A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə70/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   66   67   68   69   70   71   72   73   ...   116

176 
 
yaxınlığındakı  körpü  xüsusi  olaraq  səciyyəvidir.  Quruluşuna  görə  bu  dövrün 
körpülərindən fərqlənən başqa bir abidəyə Naxçıvan Muxtar Respublikası ərazisində 
rast  gəlirik.  Biz  1551-ci  ildə  Qazançı  kəndinin  yaxınlığında  tikilmiş  biraşırımlı 
"Qozbel" körpünü nəzərdə tuturuq. 
O dövrün hamamları da bir sıra xüsusiyyətlərə malikdir. Hamamlar  daxildə, 
əsas etibarilə, iki qrup otaqdan ibarətdir. Birinci qrup otaqlar soyunmaq, ikinci qrup 
otaqlar isə  yuyunmaq üçündür. Hər iki qrup otaqlar səkkizbucaqlı  salonun  ətrafında 
cəmləşdirilirdi. Otaqlar arasındakı yolu  elə çəkirdilər ki, buxar yuyunma salonundan 
soyunma salonuna keçə bilməsin. 
Hamamların  qızdırılması  ilə  əlaqədar  olan  işlərə  də  xüsusi  fikir  verilirdi. 
İstiliyi  təmin  etmək  üçün  hamam  binaları  çox  vaxt  yarıya  qədər  torpağın  içərisində 
tikilirdi. İkinci tərəfdən, suyu qızdıran ocaqdan çıxan isti hava kanallarla döşəmənin 
altına buraxılır və bununla da binanın daxilində istilik təmin edilirdi. Bu quruluşda olan 
hamamlar  Bakıda,  Abşeronun  bir  çox  kəndlərində,  İsmayıllı  rayonunun  Basqal 
kəndində, Qubada və bir sıra başqa rayonlarda qalmışdır. Hamamların bəziləri hətta 
bu gün istifadə oluna biləcək vəziyyətdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


177 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


178 
 
XVIII YÜZİLLİKDƏ İNCƏSƏNƏT 
 
XVIII  yüzillikdə Azərbaycan, feodal xanlıqlar arasında parçalanmışdı. Ölkənin 
ərazisi öz müstəqil iqtisadi və siyasi həyatilə yaşayan ayrı-ayrı hökmdarlıqlardan ibarət idi. 
Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Şəki, Dərbənd, Təbriz, Ərdəbil, Urmiya, 
Marağa və s. bu kimi müstəqil xanlıqların əmələ gəlməsi sənətlərin inkişafına da az təsir 
etmirdi. 
Aparılmış  elmi  araşdırmalar  göstərir  ki,  bu  dövrdə  bir  çox  tarixi  səbəblərlə 
əlaqədar  olaraq  sənət  növləri  içərisində  əsas  etibarilə  dekorativ  sənət  və  memarlıq 
inkişaf etmişdi. 
 
 
DEKORATIV SƏNƏTLƏR 
 
Araşdırmalar göstərir ki, bu dövrdə Azərbaycan şəhərlərindəki sənətkarların 
əksəriyyəti  əsnaf  və  ya  həmkar  adlanan  müəyyən  sex  təşkilatının  ətrafında 
birləşmişdi.  Lakin  bu  sex  birləşmələri  bir  çox  Yaxın  Şərq  ölkələrində  olduğu  kimi 
(Qərbi  Avropa  sex  birləşmələrindən  fərqli  olaraq),  şəhər  həyatında  həlledici  rol 
oynamırdı. 
Əsnaflar 
zəif 
təşkilat 
olaraq 
"ölkənin 
həyatına  heç  bir  əhəmiyyətli 
təsir göstərə bilmirdi". 
Sex 
başçılarının 
hüquqları  sex  təşkilatının 
hüquqlarından 
kənara 
çıxmırdı.  Sex  təşkilatlarının 
zəifliyi  üzündən,  demək  olar 
ki, şəhərlərin hamısında əsnaf 
və  ya  həmkar  üzvləri  ilə 
yanaşı,  fərdi  sənətkarlar  da 
mövcud idi. 
Qərbi 
Avropa 
sexlərində 
olduğu 
kimi, 
əsnaflar  da  öz  birliklərini 
nümayiş  etdirərək  sənətlərə 
görə  müəyyən  küçələrdə  və 
məhəllələrdə  yerləşdirilirdi. 
Sənətkarların müəyyən bir yerdə cəmləşməsinə xanların özləri də maraq göstərirdilər. 
Məhz buna görə də onlar həvəslə sənətkarların yerləşmələri üçün karvansaralar və 
dükanlar tikdirirdilər. Qədim şəhərlərdəki küçələrin adları bunu bir daha sübut edir. 
Məsələn,  son  vaxtlara  qədər  Şəki,  Şuşa,  Gəncə  və  Bakıda  zərgərlər, 
misgərlər, dulusçular, xarratlar və başqa adlı məhəllələrin olması bunu əyani təsdiq 


179 
 
edir. 
Mənbələr 
göstərir 
ki, 
şəhərlərdəki  sənətkarların  bəzilərinin 
öz  bayraqları  da  var  idi.  Hər  bayrağın 
üzərində  həmin  sənətkarın  gerbi 
vurulurdu. 
R.Əfəndizadə 
Şəki 
sənətkarlarından 
bəhs 
edərkən 
əsnafların  bayrağını  belə  təsvir  edir: 
"Bayraqlar  qırmızı  mahud  üstündə 
qullab tikilmiş və güləbətin saçağı və 
qotaz  ilə  bəzənmiş  halda  hər  əsnafın 
özünəməxsus  idi.  Bu  xüsusiyyət  hər 
əsnafın  öz  hacətlərini  andırırdı. 
Bunları təkəlduzlar ipək ilə işlərdi". 
Azərbaycanda  bu  dövrdə 
ümumi  bir  mərkəz  olmadığından  bir 
çox xanlıqlarda istehsal olunan parça, 
xalça  və  qeyri  sənət  nümunələri  qonşu  ölkələrə  satılır  və  ya  özlərinin  istifadəsinə 
verilirdi.  Xanlıqların  belə  xüsusi  çərçivədə,  başqa-başqa  siyasi  və  iqtisadi 
vəziyyətdə yaşamaları el sənətlərinin, üzdən də olsa, yerli xüsusiyyət daşımalarına 
səbəb olmuşdur. 
Mənbələr göstərir ki, bu yüzillikdə əhalinin geyimindən (arxalıq, araqçın, 
corab  və  s.)  asılı  olaraq  onun  hansı  xanlıqdan  gəldiyini  də  asanlıqla  təyin  etmək 
olurdu. 
Lakin  bu  xırdalıqları  atsaq,  XVIII  yüzillikdə  hazırlanmış  sənət 
nümunələrimizin  qədimlərdən  gələn  ümumi  irsimizlə  nə  qədər  möhkəm  bağlı 
olaraq  inkişaf  etdiyini  əyani  görə  bilərik.  Bu  ümumilik  nəinki  düzəldilən  əşyanın 
forması, bəzəklərinin məzmunu və hətta adlarında belə özünü büruzə verir. 
Əvvəlki əsrlərdə olduğu kimi, XVIII yüzillikdə də Azərbaycanda çox geniş 
yayılmış sənətlərdən biri xalçaçılıq  idi. Mənbələr  göstərir ki, Azərbaycan xalçaları 
bu əsrdə də bir çox Şərq ölkələri xalçalarından özünün rəngi, davamlılığı, toxunma 
texnikası  ilə  fərqlənirdi.  Həmin  əsrdə  Quba  xalçaları  daxili  və  xarici  bazarlarda 
xüsusilə  geniş  şöhrət  tapmışdı.  Mənbələrdə  göstərildiyi  kimi,  XVIII  yüzillikdə 
"...Quba  xalçaları  öz  naxışlarının  müxtəlifliyi  və  zərif  toxunuşu  ilə,  hətta  İran 
xalçalarından xeyli fərqlənirdi...". 
Əvvəlki  dövrlərdə  olduğu  kimi,  XVIII  yüzillikdə  də  Azərbaycan  xalçalarına 
həm  ornamental,  həm  də  süjet  xarakterli  bəzəklər  vurulurdu.  Lakin  bu  dövrdə  süjet 
xarakterli xalçalarımız ornamental xalçalara nisbətən az olmuş, həm də xeyli kobud 
və sxematik bir səpkidə toxunmuşdur. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə