Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
48
adamlarla görüşsən, pis olmaz. “Yaxşı, ge dərəm,” – de dim. 
Amma əməl etmədim (Ustadımın ruhu məni ba ğış lasın). 
Bir  neçə  aydan  sonra  isə  müdafiə  etdiyim  disser ta si yaya 
görə  diplomu  aldım. Afad  müəllim  diplomla  bağlı  Mos -
kva ya getmədiyimi, heç kimlə əlaqə yaratmadığımı bi ləndə 
çox sevindi. Həmin anları sözlə ifadə etmək  çə tindir...
Afad  müəllim  rektor  olduğu  illərdə APİ-yə  yüksə-
kixtisaslı  mütəxəssislərin  dəvət  olunma sı na,  onların  mü-
ha zirələrinin – ustad dərslərinin təşkilinə xüsusi fikir verir-
di. Yax şı yadımdadır, 1988-ci ilin apreli idi. Afad müəllim 
SSRİ EA-nın müxbir üzvü, Sovet Tür ko logiya Komitəsinin 
sədri, “So vet Türkologiyası” jur na  lının baş redaktoru E.Te-
nişevi ins ti tuta dəvət etmişdi ki, türkologiyanın problem-
ləri və həlli yolları barədə müha zirələr söyləsin. E.Tenişev 
APİ-nin  Filologiya  fakültəsinin  kafedraları,  o  cümlədən 
Azərbaycan dilçiliyi kafed ra sı və onun nəzdində fəaliyyət 
göstərən “Onomastika Mər kə zi” ilə tanış olduqdan sonra 
professor-müəllim  heyəti  qarşı sın da  dolğun  və  olduqca 
ma raqlı bir mühazirə söylədi. O, öz mü ha zirəsində “Türk 
dilçiliyinin əsasları” kitabı və “Türk dillə ri nin etimoloji lü-
ğəti”nin çapa hazır vəziyyətdə oldu ğu nu söylə mək lə ya-
naşı, Azərbaycan dilçiliyinin uğurları və poblem lə rin dən 
də bəhs etdi. Burada bir  məqamı da qeyd  edək ki,  E.Te-
ni  şev  Afad  müəllimin  türkoloji  dil çilik dəki  fəaliyyətini 
və  daha  çox  da  onun  yaratdığı  “Ono mas tika  Mərkəzi”-
ni  xüsusi  olaraq  də yər ləndirdi.  Həmin  gün  APİ  bayram 
 əhvali-ruhiyyəsində  idi:  ha mı  sevinir,  bir-birini  təbrik 
edirdi. Həmin gün türkolo gi yanın, daha dəqiqi, türk dil-
çiliyinin bayramı idi. Bu da səbəbsiz de yildi: birincisi, ona 
görə ki, Sovet imperiyası dövründə belə tədbirlərin keçi-
rilməsinə  nadir  hallarda  razılıq  verilirdi;  ikincisi,  hə min 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
49
mühazirələri dünya şöhrətli alim, türkologiyada söz sa hibi 
olan  E.Tenişev  söyləyirdi;  üçüncüsü,  bu  görüşün  təşəb-
büsçüsü və təşkilatçısı məhz Afad müəllim idi. Həm də o 
Afad müəllim ki, türkoloji dilçiliyi E.Tenişev kimi alimlərlə 
birlikdə inkişaf etdirir, onlarla bir sırada dururdu. Etiraf 
edək ki, bu cür görüş və ustad dərsləri Azərbaycan dilçi-
liyinin inkişafına təkan verir, onu zənginləşdirirdi. Bu da, 
heç şübhəsiz ki, həm də elm təş kilatçısı kimi şöhrətlən miş 
Afad  Qurbanovun  gərgin  əməyi  ilə  reallaşırdı.  Haşiyə
Afad müəllim bu tədbirdən sonra mənə dedi ki, Əzizxan, 
E.Tenişevlə  görüşü  və  onun  ustad  dərslərini  mət bu atda 
işıq landırmaq lazımdır. Mən Afad müəllimin bu tək lifini 
məm nuniyyətlə qəbul edərək “Azərbaycan müəllimi” qə-
ze tində (27 aprel 1988-ci il) “Görkəmli türkoloqun müha-
zi rələri” adlı mə qalə dərc etdirdim. Afad müəllim bu mə-
qa ləyə  görə  mənə  tə şəkkürünü  bildirdi.  Eyni  zamanda 
töv siyə  etdi  ki,  mətbuatda  bu  cür  yazılarla  tez-  tez  çıxış 
edim.  Düzünü  deyim  ki,  həmin  illərdə  Afad  müəllimin 
aspi rant larının heç də hamısı mətbuat səhifələrində hansı-
sa bir məqalə ilə çıxış etməkdə o qədər də maraqlı deyildi. 
Bə ziləri  isə  mətbuat  səhifələrində,  ümu miy yət lə,  görün-
mək istəmirdilər. Bəlkə də, elə bunun nəticəsi idi ki, Afad 
mü əl lim aspirantlarının mətbuatda çıxış etməsinə xü susilə 
fi kir verirdi. Bu mənada ustadımın məni həm də pub lisis -
tikaya yönəltməsini və bu sahə ilə bağlı proqram səciyyə-
li tövsiyələr verməsini məmnunluqla qəbul etdim. Bu da 
son rakı  dövrlərdə  onlarca  pub lisistik  yazı  yazmağıma, 
mət buatda az-çox söz de məyimə səbəb oldu. Demək, bu 
sahədə də yolgöstərənim o böyük şəx siyyyət – müəllim lər 
müəllimi Afad Qurba nov olub. Yeri gəl miş kən, usta dı mın 
sağlığında əsərləri barədə 20-dən artıq mə qa lə çap etdir-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
50
mişəm.  Afad  müəllim  haqqında  yazdığım  hər  han sı  bir 
məqalə işıq üzü gördükdən sonra o, məni təbrik edər və öz 
dəyərli məsləhətlərini verərdi... Onun elmi yaradıcılı ğı na 
həsr  etdiyim  sonuncu  məqaləni  isə  “Görkəmli  türkoloq” 
başlığı ilə çap etdirmək istəyirdim. Çünki bu ad məqalə-
nin ümumi ru huna çox yaxın idi. Bu barədə Afad müəl-
limə  məlumat  verdim.  O  isə,  nədənsə,  məqalənin  adı  ilə 
razı laş  madı və tövsiyə etdi  ki,  həmin yazı  “Şöhrətli xalq 
dil çisi” adı ilə çap olunsa, daha yax şı olar. Mən ustadımın 
sö zünü yerə salmayaraq həmin mə qaləni məhz “Şöhrətli 
xalq dilçisi” adı ilə “Respublika” qə ze tin də dərc etdirdim 
(21 fevral 2009-cu il). 
Afad müəllimin adı hər bir azərbaycanlının, hər bir 
türkün  ocağında  hörmətlə  çəkilirdi,  insanlığı  və  qay-
ğıkeşliyi  hamını  heyrətləndirirdi  (Afad  müəlim  elə  bir 
şəxsiyyət olub ki, adı indi də dillərdən düşmür. Ona görə 
də onun haq qın da keçmiş zamanda danışmaq xey li çə-
tinlik yaradır). Çünki o, əsl müəllim idi, nüfuzlu alim idi, 
bacarıqlı elm təşkilatçısı idi, öz xalqının maariflən mə si, in-
tellektual  səviyyəsinin  yük səl dilməsi  uğrunda  yorul maq 
bilmədən çalışırdı. Açığını deyək ki, Afad müəllim Azər-
bay canda elmin və təhsilin inkişafı ilə bağlı planlaş dırdığı 
işlərin, demək olar ki, hər birini uğurla başa çat dı rırdı. Ona 
görə də xalqımız onu sevir, şəxsiyyətinə hörmət edir di...
Burada onu da vurğulayım ki, ailəmizdə Afad müəl-
limin alimliyi, müəllimliyi, alicənablığı, qayğıkeşliyi və s. 
mənəvi  key fiyyətləri  barədə  çox  danışmışdım.  Ona  görə 
də  babam,  atam,  anam,  bacı  və  qardaşlarım  –  bir  sözlə, 
ailə mizin bütün üzv ləri Afad müəllimi qiyabi olaraq yax-
şı tanıyır, onun adını hörmət və məhəbbətlə çəkirdilər (O, 
bu gün də ailəmizin qəl bin də yaşayır). Yaxşı yadımdadır, 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə