Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə157/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   153   154   155   156   157   158   159   160   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
292 
Проект состоит их четырех основных компонентов: 
1.  полная  модернизация  системы  рынка  труда,  в  том  числе  усовершенствование  трудового 
законодательства, усовершенствование системы охраны труда, работы служб занятости  
2. формирование политики системы социального обеспечения
3. модернизация пенсионной системы, 
4. управление проектом. 
В  рамках  проекта  предполагается  полное  институциональное  развитие  и  модернизация 
системы профессионального обучения, разработка профессиональных классификаторов на основе 
европейской практики. 
Предполагается  создание  при  министерстве  центров  профессионального  обучения.  Кроме 
этого,  главными  целями  проекта  является  развитие  пенсионной  системы  в  стране,  усиление 
органов  социальной  защиты,  улучшение  услуг  социальной  защиты  и  усовершенствование 
адресной социальной помощи, укрепление кадрового потенциала. 
Сегодня  уже  общепризнано,  что  реформы  в  пенсионно-страховой  системе Азербайджана и 
построенная новая модель являются образцом для стран переходного периода. 
Успешному  проведению  пенсионной  реформы  в  Азербайджане  способствовали  три 
ключевых фактора: высокий уровень приверженности правительства реформам, соответствующая 
и  своевременная  техническая  и  финансовая  поддержка  со  стороны  международного  сообщества 
(ПРООН и Всемирный банк) и надлежащее использование систем электронного управления. Эти 
факторы позволили Азербайджану избежать проблем в сфере управления, стоящих перед многими 
странами  региона,  и  отыскать  новейшие  технологические  решения  нелегких  задач  по 
реформированию  социальной  политики.  Приобретенный  в  процессе  этой  работы  опыт  также 
подчеркивает  всю  важность  инвестиций  в  повышение  уровня  базовой  информационно-
коммуникационной  компетентности  населения,  а  также  проведение  структурных  реформ 
банковской системы и сектора телекоммуникаций. 
 
 
TORPAĞIN  AĞIR  METALLARLA  ÇĠRKLƏNMƏSĠNĠN 
EKOLOJĠ   ASPEKTLƏRĠ 
 
Mahmudova  Ş.Q. 
Azərbaycan  Dövlət  İqtisad  Universiteti 
 
Torpaq  ətraf  mühitin  mürəkkəb  komponentlərindən  biri  olub,  Yer  üzərində  həyatın  təmin 
olunmasında  başlıca  funksiya  daşıyır.  Lakin  bununla  belə,  torpaq  həmişə  müxtəlif  dərəcədə  insanın 
təsərrüfat fəaliyyəti təsirinə məruz qalır. Antropogen amillər nəticəsində torpağa daxil olan çirkləndirici 
maddələr  biosferin  canlı  komponentlərinə  təsir  edərək  maddələr  mübadiləsi  və  enerji  axımı  prosesini 
pozur.  Çirkləndirici  maddələr  arasında  bioloji  obyektlərin  təsirinə  və  çirklənmə  miqyasına  görə  ağır 
metallar  xüsusi  yer  tutur.  Ətraf  mühitə  daxil  olan  ağır  metalların  təqribə  90  %-i  torpaqda  toplanır. 
Bununla  belə,  torpaqların  ağır  metallarla  çirklənməsi  hazırda  ən  çox  toksikoloji-təhlükəli  hallardan  biri 
hesab olunur. Ağır metallar torpağa təbii və texnogen yollarla daxil olur. Təbii  mənbələrə-eroziya, dağ 
süxularının aşınması və vulkanların fəaliyyəti, texnogen mənbəyə-yanacağın yanması, faydalı qazıntıların 
istismarı,  gübrələrin  tətbiqi  və  s.  aiddir.  Torpaqda  ağır  metalların  yayılması  torpaq  məhlulunun 
tərkibindən, su rejimindən, torpağın udma tutumundan, üzvi maddələrin miqdarından, torpağın mexaniki 
tərkibindən vəs. asılıdır. Təhlükəliliyinə görə onlar 2 sinfə ayrılır : 
I sinif : Xüsusi toksiki-qurğuşun(Pb), civə (Hg), kadmium (Cd), arsen(As), sink, (Zn), nikel (Ni), 
mis (Cu).   
II sinif : Zəif toksiki- selen (Se), manqan (Mg), molibden (Mo) və s. 
Təbiətdə  ağır  metaların  əksəriyyəti,  yalnız  çox  az  konsentrasiyada  bitkilər  və  bakteriyalar  üçün 
əhəmiyyətlidir. Dəmir, mis, sink, selen, molibden, manqan və bəzi digər elementlər yalnız izafi dozalarda 
orqanizm üçün təhlükəlidir. Qurğuşun, civə, kadmium, arsen istənilən konsentrasiyada canlı orqanizmlər 
üçün zərərli təsirə malikdir.  
Güclü toksiki metallardan biri olan qurğuşun ətraf mühitə metallurgiya, poliqrafiya müəssisələrinin, 
qurğuşun  tərkibli  məhsullar  istehsal  edən  müəssisələrin  tullantıları  ilə  daxil  olur.  Torpağın  qurğuşunla 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
293 
yüksək səviyyədə çirklənməsi xüsusilə qurğuşun əridilməsi və qurğuşun tərkibli akkumlyatorlar istehsal 
edən  müəssisələr  yerləşən  şəhərlərdə  müşahidə  olunur.  Orqanizmə  daxil  olan  qurğuşun  orqanizmə 
keçərək  eritrositlər  tərəfindən  adsorbsiya  olunur  və  sümüklərdə  toplanır.  Qurğuşunun  yüksək 
konsentrasiyası ürək-damar, əsəb xəstəliklərinin yaranmasına gətirib çıxarır. 
Toksiki  xüsusiyyətli  metallardan  biri  də  civədir.  O,  ətraf  mühitdə  geniş  yayılmışdır.  Civə  ətraf 
mühitə  civə  tərkibli  filizlərin  çıxarılması  və  əridilməsi,  xlor,  kaustik  soda,  vinil  xlorid,  civə  tərkibli 
preparatların  istehsalı,  daş  kömür  və  mazutun  yandırılması  zamanı  daxil  olur.  Orqanizmə  daxil  olan 
civənin  hamısı  praktiki  olaraq  sürətlə  ionlaşır.  İçməli  su  və  qida  məhsulları  ilə  orqanizmə  daxil  olan 
civənin  üzvi  birləşmələri  daha  təhlükəli  hesab  olunur.  Qeyri-üzvi  birləşmələrə  nisbətən  civənin  üzvi 
birləşmələri orqanizmdə uzun müdət dəyişməz qalır. 
Güclü  toksiki  maddələrdən  olan  kadmium  da  canlılar  üçün  təhlükəlidir.  Onun  istənilən  miqdarda 
konsentrasiyası orqanizmə ciddi təsir göstərir.  
Arsen də orqanizm üçün təhlükəli metallardan hesab olunur. Arsen birləşmələrinin toksikliyi onun 
orqanizmdən  ayrılması  sürəti,  orqan  və  toxumalarda  toplanma  dərəcəsindən  asılıdır.  Arsenin  üstünlük 
təşkil  etdiyi  torpaqlara  metallurgiya  zavodları  və  Arsen  tərkibli  pestisidlər  istehsal  edən  müəssisələrin 
ətrafında rast gəlinir.  
Ağır metalların təsiri ilə torpaqda bioloji fəallıq azalır, torpaq mikroorqanizmləri məhv olur. İlkin 
olaraq qida zəncirini keçən ağır metallar digər canlılara birbaşa təsir göstərir. 
Azərbaycanda  Sumqayıt  və  Abşeron  ətrafı  ərazilərdə  sənayenin  bir  çox  sahələrinin  inkişafı  ilə 
əlaqədar  torpaqlar  ağır  metallarla  çirklənməyə  məruz  qalmışdır.  Sənaye  müəssisələrinin  ətrafında  ağır 
metalların  toplanmasını  yoxlamaq  üçün  hər  il  yay  fəslində  torpaq  nümunələri  götürülərək  analiz  edilir, 
qurğuşunun, kobaltın, kadmiumun və misin miqdarı müəyyən olunur. Ağır metallarla çirklənmiş torpağı 
qismən yaxşılaşdırmaq üçün aşağıdakı tədbirlər görülür: 
1.
 
Mexaniki-  Torpağın  üst,  ən  çirklənmiş  qatı  kənar  edilərək  10  sm  qalınlığında  təmiz  münbit 
qat tökülür. 
2.
 
Kimyəvi-  Çirkləndirici  maddələr  mütəhərrik  formadan  qeyri-mütəhərrik  formaya  çevrilir. 
Torpağı  əhənglədikdə,  turşuluğu  aradan  qaldırmaqla  ağır  metalların  mütəhərrikliyi  aşağı 
düşür və toksiki təsir göstərirlər. 
3.
 
Aqrokimyəvi-  üzvi  gübrələr-yəni,  yaşıl  gübrə,  peyin  tətbiq  etdikdə  kadmium,  nikel  və 
kobaltın mütəhərrikliyini azaldır. 
Ümumiyyətlə  ağır  metalların  biosferə  və  insan  orqanizminə  təsirini  öyrənmək  vacibdir.  Torpağa 
daxil olan ağır metallar onu tərkibinə və xüsusiyyətlərinə təsir göstərir. 
 
QARA  VƏ  ƏLVAN  METALLURGĠYA  SAHƏSĠNĠN   EKOLOJĠ 
PROBLEMLƏRĠ  VƏ  ONUN  HƏLLĠNĠN  ƏSAS  ĠSTĠQAMƏTLƏRĠ 
 
Əhmədova A.Z. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Elmi-texniki inqilab nəticəsində insanın təbiətlə qarşılıqlı əlaqəsi fövqəladə şəkildə kəskinləşmişdir. 
Belə ki, bəşəriyyətin  artmaqda olan tələbatını ödəmək üçün əsasını mürəkkəb texnoloji proseslər təşkil 
edən istehsal sahələri yaradılır ki, nəticədə də müxtəlif növ məhsullar istehsal edilərkən ətraf mühitə külli 
miqdarda istehsal tullantıları atılır. Problemin kəskinləşməsinə səbəb olan  əsas amillərdən biri də  insanın 
təbiətdə  məqsədyönlü  fəaliyyətidir.  Vəziyyəti  mürəkkəbləşdirən  səbəblərdən  biri  də  ondan  ibarətdir  ki, 
insanın  təbiətə  təsiri  nəticəsində  təbiət    öz-özünə  bərpa  olunma  xassələrini  dəyişmişdir.  Göstərilən  bu 
vəziyyət ekologiya elminin sürətlə inkişafını tələb edir.                                                                              
Ekologiya elminin müxtəlif  bölmələri arasında ―İnsanın tətbiqi ekologiyası― da yaranmışdır ki, bu 
da öz növbəsində təbiət sistemlərinə insanın müxtəlif növ irimiqyaslı istehsalat  və təsərrüfat fəaliyyətinin 
təsirini öyrənir. Dövlətin təbiəti mühafizə fəaliyyəti ondan ibarətdir ki, o ölkə əhalisi üçün münasib şərait 
yaradır  və  təbiət  sistemlərinin  saxlanmasına  köməklik  göstərir.  Bu  istiqamətdə fəaliyyət  dövlətin sosial 
siyasətinin  və  iqtisadi  strategiyasının  ayrılmaz  hissəsi  olmaqla,  konstitutsiya  ilə  idarə  edilir.  Ölkəmizdə 
təbii mühit və təbii ehtiyatların səmərəli istifadəsi və rasional istifadə məsələləri dövlət əhəmiyyətli işdir 
və  Respublika Konstitutsiyasında öz əksini tapır.                                                                                                                       


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə