Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi
Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi hesabına
ölkədə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, rəqabətqabiliyyətli kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına
nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin
reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin
dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal
potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi
üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən
maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və
təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin
inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara
çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin
formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd
yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir.
2
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritəsinin başlıca
istiqamətləri”nin təsdiqi və bundan irəli gələn
məsələlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 16 mart tarixli 1897
nömrəli Sərəncamı ilə iqtisadiyyatın mövcud
vəziyyətinin dərin təhlili əsasında Strateji Yol
Xəritəsinin hazırlanması üzrə müvafiq tapşırıqlar
verilmişdir. Buna uyğun olaraq, kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı sənayesi
sahələrində mövcud vəziyyət müvafiq dövlət
orqanlarının, tədqiqat mərkəzlərinin və müstəqil
ekspertlərin iştirakı ilə sistemli və əhatəli şəkildə
təhlil olunmaqla, silsilə müzakirələr keçirilmiş
və müvafiq qiymətləndirmələr aparılmış, bunun
əsasında “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və emalına
dair Strateji Yol Xəritəsi” (bundan sonra -
Strateji Yol Xəritəsi) hazırlanmışdır.
Bu Strateji Yol Xəritəsində ölkənin kənd
təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci
ilədək strateji baxış, 2025-ci ilədək olan dövr
üçün uzunmüddətli baxış və 2025-ci ildən
sonrakı dövr üçün hədəf baxış əks olunub
ki, bu da kənd təsərrüfatı sahəsində həm
orta, həm də uzunmüddətli dövr üzrə strateji
inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl
mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə
malik olmasını ifadə edir
Bu sektor üzrə uzunmüddətli perspektivə
nail olmaq məqsədilə ölkə üzrə turizm
sektorunda doqquz əsas strateji hədəf
müəyyənləşdirilmişdir.
•
Ərzaq
təhlükəsizliyinin
dayanıqlılığının təmin edilməsi üçün
institusional potensialın gücləndirilməsi
Ərzaq təhlükəsizliyinin dayanıqlılığı və əhalinin
ərzağa əlyetərliyi ilə bağlı məlumat və
monitorinq sisteminin qurulması ,əhalinin bütün
təbəqələrinin etibarlı ərzaq təminatına nail
olunması mexanizmlərinin formalaşdırılması
,dəyər zəncirinin bütün mərhələlərini əhatə
edən və risklərin təhlili yanaşmasına əsaslanan
qida təhlükəsizliyi sisteminin formalaşdırılması
•
Kənd
təsərrüfatı
məhsullarının
istehsal potensialının dəyər zənciri üzrə
artırılması
Həm daxili, həm də xarici bazarlarda
rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal
sənayesi məhsulları üzrə istehsal potensialının
gücləndirilməsi, idxalı əvəz etmək potensialı
olan kənd təsərrüfatı və emal sənayesi
məhsulları istehsalının artırılmasının təşviqi,
kənd təsərrüfatında fermer tərəfdaşlığının
formalaşdırılması və kooperasiyanın inkişafı,
kompleks
layihələrin
həyata
keçirilməsi
üçün
dövlət-özəl
tərəfdaşlığının
inkişafı,
aqrobiznesin inkişafına dəstək infrastrukturunun
formalaşdırılması
•
Maliyyəyə çıxışın asanlaşdırılması
Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə
mexanizmlərinin
təkmilləşdirilməsi,
aqrar
sığortanın inkişaf etdirilməsi, aqrar sahəyə
investisiya qoyuluşlarının təşviq edilməsi
•
Kənd təsərrüfatı sahəsi üzrə istehsal
vasitələri bazarının inkişafı və xidmətlərlə
təminatın yaxşılaşdırılması
Torpaq bazarının inkişaf etdirilməsi, İstehsalçıların
suvarma suyu ilə təminatının yaxşılaşdırılması,
kənd təsərrüfatı məhsulları istehsalçılarının
texnika, maşın və avadanlıqlarla təminatının
yaxşılaşdırılması və aqroservis xidmətləri
bazarının inkişaf etdirilməsi, toxum və ting
bazarının inkişaf etdirilməsi və yerli istehsal
potensialının gücləndirilməsi, gübrə və bitki
mühafizə vasitələri ilə təminatın yaxşılaşdırılması,
heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının
yaxşılaşdırılması və damazlıq işinin inkişaf
etdirilməsi,
kənd
təsərrüfatı
məhsulları
istehsalçılarının baytarlıq və fitosanitar xidmətləri
ilə təminatının yaxşılaşdırılması
•
Kənd təsərrüfatı sahəsində elm,
təhsil və informasiya-məsləhət xidmətləri
sisteminin inkişaf etdirilməsi
3