Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
207
AZƏRBAYCAN DİLİNİN
ONOMALOGİYASI
Azərbaycan dilçiliyində xalqın tarixi, dili, mədə niy yə ti və 
psixologiyasını  yaşadan  onomastik  vahidlərin  hər  tərəfli  təd-
qiqinə son dövrlərdə xüsusi diqqət yetirilir. Be lə ki, Azərbay-
can onomastikasının ayrı-ayrı sahələrinə mə  qa lə, mo  noqrafıya, 
namizədlik və doktorluq dissertasiyaları həsr edil miş, eyni za-
manda V.İ.Lenin adına APİ-də iki dəfə el mi-nə zəri konfrans 
keçirilmişdir. Lakin onomastikanın ümumi-nəzəri məsələləri, 
onomastik vahidlərin sistemli şə kildə tədqiqi, an tro ponimlərin 
formalaşma dövrlərinin mü əyyənləşdirilməsi, bədii əsər lərdə 
onomastik  vahidlərin  üs lubi  xüsusiyyətləri  və  s.  məsələlərə 
az diqqət yetiril miş dir. Bu baxımdan Azərbaycan SSR EA-nın 
müxbir üzvü, professor A.M.Qurbanovun “Ma arif” nəşriyya-
tı tərəfindən bu yaxınlarda nəşr olunan “Azər baycan dilinin 
onomalo gi yası” (1988) kitabı xüsusi əhəmiyyətə malikdir.
Kitab  giriş,  2  hissə  və  16  fəsildən  ibarətdir.  “Ono-
malo gi yanın ümumi-nəzəri məsələləri” adlanan I hissədə 
ono mastika anlayışı, onomastik leksikanın dilin lüğət tər-
kibində mövqeyi və sistemi, onomalogiya və onun yarım-
şöbələri, onomalo gi ya nın növləri geniş şəkildə şərh edil-
mişdir. Burada onomalo gi yanın dilçilik şöbələri ilə yanaşı, 
ədəbiyyatşünaslıq, tarix, et noq rafiya, sosiologiya, coğra fı-
ya, astronomiya, epiqrafıka, este ti ka ilə əlaqəsi nəzəri cə-
hət dən əsaslandırılmış, həmin elm sahə lə rinin onomastik 
va hidlərin tədqiqində, onun daha dərindən araşdırıl ma sın-
da rolu və əhəmiyyəti konkret faktlarla izah  olunmuşdur.
Prof. A.M.Qurbanov onomastik mənbə, onların növ lə -
ri (qə dim abidələr, yazılı ədəbiyyat, şifahi ədəbiyyat, elmi 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
208
ədə biy yat, qədim və müasir lüğətlər, qədim və müasir xə-
ri tələr, dialekt və şivələr, qohum dillər, arxiv materialları 
və s.) və prin sipləri ilə yanaşı, onomastik materialın top-
lan  masının  for ma  və  üsulları,  onomastik  lüğətlərin  tərti-
bi  və  əhəmiyyəti  məsə lə lərinə  xüsusi  diqqət  yetirir,  eyni 
za manda həmin mənbə və materialların onomastika elmi 
üçün zəruri, həm də bir açar rolu oynadığını işıqlandırır.
Kitabın  2-ci  hissəsi  “Azərbaycan  onomalogiyası  mə- 
sələləri”  adlanır.  Burada  Azərbaycan  onomastik  vahid lə-
rinin tür kologiyada, həmçinin Azərbaycan dilçiliyində təd-
qiqi tarixi sistemli şəkildə araşdırılır, hər bir əsər təhlil süz-
gəcindən keçirilir, onun mənfı və müsbət cəhətləri gös tərilir.
Əsərdə diqqəti cəlb edən xüsusiyyətlərdən biri də kom  -
ponentlərin  miqdarına  görə  onomastik  leksikanın  tər ki   bi 
məsələsinin tədqiqidir. Belə ki, birkomponentli (Asəf, Babək – 
antroponim, Gəncə, Quşçu – toponim, bayat, oğuz – et   nonim), 
ikikom ponentli  (Əzizağa,  Qızyetər  –  antro po  nim,  Balatəklə, 
Başgöynük – toponim) və çoxkomponentli (Xır mançaynarbinə, 
Xalatalabinə – toponim) onomastik va hid lər ayrılıqda tədqiqa-
ta cəlb edilmiş və çoxkom po nentliyin daha çox yer adları, idarə 
və təşkilat adlarında mü şahidə edildiyi əsaslandırılmışdır.
Onomastik  leksikanın  dil  mənsubiyyətinə  görə  təd-
qiqi ilə daha çox məşğul olan müəllif belə qənaətə gəlir ki, 
Azərbaycan antroponimlərinin 70, etnonim və hidro nim-
lərinin isə 100 faizi milli dil vahidləri əsasında for ma laş-
mışdır.  Bununla  bərabər,  A.Qurbanov  Azərbaycan  ono-
mas tik  vahidləri  sistemindəkı  mon  qol,  ərəb,  fars,  gürcü, 
er məni və rus dillərinə məxsus ono mas  tik vahidlərin möv-
qe yi və işlənmə tarixini də sistemli şəkildə araşdırıb.
Kitabda  adi,  qeyri-adi  və  bədii  antroponimlər,  şəxs 
adı, ata adı, familiya, ləqəb, təxəllüs və titulların leksik-se-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
209
mantik xüsusiyyətləri, yaranma yolları zəngin faktlarla gös-
tərilmiş, həm çinin Azərbaycan onomastikasında ilk də fə ola-
raq antro po nimlərin inkişaf dövrləri müəyyənləş diril mişdir. 
Müəllif antro ponimlərin formalaşmasını 4 əsas dövrə bölür:
1.  Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əs rin so­
nuna qədər);
2.  XIII–XVIII əsrlərdə Azərbaycan antroponimləri;
3.  XIX əsrdə Azərbaycan antroponimləri;
4.  XX əsrdə Azərbaycan antroponimləri.
Hər bir dövrün xarakterik xüsusiyyətləri, eyni za man da 
ictimai-siyasi şəraitin antroponimlərin işləklik mövqe yinə tə-
siri məsələləri dövrlər üzrə təhlil edilir. Kitabın “Antroponim-
lər” bölməsində müxtəlif fonetik variantlarda erməni (Beqlar, 
Gumuş, Temur, Aydamir, Elçibek) və gür cü (Nodar, Temuri, 
Mirza, Nariman) dillərində işlənən Azər baycan antroponim-
ləri də linqvistik təd qiqata cəlb edil mişdir.
A.Qurbanov  onomastikanın  əsas  sahələrindən  olan 
et no nim,  toponim,  hidronim,  zoonim,  kosmonim  və  kte-
ma  tonim lərin yaranma yolları və leksik-semantik xüsusiy-
yət lərini tədqiq etmiş, “uyğur”, “muğ”, “quşçu”, “təklə” 
et  nonimlərinin,  Bi çə nək,  Salyan,  Güzdək  toponimlərinin, 
Al  bançay, Qanlı göl, İncəçay hidronimlərinin etimo lo gi ya-
sı barədə yeni fikirlər söy lə mişdir. Məsələn, müəllif ta rixi 
faktlarla  əsaslandırır  ki,  Şah buz  rayonu  ərazisində  olan 
“Bi çə nək”  toponimi  “peçenek”  etnonimi  ilə,  “Qanlı  göl” 
hidroni mi isə qədim türk tayfası olan “kanqlı” ilə bağ lıdır.
Prof. A.M.Qurbanovun “Azərbaycan dilinin onomalo- 
gi yası” kitabı Azərbaycan onomastikasının sürətli inkişafı 
üçün ən dəyərli mənbə rolunu oynayacaqdır.
1988


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə