A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə30/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   26   27   28   29   30   31   32   33   ...   104

şısa  da  öz yerində möhkəm  dayanıb,  çünki  bunun  əsasını  varis- 
lik  və  qanun  təşkil  edir.  4.  Bu  səbəbdən  onun  mühafızəsi  də 
müstəbidlərdə  olduğu  kimi  yox,  çarlarda  olduğu  kimidir:  axı 
çarları  silahlı  vətəndaşlar  mühafızə  edir,  müstəbidləri  isə  -  
muzdla  tutulan  adamlar,  çünki  çarlar  qanun  əsasında  onlara 
könüllü  olaraq  tabe  olan  adamlar  üzərində,  müstəbidlər  isə  -  
tabeçiliklərində  olanlar  üzərində,  onlar  istəmədən  hökm  sürür- 
lər;  beləliklə,  bəziləri  öz  hakimiyyətlərinin  mühafizəsini  vətən- 
daşlardan təşkil  edir, digərləri  isə -  vətəndaşlara qarşı.
5. 
Bu,  monarxiyanın  iki  formasıdır.  Qədim  ellinlərdə  mövcud 
olan  digər  forma  esimnetiya  adlanır.  O,  özündə,  demək  olar  ki, 
seçki  üzrə  olan  istibdad  üsul-idarəsini  təmsil  edir;  o,  barbar  mo- 
narxiyasından  qanuna  əsaslanmadığına  görə  deyil,  yalnız  varislik 
olmadığına  görə  fərqlənir.  Bəziləri  buna  ömürlük  yiyələnirdilər, 
digərləri  isə müəyyən  müddətə,  yaxud  müəyyən tapşınqları  yerinə 
yetirmək  üçün  seçilirdilər,  belə  ki,  məsələn,  bir  vaxt  Antimenidin 
və  şair Alkeyin  başçılıq  etdikləri  sürgün  edilmiş  adamiardan  mü- 
dafiə  olunmaq  üçün  Mitilenin  vətəndaşları  Pittakı  müstəbid  seç- 
mişdilər.  6.  Alkey  öz  nəğmələrinin  birində  mitilenlilər  tərəfindən, 
məhz  Pittakın  müstəbid  seçilməsini  göstərir.  O,  ümumi  razılıq 
əsasında  sülhsevər  bədbəxt  şəhərə  əsli-nəcabəti  olmayan  Pitta- 
kın  müstəbid təyin  edilməsinə  görə  onları  məzəmmət edir.  Bu  cür 
idarə formalan despotizmə əsaslanan  istibdad  üsul-idarəsi olub və 
olmaqda  davam  edir,  digər  tərəfdən  isə  çar  hakimiyyəti  forma- 
lanna aiddir, çünki esimnetlər könüllü olaraq seçilirlər.
7. 
Rəşadətli  dövrlərdə  mövcud  olan  çar təkhakimiyyətliyi- 
nin  dördüncü  forması  həm  vətəndaşların  könüllü  surətdə  razılı- 
ğına,  həm  də qanuni vərəsəlik  hüququna əsaslanan  monarxiya- 
lar  idi.  Bu  cəsur  çarların  əcdadları  ya  bu  və  ya  digər  peşələrin 
ixtiraçıları  kimi,  ya dövlət birliyinin  baniləri  kimi,  ya  ərazini  geniş- 
ləndirənlər  kimi  xalq  kütlələrinin  hamiləri  olmalarına  baxmaya-
118
raq,  onlar  vətəndaşların  razılığı  əsasında  könüllü  surətdə  çar 
olurdular,  amma  onların  gələcək  nəsli  çar  hakimiyyətinə  vərə- 
səlik yolu  ilə yiyələnirdi.  Onların  səlahiyyəti  müharibəyə  başçılıq 
etməkdən,  qurbankəsmə  mərasimini  yerinə  yetirməkdən  -  çün- 
ki  axırıncı  ayrıca  olaraq  kahinlərin  vəzifəsinə  daxil  deyildi  -  
üstəlik  də  məhkəmə  işlərini  araşdırmaqdan  ibarət  idi,  həm  də 
bu  axırıncı  halda  bəzi  çarlar  and  içmədən,  digərləri  isə  -   and 
içdikdən  sonra  (andiçmə  çarların  öz  hökmdar  əsasını  yuxarı 
qaldırmaqdan  ibarət olub) məhkəmə işlərini  aparırdılar.
8. 
Qədim  zamanlarda  çarlar  bilavasitə  dövlətə  aid  olan 
bütün  işlərin  idarəçiliyində  bulunurdular,  onun  daxili  və xarici  si- 
yasətinə rəhbərlik edirdilər,  sonralar isə  haçan  ki,  onlar öz səla- 
hiyyətlərinin  bəzilərindən  özləri  imtina  etdilər,  digərlərini  isə 
xalq  onların  əlindən  aldı,  bir  sıra  dövlətlərdə  çarlar  yalnız  qur- 
bankəsmə  mərasimini  yerinə  yetirmək  səiahiyyətinə  malik oldu- 
lar,  digərlərində  -   harda  ki,  söhbət  hər  halda  çar  hakimiyyəti 
barədə  gedə  bilər  -   çarlar  özlərində  ancaq  ölkə  kənarında  ali 
baş komandan olmaq səlahiyyətini  saxladılar.
X. 
1.  Beləliklə,  çar  hakimiyyətinin  dörd  forması  budur: 
birincisi,  rəşadətli  dövrlərdə  vətəndaşların  könüllü  olaraq  tabe- 
çiliklərinə  əsaslanan,  lakin  məhdud  səlahiyyətlərə  malik  olan 
çar hakimiyyəti,  yəni:  çar ordu  başçısı  və  hakim  idi,  həm  də dini 
işlərə  nəzarət  edirdi;  ikincisi,  barbarlarda  qanun  üzrə  vərəsəlik 
yolu  ilə  keçən  və  zalımanə  çar  hakimiyyəti;  üçüncüsü,  esimne- 
tiya  adlanan  -   seçkili  istibdad  üsul-idarəsi  və  dördüncüsü, 
zatən  özündə  varisliyi  və  ömürlük strategiyanı  təmsil  edən  lake- 
demon  çar  hakimiyyəti.  Bu  dörd  forma  yuxarıda  göstərilən  xü- 
susiyyətləri  ilə  fərqlənir.  2.  Çar  hakimiyyətinin  beşinci  forması 
ondan  ibarət  olacaqdır  ki,  bir  adam  hamı  üzərində  intəhasız 
hökmranlığa  malikdir,  eləcə  də  bu  və  ya  digər  xalqın,  yaxud
119


dövlətin  bütün  işlərini  idarə  edir.  Bu  cür çar hakimiyyəti  təsərrü- 
fat  sahəsindəki  ağalığa  bənzəyir:  necə  ki,  təsərrüfat  başçısının 
sülalə  üzərində  ağalığı  bir  növ  çar  hakimiyyətini  andırır,  eləcə 
də  hər  şeyi  əlavə  edən  bu  çar  hakimiyyəti,  zatən  bir,  yaxud  bir 
neçə dövlət və xalq üzərində olan  hökumət evidir.
Əslində,  çar  hakimiyyətinin  müzakirəyə  çıxarılmalı  yalnız 
iki forması  mövcuddur:  bunlar axırıncı  forma  və  Lakedemondakı 
çar  hakimiyyətidir;  qalan  üç  forma  əksər  hallarda  göstərilənlər 
arasında  orta  mövqe  tutur:  onların  səlahiyyəti  bir  tərəfdən  hər 
şeyi  əhatə edən  çar səlahiyyətindən  azdır,  digər tərəfdən  Lake- 
demon  çarlarının  səlahiyyətini  üstələyir.  Beləliklə,  əslində  aşa- 
ğıdakı  iki  məsələni  araşdırmaq  lazımdır:  biri  -   dövlətlər  üçün 
həmişəlik  olaraq  mahir  strateqin  olması  sərfəlidirmi,  yoxsa 
sərfəli  deyil  və  o,  müəyyən  nəsildən  olmalıdırmı,  yoxsa  seçki 
yolu  ilə;  digəri  -   bir  nəfərin  hamı  üzərində  intəhasız  hökmran- 
lığa  malik olması sərfəlidirmi,  yoxsa sərfəli  deyil?
3. 
Ömürlük  strategiyanı  araşdırmaq  dövlət  quruluşu  haq- 
qında  olan  məsələdən  daha  çox  qanunvericilik  fəaliyyəti  sahə- 
sinə  aiddir,  çünki  bu  srateqiya  hər  dövlət  quruluşunda  özünə 
yer  tapa  bilər,  buna  görə  çar  hakimiyyətinin  birinci  variantının 
üstündən  keçirik,  o  ki,  qaldı  bunun  digər variantına,  bu  özündə, 
həqiqətən,  dövlət  quruluşu  formasını  təmsil  edir,  bününçün  biz 
də  bunu  müzakirə  etməli  və  araşdırmalarda  bununla  əlaqədar 
olan  çətinliklərə  toxunmalıyıq.  Bizim  araşdırmalarımızın  çıxış 
nöqtəsi  aşağıdakı  məsələnin  müzakirəsindən  ibarətdir:  hansı 
hakimiyyət  altında  olmaq  daha  sərfəlidir  -   daha  yaxşı  xadimin 
hakimiyyəti  altında,  yoxsa  daha  yaxşı  qanunların  hökmü  altın- 
da? 4.  Çar hakimiyyətini  sərfəli  hesab  edənlər o fikrə  əsaslanır- 
lar  ki,  qanunlar  özündə  yalnız  ümumi  vəziyyəti  ifadə  edir  və 
onlarda  ayrı-ayrı  hallara  dair  əvvəlcədən  heç  nə  göstərilmir; 
buna  görə  hər  cür  bəzi  süni  qanunların  hərfindən  köləcəsinə
120
yapışmaq  mənasız  olardı,  bir  növ  necə  ki,  Misirdə  həkimə  dörd 
gün  müddətinə  kənara  çıxmağa  icazə  verilirdi;  əgər  ki,  o  bunu 
əvvəilər etsəydi,  onda  öz  həyatını  təhlükə  altına  qoymuş  olardı. 
Bu  surətlə,  göstərilən  səbəbdən  belə  çıxır ki,  qanunun  hər nöq- 
təsindən  möhkəm  yapışmış  dövlət  quruluşu  ən  yaxşı  quruluş 
deyil.  Hər  halda  hökmdarlar  ümumi  qaydalara  əsaslanmalıdır 
və  yaxşı  olardı  ki,  öz  təbiətlərinə  xas  olan  ehtiraslardan  çox, 
bunlara  zidd  oianlara  meyl  etsinlər;  bunlar  qanunlarda  olmasa- 
lar  da  hər  insan  qəlbində  istər-istəməz  olur.  5.  Lakin  ola  bilər 
kimsə desin  ki,  əvəzində  ən  yaxşı  xadim  ayrı-ayrı  hallarda  daha 
düzgün  mühakimə  yürüdə  bilər.  Hər  necə  olsa  da  aydındır  ki, 
ona  qanunverici  olmaq  lazımdır  və  qanunlar  da  olmalıdır,  hər- 
çənd  bunlar eybəcərləşən  zaman  öz qüvvəsini  itirir,  bütün  digər 
hallarda  isə  qüvvədə  qalır;  əgər ki,  qanun,  ümumiyyətlə,  nəyisə 
həll  etmək  vəziyyətində  deyilsə,  yaxud  yaxşı  həll  edə  bilmirsə, 
onda  kim  hökm  sürməlidir  -   bir  nəfər  ən  yaxşı  xadim,  yoxsa 
hamı?  Doğrudur,  indiki  zamanda  hamı  bir  araya  gəlir,  məhkə- 
mə  qurur,  məsləhətləşir  və  qərar  çıxarır,  lakin  bu  məhkəmələr 
tək-tək  işlərə  aid  olur.  Əgər  birisini  ayrılıqda  götürsək,  müm- 
kündür ki,  o,  daha  pis  olsun,  amma  dövlət axı  çoxluqdan  ibarət- 
dir,  necə  ki,  şərikli  ziyafət  bir  nəfərin  sadə  naharından  daha 
yaxşıdır,  eləcə  də  kütlə  çox  şey  haqqında  bir  nəfərdən,  o,  kim 
olsa  belə  daha  yaxşı  mühakimə  yürüdür.  6.  Üstəlik,  kütiə  kor- 
lanmaya  daha  az meyllidir:  kütlə  bir para  adama  nisbətən,  daha 
az  pis  təsir  altına  düşür.  Əgər  qəzəb  və  ya  buna  bənzər  digər 
bir  ehtiras  bir  adamı  bürüyərsə,  axırıncının  qərarı  istər-istəməz 
pis  olacaq;  bununsa  kütlədə  baş  verməsi  üçün  hamı  dərhai  qə- 
zəblənməlidir  və  bunun  nəticəsində  səhv  iş  görməlidir.  Kütlə 
sözü  altındasa,  yalnız  qanun  qeyri-qənaətbəxş  olan  zaman- 
larda  qaçılmaz  hallar  istisna  olmaqla,  heç  nədə  qanunun  zid- 
dinə  hərəkət  etməyən  ata-anası  kölə  olmayanları  başa  düşmək
121


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə