49
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ BИRИNCИ hяftя
H
amiləliyin beşinci ayı demək olar ki, geridə qalıb. Doğuşa cəmi
dörd ay vaxt var, sən isə artıq özünü bu əlamətdar hadisəyə hazır
hiss edirsən. İyirmi birinci həftədə təxminən 4 kq çəki artımı müşahidə
edə bilərsən, gələcək həftələrdə bu daha sürətlə baş verəcək. İndi isə
sən hamiləliyin çiçəklənmə dövrünü yaşayırsan: dik və dolğun sinə,
səliqəli və hələ ki, balaca qarın. Saçların və dərin də kifayət qədər canlı
görünür. Yeganə narahatlıq yaradan məqam piqment ləkələridir, an-
caq heç də hamilələrin hamısı bu problemlə rastlaşmır.
Bu müddətdə bel ağrıları arta bilər, ancaq bir yerdə çox oturma-
san, tez-tez rahat pozaya keçsən, bu problem də səni incitməyəcək.
Orqanizmini dinləməyə çalış və özünə istirahət ver. Yuxu saatlarını
dəqiqliklə izləməyə çalış, telefondan və digər elektron cihazlardan
uzaq, tam qaranlıq və yaxşı havalandırılmış otaqda 8-10 saatlıq yuxun-
dan həzz almağa çalış.
Döl uşaqlığın içərisində istədiyi kimi yerini dəyişir. Bu, o deməkdir ki,
gün ərzində səhər körpə istəsə başıaşağı sallana bilər, nahar vaxtı kön-
dələn yata, axşam vaxtı isə başını uşaqlığın dibinə söykəyər. Bu zaman
sənin keçirdiyin hisslər Onu qətiyyən narahat etmir. Adətən döl hamiləli-
yin ikinci rübünün sonunda bu vəziyyətlərdən birini seçir və dayanır. An-
caq bəzi körpələr bu “gəzintiləri” – sərbəst yerdəyişməni sonrakı vaxt-
50
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
larda da davam etdirirlər. Bu həftə körpənin ölçüləri təxminən doğuş
ölçülərinin yarısına çatır. Çəkisi isə yeni doğulmuş körpəylə müqayisədə
dəfələrlə azdır, indi o təxminən qreyfrut böyüklüyündə, 360 qr-dır.
İndi sənin analıq hisslərin kifayət qədər möhkəmdir, körpəni hər
dəqiqə hiss edə bilirsən. Artıq uşağın tərbiyəsi ilə məşğul olmağa baş-
lamalısan: Onunla söhbət etməyin əsl vaxtıdır. Səbrlə, sevgi dolu, isti
sözcüklər seçmək və Onunla bir fərd kimi davranmaq yerinə düşər. Bu
məqamda kitab və musiqini də unutmamalısan. Onun da ruhi qidaya
ehtiyacı ola bilər.
Bu günlərdə iştaha nəzarət etmək getdikcə çətinləşir. İndi daha
diqqətli olmalısan, çünki bircə dilim alma piroqu və ya bir stəkan qazlı
su kökəlmə prosesini ikiqat sürətləndirə bilər.
Əgər özünə xüsusi və gündəlik rejim yarada bilsən doğuşa qədər
əla formada qala bilərsən. Bunun üçün planlı – qrafiklə yeməkdə fay-
da var. Yaxşı, doyumlu səhər yeməyi + ikinci və yüngül səhər yeməyi +
çox böyük olmayan porsiyalarla nahar + faydalı günarası + yüngül şam
yeməyi. Bu şərti yemək qrafikini bir vərəqə yaz və soyuducunun üs-
tünə yapışdır, əməl etməyə çalış.
51
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ ИKИNCИ hяftя
Y
əqin ki, özünü əvvəlki kimi yaxşı hiss edirsən. Bəlkə də uzun müd-
dət ayaq üstə durmaq əvvəlki kimi rahat deyil, ancaq sən artıq
özünə qulluq etməyi, özünə və körpənin orqanizminə həssaslıqla ya-
naşmağı yaxşı bilirsən.
Bu günlərdə vaxtı boşa xərcləmə, hamiləliyin ikinci rübündə rahat-
lıqla görə biləcəyin işləri üçüncü rübdə çətin ki, davam etdirə biləsən.
Ona görə də bolluca piyada gəz, muzeylərə, sərgilərə baş çək, təbiətlə
ünsiyyəti qırma. Çünki gələcək həftələrdə qarnın böyüyəcək, belin və
ayaqların işi çətinləşəcək.
Bir çox qadınlar bu günlərdə yerişlərində, bədənlərindəki dəyişik-
liyi görür, sərbəst hərəkətdə çətinlik çəkirlər. Bu yeniliklərlə barışma-
yan qadınlar yeni “komplekslər” qazanırlar. Bu anda ailənin, həyat yol-
daşının dəstəyi çox önəmlidir. Hər şeyi onların üstünə atmaq, çiyninə
yükləmək də olmaz, axı sən güclüsən, əziz dost, bu yenilikləri anla-
mağa və qəbul etməyə hazır olmalısan. Özünü yeni paltarlarla sevin-
dir, yeni saç düzümlərini sınaqdan keçir, güzgüdəki gələcək və gözəl
anaya tez-tez gülümsə.
Döl inkişaf etməkdə və özünü ana bətnindən kənar həyata hazırla-
maqda davam edir. Bu həftə körpə gün ərzində 200-ə qədər müxtəlif
hərəkətlər edir, əlbəttə sən bunların hamısını eşitmirsən. Ancaq indi sən
52
DR. SƏBİNƏ MİRZƏYEVA İLƏ
asanlıqla onun yatdığını, yoxsa hərəkətdə olduğunu ayırd edə bilirsən.
İyirminci həftə körpə toxunmaqla dərk etməyə çalışır; üzünü sı-
ğallayır, əlləriylə nəsə tutmağa çalışır, ya da analıq divarını “taqqılda-
dır”. İndi onun çəkisi təxminən 420 qram, uzunluğu isə 27,5 sm-dir.
Hamiləlik zamanı cinsi həyat problemləri ərlə arvad arasında çox
müzakirə olunmur. Bu dövrdə cütlüklərin seks haqda düzgün təsəv-
vürü olmur. Ümumiyyətlə, hamiləliyin birinci rübündə yüksək toksikoz
ucbatından qadınlarda seksual istək aşağı olur. Kişilərdə isə istək əv-
vəlki səviyyədə qalır. Buna görə də hamiləliyin dördüncü həftəsində
on dördüncü həftəsinə qədər cinsi yaxınlıq alternativ formalarda da-
vam edə bilər (bu haqda daha ətraflı OLAR-OLMAZLAR bölməsində).
53
ADDIM-ADDIM HAMİLƏLİK
ИYИRMИ ЦЧЦNCЦ hяftя
S
ənin üçün bu həftə kifayət qədər sakit və rahat keçməlidir. Erkən
toksikoz çox uzaqlarda qalıb, sən körpənin varlığını hiss edir və bu
ünsiyyətdən zövq alırsan. İndi Onun tərpənişlərini saymaq üçün tezdir,
amma onun “salamlamaları” kifayət qədər hissolunandır. Üstəlik qarnın
da hələ gündəlik həyat ritmini ləngidəcək ölçüdə deyil.
Bu həftənin narahatlıqlarından danışanda mədədə hiss olunan
yüngül yanma hissi, yorğunluq, baş ağrıları, aşağı ətraf damarlarından
varikozu qeyd etmək lazımdır. Bütün bu narahatlıqları həkiminlə mü-
zakirə etməyin vacibdir. Özünü müalicə yolverilməzdir, hamiləlik za-
manı bu barədə düşünmək belə olmaz.
İyirimi üçüncü həftədə qarnın böyüklüyü təxminən 75-80 santi-
metrə yaxınlaşır. Qəbul zamanı ginekoloq sənin qarnını əli ilə yoxlayır.
Bu, qarnın mövqeyini və yerləşməsini müəyyən etmək üçündür. Dö-
lün qarın nahiyyəsində yerləşməsini müəyyənləşdirmək üsullarından
biridir. Bundan əlavə, uşaqlığın aşağı hissəsinin hündürlüyünü lentlə
ölçür. Bu santimetrlik göstəricilər dölün inkişaf tempi haqda məlumat
almağa imkan verir. Göstəricilərin “çox böyük” və ya “çox kiçik” olma-
sı səni narahat etməməlidir, çünki bu ölçülər individualdır, hamilənin
boyu və çəkisi də burada mühim rol oynayır. Normadan kənar və ya
qəbul olunmayan hallar barədə sənə həkimin mütləq məlumat verə-
cək. Bu yoxlamalar zamanı sən də aktiv olmağa, səni narahat edən,
Dostları ilə paylaş: |