Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə97/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   93   94   95   96   97   98   99   100   ...   113

 
 
 
 
Avqustun 26-da səhər başlanan hücum saat ll:40-da 364 №-li təpənin tutulması ilə nəticələndi. 311 №-li 
təpə top atəşinə tutulmadığından burada düşmənin mövqeləri dağıdılmamış, bu isə hücum edən türk-Azərbaycan 
qüvvələrini güclü müqavimətlə üzləşdirmişdi. Həmin təpə və Palçıq vulkanı uğrunda döyüşü 39-cu briqadanın 
komandanı      polkovnik      Favielin      raportuna      əsaslanaraq      təsvir      edən      Denstervil      tərəflərin      necə     
şəraitdə 
vuruşduqlarını    göstərir.    Döyüş    Palçıq    vulkanı    istiqamətində    4    düzxətli    zəncir    şəklində    hücum    edən   
türk- 
azərbaycan    döyüşçülərinin    hərəkəti    ilə    başladı.    Onları    sol    cinahda    süvarilər    dəstəkləyirdi.    Palçıq   
vulkanında  kapitan  Sparrounun  rəhbərlik  etdiyi  Şimali  Stafford  alayının  "D"  bölüyü  mövqe  tutmuşdu. 
Pulemyot  və  tüfəng  atəşi  ilə  müdafiə  olunsalar  da,  5-ci  həmlədən  sonra  ingilislərin  1-ci  postunun  səngərləri 
tutuldu.  Saat  12.30-da  türk   hissələri    pulemyotdan   2-ci    və    3-cü    postları    atəşə    tutmağa    başladılar,   saat   
13:30-da    bu    postlar    tutuldu,  ingilislər  böyük  itki  verdilər  (ölü  və  yaralılarla  80  nəfər).  Bakıdan  yük 
avtomobilləri  ilə  göndərilmiş  130  nəfər  (Şimali    Stafford    alayından    60    nəfər,    Varvik    taborundan    70   
nəfər)    vəziyyəti    düzəldə    bilmədi.    Saat    15:30-da  Uoçester    alayının    1    bölüyü    də    çatdı,    lakin    о    da   
vəziyyəti    düzəldə    bilmədi.    311    №-li    təpədə    erməni    taboru  möhkəmlənmiş,    türk-Azərbaycan    hissəsi   
hücuma   keçən   kimi   bu   tabor   şəhərə   qaçmışdı.   Saat   12:15-də   təpəyə  gələn   Şimali   Stafford   alayının   
bir    bölüyü    türklərdən   tez   təpədə    möhkəmləndi   və   hücum    edən   250   nəfər   türk  əsgərini    atəşə  tutdu. 
Türk hissələrinin toplarla dəstəklən-məməsi bu təpəni ələ keçirməyə imkan vermədi.
586
 
364 №-li təpədən geri çəkilən ingilislər Binəqədi kəndinin şimalından Biləcəri stansiyasına qədər düz xətt 
üzrə    mövqe    tutdular.    Palçıq    vulkanının    şərqindəki    neft    buruqları    Varvik    taborunun    bir    bölüyü   
tərəfindən  qorunurdu,  Şimali  Stafford  alayının  bir  bölüyü  isə  Biləcəri  stansiyası  yaxınlığında  postda 
dayanmışdı.  Ehtiyat  qüvvə      kimi      stansiyada      iki      erməni      taboru      dayanmışdı.      Lakin      Denstervil     
ermənilərin      qorxaqlığını      və  intizamsızlığını  vurğulayaraq  onlara  о  qədər  də  bel  bağlamadığını  yazırdı.
587   
Döyüşdə türk hissələrindən 3 zabit, 
23    əsgər    həlak    oldu,    3    zabit    və    70    əsgər    isə    yaralandı.    Düşmən    tərəfdən    150    cəsəd    qalmış,    3   
sentrokaspi,   2 ingilis   zabiti   və   51  ingilis   əsgəri   əsir   alınmış,   14   pulemyot,   100   ədəd   top   mərmisi,   70   
sandıq  tüfəng  patronu qənimət kimi QİO döyüşçüləri tərəfindən götürülmüşdü.
588
 
Avqustun    26-da    ingilis-Sentrokaspi    qoşunlarının    komandanlığı    QİO    mövqelərinə 
güclü    hücum 
planlaşdırdı. 
Plana      əsasən      müdafiə  mövqelərində dayanan  qoşunlardan  başqa 
aşağıdakı  qüvvələr 
hücumda iştirak etməli idi: 1 piyada alayı (8 bölük tərkibində), 7 piyada 
tabor   (14   bölük  şəklində),  37   piyada  bölüyü,   1   süvari  bölüyü,   3   
zirehli 
avtomobil.      Həmçinin      döyüşdə      hidroaviasiya      divizionu      və     
Kuban aviadivizionu    fəal    iştirak    etməli,    "Göytəpə"    hərbi    gəmisi   
qoşunların  hərəkətini  öz  atəşi  ilə  dəstəkləməli  idi.  Artilleriya  dəstəyi 
kifayət  qədər  güclü  idi:  2  qaubitsa,  28  səhra  topu  və  2  dağ  topu.  Plana 
əsasən  Fatmayı,  Göradil      və      Pirşağı      kəndləri      ələ      keçirilməli,     
qoşunlar      mövqelərdə  möhkəmlənəndən    sonra    hücumu    davam   
etdirərək    Novxanı    kəndini    də  tutmalı    idilər.    Lakin    hərbi    şəraitin   
dəyişməsi,   QİO   qoşunlarının   fəallığı 
ingilis və Sentrokaspi komandanlığına əkshücum təşkil etmək üçün qoşunları toplamağa imkan vermədi.
589
 
Avqustun 27-də ingilis-Sentrokaspi qoşunları 364 №-li təpəyə hücum etmiş, Maştağa dəstəsinin və 13-cü 
alayın mövqelərini atəşə tutmuş, təyyarələrlə 10-cu alayın  mövqelərinə bomba atmış, hərbi gəmilər Abşeronun 
şimalında görsənmişdilər. 
Bakı ətrafında qızğın döyüşlər baş verdiyi bir dövrdə Bakı ilə bağlı məsələlər ondan çox-çox uzaqlarda 
müzakirə edilirdi. Avqustun 27-də Almaniya ilə Sovet Rusiyası arasında saziş imzalandı, onun 6-cı fəslinin 14- 
cü      maddəsinə      əsasən      hər      iki      tərəf      Azərbaycanla      bağlı      öhdəliklər      götürürdülər:      Almaniya     
Gürcüstan sərhədlərindən   kənarda   baş   verən   hərbi   əməliyyatlarda   heç   bir   üçüncü   dövlətə   hərbi   yardım   
göstərməyəcək; Almaniya Qafqazda üçüncü dövlətin hərbi qüvvələrinin Kür çayının mənsəbindən Petropavlovsk 
kəndinə qədər, Şamaxı     qəzasının     sərhədləri     boyunca,     Bakı     qəzasının     şimal     sərhədlərindən     dənizə     
qədər     olan     əraziləri keçməyəcək. Rusiya Bakı ətrafında neftin hasilatını artırmağı, hər ay istehsal edilən neftin 
1/4 hissəsini,    əlavə olaraq razılaşdırılacaq rəqəmdən az olmayaraq, Almaniyaya verməyi boynuna götürürdü.
590   
Müqavilədə üçüncü tərəf kimi göstərilən Osmanlı dövləti idi. Sazişin mahiyyəti Azərbaycan nümayəndə heyətinə 
məlum olan kimi, sentyabrın   2-də   M.Ə.Rəsulzadə   Almaniyanın   İstanbuldakı   səfiri   qraf 
Valdburqa    nota    təqdim    edərək    kəskin    etirazını    bildirmişdir.   
M.Ə. 
Rəsulzadə    bu    sazişi,    "Azərbaycanın    həyati    maraqlarını    məhv   
edən 
müqavilə    kimi    dəyərləndirmişdi.    Müqavilə    həmçinin    Türkiyə   
dövlət 
586
Денстервиль, с.234. 
587
Денстервиль, с.235. 
588
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.159. 
589
Süleymanov M.S. Azərbaycan Ordusu, s.129. 
590
Süleymanov M.S. Azərbaycan Ordusu, s.125. 
144 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə