Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
33
qınızda söz deyənlərin, yazı yazanların hamısı Sizi yüksək 
səviyyədə dəyərləndirir. Belə yazıların sayı isə kifayət qə-
dərdir və onların hər birindən fikri təsdiq üçün nümunə 
gətirmək imkanımız yoxdur. Amma bir nümunəni eynilə 
təqdim etməmək olmur. Çünki orada Sizin nüfuzlu alim 
və  əsl  müəllim  obrazınız  poetik  bir  dillə  canlan dı rı lıb: 
“Onun  ömür  zirvələri  təbiətdəki  dağ  zirvələrindən  daha 
çox, daha uca, daha ibrətamizdir. Bu zirvələrdən biri qarlı-
sa zaqlı olanda o birisi güllü-çiçəkli, bahar nəfəsli olur, bi-
rinin  bir  yanı  ömürlük  uçurum  olanda  o  birinin  dövrəsi 
əbədi me şəlik olur, çiçəkləri sayrışır, çeşmələri zümzümə 
edir. Alim-müəllim ömrünün zirvələri, eniş-yoxuşları isə 
əvəz edil məz bir aləm, fəlsəfi həyat yolu, yalnız uzaqdan 
baxan da bütün sehri, mö cü zə si görünən, qəlbimizi, ruhu-
muzu tər pədən xatirələr və xə zi nələr səltənətidir... A.Qur-
banovun  ömründəki  bilik  cisimləri  bö yük  bilik  nəhrinin 
suları  ilə  qovuşmuş  və  onun  bu  bilikləri  işığa  çevirmək 
üçün  bütün  qabiliyyətini  nəcib  ideallara  sərf  etmişdir”... 
(Məhərrəm Hüseynov. Professor Afad Qurbanovun fəaliy-
yətində  dil  tarixi  məsələləri.  Dilçi  Afad  Qurbanov.  Bakı, 
2005, səh.66-68). 
Afad müəllimlə ilk tanışlığım 1977-ci ilin 1 sen tyab -
rı na  təsadüf  edir.  Həmin  vaxt  o,  APİ-nin  (ADPU-nun) 
Filolo gi ya  fakültəsinin  dekanı,  mən  isə  I  kurs  tələbəsi 
idim. Afad müəl lim bizim auditoriyaya qrup nümayəndə-
si seçməyə gəlmişdi. Tələ bə lə rin ümumi vəziyyəti ilə ta-
nış  ol duqdan  sonra  qrupa  müraciətlə  dedi:  “Kommunist 
parti ya sının üzvləri ayağa dursun!” Mən və bir neçə tələ-
bə yol daşım ayağa qalxdıq. Auditoriya susur, Afad müəl-
lim isə iti baxışları ilə ayağa durmuş tələbələrin hər birini 
nə zər dən keçirirdi. Birdən sükut pozuldu. Afad müəllim 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
34
dispet çe rə işarə edərək hökmlü bir səslə “Bu tələbənin adı-
nı yaz!” dedi. Və beləliklə, mən 127-ci qrupun nümayən-
də si təyin edil dim. Açığını deyim kı, ilk olaraq onun mü-
əl  limliyi və alim liyi yox, görkəmi, boy-buxunu barədə dü -
şün məli oldum, enli kü rəkli, ucaboylu, pəhləvan cüs sə li... 
bu kişinin – Afad müəl li min obrazını canlandırmağa çalış-
dım. Qəribə də olsa, bu dü şün cənin assosiativliyi da ha çox 
İsmayıl Şıxlının yaratdığı şah ob razın – Cahandar ağa nın 
nitqini, konkret desək, oğlu Əşrəfdə görmək is tə dik  lə rini 
yada  salırdı:  “O,  öz  övladını  qollu-budaqlı  iri  pa lıd  ağa-
cı kimi möhkəm görmək istəyirdi. O istəyirdi ki, oğ lunun 
əlləri cod, baldırları möhkəm, kürəyi enli, sinəsi və qolları 
tunc kimi olsun. Duranda palıd kimi əzəmətli, yı xılanda 
da  palıd  kimi  nəriltili  olsun”.  Bəli,  mübaliğəsiz  de yirik 
ki, bu cəhətlərin hər biri Afad müəllimdə var idi: qədim 
Oğuz kişi lə rini xatırladırdı; yerişi də, duruşu da əzəmət-
li idi; əynindəki qa ra kostyum ona çox yaraşırdı, həm də 
sanki “dəmir don”, “zi reh” geyinmiş qədim türk əsgərini 
xatırladırdı; cəngavər gör kə mi ilə hamını heyran edirdi... 
Yeri gəlmişkən, Afad müəllimin ata sı Məhəmməd Qur ba-
nov hərbçi olub, Əlağa Şıxlinski, Sə məd bəy Meh man  da-
rov kimi generallarla birgə fəaliyyət gös tə rib. Hətta gene-
ral  Mehmandarov  Məhəmməd  kişiyə  qını  qızıl dan  olan 
qılınc da bağışlayıb:”General Səməd bəy Mehman da rovun 
ba ğışladığı qılınc evimizdə divardan asılı idi. O dövrün Er-
mənistan Dövlət Təhlükəsizlik Komitəsinin iş çiləri evimiz-
də axtarış apararkən onu gözümüz önündə par ça-parça et-
dilər, qı zıl dan hazırlanmış qılınc qabını isə özləri ilə apar-
dılar” (Afad Qur banov). Ustad, bilirəm ki, bu üzüntülü ha-
disə hələ də ruhu nu  zu dinc buraxmır... Am ma rahat uyuya 
bilərsiniz! Çünki igid oğulları mız, ərən lə rimiz “Qara polad 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
35
uz qılıcum qının toğrar” (“Kita bi-Dədə Qorqud”), “Qoyun 
bədöylər  kişnəsin//Misri  qı lınclar  iş lə sin”  ...  (“Koroğlu”) 
tip li misraları bir hərbi marş ki mi oxu ya-  oxuya işğalçı Er-
mənistana sarsıdıcı zərbələr en dirə cək dir.
O böyük insanın – Afad müəllimin haqqında xeyli 
ya  zılar yazılıb, kifayət qədər söz deyilib, bir sıra səciy-
yəvi cə hətləri müxtəlif bucaqlardan işıqlandırılıb. Bu ra-
da həmin yazılardan yalnız bir sitata diqqət yetirsək, ki-
fayət edər: “Onun (Afad Qurbanovun – Ə.T.) sərv boyu, 
yaraşıqlı  camalı,  şirin  da nışığı,  nizamlı,  səliqə-sahmanlı 
ge yim tərzi, şahanə duruşu, ağa yana yerişi nə unudular, 
nə  yad dan  çıxar.  Dostluqda  boran  olar,  qar  olar  inadını 
yaşa yar, özübütöv, sözübütöv, sədaqətli, sə mimi. İstiqanlı, 
və tən canlı. Gülərüz, tələbkar, ciddi, inadlı, əqi   dəli. Sonsuz 
cə fa keş,  zəhmətsevər,  əməlindən  usanmaz,  işin dən  zövq 
alan. Ensiklopedik biliyi, geniş erudisiyası, güclü mən tiq 
və dərin müşahidə qabiliyyətinə malik alim, ziyalı” (aka-
demik  Teymur  Bünyadov).  Mən  isə  onun  xarakteri,  psi-
xologiyası ba rə də bəzi detalları xatırlatmağı özümə mənə-
vi borc bilirəm: sözübütöv, gözütox insan idi; alicənablığı 
və qayğıkeşliyinə söz ola bilməzdi; qaraqabaq və zəhmli 
görünsə də, sadə və mü la yim idi; yalanı qəbul etməz, ya-
lançını  bağışlamazdı;  haqqı  nahaqqa  qurban  verməzdi; 
tənbəlliyi qəbul etməz, tənbəli tən beh edər, cəld və çevik 
adamlarla dostluq edərdi; dostuna dar gündə dayaq dur-
mayanlar onun üçün heç kim idi, özü isə əsl dost idi; boş, 
mə nasız vədlər verməz, verdiyi sözün ağası olar dı; boş bo-
ğaz, lovğa adamlar gözünün düşməni idi; qazan dı ğı çox-
saylı uğurları ilə öyünməz, təvazökarlıq nümayiş etdirər-
di; səbirli və təmkinli idi, nadir hallarda əsəbiləşərdi; daha 
çox  emosional  yox,  rasional  idi;  sözü  məntiqli  və  kəsərli 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə