26
hazırlanmıĢ bizlər, [24] Kültəpədən mis-mərgümüĢ qatıĢıqlı əĢyalar, Xantəpədən
(Füzuli) mis əridilməsi üçün gildən hazırlanmıĢ butə [25] və saxsı çökmə tapılması
göstərir ki, qədim azərbaycanlılar artıq bu dövrdə metaliĢləmə, metal əridilməsi iĢi
ilə tanıĢ idilər.
Eneolit dövrü abidələrindən tapıntılar Azərbaycanın qonĢu regionlarla,
xüsusən də Ġkiçayarası ilə geniĢ qarĢılıqlı əlaqələrə malik olduğunu göstərir. Əmək
alətləri, dulusçuluq məmulatları hazırlanması, evlərin inĢası sahəsində oxĢarlıqlar,
gətirilmə tapıntıların təhlili Kür və Araz çayları boyundakı abidələrlə ġimali
Ġkiçayarasındakı e.ə.V minilliyə aid Xələf mədəniyəti və e.ə.IV minilliyin birinci
yarısında yenə orada yaranmıĢ Übeyd mədəniyyəti ilə bağlılıq olması fikrini
möhkəmlədir. Cənubi Azərbaycanın Eneolit abidələrində (Göytəpə, Yanıqtəpə),
eləcə də Əliköməktəpə və Leylatəpədə tapılan boyalı qablar Übeyd mədəniyyətinin
səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir, bu mədəniyyətin məhəlli variantı
təsirini bağıĢlayır. Bu da Ġkiçayarasından Azərbaycana və ya əksinə eyni
mədəniyət daĢıyıcılarının köçməsi [26] mülahizəsini irəli sürməyə əsas vermiĢdir.
Eneolit
dövründə
insanların
sosial-ictimai
həyatında
və
dünyagörünüĢündə ciddi dəyiĢikliklər baĢ verirdi. Bu dövrün yaĢayıĢ məskənləri
təsərrüfat və məiĢət tikililərinin sıxlığı ilə səciyyələnir. YaĢayıĢ otağı, ərzaq anbarı,
həyətyanı sahəsi olan belə tikililər hasarla bir-birindən ayrılırdı. Otaqlar çiy
kərpicdən və gil möhrədən hörülmüĢdür, dairəvi və ya dördkünc formadadır. Bu
bir otaqlı evlərdə tərkibi 5-6 nəfərdən ibarət ailə yaĢayırdı [27]. Ailələrdən ibarət
icmalar həmin dövrün cəmiyyətlərinin ictimai əsasını təĢkil edirdi. Ailələr
təsərrüfatla birgə məĢğul olurdu, əkin yerləri, mal-qara, otaqlar icmanın ümumi
milkiyyətində idi. Toplanan məhsul ailələr arasında illik pay kimi bölünürdü.
Əkinçilik və maldarlığın sürətli inkiĢafı, metaliĢləmə sənəti və ibtidai
metallurgiyanın yaranması ilə əlaqədar ailədə və icmada kiĢinin mövqeyi tədricən
güclənirdi. Lakin Eneolit dövründə təsərrüfatda və ictimai həyatda qadının aparıcı rol
oynaması hələ də qalmaqda idi. Bu dövr abidələrindən tapılan çoxsaylı qadın hey-
kəlcikləri göstərir ki, ana məhsuldarlıq, bərəkət rəmzi, təmizlik, paklıq nümunəsi kimi
öz yüksək mövqeyini saxlamaqda idi.
Bu dövrdə insanların dünyagörüĢü xeyli geniĢlənir, yeni ayinlər yaranır, dəfn
adətləri mürəkkəbləĢir. Ġbtidai insanların əcdadlara pərəstiĢ ayini ilə bağlı ölülərin
bilavasitə yaĢayıĢ yerlərində dəfn edilməsi geniĢ yayılırdı. Ölüləri torpağa göm-
məzdən öncə üzərinə qırmızı boya (oxra) çəkilir, sifətinin qarĢısına su qabı qoyulurdu.
Tədqiqatçılar belə dəfnetmə adətinin insanların o dünyaya olan inamları ilə bağlı
olduğunu, [28] yenidən həyata qayıtma haqqında təsəvvürlərindən qaynaqlandığını
güman edirlər.
Eneolit dövrünə aid paleoantropoloji materiallar fraqmentar olsa da, bu
dövrdə Azərbaycan əhalisinin avropoid irqinin cənub qrupuna, dolixokran, ensizsifət,
uzun-burun kaspi tipinə aid olması müəyyən edilmiĢdir [29].
Eneolit dövrünün sonunda ibtidai metallurgiyanın yaranması tamamilə yeni və
27
fərqli mərhələyə - Tunc dövrünə keçməyə Ģərait yaratdı. Misdən hazırlanan alətlər daĢ
alətlərə nisbətən məhsuldarlığı dəfələrlə artırsa da, yumĢaq və kövrək olduğu üçün tez
sıradan çıxırdı. Bu alətlərin davamlılığını artırmaq üçün müxtəlif yollara baĢ vuran
ibtidai metallurqlar misin tərkibinə sürmə, mərgümüĢ, nikel, qurğuĢun qatmaqla daha
möhkəm xəlitə - tunc əldə etməyin sirrini öyrəndilər. Sonrakı dövrlərdə isə misin
tərkibinə qalay qatmaqla daha keyfiyyətli tunc almağa baĢladılar.
Azərbaycanda Tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. II minilliyin sonuna
kimi davam etmiĢdir və 3 mərhələyə: Erkən, Orta və Son Tunc dövrlərinə bölünür.
Erkən Tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. III minilliyin sonuna qədər
davam etmiĢdir. Bu dövrün maddi mədəniyyəti arxeoloji ədəbiyyatda Kür-Araz
mədəniyyəti adlanır. Bu, həmin dövr abidələrinin Azərbaycanda ilk dəfə Kür-Araz
ovalığında aĢkar edilməsi, maddi mədəniyyət sahəsindəki çox əhəmiyyətli yeniliklərin
burada təĢəkkül tapması və buradan digər bölgələrə yayılması ilə əlaqədardır.
Tunc dövrünün baĢlanğıcında iqlimdə dəyiĢikliklərlə bağlı quraqlılaĢma baĢ
verir, kiçik çayların, bulaqların bir qismi quruyur. Ġnsanlar əvvəlki yaĢayıĢ yerlərini tərk
edərək əkinçilik üçün əlveriĢli olan yeni yerlərə: Kür və Araz çayları boyuna, Quruçay
və Köndələnçay vadisinə, Mil, Muğan, Qarabağ düzlərinin bol sulu bölgələrinə, Quba-
Xaçmaz bölgəsinin, Kəlbəcər, ġəmkir və Cəlilabadın dağlıq və dağətəyi hissələrinə
köçürlər. Kültəpə, Baba-DərviĢ, Göytəpə və Yanıqtəpə kimi Eneolit məskənlərində
müəyyən fasilədən sonra insanlar yenidən məskunlaĢırlar [30].
Erkən Tunc dövrü yaĢayıĢ məskənlərində tikinti iĢi Eneolit dövrü ənənələrinin
davam və inkiĢaf etdirilməsi ilə əlamətdardır. Dairəvi və ya düzbucaqlı evlər çiy
kərpic və möhrə ilə tikilmiĢdir. Tikililərin özülü çox vaxt daĢdan inĢa edilmiĢ, [31] bəzi
otaqların divarları çubuqla hörülüb suvanmıĢdır. Otağı qızdırmaq, yemək hazırlamaq
üçün saxsı manqal, gil altlığı olan ocaq və dördkünc sobalardan istifadə edilmiĢdir,
Xüsusi quruluĢu olan ocaq qurğuları Kür-Araz mədəniyyətinin səciyyəvi cəhətlərindən
biridir [32].
Erkən Tunc dövrünün baĢlanğıcında əkinçilikdə çox böyük dəyiĢikliklər baĢ
verir: toxa əkinçiliyindən xıĢ əkinçiliyinə keçilir, iribuynuzlu heyvanlardan qoĢqu
qüvvəsi kimi istifadəyə baĢlanır. Bu dövrə aid yaĢayıĢ yerlərindən tapılan qoĢquya
qoĢulmuĢ öküz və arabanın əks olunduğu gil fiqurlar, təkər nümunələri həm də təkərli
nəqliyyat vasitələrinin kəĢf olunduğunu göstərir.
Bu dövrdə sadə süni suvarma Ģəbəkələri yaradılır, səpin üçün daha münasib
buğda, arpa dənləri seçilib əkilirdi ki, bütün bunlar da məhsuldarlığı artırırdı. Baba-dərviĢ
yaĢayıĢ yerindən 20-dən çox taxıl quyusunun tapılması [33] taxıl istehsalının artmasını
əyani sübut edir. Tunc oraqlardan istifadəyə baĢlanması taxılın tez və itkisiz
toplanmasına imkan verirdi.
Bu dövrdə taxılçılığın yüksək inkiĢafını taxıl döyümü üçün qoĢqu qüvvəsi ilə
vəllərdən istifadəyə baĢlanması da təsdiq edir. Əgər ilk vaxtlarda taxıl döyümü ibtidai
üsullardan: sünbülün iki əl arasında ovuĢdurulması və ya taxılın xüsusi meydançada
çubuqla döyülməsindən istifadə olunurdusa [34], Erkən Tunc dövründə taxıl məhsulu