Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


ç) Oxu və yazı bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan və



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə18/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   14   15   16   17   18   19   20   21   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

ç) Oxu və yazı bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan və 
bu baxımdan da uşaqlar səs və hərfin çap şəklini eyni vaxtda 
öyrəndiklərindən vaxt itirilmədən həmin hərfln əlyazması şəkli 
də sinfə təqdim edilir.
Bundan sonra həmin hərfın həm ayrılıqda, 


Ağarəhim Əsərlər 
23 
həm də söz içərisində mənimsədilməsi üzrə işlər aparılır. 
d) Oxu və yazı təlimi məktəbin qarşısında duran həm tərbi-
yəvi, həm də təhsil vəzifələrinin müvəffəqiyyətlə həlli istiqamə-
tində quruiur.
Hər bir dərsdə şagirdlərin idrak fəallığı, nitqinin in-
kişafı ön plana çəkilir, tədris materialının şüurlu mənimsənilməsi 
işi təmin olunur. 
L.M.Şvarts, S.L.Redozubov, Danilov, M.M.Omorokova, Qo-
retski, A.S.Abdullayev, Y.Ş.Kərimov və başqalarının tədqiqatların-
da səs təhlil-tərkib üsulu ilə yeni səs və hərfin öyrənilməsi sxemi 
belədir: 
— Nitqdən cümləni ayırmaq; Cümləni sözlərə ayırıb, tərkibində 
yeni öyrədiləcək səs olan sözü tapmaq; Həmin sözü hecalara ayır-
maq, tərkibində yeni öyrədiləcək səs olan sözü tapmaq; Həmin sö-
zü hecalara ayırmaq; 
— Yeni səsi müəyyənləşdirmək və onu ayrılıqda mənimsətmək; 
— Yeni səsin çap hərfi ilə şagirdləri tanış etmək; 
— Kəsmə əlifba ilə sözü tərtib etmək; 
— Düzəldilmiş sözü hecalarla oxumaq
— ―Əlifba‖ dərsliyindən yeni heca və sözü oxumaq
— ―Əlifba‖ dərsliyindən cümlələri və kiçik mətnləri oxumaq. 
Yeni öyrədiləcək hərfin əl yazısını belə bir planla mənimsətmək 
mümkündür: 
— Hərfin əl yazısı şəkli ilə tanışlıq; 
— Hərfin elementlərini yazmaq
— Hərfi yazmaq; 
— İçərisində öyrədiləcək hərf olan söz və cümlə yazmaq. 
Səs təhlil-tərkib üsulunu daha aydın təsəvvür etmək üçün bir 
neçə dərsin bəzi epizodlarına diqqət yetirək. 
Tutaq ki, müəllim ―Q‖ səsi və hərfinin öyrədilməsi mövzusunu 
tədris edir. Bu zaman uşaqların diqqətini dərslikdəki Q hərfı ilə bir-
likdə verilmiş ―qaşıq‖ şəklinə yönəldir və onun adını soruşur. Şa-
girdlərin hamısı ―Qaşıq‖ deyə cavab verirlər. Onlar dərslikdən 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə