Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə41/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

 
156 
REJİSSOR – AЬA MUSA ROLUNUN 
İFAЧISI HAQDA 
 
Aktyor  Mirzə  Ağabəyli bu filmə çəkilərkən kino və teatr 
aləmindən  tamamilə  uzaqda  idi.  Mərhum  Şahmar  Ələkbərov 
onu Ağa Musa Nağıyev rolunda görübmüş kimi, öhdəsindən 
gələcəyinə çox inamlı idi. 
Ssenaridə dəyişiklik etsəm də, amma o vaxtı səhnədən ta-
mamilə  uzaq  olan  aktyor  Mirzənin  rolun  öhdəsindən  gələ-
cəyinə mən də inamlı idim. 
Amma... 
...Çəkilişlərə hərdən gecikən, hərdən gəlməyini təxirə sa-
lan  Mirzə  Ağabəyli  -  Əzizbəyov  rayon  İcra  Hakimiyyətinin 
nümayəndəsi  idi.  Gecikdiyinin  səbəbini  zarafatla  belə  izah 
edirdi  ki,  mən  işdə  olmayanda  lazım  oldu-olmadı  su  və  qaz  
borularından  hara  gəldi  istifadə  edirlər.  Belə  getsə,  Bakıda 
boru qalmayacaq. 
Amma bütün bunlara baxmayaraq, film alındı. İcra Haki-
miyyətinin  nümayəndəsi  olsa  da,  sözün  əsl  mənasında  iste-
dadlı  aktyor  Mirzə  Ağabəyli  –  Ağa  Musa  zirvəsini  fəth  edə 
bildi. 
Sözün əsl mənasında – Alındı! 
Ağa  Musa  oğurlanarkən  yanına  göndərilən  “əcnəbi”  qa-
dınla  “sevgi macərası”nın alınması da Mirzənin istedadını bir 
daha təsdiqlədi. 
Rövşən Almuradlı onun haqqında ağız dolusu danışarkən, 
bunları da əlavə etdi: – çəkiliş prosesində Mirzə Ağabəylinin 
genetik daşıyıcı, ekssentrik bir insan olduğunun şahidi oldum. 


 
157 
Mirzə    ümumiyyətlə  oynadığı  rollarını  özü  səsləndirir.  Onun 
əsl Bakı ləhcəsilə danışıq tərzi filmdə özünə məxsus ab-hava 
yarada bildi. Hərdən ara sözlərini işlətməsilə filmə bir şirinlik 
gətirməsinə,  tamaşaçının  əhval-ruhiyyəsinin  yaxşılaşmasına 
səbəb olduğuna inanıram. 
 
P.S.  Ağa Musa sevgisi ilə yaşayan bu insanlarla isti mü-
nasibətim bir sistem halı alıb. Onların hər birinin Ağa Musa 
haqqında həyata keçirdikləri işlər məni çox sevindirir. 
Tarixə verilən qiymət sonsuz olur. Ağa Musanı yaşatmaq 
özü bir qəhrəmanlıqdır. 


 
158 
NЯNЯSİNİN İNCİNAR BALASI 
 
(Aktyor  Mirzə Ağabəylinin ekran arxası həyatı) 
 
M
irzə  söhbət  əsnasında  vurğulayırdı  ki,  atam  tez-tez  mənə 
deyərdi:  
-  Oğul  təki  sən  yaxşı  oxu,  barmağını  hansı  ali  məktəbə 
uzatsan, orada oxuyacaqsan. 
Anamın və bir də öz arzum  hüquqşünas olmaq idi. Nənəm 
isə  bütün  yaşlı  qadınlar  kimi  məni  öz  sözü  ilə  desəm,  incinar 
(mühəndis)  görmək  arzusunda  idi.  Məni  elə  hey  şirin-şirin  - 
“mənim incinar balam”- deyib, əzizləyərdi. 
Amma  bütün  bunların  əksinə  ürəyimin  dərinliyində  tama-
milə  başqa  bir  arzu  boy  atmaqda  idi.  Bunu  duyan  babam  isə: 
“Vallah bu uşaq oyunbaz olacaq” - deyirdi. 
Düz deyiblər ki, niyyətin hara, mənzilin ora. 
Qismət  elə  gətirdi  ki,  Mirzənin  arzusu    onu  aktyorluq 
səmtinə  yönəldi. O, 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan 
Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” ixtisasına 
yiyələnir.  İlk  təcrübəsini  “Tədris”  teatrında  keçir.  Sonradan 
“Azərbaycanfilm”  kinostudiyasının  nəzdində  olan  “Bəri  bax” 
kinostudiyasında işləyir.  
Nənənin incinar balası beləcə  dönüb, aktyor olur.  
Lakin  sənət  aləmindəki  intriqalar  sənətkarın  sənətdən 
uzaqlaşmasına  səbəb  olur.  Aktyor  Mirzə  ailəsini  dolandırmaq 
cəhdi  ilə sevdiyi  sənətindən  ayrılmalı  olur. Özünün dediyi  kimi 
tamamilə  başqa  işlə  məşğul  olsa  da,  düşüncələrində  teatrla 
məşğul olur, ruhən özünü səhnədə görürdü. Bu müddət nə az, nə 
də çox, düz 16 il (1992-2008) davam edir. Doğru  deyiblər: Bir 
igidin ömrü!  
Bəlkə teatr və kino sevərlər nə düşünməyib, nə də heyfslən-
məyiblər ki, haradadır bu gözəl insan, istedadlı aktyor?   


 
159 
Mən  də  məhz  “Yük”  filmində  Ağa  Musa  rolunda  Mirzəni 
görəndə irəlidə yazdıqlarımı yaşadım və xəcalət çəkdim. Hamı-
nın yerinə. Gərək bir-birimizin qədrini sağlığımızda bilək. 
Belə bir istedadlı aktyora Akademik Dövlət Dram Teatrında 
16 il “Yer yoxdur” – deyəndə, əlbəttə ki, qulaq dolar da... Özü-
nün  dediyi  kimi:  elə  aktyor  var  ki,  istedaddan  uzaqdır.  Əsas 
məqsəd  sözləri  əzbərləmək  deyil,  gərək  istedad  sənin  qanında 
olsun. 
ADDT-na  dəvət  aldığına  və  səhnəni  yenidən  bölüşə  bildi-
yinə  görə  Mirzə  hər  zaman  teatrın  keçmiş  direktoru  Maqbet 
Bunyadova  minnətdarlığını  bildirir.  Böyük  fasilədən  sonra 
teatrda ilk rolu “Şeyda” əsərində Məcid Əfəndi oldu.      
Mirzə Ağabəyli istər teatrda, istərsə də kinoda özünəməxsus 
rol seçməyə çalışıb. Mirzənin ekran həyatı gördüyü rollarını özü 
səsləndirir.   
O,  Bakının  Buzovna  kəndində  anadan  olub  və  obrazlarında 
da qisməti bakılıları oynamaq olub.  
Müəllimi  Xalq  artisti,  professor,  İncəsənət  İnstitutunun  ilk  
və istedadlı müəllimlərindən olan Mehdi Məmmədov olub.  Elə 
burada Mirzənin bəxti gətirib. M.Məmmədov hər zaman deyirdi: 
”Rejissor çalışmalıdır ki, rola təzə aktyor seçsin.  Bişmiş aktyor 
ilə işləmək çətinlik törədir”. 
Mirzənin  aktyorluq  fəaliyyətində  televiziya  səhnəciklərində 
kiçik  rollar  oynamaq  düşmüşdü  qismətinə.  Hamısında  da  özü 
dediyi kimi “Qədeş” rolları.   
O  zaman  televiziya  tamaşalarından:  “Aşığın  arzuları”  -nda 
Mərdan, S.Vurğunun “Vaqif” əsərində - Təlxək və Kürd Musa – 
rollarında  çıxış  edib.  Peşəkar  aktrisa,  professor  Şəfiqə  xanım 
Məmmədova  tamaşaya  baxıb,  ona  belə  qiymət  verib:  “Mirzə, 
tamaşa bir tərəfədir, sənin təlxəyin bir tərəfə”.  
Belə  bir  qiymətin  əks  –  sədası,  bu  gün  də  aktyorun  qulaq-
larından getmir.  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə