Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


ALLAH SİZİN ÜÇÜN DƏNİZİ VƏ ÜZƏN



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə21/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   17   18   19   20   21   22   23   24   ...   292

61

ALLAH SİZİN ÜÇÜN DƏNİZİ VƏ ÜZƏN 

GƏMİLƏRİ YARATDI 

əl-İsra-66-Allah  sizin  üçün  öz  fəzlindən  ruzi  tələb  etmək  üçün 

dəryada hərəkət edən gəmiləri yaratdı. Rəbbiniz sizə qarşı rəhmlidir. 



ən-Nəhl-14-O elə Allahdır ki,sizin üçün dənizi ram etdi və ona əl 

atmağa  qadir  oldunuz.Bununla  dənizdən  təzə  ət  yeyərsiniz  və  ondan 

zinətlər xaric edər ki, onlardan istifadə edərsiniz. Sən suyu yaran gəmini 

görürsən ki, hər tərəfə hərəkət edir. 



Loğman-31-Ey insan!Məgər sizə öz qüdrət əlamətlərindən bəzilərini 

göstərsin deyə gəmilərin dənizdə, Allahın sizə verdiyi neməti ilə üzdü-

yünü görmürsənmi?  

  Həcc-65-  (Ya  Rəsulum!)  Məgər  Allahın  yerdə  olanları,  dənizdə 

Onun əmrilə üzən gəmiləri sizə ram etdirdiyini və onun izni olmadan 

yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi?

İKİ DƏNİZİN ARASINDA MANEƏ YARATDI

ər-Rəhman-19-20-Biri şirin,o biri isə şor olan dənizi o qovuşdurdu.

Lakin onların arasında maneə vardır və bir-birlərinə qovuşmazlar və 

bunu istəməzlər. 

 

 Furqan-53-Birinin suyu şirin,digərinki isə şor olan iki dənizi qo-



vuşduran,  aralarında  bir-birinə  qarışmamaq  üçün  maneə  və  keçilməz 

sədd qoyan Allahdır! 

 

Açıqlama:-Bu  ayədə  bildirilən  bir-birinə  qovuşan,  lakin  suları 

qətiyyən bir-biri ilə qarışmayan dənizlərin bu xüsusiyyəti okeanoloqlar 

tərəfindən bir müddət əvvəl kəşf edilmişdir. “Səth daralması” adlandı-

rılan fiziki bir qüvvə səbəbindən qonşu dənizlərin sularının bir-birinə 

qovuşmadığı ortaya çıxmışdır. Dənizin fərqli sıxlıqlarından qaynaqla-

nan səth daralması, sanki bir divar kimi suların bir-birinə qarışmasına 

mane  olur.Dünyanın  ən  nüfuzlu  şəxsiyyətlərindən  olan  Fransız  alimi 

J.Kusto, öz təcrübə və tədqiqatları nəticəsində aşkar etmişdir ki, Aralıq 

dənizinin özünəməxsus temperaturu və duzluluğu vardır. Eyni zamanda 

bu dənizdə həmin şəraitə uyğun canlılar da var. Sonra isə Atlantik okea-

nında olan su kütləsini tədqiq etdi və onun Aralıq dənizindən tamamilə 

fərqli olduğunu gördü. Bu iki su kütləsi Cəbəllütariq boğazında birləşir 

və bu birləşmə min illərdir ki, davam edir. Buna əsasən iki dənizin bir-

birinə qarışmadığını, hətta bu iki dənizin birləşmə nöqtəsində möcüzəvi 

su  maneəsinin  olduğunu  kəşf  etdilər.  Bu  kəşfdən  sonra  J.Kusto  bu 



62

hadisənin Qurani-Kərimdə14 əsr əvvəl yazıldığını öyrənir və İslam di-

nini qəbul edir. Quran ayələrini öyrənən J.Kusto aşağıdakı sözləri dilə 

gətirir: - “Mən şahidlik edirəm ki, müasir elmi 14 əsr qabaqlayan 



Quran, Allah kəlamıdır.” 

 Eyni vəziyyət 1962-ci ildə Ədən körfəzi ilə Qırmızı dənizin birləşdiyi 

Bab əl-Mənbəd boğazında alman alimləri tərəfindən aşkar edilmişdir. 

Sonralar aparılmış tədqiqatlar zamanı məlum olmuşdur ki, müxtəlif qu-

ruluşlara malik olan bütün dənizlərin birləşmə nöqtələrində həmin su 

maneələri mövcuddur. 



 

ALLAH DAĞLARI YARATDI

əl-Ənbiya-32-Yer  üzündə  yerin  mıxları  adlanan  böyük  dağlar  ya-

ratdıq ki,insanlar yerin hərəkət edib, onları iztiraba salmasından qorx-

masınlar.Dağlarda geniş yollar düzəltdik.Göyləri yer üzünə düşməkdən 

saxlanmış halda tavan kimi yaratdıq. 



ən-Nəba-6-Yer üzünü yataq etmədikmi və dağları da onun mıxları? 

Loğman-10-11-Göyləri görə bilməyəcəyiniz sütunlarla yaratdıq və 

yer üzündə dağları yerin mıxları kimi bərqərar etdik ki, sizi tərpətməsin.

Orada hər cürə canlılar yaratdıq. 

ən-Nəhl-15-16-Allah Yeri  hərəkət  və  iztirab  etməsin  deyə,  böyük 

dağları yerə möhkəm etdi. Allah sizin üçün dağlarda əlamətlər yaratdı. 

Ulduzlar ilə onlar hidayət taparlar. 

Açıqlama: Müasir elm indi sübut etmişdir ki, həqiqətən, dağlar nə 

qədər hündür olsalar da, kökləri öz hündürlüklərindən 10-15-metrdən 

çox yerin dərinliklərindədir. 

“40  sual”  kitabından:Allah-taala  yerləri  və  göyləri  yaratmaq 

istədikdə,daha  əvvəl  qeyd  etdiyimiz  kimi  yaşıl  cövhərin  suyundan 

Cənnətlər və xəzinələr yaratmış, sonra qalan artığının saf və lətifindən 

yeddi göyü yaratmış, ondan qalan bulanlıq suyu və tortanı bir-birinə 

vurmuşdur.O  zaman  onun  üzü  (qaymağı)  üzünəçıxıb,  dalğaları 

yüksəldikdə, O üzü və dalğaları dondurmuşdur:-Yerlər və dağlar ya-

ranmış və dağlar bütün yerin dirəkləri olmuşdur.Sonra Allah bütün dağ-

ların damarını yeri bürümüş olan Qaf dağına bağlamışdır. Bir böyük 

mələyi zəlzələyə müvəkkil edib, dağların damarlarını onun əlinə ver-

mişdir. Bu halda Allah, bir yerin xalqını üsyanlardan uzaq olmalarını 

xəbərdar etmək (yəni cəzalandırmaq) istədikdə, o mələk Allahın əmri 

ilə o yerin damarını hərəkət etdirər ki, oranın xalqı zəlzələdən qorxaraq 

özlərinə gəlib,Allaha tərəf yönəlib itaətkar olsunlar. 



63

Sonra yeddi dənizi yaratmışdır ki, ən kiçiyi yerin çevrəsini Qaf dağı-

nın ətrafını bürümüşdür. Onun nəmı Bəhri-mühit olmuşdur. Ondan son-

ra ikinci dənizdir ki, nəmi-Qaynəsdir. Ondan sonra üçüncü dənizdir ki, 

nəmi-Əsəmdir.  Sonra  dördüncü  dənizdir  ki,  nəmi-Muzləmdir.  Ondan 

sonra  beşinci  dənizdir  ki,  nəmi-Mirməsdir.  Sonra  altıncı  dənizdir  ki, 

nəmi-Sakindir. Axırıncısı, yeddinci dənizdir ki, nəmi- Baqidir. Bütün 

bu dənizlər bir-birini bürümüşdür.Hər birinin eni beş yüz illik yoldur. 

Allah-taala yaşıl cövhərin artığından hər iki dəniz arasında, ilk dənizlə 

yerin çevrəsi arasında və yeddinci dənizin qarşısında bir yaşıl Qaf dağı 

yaratmışdır  ki,  sayları  səkkizə  çatmışdır.Bu  dağların  hər  birinin  eni 

beş yüz illik yoldur.Bundan sonra Allah-taala qüdrəti ilə çadırabənzər 

yeddi  dağın  üzərinə  yeddi  göyün  kənarlarını  qübbələr  kimi  qurmuş-

dur. Səkkizinci Qaf dağı isə dünya göyünün içində, Bəhri-mühit ilə Yer 

arasında hamısından mücərrəd və sadə qalmışdır. O yaşıl dağı göyün 

içindən Günəş işığı, Ay və ulduzların nuru ilə aydınladıb. Şüaları Qaf 

dağından havaya əks etdiyindən, rəngsiz havanı mavi rəngdə göstərir 

ki, insanlar da bunu göyün rəngi zənn edərlər. 



 

 ALLAH DƏMİRİ NAZİL ETDİ

əl-Hədid-25-Biz elçilərimizi dəlil və möcüzələr ilə göndərib onlara 

kitab və mizan nazil etdik ki, insanlar bir-biri ilə ədalətlə rəftar etsinlər.

Həddən artıq möhkəm olan və insanlara fayda verən dəmiri icad etdik.

Yer üzündə onun mədənini yaratdıq. Onda şiddətli qorxu və insanlar 

üçün başqa mənfəətlər var. 

  Açıqlama:Dəmir  kimyəvi  elementlərdən  biridir.Bu  ayədə  xüsu-

si  olaraq  dəmirlə  bağlı  işlədilən”ənzəlnə”,yəni”endirmək”  kəlməsi, 

məcazi  anlamda  dəmirin  insanların  xidmətinə  verilməsi  mənasında 

başa  düşülə  bilər.  Lakin  kəlmənin  “göydən  fiziki  olaraq  endirmə” 

şəklində həqiqi mənasına diqqət verəndə bu ayənin çox mühüm elmi 

möcüzə  olması  məlum  olur.  Çünki  müasir  astronomiya  elmi  yerdəki 

dəmir  mədənlərinin  kosmosdakı  böyük  ulduzlardan  gəldiyini  sübut 

edir.Təkcə Yerdə deyil,bütün Günəş sistemindəki dəmir kənardan əldə 

edilmişdir. Kainatdakı ağır metallar böyük ulduzların nüvələrindən ha-

zırlanır. Günəş sistemi dəmir elementini hazırlaya biləcək bir xassəyə 

malik deyil. Çünki günəşin hərarəti dəmir elementinin əmələ gəlməsinə 

kifayət etmir. Dəmir ancaq günəşdən də böyük olan ulduzlarda bir neçə 

yüz milyard dərəcəyə çatan istidə əmələ gələ bilər. Nova və Supernova 

adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən həddi keçəndə 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə