Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə113/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   109   110   111   112   113   114   115   116   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
206 
şirədən ibarətdir. Bir sıra ənənəvi şəkərli şirəli içkilə, o cümlədən – üzüm, alma, gilas, quşuzümü, çiyələk 
və digər şirə qarışıqları məlumdur. Bu içkilərin çeşidi kifayət qədər çoxdur. 
Üzüm şirəsi əsasında ―Andrieş‖, ―Vinoqradnıy‖, ―Krasnaya şapoçka‖, ―Pyos i kot‖ içkiləri istehsal 
olunur.  Bu  içkilərin  tərkibində  askorbin  turşusu  10-15  mq/100  ml  olur  və  içkilərin  profilaktiki 
xüsusiyyətini  artırır.  Alma  şirəsi  ―Armudlu‖,  ―Almalı‖,  ―Qızıl  ranet‖  içkilərinin  tərkibində  olur. 
―Vişnyovıy‖  və  ―Detskiy‖  içkilərində  gilas  şirəsi,  ―Klubnika‖  içkisində  -  çiyələk  şirəsi  olur.  İçkilərdə 
şirənin miqdarı orta hesabla 9,5 % təşkil edir. Sitrus şirələri ―Zolotistıy‖, ―Zolotistıy apelsin‖, ―Qranat‖ və 
s. alkoqolsuz içkilərin əsasını təşkil edir. 
Şirəli  alkoqolsuz  içkilər  istehsalında  yeni  istiqamət  tərəvəz  şirələrinin,  xüsusilə  çuğundurun 
istifadəsidir.  Çuğundur  şirəsi  əvvəlcədən  süd  turşusu  bakteriyaları  tərəfindən  qıcqırmaya  məruz  qalır. 
Nəticədə  içkidə  süd  turşusu  toplanır  və  şirədə  olan  bioloji  aktiv  maddələrlə  birgə  insan  orqanizmini 
müxtəlif infeksiyalardan qoruyur. İçkinin reseptinə çuğundur şirəsi ilə yanaşı alma və quş-üzümü şirəsi də 
daxil edilir. İçki radioprotektor və antikanserogen xüsusiyyətə malik olur.  
Alkoqolsuz içkilərin müasir çeşidində bir qayda olaraq şirələr, dərman bitkilərinin ekstraktları, süd 
zərdabı və arıçılıq məhsulları ilə birgə istifadə olunur.  
Dərman  bitkiləri  əsasında  hazırlanan  içkilər.  Funksional  içkilərin  yaradılmasında  perspektiv 
istiqamətlərdən biri geniş əczaçılıq istiqamətli maddələrə malik olan bitki xammalından alınan cövhər və 
ekstraktlardan istifadə edilməsidir. İçkilərin tərkibində olan bitki ekstraktları orqanizmin tonusunu,  əsəb 
sisteminin  adaptiv  imkanlarını  artırmaqla  orqanizmi  ətraf  mühitin  əlverişsiz  amillərinə  müqavimətini 
gücləndirir, həmçinin antioksidant xüsusiyyətlərə malik olur. 
Ənənəvi, şəkərli, texniki-dərman xammalından alınan cövhər və ekstraktlara malik olan içkilərdən 
―Tonuslaşdırıcı sayanlar‖, ―Tərxun‖, ―Sumax‖, ―Dəfnə yarpaqlı‖ və s. göstərmək olar.  
Təbii  fizioloji  aktiv  komponetlərlə  zənginləşdirilmiş  və  insan  orqanizmində  onların  müəyyən 
miqdar səviyyəsini yaradan içkilər, insan orqanizminə sağlamlaşdırıcı və profilaktik təsir göstərir. 
İçkilərin istifadəsi orqanizmi ağır metal ionlarından təmizləyir, ion şüalanmasının neqativ təsirini, 
qanda  xolesterinin  miqdarını,  toksinləri  azaldır,  orqanizmin  ətraf  mühitin  əlverişsiz  amillərinə  qarşı 
davamlılığını artırır. 
Qədim  zamanlardan  məlumdur  ki,  təzə  meyvələrin  şirələri  nəinki  xəstəlikləri  müalicə  edir,  hətta 
onların qarşısını da alır. 1939-cu ildə Amerikalı naturoloq Normann Uokerin ―Şirələrlə müalicə‖ kitabı 
nəşr  olunmuşdur.  Müəllif  qeyd  edirdi  ki,  şirələrdə  90  %  su  var.  Bu  su  əsl  dirilik  suyudur.  O,  insan 
orqanizmində vitaminlərin, mikro elementlərin, üzvi turşuların miqdarının artmasına səbəb olur. İstənilən 
şirə  mədə  şirəsinin  fəaliyyətini  tənzimləyir,  qanda  xolesterinin  miqdarını  normallaşdırır  və  toksinləri 
orqanizmdən  kənarlaşdırır.  Şirələrin  tərkibində  olan  fitonsidlər  antimikrob  xüsusiyyətinə  malik 
olduğundan,  mədədəki  zərərli  mikrobları  məhv  edə  bilir.  Təzə  hazırlanmış  şirələrdə  C  vitamini  və 
kalsiumun miqdarı çox olur. 
 Kombinələşmiş tərkibli içkilər. Kombinələşmiş tərkibli içkilərin əsasını minimum 2 material (şirə 
və əlavə edilmiş komponent) təşkil edir: şirələr və dərman bitkiləri; şirələr və süd zərdabı; şirələr və dənli 
bitkilərin ekstraktı. 
Şirələrin  və  dərman  bitkilərinin  ekstraktının  alkoqolsuz  içkilərin  tərkibində  birgə  tətbiqi,  onların 
funksional xüsusiyyətlərini gücləndirir.  
Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı Məhsullarının Saxlanması və Emalı İnstitutu tərəfindən 
―Smuqlyanka‖ və ―Oçi çornıye‖ içkilərinin alma şirəsi və yunan qozunun və yarpağının, süd-mum sütülü 
əsasında resepti işlənib hazırlanmışdır.  
İçki  maddələr  mübadiləsini  yaxşılaşdırır,  orqanizmin  immunitetini  yüksəldir,  asan  mənimsənilən 
yoda malik olur və bütün əhali qrupları üçün məsləhət görülür, həmçinin qalxanvari vəzi, ürək-damar və 
ateroskleroz xəstələri üçün də faydalı sayılır. 
Süd  əsaslı  alkoqolsuz  içkilər.  Süd  əsaslı  alkoqolsuz  içkilər  –  istehsalı  heç  də  yeni  istiqamət 
deyildir. Voronej Dövlət Texnologiya Akademiyasının mütəxəssisləri az kalorili, şor zərdabı, ultrafiltratlı 
və təbii şirinləşdirici – steviazidli alkoqolsuz içkilər təklif etmişlər. İçkilər yeni keyfiyyətdə orqanoleptik 
göstəricilərə, yüksək fizioloji dəyərə, aşağı kaloriyə malikdir. Bu içkilər geniş vitamin spektrinə (B
1
, B
2

B
6
, xolin) malik olurlar ki, bu da toksiki maddələrin zərərsizləşdirilməsində böyük rol oynayır. İçkilərin 
tərkibində  eyni  zamanda  makroelementlər  (kalsium,  fosfor,  maqnezium,  natrium  və  s.),  sərbəst  amin 
turşuları, yarımdoymamış yağ turşuları, flavonoidlər və digər birləşmələr olur. Bu içkilər insanın həzm, 
əsəb, ürək-damar sitemlərinə müsbət təsir edir, orqanizmin xəstəliklərə müqavimətini artırır.  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
207 
Mineral  su  əsaslı  alkoqolsuz  içkilər.  Təbii  mineral-süfrə  sularının  profilaktiki  xüsusiyyətləri, 
içkinin tərkibinə meyvə-giləmeyvə və texniki dərman xammalı əlavə edildikdə daha da artır.  
Kemerovo Qida Sənayesi Texnologiya İnstitutunun alimləri tərəfindən vitaminləşdirilmiş mineral 
su,  meyvə,  giləmeyvə,  dərman  bitki  xammalı  əsaslı alkoqolsuz  içkinin  texnologiyası  təklif  olunmuş  və 
resepti işlənmişdir.  
Arıçılıq  məhsulları  əsaslı  alkoqolsuz  içkilər.  Alkoqolsuz  içkilərin  profilaktiki  xüsusiyyətlərinin 
gücləndirilməsi  arıçılıq  məhsulları  hesabına  yaranır  (bal,  çiçək  tozu).  Bal  və  çiçək  tozcuğunun  covhəri 
şərbətə  bənzər  konsentratın  komponentləridir.  Konsentratın  tərkibinə  həmçinin  jenşenin  ekstraktı,  qax 
otu, dərman xəşəmgülü və yemişan meyvələri daxildir. 
Dərman xammalı müxtəlif əczaçılıq səmərəsinə malik olur. Bu onun tərkibində olan saponinlərin 
(jenşen,  yemişan,  qax  otu),  alkoloidlərin  (jenşen),  flavonoidlərin  (qax  otu),  qlükozidlərin  (jenşen, 
yemişan),  terpenoidlərin  (yemişan),  həmçinin  dabbaq  maddələrinin  (yemişan,  qax  otu),  efir  yağlarının 
(jenşen,  xəşəmgülü),  vitaminlərin  (jenşen,  xəşəmgülü,  qax  otu),  mineral  maddələrin  (jenşen),  üzvi 
turşuların (yemişan) olmasından irəli gəlir.  
 Bal və çiçək tozcuğu şərbəti mikroelenmtlər, vitaminlər və digər maddələrlə zənginləşdirilir.  
Dən  xammalı  əsaslı  alkoqolsuz  içkilər.  Dən  xammalı  əsasında  alkoqolsuz  içkilər  emalı  çox 
orijinaldır.  Orlov  Dövlət  Texniki  Universitetində  dənlilərdən  qarabaşaq,  yulaf  və  darının  emal  məh-
sullarının ekstraktının istifadə imkanları öyrənilmişdir. Dənli bitkilərin emal məhsullarının ekstraksiyasını 
2  mərhələdə-dən  kütləsini  fermentativ  hidrolizi  və  su-spirt  ekstraksiyası  etməklə  başa  çatdırırlar. 
Alkoqolsuz  içkilərin  reseptinə  dənlərin  ekstraktının  əlavə  edilməsi,  hazır  məhsulun  qida  və  bioloji 
dəyərinin yüksəlməsinə səbəb olur.  
Qıcqırmış tərəvəz şirələrinin və dən xammalı substratlarının istifadəsinin tədqiqi də təqdirəlayiqdir. 
Xüsusi işlənmiş  yulaf  substratının  və  cuğundur  şirəsinin  süd turşusu  bakteriyaları  ilə  qıcqırdılması içki 
əsası kimi istifadə edilə bilər. Məsələn, şəkər şərbəti və süd cövhəri ilə, həmçinin sərbəst istifadə üçün 
yulaf yüksək qidalılıq dəyərinə malikdir. Çünki onun tərkibində aşağıdakı maddələr optimal nisbətdədir: 
zülallar, yağlar bə karbohidratlar, həmçinin vitamin, riboflavin, piridoksin, nikotin və pantoten turşuları, 
biotin, E vitamini və beta-karotin. 
BAƏ-lə  zənginləşdirilmiş  içkilər  -  Məlumdur  ki,  qidalanmada  mikronutrientlərin  çatışmazlığı, 
insan orqanizminiə zərərli ekoloji şəraitin və yüksək radiasiya fonunun mənfi təsirini, onkoloji xəstəliklər 
riskini gücləndirir.  
Dünya təcrübəsi göstərir ki, BAƏ (bioloji aktiv əlavələr) məhsulların tərkibində istifadəsi, onların 
qida  dəyərinin  artırılmasında  və  qidalanmada  çatışmayan  mikronutrientlərin  sayının  azaldılmasında 
səmərəli istiqamətdir.  
Moskva  Dövlət  Qida  Sənayesi  Universitetində  müalicə-profilaktika  istiqamətində  yeni  qeyri-
ənənəvi BAƏ mikroyosun spirulin plantensisdən istifadə edərək alkoqolsuz içkilər hazırlanmışdır.  
BAƏ-in  tərkibində  əvəzolunmayan  amin  turşularının  tam  dəstinə  malik  olan  zülal,  vitaminlər 
kompleksi, fol turşusu, makro və mikroelementlər və digər maddələr olur.  
 
 
KƏND TƏSƏRRÜFATI MÜƏSSĠSƏSĠNĠN FƏALĠYYƏTĠNĠN ĠQTĠSADĠ- RĠYAZĠ  
MODELĠNĠN QURULMASI VƏ TƏHLĠLĠ 
 
İbrahimova  A.B. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Fərz edək ki, əkinçilik üçün ayrılmış torpaqda m sayda fərqli bitkilərdən hansısa birini seçib əkmək 
vəzifəsi qarşıya qoyulmuşdur. Bitkinin  məhsuldarlığına təsir edən amil kimi havanın rütubətliyini qəbul 
edək. i nömrəli bitkinin  1 kq  - nın qiymətinin b
i
 – yə bərabər olduğunu fərz edək. Baxılan region üçün 
havanın  rütubətliyinin  n  sayda  intervala  bölündüyünü  fərz  edək.  Belə  məlumatı  region  üçün  hava 
haqqında  əvvəlki  illərin  informasiyası  əsasında  toplamaq  olar.  Ən  rütubətli  keçən  il  üçün  havanın  
yağmurluğunu  100  %  -  ə  bərabər  hesab  edərək  belə  intervalları  qurmaq  mümkündür.    Məsələn,    n=10  
qəbul etsək, ( 0; 0,1], (0,1;0,2],…,(0,9;1]  yarımintervallarını qurmaq mümkündür. h
ij 
 parametrini daxil 
edək, hansı ki, i  nömrəli bitkinin j nömrəli  hava şəraitində məhsuldarlığını ifadıə edir. Bu halda b
i
h
ij
 – i 
nömrəli  bitkinin  j  nömrəli  hava  şəraitində  gətirdiyi  qazanc  kimi  şərh  oluna  bilər.  Məsələyə  bu  cür  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə