göstərilən axınncı fikrin tərəfdarları onları qul adlandırmaq
istəmirlər, onlar ancaq barbarları belə çağırırlar. Lakin onda ki,
onlar bunu deyirlər, biz bunu lap əvvəlcədən bildiyimiz kimi, əs-
lində, onlar köləlikdən başqa heç nə axtarmırlar; istər-istəməz
razılaşmaq lazım gəlir ki, bəzi adamlar hər yerdə quldur, digər-
ləri isə heç bir yerdə belə deyil.
19. Eynən bu surətlə onlar əslin nəcibliyi haqqında da mü-
hakimə yürüdürlər. Onlar özlərini yalnız öz yerlərində deyil, həm
də hər yerdə, barbarları isə yalnız onların öz vətənində alicənab
sayırlar, guya bir halda şərtsiz alicənablıq və azadlıq hökm sürür,
digərində-qeyri şərtsiz. Feodektdə Yelena da bu tərzdə danışır:
«Mən hər iki tərəfdən ilahi nəsillərdən törəndiyim halda, kimin
cürəti çatar ki, mənə kölə desin?» Bunu deməklə onlar insanı
kölə və azad olmaqla iki yerə, nəcib və qeyri-nəcib kökdən olan
insanları yalnız yaxşı və pis əlamətlərinə görə bölürlər; bununla
belə guman edirlər ki, necə ki, insan insandan törənir, heyvan
da-heyvandan, beləcə yaxşı valideynlərdən də yaxşı törənir;
təbiət isə tez-tez buna can atsa da, amma buna nail ola biimir.
20. Beləliklə, deyilənlərdən aydındır ki, [zatən köləliyə dair
görüşlərdə] tərəddüd etməyin bir çox əsasları var: bir tərəfdən bə-
ziləri, zatən kölə deyil, digərləri isə-azad, o biri tərəfdənsə bəzi-
iərində bu fərq mövcuddur və həm də onlar üçün birinin köləlikdə,
digərinin-ağalıqda bulunması faydalı və ədalətlidir, ağalıq etmək-
dən ötrü isə birinin tabeçilikdə olması, digərinin isə təbiətin onun
üzərinə qoyduğu ağalığı həyata keçirmək lazımdır. Lakin səla-
hiyyətin yaramaz tətbiqi nə bir, nə də digər tərəfə xeyir gətirmir:
axı hissəyə nə xeyirdirsə, tama da elə o xeyirlidir, bədənə nə xe-
yiıiidirsə, ruha da o xeyirlidir, qul isə hansısa bir ağanın hissəsi sa-
yılır, ayrıca bir canlı məxluq olsa da onun cisminin bir hissəsidir.
21. Buna görə də əgər onların qarşılıqlı münasibəti əzəl-
dən bu köklər üstündə durursa, qul və ağaya qarşılıqlı dostluq
18
münasibətində bulunmaq faydalıdır; lakin kimlərdə bu, belə
deyilsə, münasibətlər qanun və zorakılığa əsaslanırsa, hər şey
tərsinə baş verir.
Yuxarıda deyilənlərdən aydın olur ki, ağanın səlahiyyəti ilə
dövlət xadiminin səlahiyyəti bəzilərinin təsdiq etdiyi kimi bütün
digər səlahiyyət halları ilə eynilik təşkil edir. Bir səlahiyyət -
zatən azad insanlar, digər səlahiyyət qullar üzərindədir. Ağanın
ailədə səlahiyyəti-monarxiyadır (zira hər bir ailə öz ağası tərə-
findən monarx sayağı idarə edilir), dövlət xadiminin səlahiyyəti
isə-azad və bərabər insanlar üzərində səlahiyyətdir. 22. İnsanı
biliyinə görə deyil, təbii xüsusiyyətlərinə görə ağa adlandırırlar;
qullarda və azad insanlarda da eynən belədir. Döğrüdür, köləlik
haqqında olan elm kimi ağanın səlahiyyəti haqqında da elm
düşünmək olar, əvvəlinci-bir növ Sirakuzada mövcud olan kimi,
necə ki, bir nəfər insanlara köləlikdən təlim keçirdi: məlum muzd
müqabilində o cavan qullara bilik öyrədirdi. Bu cürə təlim digər
sahələrə də istiqamətləndirilə bilərdi, məsələn, kulınariya sənəti-
ni və digər buna uyğun ev xidmət işlərini də öyrətmək olardı. Axı
işlər müxtəlif olur-bəziləri daha yüksək, digərləri daha zəruri xa-
rakterlərdə, necə ki, atalar sözündə deyilib: «Qul quldan, ağa
ağadan-fərqlidir».
23. Quldan necə istifadə etmək və ağa olmaq üçün, bütün
bu kimi elmlər-köləlik, ağalıq haqqında elmlər-qullar əldə etmək
üçün deyil, onlardan necə istifadə etmək üçündür. Bu elmdə
heç bir böyük, heç bir yüksək şey yoxdur: axı nəyi ki, qul yerinə
yetirməlidir, ağa da onu əmr etməyi bacarmalıdır. Buna görə də
kimin ki, bu cür qayğılardan qaçmaq imkanı var, bu vəzifəni
işlər müdiri öz üzərinə götürür, onlar özləri isə siyasət, yaxud
fəlsəfə ilə məşğul olurlar. O ki, qaldı qulların əldə olunması el-
minə (o dərəcədə ki, nə qədər bu ədalətlidir) onda bu, harada-
sa müharibə xüsusunda, yaxud ovçuluq xüsusunda olan elm
19
kimi yuxarıda göstərilən iki şeydən fərqiənir. Bizim qu! və ağa
haqqında düşuncələrimiz bundan ibarətdir:
III.
1. İndi isə biz özümüzün qəbul etdiyimiz araşdırma
üsullarını rəhbər tutaraq necə ki, qul da mülkiyyətin bir hissəsi-
dir, mülkiyyətin, ümumiyyətlə, nə olduğunu və var-dövlət topla-
maq bacarığının nədən ibarət olduğunu təhlil edək. Hər şeydən
öncə ortaya sual çıxa bilər: var-dövlət toplamaq bacarığı təsər-
rüfat haqqında olan elmlə eynidirmi, yoxsa bu bacarıq həmin
elmin bir hissəsidir, yaxud onunla münasibətdə köməkçi mövqe
tutur, əgər bu belədirsə,
ond a
var-dövlət toplamaq bacarığı tə-
sərrüfat haqqında olan elmlə bu münasibətdə deyilmi, necə ki,
toxuculuq sənəti üçün toxuculuq məkiki düzəltmək bacarığı var,
yaxud heykəltaraşlıq sənəti üçün tunc xəlitəsi hazırlamaq baca-
rığı. İş bundadır ki, iki axırıncı bacarıq onlara bağlı sənətlərlə
eyni xidməti münasibətdə deyildir, belə ki, birinci-alətlə, ikinci-
xammalla təmin edir (xammal adı altında mən substratı [əsası]
nəzərdə tuturam ki, bunun vasitəsi ilə hər hansı bir iş axıra
çatdınla bilər, məsələn, toxucu üçün-yun, heykəltaraş üçün-tunc).
2.
Aydındır ki, var-dövlət toplamaq bacarığı təsərrüfat haq-
qında olan elmlə eyniyyət təşkil etmir: bir halda söhbət vəsait
əldə etməkdən gedir, digərində - bundan istifadə etmək haq-
qında; doğrudan da, evdə olan hər şeydən istifadə etmək baca-
rığı təsərrüfat haqqında olan elm deyil, bəs nədir? Lakin iş
ondadır ki, var-dövlət toplamaq bacarığı təsərrüfat haqqında
olan elmin bir hissəsini təşkil edirmi, yoxsa bu, ondan fərqli
olan xüsusi bilik sahəsidir, əgər hesab etsək ki, göstərilən ba-
carıqlara yiyələnən hər hansı bir insan əmlakdan yaranan fira-
vanlığın mənbəyini və ümumiyyətlə, mülkiyyətin nədən ibarət
olduğunu araşdıra bilər, onda ortaya çətinlik çıxacaq. «Mülkiy-
yət» və «var-dövlət» anlayışlarının müxtəlif növləri var. Birincisi,
20
əkinçilik-bu, təsərrüfat haqqında olan elmin bir hissəsidirmi,
yoxsa xüsusi, ondan ayrı bir bilik sahəsidir? Həmin bu sualı,
ümumiyyətlə, dolanışacaq vasitələrinə və onlan əldə etmək
xüsusundakı qayğılara da aid etmək olar.
3.
Necə ki, müxtəlif qida növləri mövcuddur, eləcə insan-
ların və heyvanların həyat tərzi də müxtəlifdir; yeməksiz yaşa-
maq mümkün olmadığından qida məhsullarının növ müxtəlifliyi
heyvanların həyat tərzinin müxtəlifliyinə gətirib çıxarır. Heyvan-
ların bir çoxunun sürüylə, digərlərinin dağınıq halda yaşaması
qida əldə etmək üçün hansı həyat tərzinin münasibliyi ilə əlaqə-
dardır, belə ki, heyvanların bir qismi ətyeyən, digərləri otyeyən,
üçüncülərsə hər şey yeyən heyvanlardır. Təbiət heyvanların
həyat tərzini elə təxminlə müəyyənləşdirmişdir ki, onların hər
biri özü üçün lazım olan qidanı çox asanlıqla əldə edə bilsin; za-
tən eyni bir qida hər bir heyvan üçün deyil, çünki birinə bir şey
yarayır, digərinə - başqa şey; buna görə də ətyeyən heyvanla-
rın həyat tərzi, otyeyən heyvanların həyat tərzindən fərqlənir.
4. Bu, insanlar arasında da belədir. Onların həyat tərzi olduqca
müxtəlifdir. Onlardan ən tənbəlləri heç bir zəhmət və dərd
çəkmədən köçəri həyat tərzi keçirib ev heyvanlarının əti ilə
qidalanır, belə ki, köçərilər öz sürüləri üçün otlaq axtarışında
bulunmaqla həmişə köç yerlərini dəyişirlər,
am rna
onlar özləri də
istər-istəməz sürünün arxasınca gedirlər; elə bil ki, onlar oyanmış
əkin yerlərini becərirlər. Digər insanlar ovçuluqla yaşayırlar,
ovçuluğun müxtəlif-cürbəcür formaları ilə; məsələn, bəzilərinin
meyli oğurluğa, digərlərinin balıqla zəngin göl, bataqlıq, çay, ya-
xud dəniz kənarında yaşayanların meyli balıq tutmağadır, üçün-
cülərsə quş, yaxud vəhşi heyvan ovuna çıxırlar. 5. Yaşamaqdan
ötrü mübadilə və ticarətlə deyil, bilavasitə həyatın bəxş etdikləri-
lə-köçəri həyat, əkinçilik, talançılıq, balıqçılıq, ovçuluqla məşğul
olanların həyat tərzi təxminən belədir. Bəziləri bu tərzlərdən bu
21
Dostları ilə paylaş: |