127
DİNLƏR HAQQINDA MÜBAHİSƏ EDƏRLƏR
əl-Nəhl-63-And olsun Allaha!Həqiqətən,biz səndən əvvəlki
ümmətlərə Peyğəmbərlər göndərdik.Şeytan onların əməllərini
zinətləndirdi və Peyğəmbərləri təkzib etdilər.Qiyamət günü şeytan on-
ların dostudur.Onlar üçün dərd gətirən əzab vardır.
əl-Kəhf- 21-22-Bilmədiyiniz bir şey haqda mübahisə etmək zahiri
bir mübahisədir. Qeyb xəbərlərini isə Allahdan başqa heç kəs bilməz.
əl-Ənfal-46-Allaha və onun Peyğəmbərinə itaət edin!Aranızda fikir
müxtəlifliyi ilə mübahisə etməyin ki,zəif olarsınız və yeliniz, padşahı-
nız aradan gedər.(yel qələbə, padşah isə qoruyucu qüvvə rəmzi mənada
işlədilir.)
əl-Həcc-66-68-Keçmişdə hər bir ümmətə bir din qərar verdik ki, ona
əməl etsinlər. Onlar din məsələrində səninlə mübahisə etməməlidirlər.
Çünki Musanın şəriəti bir cür, İbrahimin şəriəti isə başqa cür idi.Bəzi
məsələlərdə sənin dininlə, bəzi məsələlərdə İbrahimin dini ilə müxalifət
edirdilər. Onların mübahisələrinə fikir vermə. İnsanları öz Allahı-
nın tərəfinə dəvət et! Həqiqətən, sən doğru və düzgün dindəsən. Əgər
şəriət məsələləri haqqında səninlə mübahisə etsələr,de ki,sizin etdiyiniz
əməlləri Allah daha yaxşı bilir. Allah ixtilaf etdiyiniz məsələlər barədə
Qiyamət günü aranızda hökm edəcəkdir.
əl-Bəqərə-139-140-Ya Peyğəmbər! De ki, bizimlə Allah barəsində
mübahisə etmək istəyirsinizmi? Kitab əhli dedilər ki, bütün Peyğəmbərlər
bizdəndir, bizim dinimiz və kitabımız qədimdir. Əgər Muhəmməd
Peyğəmbər olsaydı, gərək bizdən olaydı. Allah onların cavabında bu-
yurur ki, Allah barəsində niyə düşmənçilik edirsiniz?O həm bizim, həm
də sizin Rəbbinizdir. Bizim əməlimizin xeyri bizim, sizin əməlinizin
xeyri isə sizə aiddir.Biz Allaha ixlas və iman ilə ibadət edirik.
Siz bilmədən İbrahim, İsmail, İshaq,Yaqub və onun övladlarının,
yəhudi və yaxud nəsrani olduqlarını iddia edirsiniz? De ki, siz yax-
şı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən olan bu şəhadəti gizlədən
kəsdən daha zalım kim ola bilər? Çünki İbrahimin pak olmasına
və onun yəhudi,yaxud nəsrani olmamasına Allahın şəhadətini in-
kar etdilər, həmçinin Tövratda gördükləri Muhəmmədin nübüvvətə
(Peyğəmbərlərə) olan şəhadətini inkar etdilər. Allah sizin əməllərinizdən
qafil deyil.
Ali-İmran-66-67-Xəbərdar olun! Siz o kəslərsiniz ki, bilmədiyiniz
şeylər haqqında mübahisə edirsiniz.İbrahım yəhudi deyildi,o xristi-
an da deyildi. Lakin o pis əqidələrdən yaxşı əqidələrə meyl göstərən
müsəlman idi.O,Allaha şərik qərar verənlərdən deyildi.
128
ən-Nisa-54-Allahın verdiyi fəzilətə görə onlara, Peyğəmbərə və
möminlərə həsəd aparırlarmı? Halbuki, biz Ibrahim övladına da kitab
və hikmət vermişdik və onlara böyük mülk, hökmranlıq da bəxs et-
mişdik.Muhəmməd də İbrahim övladı deyilmi? Onlardan elələri var
ki, Muhəmmədə iman gətirdilər,elələri də vardır ki, iman gətirməkdən
özlərini saxladılar.Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə
görə insanlara həsəd aparırlar?
ən-Nəml-76-Həqiqətən, bu Quran İsrail oğullarının ixtilafda olduq-
ları şeylərin əksəriyyətini anladıb xəbər verir.
Hədis:Ənəs ibn Malikdən nəql olunur:-Bir gün Peyğəmbərimiz
(s.ə.s.) məscidə gəlib görür ki, əshabi-ikram iki qrup halında oturmuş-
lar. Bir qrup əshab Quran oxumaqla və zikr etməklə,digər qrup isə
elmi məsələlər haqqında söhbət etməklə məşğuldur. Hz.Peyğəmbər
(s.ə.s.):-Siz nə gözəl və xeyirli şeylər haqqında söhbət edirsiniz, lakin
Uca Allah məni öyrədici olaraq göndərdi,-deyib elmi söhbətlər aparan
qrupun arasında oturur. Söhbət “Qədər”mövzusu haqqında mübahisəyə
çevrilərkən Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu:-Qurani-Kərimin
ayətlərini bir-biri ilə müqayisə edirsiniz. Bilin ki, keçmiş ümmətlər də
bu kimi şeylər üzündən məhv oldular. (Buhari)
Dini hekayə:-Düşüncəsizin biri təsadüfən İsa (ə.s.) ilə yol yolda-
şı olur. Bərabər yol gedərkən bir xəndəyin içindəki sümükləri görən
bu adam Hz.İsaya:-Ey yol yoldaşım!Ölüləri necə diriltdiyini mənə də
öyrət ki, yararlı bir insan olum.Ölülərin sümüklərini diriltməklə məşğul
olum,-deyir.
Hz.İsa:-Sus!Bu sənin edə biləcəyin bir iş deyil,-deyə cavab verir.
O adam:-Ya Ruhullah! Madam ki,”İsmi-Əzəmə”mən layiq deyiləm,
onda sən oxu ki, bu sümüklər dirilsin-deyə israr edir.
İsa (ə.s.) adamın bu tələbindən narahat olur və onun israrçılığından
ürəyi sıxılır.Buna baxmayaraq, bu israrçı adamın istəyini yerinə yetirir
və sümükləri dirildir.Dirilən sümüklərin arasından bir aslan çıxaraq o
adama bir pəncə vurub öldürür. Aslan adamın başını qoparıb parçala-
dıqda beyninin findıq böyüklüyündə olduğu görünür.İsa (ə.s.) aslandan
soruşur:-Nə üçün, bu adamı öldürdün?
Aslan:-Sən ondan rahatsız olduğun üçün,-deyir.
Hz.İsa soruşur:-Bəs niyə qanını içmədin?
Aslan:-Birinci,onun qanı mənim ruzim deyildi.İkinci,onu ovlayıb
öldürməkdə məqsədim onu yemək deyil,ibrət üçün idi,-deyir.
Açıqlaması:-O ağılsız kişi Ruhullah kimi bir Peyğəmbərə rast
gələrək, onunla yol yoldaşı oldu. Lakin ondan elm öyrənərək özü-
129
nü diriltməyi düşünmədi, fürsəti qaçırdı və canının dərdinə dərman
axtarmadı. Nəfsi arzusuna uyub, şöhrət və maddiyyatı düşünərək,
mənəviyyatını və Cənnətə aparan hidayət yolunu itirdi. (M.Cəzalı “Al-
tın Ögüdlər”-tərcümə Hüseyn Okur.)
ALLAH İSTƏSƏYDİ, HAMINI BİR DİNDƏN EDƏRDİ
əş-Şura-7-12-15-Əgər Allah istəsəydi, onları, sözsüz ki, bir din
üzrə edərdi, aralarında ixtilaf olmasın. Lakin Allah istədiyi kəsi öz
rəhmətinə daxil edər və zalımların nə dostu, nə də köməyi vardır. Din
və dünya işlərində ixtilaf etdiyimiz şeyin hökmü Allah üçündür. Allah
öz bəndələrindən istədiyi kəsi İslama yönəldər və haqqa tərəf qayı-
dan kəsi öz dininə hidayət edər.Ya Muhəmməd! İnsanları bu dinə ça-
ğır və özün də əmr olunduğu kimi dində sabit ol! Təbliğı tərk etmək
barədə müşriklərin istəklərinə tabe olma! De ki, mən Allahın başqa
Peyğəmbərlərə nazil etdiyi kitablara iman gətirdim. Mən məmuram ki,
istər hökmdə, istərsə də Allaha tərəf çağırmaqda sizin aranızda ədalətli
olum. O həm mənim, həm də sizin Allahınızdır. Bizim əməlimiz özü-
müz üçün, sizin əməliniz özünüz üçündür. Hüccət qəbul olandan sonra
Allah barədə mübahisə edən kəslərin dəlili öz Allahının yanında batil-
dir. Bizimlə sizin aranızda mübahisə etməyə ehtiyac yoxdur,çünki bi-
zim dinimiz haqq, sizin dininiz nahaqdır. Qayıdacaq yer Allaha tərəfdir
və O bizi Qiyamət günü cəm edər, haqq qalib gələr. Kafir olduqları üçün
onlara Allahın qəzəbi şamil olub və onlar üçün şiddətli əzab vardır.
əl-Ənam-111-Əgər biz onlara mələklər göndərsək, ya ölü dirilərək
onlarla danışsa və hər şeyi, mələkləri dəstə-dəstə onların başlarına top-
lasaq da, əgər Allah istəməsə, onlar iman gətirməzlər. Lakin onların
çoxu bunu bilməzlər.
Hədis:Cübeyr ibn.Mutimdən nəql edilir:-Ey Allahın Rəsulu! Sizin
yanınızda olanda dünya bizə heç gəlir, hətta dünya aləmi ağlımızdan
belə keçmir. Lakin evə gedib, arvad-uşaqlarımızı görüncə vəziyyət
dəyişilir. Hz.Peyğəmbər belə cavab verir:-Əgər eyni hal həmişə davam
etsəydi, onda mələklər sizin ziyarətinizə gələrdilər. (Timrizi)
ALLAH SİZİN ÜÇÜN İBADƏTDƏ ASANLIQ YARADAR
əl-Muzəmmil-5-10-Həqiqətən, biz ağır sözlü olan Quranı göndərərik.
O həm sənə, həm də sənin ümmətinə ağırdır. Peyğəmliyə gəldikdə isə
risaləti təbliğ etmək çox əziyyətli işdir. Gecə saatlarında ibadət etmək,
Dostları ilə paylaş: |