A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə112/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   108   109   110   111   112   113   114   115   116

276 
 
deyil, həmçinin onun inkişaf dövrüdür. 
 
 
 
MEMARLIQ 
 
XX  yüzilliyin    30-cu illərindən başlayaraq,  Azərbaycan  memarlığında  yeni 
mərhələ  başlanır.  Memarlıqda  mütərəqqi yeniliklər bu vaxt xüsusilə Bakı şəhərinin 
timsalında özünü büruzə verməyə başlayır. 
Bakı şəhərinin yenidən qurulması, ictimai-inzibati binaların tikilişi bu dövrün 
xarakterik xüsusiyyətlərindəndir. 
1934-cü ildə Bakıda Azərbaycan Respublikasının Hökumət Evinin layihəsi 
üçün  müsabiqə  keçirilir.  Müsabiqə  Azərbaycan  memarları  arasında  yaradıcılıq 
axtarışlarının  güclənməsinə,  sənətkarlığın  yeni  və  daha  yüksək  səviyyəyə 
qalxmasına səbəb olur. 1952-ci ildə dəniz sahilində tikilib başa çatan bu monumental, 
böyük  bina  indiyə  qədər  Bakının  memarlıq  simasında  həlledici  yerlərdən  birini 
tutur. 
Bakıda  ansambl tələblərinə  cavab verən gözəl  memarlıq nümunələrindən 
biri kimi Bülbül prospekti ilə 28 May küçəsinin kəsişdiyi yerdə tikilən Nizami kino-
teatrını  və  onunla  üzbəüz  duran  inzibati  binanı  (memarlar  S.Dadaşov  və  M. 
Hüseynov)  göstərmək  olar.  Memarlar  həmin ərazidə olan  köhnə binaların  üslubunu 
nəzərə  almış,  klassik  ənənələrdən  istifadə  yolu  ilə  yeni  tipli  ictimai  binalar 
yaratmışlar.  Şəhərin  ən  mühüm  və  gediş-gəlişli  yerlərindən  birində  tikilən  bu 
binalar,  bütün  ətraf  binaları  özünə  tabe  etdirərək,  hər  iki  küçənin  memarlığında 
gözəl ansambl yaratmışdır. 
30-cu  illərdə  Azərbaycan  memarları  milli  ənənələri  böyük  həvəslə 
öyrənərək, yaradıcılıq təcrübələrində tətbiq edirdilər. Bədii irsdəki mütərəqqi cəhətləri 
müasir  memarlığın  məzmunu  ilə  əlaqələndirmək  sahəsində  aparılan  axtarışlar  bir 
sıra  hallarda  gözəl  nəticələr  vermişdir.  Bu  sahədə  Sadıx  Dadaşov  və  Mikayıl 
Hüseynovun birgə yaratdıqları bir sıra binalarda klassik Azərbaycan memarlıq irsinə əsil 
yaradıcı  münasibət  özünü  göstərir.  Buna  iki  görkəmli  memarın  layihəsi  üzrə 
Moskvada inşa edilən Kənd Təsərrüfat Sərgisinin Azərbaycan pavilyonu və Bakıda 
Nizami Muzeyinin binası misal ola bilər. 
Çağdaş  memarlığımızın  incilərindən  sayılan  Nizami  muzeyinin  binası 
barədə ətraflı danışmağa dəyər. 
Aparılmış  elmi  araşdırmalar  göstərir  ki,  indiki  Nizami  muzeyinin  yerində 
vaxtilə,  yəni  1860-cı  illərdə  memar  Qasımbəy  tərəfindən  tikilmiş  "Metropol" 
mehmanxanası yerləşmişdir. Memar S.Dadaşov və M.Hüseynov demək olar ki, bu 
binanı yenidən qurmuş və onun daxili-xarici görünüşünü tamam dəyişdirib, Nizami 
dövrünün  abidəsinə  çevirmişlər.  Sonralar  muzey  qarşısındakı  meydan  formalaşmış, 
orada şairin heykəli qoyulmuş və bağ salınmışdır. 
40-cı  illərdə  yaranmış  Nizami  meydanı  ansamblı  Bakının  memarlıq 


277 
 
tarixində  mühüm bir mərhələdir. O, bu  gün də  memarların və rəssamların diqqətini 
özünə cəlb edir. 
Binanın  bədii  tərtibatında  zəmanəsinin  ən  görkəmli  rəssamları,  xalq 
sənətkarları da fəal iştirak etmişlər. Burada heykəltəraşlardan Fuad Əbdürrəhmanov, 
Cəlal Qaryağdı, dekorativ-tətbiqi sənətimizin görkəmli sənətkarları Lətif Kərimov, 
Hüseyn Babayevin adlarını xüsusi qeyd etmək lazımdır. 
Beləliklə, müəllif kollektivinin səmərəli  yaradıcılıq axtarışları nəticəsində 
binanın milli memarlıq baxımından çox düzgün həlli tapılmışdır. 
Binaya  daxil  olarkən  sanki  Nizami  dövrünün  ədəbi  irsi  ilə  görüşürsən. 
Muzeyin  divar  rəsmləri  -  ümumi  rəng  çalarları  ilə  Şuşa,  Şəki,  Təbriz  və  s. 
şəhərlərdəki qədim yaşayış evləri və sarayların divar rəsmləri ilə səsləşir. 
1950-ci  illərdən  başlayaraq,  Bakı,  Gəncə,  Sumqayıt,  Əlibayramlı  və  s. 
şəhərlərdə  müasir  memarlıq  baxımından  bir  sıra  əhəmiyyətli  ictimai  binalar 
tikilməyə başlanır. 
Bunlardan  ilk  növbədə  Elmlər  Akademiyası  şəhərciyinin  kompleksi, 
M.F.Axundzadə adına Dövlət Kitabxanası (memar M.Hüseynov), Azərbaycan Dövlət 
Akademik  Dram  Teatrının  binası  (memarlar  Q.Əlizadə,  M.Mədətov)  və  Gəncənin 
Mərkəzi  Meydanında  yerləşən  inzibati  bina  (memar  Ə.İsmayılov)  nəzəri  xüsusilə 
cəlb edir. 
Memarlıq  formaları  və  şəhərsalma  nöqteyi-nəzərdən  müxtəlif  olan  bu 
binaları birləşdirən bir cəhət də vardır. Müəlliflər Azərbaycan klassik memarlığının 
ənənələrindən istifadə edərək, binaların abidəvi olmasına çalışmışlar. 
1960-1970-ci  illərdə  Bakıdakı  layihələndirilən  və  həyata  keçirilən  ən 
əhəmiyyətli  şəhərsalma  tədbirlərindən  biri  də  Hökumət  Evinin  yerləşdiyi  Azadlıq 
meydanının yenidən qurulma layihəsinin tərtibi sahəsində görülən işlərdir. 
Bu  dövrün  ictimai  binaları  içərisində  diqqəti  cəlb  edən  bir  neçə 
əhəmiyyətli  tikinti  vardır.  Bunlardan  ən  başlıcası  Azadlıq  meydanında  yüksələn 
"Azərbaycan"  mehmanxanasıdır.  Meydan  tərəfdən  16  və  Neftçilər  prospekti  tərə-
findən 11 mərtəbəli olan bu mehmanxana eyvanların geniş tətbiqi nəticəsində cənub 
iqliminə uyğun olan bir görkəm almışdır. 
Memarlıq  həllinin  əsas  ünsürü  olan  həmin  eyvanlar  eyni  zamanda 
mehmanxananın Azərbaycan xalq yaşayış  binalarına uyğun şəkil almasına yardım 
edir. 
Bu  dövrdə  yaradılmış  əhəmiyyətli  tikintilərdən  biri  də  Bakı  sirkidir. 
Şəhərin  Səməd  Vurğun  küçəsində,  hündür  bir  mövqedə  yerləşən  Dövlət  sirki  son 
dərəcə  gözəçarpan  şəhərsalma  mövqeyi  ilə  bərabər,  eyni  zamanda  daxili  təc-
hizatının  müasir  səviyyədə  həll  edilməsi  və  xarici  fasadlarının  düşünülmüş 
memarlıq bölgüləri ilə  diqqəti cəlb  edir. 2500 tamaşaçı tutan Dövlət sirki adı sirk 
manejindən əlavə, mexaniki vasitələrlə təchiz edilmiş daha iki manejə malikdir. Bu 
manejlər  sirkin  daxilində  buz  üzərində  və  suda  tamaşalar  verilməsinə  imkan 
yaradır (memar Ənvər İsmayılov). 
Respublika  memarlarının  son  illərdəki  yaradıcılıq  müvəffəqiyyətlərindən 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə