Ağa Musa Nağıyev haqqında əlavə məlumatlar



Yüklə 257,86 Kb.
Pdf görüntüsü
səhifə48/59
tarix24.12.2017
ölçüsü257,86 Kb.
#17837
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

 
185 
Keşməkeşli  həyatını  nəql  etdiyi  yazıçıya  dostlarından  biri 
qələmini  sınamağı  məsləhət  görür.  Bunu  dərk  edən  Ümmül  ilk 
əvvəl  keçdiyi  həyat  yolunu  qələmə  alır.  Bu  onun  Bakı  xatirə-
lərini qələmə aldığı həmin “Qafqaz günləri” romanı idi.  
1946-cı  ildə  Ümmül  Banu  “Paris  günləri”  –  adlı  ikinci  
romanını  yazır. Sonradan “Qallimar” nəşriyyatına təqdim etdiyi 
başqa bir romanını da bitirir. 
Adı  çətinlik  yaratdığına  görə  Banin  təxəllüslü    yazıçı  kimi 
tanınır və şöhrətlənir. 
Yaradıcılıq  istedadına  görə  Banin  Parisin  ədəbiyyat  sahə-
sində emiqrant təbəqələrindən olan qatlarda mühüm yer tuturdu.  
Baninin qeydlərində belə bir məqama rast gəlmək olur: 
-  “İftixar  hissi  ilə  qanadlanıb  uçurdum.  Küçələri  qaça-qaça 
kitablarımın satışa qoyulan bütün mağazaları bir-bir gəzməkdən 
yorulmurdum.  
Buna baxmayaraq özümü yazıçı hesab etmirəm. Mən sadəcə 
olaraq hadisələri şərh edirəm”. 
Banunun  tərcüməçilik  fəaliyyəti  də  çox  əhatəli  və  maraq-
lıdır.  
O,  rus  yazıçısı  Dostoyevskinin  “Özgə  arvadı”  və  “Tatyana 
Tolstoyun  xatirələri”  əsərlərini,  alman  yazıçısı  Ernest  Yunkerin 
“Sülh”  romanını,  ingilis  yazıçısı  Qreqori  Martonun  “Dostum 
Bilizzar” və V.T.Vantın “Sen Polun həqiqət dedikləri” əsərlərini  
fransız dilinə tərcümə etmişdir.   
O, islam aləmində böyüsə də, dindar deyildi.  Paris isə onu 
ateist etdi. Bir vaxtlar Paris üçün burnunun ucunun göynədiyini 
deyən Banin, bu ecazkar şəhərdə olarkən özünü yelkənsiz gəmi-
yə bənzədirdi.  
Ondan  müsahibə  alanlara  anasız  böyüdüyünü  və  övladının 
olmadığından  təəssüfləndiyini  bildirirdi.  Əldə  etdiyi  müvəffə-
qiyyətlərə  baxmayaraq  o,  taleyindən  şikayətlənirdi.  Şəraitin,  tə-
sadüflərin,  taleyin  onu  oyuncağa  çevirdiyini  vurğulayırdı.  Bax-
mayaraq  ki,  ömrü  boyu  inam-əqidə  üğrunda  çarpışıb,  xeyir-
xahlıq etmişdi.    


 
186 
Azad  yaşamış,  maraqlı  həyat  keçirmiş,  uzun  ömür  sürmüş 
Banin həyatı tənha tərk etmişdi. 
Qeydlərindən  məlum  olur  ki,  vətənini  dərin  məhəbbətlə 
sevsə də, nədənsə həmyerliləri ilə görüşməkdən boyun qaçırırdı. 
Qohumları  ilə  əlaqə  yaratmaq  arzusunda  olmayıb.  Atasından 
incik düşən Banin hətta ömrünün sonunadək onun məktublarını 
da oxumur. 
Ayağından aldığı zədə onu oturaq  həyat keçirməyə məcbur 
etsə  də,  Banin  qiraət  etməkdən  usanmır,  gənc  müəlliflərin 
əlyazmaları ilə tanış olurdu. Ömrünün 75 ilini qürbətdə keçirsə 
də, yazıb-yaratmaq,  yaradıcılıq həvəsi ilə  yaşayan azərbaycanlı, 
yazıçı Ümmül Banu  bir neçə dildə yazırdı.  
Fransız  ədəbiyyatının  axarına  düşdüyünə  baxmayaraq  hər 
zaman  verdiyi  müsahibələrində  Azərbaycanın  sadiq  qızı  oldu-
ğunu vurğulayırdı. 
Baninin “Azərbaycan evi” Paris Assosiasiyasının Fəxri üzvü 
olması bunun təsdiqidir. 
1992-ci  ildə  dünyaya  əbədi  göz  yumarkən,  Banin  cəsədinin 
“yandırılmasını”  vəsiyyət  edir.  Vəsiyyətnaməsindən  bəlli  olur 
ki, bunun səbəbi ömrünün sonunadək öz-özünü idarə etmək iqti-
darında  olsa  da,  həyat  kredosu  azadlıq  olub!  Bununla  Banin, 
azadlığı hər şeydən üstün tutduğunu sübuta  yetirib.  
Katolik  dininə  riayət  etdiyindən,  zəngin  kitabxanasını  Pari-
sin  ən  məşhur  Katolik  kilsəsinə  verməsini  də  vəsiyyətində  xü-
susi qeyd  edib.  
 
P.S. Bu azərbaycanlı qızının, vəsaitləri milyonlarla hesab-
lanan  iki  nəhəng  neftxudanın  nəvəsinin  maraqlı,  lakin  şox  ağır 
həyat  tərzini  oxuduqca,  ürəyim  qan  ağlayır.  Onun  yerində  özü-
mü bir an da olsa təsəvvür edə bilmirəm. Həyatını mühacirətdə 
keçirən niskil Ümmül Banu böyük ürək sahibi olub.  
Arzu edərdim ki, xalqımızın tarixində özünəməxsus izi olan, 
gözəl əməlləri, işləri saya-hesaba gəlməyən Ağa Musa Nağıyevə 


 
187 
vaxtilə edilən haqsızlıqların cavabı olaraq onun tikdirdiyi bina-
ların birinə xatirə lövhəsi vurulsun, adı bir küçəyə verilsin. 
 
BU YOLDA UDDUQLARIM 
 
T
əşkil etdiyim, eləcə də dəvət olunduğum tədbirlərin hər bi-
rində  Ağa  Musa  Nağıyev  haqqında  ətrafdakıları  məlumatlan-
dırdıqca,  indiyədək  bilmədiklərini  faktlara  və  arxiv  sənədlərinə 
əsaslanaraq nəzərə çatdırdıqca, suallar çoxalır. Bununla bərabər 
sağ ol dediklərini də eşidirəm. 
Beynəlxalq Sülh Federasiyasının Azərbaycandakı nümayən-
dəsi Yaponiyalı Mister Toru Nişivaki ilə tanışlığım zamanı Ağa 
Musa Nağıyev ilə bağlı bir əhvalat danışdı:   
-  Bakıda  gəzərkən  yolum  İçərişəhərdən  düşür.  İçərişəhəri 
gəzib, yoruldum. Hava çox isti idi. Susuzluq hiss etdim.  Həyət-
lərin  birində  qadının  paltar  yuduğunu  görüb,  içməyə  bir  stəkan  
su istədim.  
Stəkana həyətdəki  krandan  su  doldurub mənə  uzadanda  so-
ruşdum: “Qaynadımamış suyu necə içmək olar?”  
Tərcüməçi qadından xahiş etdi ki, mənə qaynadılmış su ver-
sin. 
O gülümsəyərək cavab verdi: “Bu Şollar suyudur, onu qay-
natmağa ehtiyac yoxdur”. 
Stəkanı yuxarı qaldırıb suyun nə qədər şəffaf olduğunu gör-
düm. Dadı da çox xoşuma gəldi. Suyun haradan gəldiyini soru-
şanda  bu  qadın  çox  qürurla  dedi  ki,  Bakıya  suyu  çox-çox  illər 
bundan  əvvəl  milyonçu  Ağa  Musa  Nağıyev  çəkdirib.  Bakıda 
belə  xeyriyyəçilər  onlarla  olsa  da,  onlardan  ən  varlısı  Nağıyev 
olub, deyə o, bunu xüsusi vurğuladı.   
Bu məsələ məni çox düşündürdü. Çox maraqlandım və mil-
yonçu Ağa Musa Nağıyevin kim olduğunu, bu səxavətli insanın  


Yüklə 257,86 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə