213. İqtisadiyyata dövlətin müdaxiləsi aşağıdakı problemlərdən hansının ilk növbədə həlli
üçün vacibdir?
a) inhisarçılığın qarşısının alınması
b) inflyasiyanın güclənməsinə yol verməmək
c) işgüzar fəallığı təmin etmək
d) yuxarıdakılardan hamısı düzdür
e) azad rəqabətin təmini
214. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın tənzimlənməsi məqsədinə aid deyil:
a) istehsal vasitələrinin inkişafının üstün artımı
b) iqtisadi sabitlik
c) iqtisadi müvazinət
d) iqtisadi artım
e) istehlakın artımı
215. C.M.Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir?
a) tələbin stimullaşdırılması
b) səmərəli təklif
c) vergi dərəcələrinin artırılması
d) gəlirlərin artırılması
e) ÜDM-un artırılması
216. Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi:
a) maliyyə siyasəti
b) fiskal siyasət
c) pul-kredit siyasəti
d) dövlət siyasəti
e) iqtisadi tənzimləmə siyasəti
217. İqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərində keynsçilərin fikri fərqlidir və üç əsas
cərəyana bölünür:
a) solçular (liberal), klassik və neoklassik
b) solçular, marjinal və neoklassik
c) solçular (liberal), konservativ və neoklassiklər
d) konservativ, klassik və neoklassik
e) konservativ, marjinal və neoklassik
218. İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları:
a) məqsədli və inzibati
b) rəqabətqabiliyyətlilik və inzibati
c) inzibati və iqtisadi
d) məcburetmə və iqtisadi
e) dolayı və məcburi
219. C.M.Keyns bazar konsepsiyasında tənzimləmə siyasət kimi nəyi əsas hesab etmişdi?
a) pul-kredit siyasəti
b) sosial siyasət
c) xarici ticarət siyasəti
d) büdcə-vergi siyasəti
e) qiymət siyasəti
220. İqtisadiyyatın dövlət tənzimlənməsinin iqtisadi metodunun formaları:
a) məqsədli və məcburi
b) inzibati və birbaşa
c) birbaşa və dolayı
d) inzibati və dolayı
e) məqsədli və dolayı
221. Aşağıdakılardan hansı dövlətin iqtisadi tənzimləmə funksiyasına daxil deyildir?
a) rəqabətin qorunub saxlanması
b) işsizliyin və inflyasiyanın tənzimlənməsi
c) büdcə gəlirləri və xərcləri nisbətinin tənzimlənməsi
d) gəlir və sərvətlərin yenidən bölüşdürülməsi
e) rəqabətin qorunması və gəlirlərin yenidən bölgüsü
222. Göstərilənlərdən hansı bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət
tənzimlənməsinin istiqamətinə aid deyil?
a) büdcə tənzimlənməsi
b) qiymət tənzimlənməsi
c) ətraf mühitinin qorunmasının dövlət tənzimlinməsi
d) yuxarıdakılardan hamısı iqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətləridir
e) heç biri düz deyil
223. İqtisadi artımın əsas göstəricilərindən biri səhvdir:
a) əhalinin maddi rifahının yüksəlməsi
b) sosial və həyat şəraitinin təhlükəsizliyinin artması
c) ölkədə yalnız böyük firmaların fəaliyyəti
d) tam məşğulluğun təmin edilməsi
e) işsizlərin və əmək qabiliyyəti olmayanların sosial müdafiəsi
224. İnhisarlaşdırma, ekoloji problemlər, cəmiyyətin resurslarının qeyri-səmərəli
bölüşdürülməsi, ictimai məhsulun istehsalının zəruriliyi, gəlirlərin bölüşdürülməsində qeyri-
bərabərlik, dünya bazarlarında rəqabətin güclənməsi dövlətin iqtisadiyyata müdaxiləsinin:
a) dövlətin funksiyasıdır:
b) dövlətin iqtisadiyyatın tənzimlənməsi şərtidir
c) dövlətin iqtisadiyyata müdaxiləsinin səbəbləridir
d) dövlətin iqtisadiyyata müdaxiləsinin qanuni bazasıdır
e) dövlətin iqtisadiyyata müdaxiləsinin iqtisadi alətidir
225. M.Fridman iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir?
a) xarici iqtisadi
b) büdcə-vergiyə
c) pul-kreditə
d) sosial siyasətə
e) qiymət siyasətinə
226. Keynsçiliyin hansı istiqaməti iqtisadiyyatın dövlət tənzimlənməsində əsas məsələ kimi
mənfəətin maksimumlaşdırılması və iqtisadiyyatın konservativ strukturlarının saxlanılmasını
təklif edir:
a) sol keynsçilər (liberallar)
b) neoklassik istiqamət
c) keynsçiliyin konservativ istiqaməti
d) klassik istiqamət
e) hamısı düzdür
227. İqtisadiyyatın dövlət tənzimlənməsinin tipləri:
a) dövlət və bazar tənzimlənməsinin vəhdətinin müxtəlif variantları
b) tam liberal, təsərrüfatın idarə edilməsində dövlətin inhisarı
c) tam liberal, təsərrüfatın idarə edilməsində dövlətin inhisarçılığı, dövlət və bazar
tənzimlənməsinin müxtəlif variantları
d) indikativ planlaşma, liberal və inzibati metod
e) indikativ planlaşdırma, tam inhisarçılıq
228. Burada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli
rejim yaradılır:
a) azad sahibkarlıq zonası
b) açıq birja
c) arbitraj
d) azad ticarət
e) azad bazar
229. Kiçik açıq iqtisadiyyat kapitalın tam mobilliyi ilə hansı modelin köməyi ilə təhlil oluna
bilər:
a) Mandella-Fleminqa modeli
b) Kobba-Duqlas modeli
c) Paase-Fişer modeli
d) Keyns modeli