keçmir ki, L.P.Beriya Zaqafqaziya 
Siyasi  idarəsinin  müavini  vəzifəsinə  yüksəlir.  O,  dövrdə  Zaqafqaziya  Siyasi 
idarəsinin  sədri  Stalinin  qaynı  S.F.Redens  idi.  Sözsüz  ki,  Beriyanın  vəzifə 
pilləsində  tez  bir  vaxtda  irəliləməsi,  onun  Ģəxsi  çevikliyindən,  rəqiblərini 
zərərsizləĢdirmək qabiliyyətindən və həmçinin Adcariyadakı üsyanı yatırda bilmək 
xidmətlərinə görə verilən qiymət idi. 
BaĢ  verən  bütün  proseslər  əsasən  Moskvadan  idarə  olunurdu.  VətəndaĢ 
müharibəsindən  sonra  Leninin  xəstəliyindən  istifadə  edərək  Kremldə,  hakimiyyət 
uğrunda  qanlı  mübarizə  baĢlamıĢdı.  Bu  mübarizənin  baĢında  ilk  əvvəl  Stalin  - 
Orconikidze,  Rıkov  -  Buxarin  qruplaĢması,  Trotski  -  Kamenyev  -  Zanovyev 
birləĢməsi  ilə  üz-üzə  durmuĢdu.  QarĢıdurma  regionlarda  da  hər  qruplaĢmanın 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə