A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə19/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   15   16   17   18   19   20   21   22   ...   116

55 
 
sənət nümunəsidir. 
Qarabağlar  türbəsi.  Azərbaycan  orta  əsr  memarlığının  ən  qiymətli 
yadigarlarından  biri  Naxçıvan  ərazisində,  Qarabağlar  kəndində  yerləşən  türbədir. 
Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu 
iki abidənin arasında  yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə  daxil 
olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi 
mülahizəsi irəli sürülmüşdür. Bu iki  minarəni bir-birinə  bağlayan portal quruluşu 
isə görünür ki, XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday Xatının 
adı  oxunur.  Qoday  Xatın  ola  bilsin  ki,  Abaka  xanın  (1265-1282)  arvadı  olmuş 
Qoday  Xatındır.  Ona  görə  belə  mülahizə  yürütmək  olar  ki,  hələ  XII-XIII əsrlərdə 
tikilmiş  yeni  binalar  kompleksinin  daxilində  Qoday  Xatının  şərəfinə  bu  xatirə 
abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. 
Belə olduqda Qarabağlar türbəsinin Qoday Xatının xatirəsinə həsr edilməsi imkan 
daxilindədir. 
Qülləvari  türbələrin  əsas  xüsusiyyətlərini  Qarabağlar  türbəsində  də 
görmək  olar.  Türbə  aşağı  sərdabə  və  yuxarı  yerüstü  hissəyə  bölünür.  Sərdabənin 
planı  yuxarıda  haqqında  danışdığımız  Bərdə  türbəsinin  eynidir.  Qarabağlar 
türbəsinin  yerüstü  hissəsi  öz  kompozisiya  quruluşu  etibarilə  son  dərəcə  maraqlıdır. 
Daş  kürsülük  üzərində  türbənin  gövdəsi  12  yarım  silindrin  bir  dəstə  halında 
birləşdirilməsindən əmələ gəlir. Türbənin gövdəsinin belə bir kompozisiya şəklində 
həll edilməsi bunu başqa  Azərbaycan türbələrindən fərqləndirir. Bərdə türbəsində 
olduğu  kimi  burada  da  gövdənin  yuxarı  hissəsində  nəsx  xətti  ilə  işlənmiş  kitabə 
qurşağı  yerləşir.  Kitabə  qurşağının  yerləşmə  xüsusiyyəti  elədir  ki,  o  bir  növ  12 
silindri  bağlayan  bir  qurğu  kimi  gözə çarpır. Qarabağlar  türbəsinin bu  kitabəsi  ağ 
hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə  yazı 
qurşaqlarının  kontrast  rənglərlə:  ağ-qara,  ağ-göylə  işlənməsi  bu  kitabələrin 
uzaqdan da rahat oxunmasını təmin edir. 
Şıxbabalı  türbəsi.  Yaradılma  tarixi  etibarilə  ən  qədim  binalardan  birisi 
Füzuli  bölgəsinin  Şıxbabalı  kəndindəki  türbədir.  Abidənin  üzərindəki  kitabədən 
onun  1272-ci  ildə  tikildiyi  aydınlaşır.  Bu  türbə  səkkizbucaqlı,  yuxarısı  çatmatağ 
şəkilli  günbəzlə  örtülmüş  bir  abidədir.  Türbənin  yeraltı  sərdabə  hissəsi  vardır. 
Şıxbabalı  türbəsi  özünəməxsus  səciyyəvi  memarlıq  cəhətinə  malik  olmaqla 
bərabər, eyni zamanda çox az memarlıq abidəsi məlum olan bir dövrə  aid olması 
cəhətdən  də  diqqəti  cəlb  edir.  Türbənin  günbəzinin  quruluşu  xüsusilə  maraqlıdır. 
Ümumiyyətlə,  Azərbaycan  türbələrində  günbəzlər  ikiqat  olduğu  halda  Babı 
günbəzi  bir  qatdır  və  özü  də  yalnız  bir  sıra  daşdan  düzülmüşdür.  Nəticədə  də 
Şıxbabalı  türbəsinin  günbəzi  olduqca  yüngül,  adətən  müasir  konstruksiyaları 
xatırladan bir şəkildədir. Maraqlıdır ki, ikiqatlı və çox əsaslı şəkildə qurulmuş bir çox 
türbələrin  günbəzləri  bizim  zamana  qədər  tamamilə  dağıldığı  halda  Şıxbabalı 
türbəsinin  bu  yüngül  quruluşlu  günbəzi  dövrümüzə  qədər  öz  şəklini  mühafizə  edə 
bilmişdir.  Türbənin  xarici  səthlərində  memarlıq  bölgüləri  tətbiq  edilmişdir.  Bu 
səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir 


56 
 
boğaz şəklində verilmişdir. Şübhəsiz ki, bu forma ancaq Naxçıvanda Möminə xatın 
türbəsinin  səthində  olan  stalaktitli  batıqların  kənar  xəttinə  oxşadılması  yolu  ilə 
meydana  çıxmışdı.  Ümumiyyətlə,  Şıxbabalı  türbəsinin  xarici  görünüşündə  kərpic 
memarlığının  təsiri  görünür.  Qeyd  etdiyimiz  türbənin  oturacaq  hissəsindəki  bəzi 
daşların hörgüdə yerləşdirilməsi kərpicdən quraşdırılan naxışlı hörgünü xatırladır. 
Xaçıntürbətli  abidəsi.  Kür-Araz  çayları  arasındakı  inşaat,  xüsusilə  XIV 
əsrin  başlanğıcında  daş  türbələrinin  geniş  şəkildə  yayılması  ilə  əlamətdar  idi.  Bu 
inşaat içərisində, xüsusilə 3 abidə diqqəti daha çox cəlb edir. Onlardan birincisi nadir 
təsadüf  edilən  bir  səciyyəyə  malik  türbədir.  Ağdam  rayonunun  Xaçıntürbətli 
kəndində  yerləşən  bu  abidə  nisbətən  alçaq  bir  kürsülük  üzərində  yüksələn  sək-
kizbucaqlı  gövdədən  ibarət  olub,  səkkizbucaqlı  piramidaşəkilli  günbəzlə  örtülüdür. 
Bu  abidənin  əsas  məziyyəti  onun  həcmində  deyil,  bu  ənənəni  quruluşun 
özünəməxsus bir şəkildə həll edilməsidir.  Xaçıntürbətli 
abidəsində 
yeraltı 
hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca 
bir əlamətdir. 
Abidənin  istər  daxili  səthlərinin,  istər  daxilindəki  günbəzin  və  istərsə  də 
xaricindəki  səthlərin  işlənilməsi  binaya    təkrarolunmaz  bir  fərdi  xüsusiyyət  verir. 
Xaçıntürbətli  abidəsinin  giriş  qapısı  üzərindəki  kitabədən,  onun  1314-cü  ildə  ustad 
Şahbənzər  tərəfindən  Musa  oğlu  Kutlunun  qəbri    üstündə  tikildiyi  göstərilir. 
Xaçıntürbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili 
günbəzinin  stalaktitli  quruluşu  təşkil  edir.  Xarici  səthlər  çox  da  dərin  olmayan 
batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır. 
Xaçıntürbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir 
ünsür  də  onun  piramidaşəkilli  günbəzinin  üzlüyünü  təşkil  edən  daş-tavalardan 
düzəldilmə örtükdür. 
Xaçıntürbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri 
də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirlərini xüsusilə 
qeyd etmək olar. Azərbaycan memarlığı abidələri içərisində bu  təsvirləri xatırladan 
nümunələr Bakıda, Bayıl qəsrinin (XIII əsr) üzərində də var. 
Xaçıntürbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının 
daşdan oyma stalaktit kompozisiyalarını xatırladır. 
Məlikəjdər türbəsi. Yenə bu dövrə aid olan son dərəcə maraqlı abidələrdən 
biri  də  Laçın  rayonunun  Cicimli  kəndindəki  Məlikəjdər  adı  ilə  tanınan  türbədir.  Bu 
türbənin  əsas,  fərqi  onun  məhz  həcm  quruluşundadır.  Planda  səkkizbucaqlı 
quruluşda  olsa  da,  Cicimli  türbəsi  xaricdən  həndəsi  bir həcm  kimi deyil,  tamamilə 
başqa bir plastik şəkildə qavranır. Çünki türbənin divarları şaquli xətlərlə həll edilmə-
miş,  abidənin  tilləri  əyri  xətlə  işlənmiş,  türbənin  silueti  yumşaq  cizgilərlə 
çərçivələnmişdir.  Cicimli  türbəsinin  ümumi  şəkli  parabolanı  xatırladır.  Bu 
parabolanın  səthləri  arasındakı  tillər  oyma  çıxıntılar  ilə  işlənmişdir;  nəticədə 
abidənin  ümumi  görünüşü  köçəri,  türk  dilli  xalqlar  arasında  geniş  yayılmış  yurd 
quruluşunu xatırladır. 
Beləliklə,  bu  abidənin  memarlıq  səciyyəsində  ənənəvi  səkkizbucaqlı 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə