A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

51 
 
olacağam.  Komsomola,  partiyaya  qəbul  olunmayacağamsa,  incəsənətdə 
qalmağımın nə faydası? Mən gəncəm, gərək taleyimi indidən həll edəm. Ümidim 
bircə  Sizsiz.  Əgər  məsləhət  görsəniz,  mən  heç  kimə  maneçilik  olmasın  deyə, 
sənətimi ataram». 
Üç gündən sonra gənc rəqqasənin sevinci dünyaya sığıĢmırdı. Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitənin katibi Mircəfər Bağırov «bəy nəslindən 
olan»  Əminə  Dilbaziyə  rəsmi  məktub  göndərmiĢdi:  «Siz  bu  sənətdən 
uzaqlaĢmamalısınız, heç nədən ehtiyat etməyin». 
Tədqiqatçı-jurnalist  Teyyub  Qurban  28  noyabr  2001-ci  ildə  «Həftə» 
qəzetində çap olunan məqaləsində qeyd edir: 
«Mircəfər  Bağırovla  Xan  ġuĢinskinin  qiyabi  tanıĢlığı  1923-cü  ilə  təsadüf 
edir.  O  zaman  ġuĢadan  Bakıya  gəlmiĢ  iyirmi  iki  yaĢlı  xanəndənin  «Müdafiə 
evi»ndə  təĢkil  olunmuĢ  konsertinə  gələnlər  arasında  iyirmi  yeddi  yaĢlı  Mircəfər 
Bağırov da vardı. 
Xan  ġuĢinski  Bakıya  gələrək,  Dövlət  Filarmoniyasında  müvəqqəti 
çıxıĢlarından sonra yenə də Ağdama qayıdırdı. 
Otuzuncu  illərdə  Moskvanın ermənipərəst rəhbərləri Azərbaycanın  inzibati 
orqanlarında  öz  adamlarını  yerləĢdirdikdən  sonra  milli-mədəni  sərvətlərimizə  də 
qəsd  etmək  istəyirdilər.  «Proletarın»  sevmədiyi  tar,  muğamat,  qədim  xalq 
mahnıları Mircəfər Bağırov üçün anası YaxĢıxanımın laylası kimi əvəzolunmaz idi. 
1938-ci  ildə  çoxlarının  «bəy»  və  «xan»  sözlərini  dillərinə  gətirməkdən  belə 
çəkindikləri  bir  zamanda  Azərbaycan  rəhbəri  əsl  adı  Ġsfəndiyar  olan  Xan  üçün 
Bakının mərkəzində mənzil ayrılmasına göstəriĢ verdi. 
Xan ġuĢinskiyə 1943-cü ildə Azərbaycanın xalq artisti adı verildi. 1944-cü 
ildə  Mircəfər  Bağırovun  xeyir-duası  ilə  Cənubi  Azərbaycana  getdi,  Təbriz, 
Ərdəbil, Qəzvin, RəĢt və baĢqa yerlərdə «Qarabağ» Ģikəstəsinin sədalarını ürəklərə 
hopdurdu». 
Xalq  yazıçımız  Manaf  Süleymanov  1996-cı  ildə  Xəzər  Universiteti 
nəĢriyyatı tərəfindən buraxılmıĢ «Son bahara çatdıq...» kitabında yazır: 
M.C.Bağırov  məlumat  alır  ki,  Azərbaycanın  görkəmli  yazıçı  -  dramaturqu 
Cəfər Cabbarlı və bir neçə görkəmli ziyalılarımız həbs olunmuĢdur. 
1922-ci  ildə  Mircəfər  Bağırov  bu  hadisədən  xəbər  tutan  kimi  Ģəxsən 
kameraya gedib Cəfər Cabbarlını, Əziz ġərifi və digərlərini həbsdən azad edir». 
Mircəfər  Bağırov Əliağa  Vahid  də  qayğı  ilə  yanaĢıb.  Belə  ki,  qələm  dostu 
kimi  M.S.Ordubadi  ilə  birlikdə  O,  Mircəfər  Bağırov  tərəfindən  yeni  mənzillə 
mükafatlanır.. Üstəlik, Mircəfər Bağırovun göstəriĢi ilə ona və M.S.Ordubadiyə 10 
000 manat pul mükafatı da verilir. 
1949-cu ildə Mircəfər Bağırovun göstəriĢi ilə Əliağa Vahidə Azərbaycanın 
əməkdar Ġncəsənət xadimi adı verilr.. 
Rəsul  Rzanın  keĢməkeĢli  ömür  yolundan  bəhs  edən  Anar  özünün  «Dünya 
bir  pəncərədir»  kitabında  yazır:  «Müxtəlif  dövrlərdə  -  30-cu  illərdə,  50-ci  illərin 


52 
 
ikinci yarısında, 60-cı illərin əvvəllərində, atama qarĢı güclü tənqid kompaniyaları 
təĢkil  olunurdu...  Atamın  xəstəliyinin  ən  ağır  günlərində  isə  ensiklopediyada 
müĢavirə  keçirirdilər  və  vicdan  çəkisini  özünə  artıq  yük  bilən  birisi  atamın 
kölgəsini qılınclayırdı. DeyirmiĢ ki, ali təhsil diplomu olmayan bir adam (atamın, 
doğrudan da, ali təhsil diplomu yox idi və bu barədə özü dəfələrlə demiĢ, yazmıĢdı) 
ensiklopediyaya necə rəhbərlik edə bilər?» 
Rəsul  Rza  1938-ci  ildə  Azərbaycan  Dövlət  Filarmoniyasının  müdiri, 
Azərbaycan Yazıçılar Ġttifaqının sədri vəzifələrində çalıĢmıĢdır. 
1946-cı  ildən  1950-ci  ilədək  Mircəfər  Bağırovun  yanında  keçirilən 
müĢavirələrə o, Azərbaycan SSR kinematoqrafiya naziri kimi dəvət olundu. 1945-
ci  ildə  əməkdar  incəsənət  xadimi  olan  Rəsul  Rza  1951-ci  ildə  Dövlət  mükafatına 
layiq görülmüĢdü. 
Manaf  Süleymanov  «Son  bahara  çatdıq»  kitabında  Mircəfər  Bağırov  və 
Üzeyir Hacıbəyov arasındakı münasibətlər barədə yazır: «Mircəfər Bağırov Üzeyir 
bəyin  sənətinə  və  Ģəxsiyyətinə  böyük  ehtiramla  yanaĢırdı.  60  illiyi  münasibətilə 
Üzeyir  Hacıbəyov  təltif  edildi,  təntənəli  yubileyi  keçirildi.  «ArĢın  mal  alan» 
operettası əsasında film çəkildi. 
Akademik Ġmam Mustafayev öz xatirələrində bu baradə belə yazır: «1945-
ci  il  sentyabrında  bir  dəstə  məsul  iĢçi  Bağırovun  yanında  Zuqulbadakı  dövlət 
bağında idik. Saat 4-5 olardı. Birdən Bağırov dedi ki, bu gün Üzeyirbəyin anadan 
olan günüdür, özüdə xəstədir, bağındadır. Gedək, onu təbrik eləyək. Tez yaxĢı bir 
gül  dəstəsi  düzəltdik.  Bağdakı  cürbəcür  meyvələrdən  bir  səbətə  doldurduq,  iki 
maĢında  Mərdakana  yola  düĢdük.  Darvazanın  qabağında  maĢını  saxlayıb  həyətə 
girdik.  Üzeyir  bəyin  aryadı  Məleykə  xanım  verendada  idi.  Bizi  görəndə  ərini 
səslədi:  «Üzeyir,  qonaqlar  gəlib».  Üzeyirbəy  həyətə  çıxdı,  əynində  xalat  vardı: 
kiĢini  görəndə  istədi  geri  qayıdıb  paltarını  dəyiĢsin.  Bağırov  qoymadı,  cəld 
yaxınlaĢdı,  Üzeyiri  qucaqlayıb  əlini  sıxdı.  Dedi  ki,  səni  ad  günün  münasibəti  ilə 
təbrik etməyə gəlmiĢik. 
Bir qədər söhbət etdik, adama bir stəkan çay icib salamatlaĢdıq». 
Sonralar  Üzeyirbəy  Hacıbəyov  Mircəfər  Bağırova  yazdığı  məktubunda 
Mərdəkan  görüĢünü  yada  salırdı.  Məktubda  deyilirdi:  «Əziz,  çox  mötərəm 
Mircəfər!  Sizinlə  Mərdəkanda  məni  son  dərəcə  həyacanlandıran  görüĢün 
unudulmaz  təssərüatı  altında  mənə  daimi,  ürəkdən  gələn  diqqətiniz  üçün  Sizdə 
həddsiz  təĢəkkürümü  ifadə  etməyə  söz  tapmıram.  Moskva  ətrafında  və  burada 
müalicə zamanı Sizin mənə göstərdiyiniz səmimi qayğını hiss edirdim. 
... Sizə sadiq olan Üzeyir Hacıbəyov». 
Sözsüz  ki,  M.C.Bağırov  Üzeyir  Hacıbəyovun  ad  gününü  qeyd  etməklə  və 
onun Stalinlə münasibətlərdə xoĢ əlaqələr qurmaqda kömək etmiĢdi. Sanki bununla 
M.C.Bağırov  keçmiĢi  müsavat  və  müstəqil  Azərbaycanla  bağlı  olan  insanların 
Sovet quruluĢuna düĢmən kəsilmədiyini Stalin qarĢısında sübut etmək istəyirdi. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə